GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə12/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

45
MƏDƏD COŞQUN
Mədəd  İsa oğlu  İsmayılov 1938-ci ildə 
Başkeçidin Gəyliyən kəndində anadan olub. 
Uşaqlıq illəri ağır müharibə illərinə  təsadüf 
etsə  də, yetimlik ağrı-acısı yaşasa da sınmayıb, 
həmişə nikbin şəxs olub. M. İsmayılov orta 
məktəbi qızıl medal ilə bitirib, sonra Tifl is Dövlət 
Pedaqoji  İnstitutunun tarix-fi lologiya fakültəsini 
fərqlənmə ilə başa vurub.
M.  İsmayılov  əmək fəaliyyətinə Gürcüstan 
paytaxtında jurnalist kimi başlayıb, sonralar məktəbdə, Dmanisi Rayon 
Partiya Komitəsində  işləsə  də, sevimli peşəsi olan jurnalistikadan 
ayrılmayıb, “Coşqun” təxəllüsü ilə  şeirlər yazıb, dövri mətbuatda çap 
etdirib. O, SSRİ Jurnalistlər  İttifaqının üzvü olub. M. Coşqunun bir 
neçə kitabı işıq üzü görüb. Mədəd Coşqun şeir yazmaqla bərabər, həm 
də Başkeçiddə nəşr olunan “Qələbə Bayrağı” rayon qəzetinin nəzdində 
“Çeşmə” ədəbi dərnəyin, “İlkin” adlı milli ansamblın yaradıcısı olub.
Mədəd Coşqun ailə vəziyyəti ilə əlaqədar bir müddət Bakıda yaşayıb, 
bu  şəhərdə müxtəlif vəzifələrdə  işləyib. Bakıda yaşayarkən jurnalist-
şair Mədəd Coşqun yenə  qələmini sınayıb, müxtəlif dövri mətbuat 
səhifələrində publisist yazıları, şeirləri ilə çıxış edib, ədəbi ictimaiyyətin 
rəğbətini qazanıb. O, Bakıda nəşr olunan “Rabitə dünyası” adlı qəzetin 
redaktoru olub.
Ömrünün və yaradıcılığının ahıllıq yaşlarını yaşayan M. Coşqun 
yenidən doğma Başkeçidə qayıdıb və indi doğmaları arasında dəyərli bir 
ziyalı kimi fəaliyyət göstərir, ədəbi yaradıcılığını inkişaf etdirir.


46
QASIM ƏHMƏDOV
(1936-2002)
Qasım Mustafa oğlu  Əhmədov 1936-cı 
ilin oktyabr ayının 22-də Borçalının Molloğlu 
kəndində anadan olub. 1946-1954-cü illərdə 
Sadaxlı  səkkizillik məktəbində oxuyub. O, 
məktəbi bitirən kimi Türk Pedaqoji Texnikumuna 
qəbul olub və  həmin təhsil ocağını 1959-cu 
ildə  əla qiymətlərlə bitirib. 1962-ci ildə  hərbi 
xidmətini başa vuran Q. Əhmədov Azərbaycan 
Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. 
1964-1971-ci illərdə Molloğlu səkizillik məktəbin direktoru 
vəzifəsində  işləyib. 1971-ci ildən 1976-cı ilədək Gürcüstan Dövlət 
Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər 
redaksiyasında müxbir, sonra kiçik redaktor vəzifəsində çalışıb.
Q. Əhmədov 1976-cı ildən “Sovet Gürcüstanı” qəzetində korrektor, 
daha sonra müxbir və sonra “Məktublar və kütləvi iş” şöbəsinin müdiri 
vəzifəsində çalışıb və 1996-cı ildə doğma kəndindəki məktəbə direktor 
təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
Qasım Əhmədov 40 illik əmək fəaliyyətinin 30 ilini mətbuat sahəsində 
işləyib. O, publisistik fəaliyyəti ilə bərabər, bir sıra şeirlərin də müəllifi dir. 
İlk mətbu şeiri 1957-ci ildə “Şərqin şəfəqi” qəzetində dərc edilib. Dövrü 
mətbuatda “Məftuni” imzası ilə  şeirlərini dərc etdirib. Bir kitabı  nəşr 
edilib.
O, SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
Qasım Əhmədov 2002-ci ildə vəfat edib.


47
ALXAN BİNNƏTOĞLU 
Alxan Binnət oğlu Səmədov 1936-cı il may 
ayının 3-də Başkeçidin Armudlu kəndində 
anadan olub. Orta məktəbi bitirdikdən sonra A.S. 
Puşkin adına Tifl is  Dövlət Pedaqoji İnstitunun 
tarix-fi lologiya fakültəsini bitirib.
A.Binnətoğlu həyatının çox hissəsini bitirdiyi 
ali məktəbdə müəllimliyə həsr edib. Daha sonra 
Gürcüstanda fəaliyyət göstərən ali məktəblərdə 
də mühazirələr oxuyub.
Yaradıcılığa erkən yaşlarından başlayan  A. Binnətoğlunun ilk şeirlər 
kitabı 1971-ci ildə Bakıda işıq üzü görüb. Yüzdən artıq elmi məqalə 
və  tədqiqat işinin, 12 kitabın müəllifi dir.  Əsasən  şair kimi tanınan  A. 
Binnətoğlunun bir neçə  nəsr  əsəri də var. İki dram əsəri ayrıca kitab 
şəkilində  işıq üzü görüb. O, gürcü və rus ədəbiyyatından bir çox 
nümunələri dilimizə tərcümə edib.
O, bir müddət “Yeni yol” qəzetinin baş redaktoru olub və  jurnalistlik 
fəaliyyətini pedaqoji sahə ilə birgə inkişaf etdirib.
Şair,  ədəbiyyatşünas, tərcüməçi, pedaqoq və jurnalist A.Binnətoğlu 
AYB-nin üzvü, Heydər  Əliyev adına Tifl is  Dövlət Azərbaycan Dram 
Teatrının əməkdaşı, Gürcüstan Azərbaycanlılar Mədəniyyət Mərkəzinin 
təsis etdiyi “Meydan” jurnalının baş redaktorudur.


48
ƏYYUB BAYRAMOV
(1948-2012)
Əyyub Hüseyn oğlu Bayramov 1939-cu 
il mayın 5-də  Qərbi Azərbaycanın Zəngəzur 
mahalının Mehmandar kəndində anadan olub. 
Ailəsi 1948-ci ildə Gürcüstanın Marneuli 
rayonunun Yuxarı Saral kəndində  məskunlaşıb. 
Orta məktəbi Qasımlı  kəndində bitirib. 1964-
cü ildə Azərbaycan Dövlət Universitetinin 
jurnalistika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra doğma 
kəndinə qayıdıb. Jurnalist kimi fəaliyyətə 1969-cu ildən “Axali Marneuli” 
(sonralar “Yeni Marneuli,” “Marneuli” adı ilə çıxıb) adlı rayon qəzetində 
başlayıb. İşinə, peşəsinə qəlbən bağlı olub. Fəaliyyəti dövründə həyatın 
müxtəlif sahələrindən bəhs edən məqalələr qələmə alıb. Əyyub Bayramov 
27 il rayon qəzetində müxbir vəzifəsində çalışıb. Qəzet 1996-cı ildə öz 
fəaliyyətini dayandırana qədər Ə. Bayramov bu mətbuat orqanının fəal 
əməkdaşı olub.
O, 2012-ci il iyulun 1-də 73 yaşında vəfat edib.


49
KAMİL KİRƏCLİ
Kamil Musayev 1940-cı ildə Marneuli 
rayonunun Kirəc Muğanlı kəndində anadan olub. 
Orta təhsil aldıqdan sonra 1968-ci ildə ADU-
nun jurnalistika fakültəsini bitirib. Sonra “Axali 
Marneuli” (“Yeni Marneuli”) rayon qəzetində 
müxtəlif vəzifələrdə çalışıb.
Kamil Kirəcli sabiq SSRİ Jurnalistlər 
İttifaqının üzvü olub. O, həm də “Ozan” ictimai 
cəmiyyətinin sədridir.  K. Kirəcli müxtəlif 
publisistik məqalələrin və  şeirlərin  müəllifi dir.  Hal-hazırda Marneuli 
şəhərində çap olunan “Ozan” qəzetinin redaktorudur.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə