GüRCÜstanin azərbaycanli jurnalistləRİ


qəzetində redaktor müavini işləyib, jurnalistika sahəsində olan zəngin



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

54
qəzetində redaktor müavini işləyib, jurnalistika sahəsində olan zəngin 
təcrübəsini həmişə gənclərə öyrədib. İnanırıq ki, gözəl istedad sahibi 
olan belə müəllimlərimizin dərs dediyi tələbələr mütləq peşəkar 
jurnalistlər olacaq. 
  Həmid müəllim həm də gözəl insandır. Ona həmişə qiymət 
vermək, hörmət etmək borcumuzdur. Sizə daha böyük uğurlar 
arzulayırıq, Həmid müəllim!


55
ƏZİM İSMAYILLI
Əzim  İsfəndiyar oğlu  İsmayıllı 1936-cı ildə 
Şirvan torpağında, Azərbaycanın sənətkarlar 
yurdu Lahıc kəndində anadan olub. 1960-
cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət 
Universitetinin jurnalistika şöbəsini bitirib. 
Həmin ildən “Sovet Gürcüstanı” qəzetində 
əməkdaşlıq edib.
Ə.  İsmayıllı  ədəbi yaradıcılığa tələbəlik 
illərində başlayıb və ilk hekayəsi “Qocalıqda 
yorğalıq” 1957-ci ildə “Gəncliyin səsi” almanaxında dərc olunub. Onun 
ilk hekayələr kitabı “Nəfəs” 1966-cı ildə Bakıda Azərnəşr tərəfi ndən 
çapdan buraxılıb.                                                                  Əzim 
İsmayıllı öz səsi, öz nəfəsi olan yazıçı olub. Onu yazdığı əsərlərdə ən çox 
düşündürən insan, onun mənəvi aləmi, həyata baxışı, düşüncə, arzu və 
mübarizliyidir. Ə. İsmayıllı dramaturgiya sahəsində də qələmini sınayıb. 
Onun M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında  “Sevinc 
yaşları” pyesi oynanılıb. Ə. İsmayıllının “Bir cüt bənövşə” pyesi Böyük 
Vətən Müharibəsi illərində sovet xalqının göstərdiyi qəhrəmanlıqdan, 
xalqlar dostluğunun tükənməz qüvvə  və iradəsindən bəhs  edir.                                                                                                
Onun haqqında Azərbaycan yazıçılarından Mirzə İbrahimov, Süleyman 
Rəhimov,  İlyas  Əfəndiyev, Mehdi Hüseyn, Əbülhəsən və başqaları 
dəyərli sözlər demişlər. 
Onun zəhməti sayəsində “Çeşmə”, “Dan Ulduzu” topluları  nəşr 
olunub.
Əzim  İsmayıllı ömrünün son vaxtlarında Cəlil Məmmədquluzadə 
ənənələrini davam etdirmək üçün Tifl isdə “Molla Nəsrəddin” məcmuəsini 
nəşr etdirib. 
O, Hindistan, Türkiyə, Şri-Lanka, Misir və Yunanıstana etdiyi səfərlər 
barədə  təəssüratlarını  qələmə alaraq publisistik yazılarla mətbuatda 
çıxışlar edib.
Əzim İsmayıllı Bakıda vəfat edib.


56
ARİF HADIZADƏ
(1940-2013)
Arif Hüseyn oğlu Hadızadə 1940-cı ildə 
Marneuli rayonunun Yuxarı Saral kəndində 
anadan olub. İlk təhsilini həmin kənddə, 7 illik 
təhsilini Aşağı Saral kəndində, orta təhsilini isə 
1959-cu ildə Qasımlı kəndində bitirib. Həmin il 
hərbi xidmətə yollanıb və xidmət müddətində 
bir illik axşam partiya məktəbini bitirib. 1964-cü ildə  hərbi xidmətdən 
tərxis olunduqdan sonra A. S. Puşkin adına Tifl is Dövlət Pedaqoji İnsti-
tutunun Azərbaycan bölməsinə daxil olub və 1968-ci ildə bu ali məktəbi 
bitirərək göndərişlə Gürcüstan paytaxtında nəşr olunan “Sovet Gürcüsta-
nı” qəzetində əmək fəaliyyətinə başlayıb. Arif Hadızadə qəzetdə ilk öncə 
korrektor vəzifəsində, sonra baş korrektor, 1984-cü ildə qəzet böyük for-
matla nəşr olunduğuna görə xüsusi müxbir vəzifəsində çalışmağa başla-
yıb. 
Arif Hadızadə 1973-cü ildən SSRİ Jurnalistlər  İttifaqının, 1970-
ci ildən isə Gürcüstan Jurnalistlər  İttifaqının üzvü olub. Jurnalistika 
sahəsində səmərəli fəaliyyətinə görə onun əməyi yüksək qiymətləndirilib. 
Arif Hadızadə 1997-ci il oktyabrın 18-də “Şərəf” medalı ilə təltif olunub. 
O, eyni zamanda “Sovet Gürcüstanı” qəzetinin nəşr olunmasının 60 illiyi 
münasibəti ilə Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.
“Gürcüstan” qəzetinin Borçalı bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində 
işləyib. O, mütəmadi olaraq bu bölgədən xəbərlər, müxtəlif janrlarda 
məqalələr yazaraq “Gürcüstan” qəzetinin səhifələrində çap etdirib.
Ailəlidir. Bir oğlu, üç qızı və on nəvəsi və beş nəticəsi var.
2013-cü ilin dekabr ayında vəfat edib. 


57
EMİN MAHMUDOV
Emin Abdulla oğlu Mahmudov 1940-cı 
il, fevralın 13-də Başkeçid (indiki Dmanisi) 
rayonunun Azgəyliyən kəndində ziyalı ailəsində 
anadan olub. 1954-cü ildə doğma kəndindəki 8 
illik natamam orta məktəbi, 1957-ci ildə  Qızıl-
Kilsə orta məktəbini bitirdikdən sonra 1958-ci 
ildə A. S. Puşkin adına Tifl is  Dövlət Pedaqoji 
İnstitutu bitirdikdən sonra müəllim ixtisasına 
yiyələnərək, doğma kəndindəki məktəbdə 
müəllim işləyib. Sonra o, Tifl isə köçüb burada yaşayaraq, ömrünü 
bütünlüklə jurnalistikaya bağlayıb.
O, ilk qələm təcrübələrini orta məktəbdə oxuyarkən rayon qəzetində 
dərc etdirib. Gənc müxbir kimi “Sosializ maldarlığı” qəzetində müxtəlif 
xəbərlərlə çıxış edib. E. Mahmudov Tifl isə köçdükdən sonra gürcü dilində 
çıxan “Kommunisti” qəzetinin redaktoru David Mçedlişvilinin zəmanəti 
ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə  qəbul 
olunub və 1968-ci ildə  həmin fakültəni bitirdikdən sonra, Gürcüstanda 
fəaliyyət göstərən dövlət televiziya və radio verilişləri redaksiyasının 
Azərbaycan  şöbəsinin rəhbəri vəzifəsinə  təyin olunaraq, 2004-cü ilə 
qədər (2004-cü ildə  həmin redaksiyanın fəaliyyəti dayandırılıb) bu 
vəzifədə çalışıb.
Peşəkar jurnalist Emin Mahmudov radioda 40 il çalışıb. O, radioda 
çalışmaqla bərabər, bədii və publisist yazılarını Gürcüstan və Azərbaycanda 
çıxan qəzet və jurnallarda mütəmadi olaraq dərc etdirib. Onun “Ərməğan” 
adlı ilk kitabı 1991-ci ildə “Merani” nəşriyyatı  tərəfi ndən nəşr olunub. 
2003-cü ildə isə “Yadigar şəkil” adlı hekayə, novella və oçerklər kitabı 
işıq üzü görüb.
Emin Elsevər (Mahmudov) gürcü nəsrinin bacarıqlı tərcüməçisi kimi 
tanınır. Onun tərcüməsində İ. Çavçavadzenin “Otar öyünün dul qadını” 
povesti Azərbaycan və gürcü dillərində nəşr edilib. Sonra gürcü yazıçısı 
Cabua Amiracebinin “Data Tutaşxia” romanı Emin Elsevərin tərcüməsində 
azərbaycanlı oxuculara təqdim olunub və rəğbətlə qarşılanıb. E. Elsevər 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə