GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

37
yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin, 
vicdan azadlığının müdafi əsi səhəsində  fəaliyyətini dayandırmayıb. 
Qəzet redaksiyasının təşkilatçılığı ilə və S.Süleymanovun da həmmüəllifi   
olduğu ”Gürcücə- Azərbaycanca lüğət işıq üzü görüb, Gürcüstan 
tarixi, Gürcüstan coğrafi yası azərbaycancaya tərcümə olunub, müxtəlif 
sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər nəşr 
olunub.
Onun rəhbərlik etdiyi “Gürcüstan” qəzetinin 50 illik, 60 illik, 75 illik, 
90 illik yubiley tədbirləri Azərbaycandilli mətbuat bayramı  səviyyəsində 
qeyd olunub. 
S.Süleymanov redaktor vəzifəsi ilə yanaşı 1992-ci ildə  təsis edilən 
“Gürcüstan Azərbaycanlıları İttifaqı”nın sədridir. Dörd övlad atası, səkkiz 
nəvə babasıdır. 
2014-cü il uynun 26-da Tifl isdə  vəfat edib, anadan olduğu Kürdlər 
kəndində torpağa tapşırılıb. 


38
ƏLİ ABBAS
Abbasov Əli Qulu oğlu (Əli Abbas) 1939-cu 
ildə, may ayının 3-də Marneuli rayonunun Yuxarı 
Saral kəndində anadan olub. İbtidai təhsilini 
doğma kəndində, orta təhsilini Sadaxlı kəndində 
alıb. 
1958-ci ildə A. S. Puşkin adına Tifl is Pedaqoji 
İnstitutunun Azərbaycan bölməsinə  qəbul olub
1962-ci ildə həmin ali məktəbi bitirib. İlk əmək 
fəaliyyətinə Yuxarı Saral kənd orta məktəbində 
müəllim kimi başlayıb və 1994-cü ilə  qədər tədris işləri üzrə direktor 
vəzifəsində çalışıb. 1965-ci ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji 
İnstitutunun  fi lologiya  fakültəsinə  qəbul olunub və 1972-ci ildə bu ali 
məktəbi bitirib.
Əli Abbas tələbəlik illərindən başlayaraq  ədəbi-bədii yaradıcılıqla 
müntəzəm məşğul olub. Onun “Qonşular” adlanan ilk hekayəsi 1962-ci 
ildə “Sovet Gürcüstanı” qəzetində  dərc olunub. 1984-cü ildə “Babakər 
əfsanəsi” adlanan ilk kitabı Bakıda, “Gənclik” nəşriyyatınada nəşr edilib. 
İlk hekayələr kitabı olan bu kitab nəşr olunduqdan sonra ədəbi ictimaiyyəti 
özünə cəlb edib və Əli Abbas bundan sonra müxtəlif kitablar nəşr etdirib.
1986-cı ildə onun ikinci kitabı “Ünvansız məhəbbət” adı ilə çap 
olunub. Bu günə  qədər yazıçının 16-dan çox kitabı  işıq üzü görüb. Bu 
kitablardan “Sınıq körpüdən başlanan tarix”, Əbədiyyət müdriklərə 
məxsusdur ”, “Mənim Borçalım”, “Çopur Əli”, “Yovşan  ətri” və digər 
kitabları oxucuların rəğbətini qazanıb. Onun  “Borçalı antologiyası” adı 
ilə toplayıb tərtib etdiyi 4 cildlik kitabdan ikisi işıq üzü görüb. Folklora aid 
kitablardan Şair Ağacanın  və Aşıq İsgəndər Ağbabalının yaradıcılığından 
bəhs edən folklor nümunələri artıq çapdan çıxıb. Əli Abbas Heydər Əliyev 
adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin elmi şurasının qərarı 
ilə “XIX əsr Azərbaycan-gürcü ədəbiyyatı tarixindən nümunələr” kitabını 
nəşr etdirib.
Ə. Abbas məhsuldar yazıçı kimi vaxtilə “Sovet Gürcüstanı” qəzetində 
50-dən çox hekayə  dərc etdirib. O, 1984-1988-ci illərdə “Azərbaycan 


39
qadını” jurnalının Gürcüstanda müxbiri işləyib. “Onun görkəmli 
elm xadimləri” silsiləsindən professor Mədəd Çobanlının həyat və 
yaradıcılığını, elmi fəaliyyətini özündə əks etdirən “Elm fəadisi” kitabı 
nəşr edilib.
Əli Abbas 2006-cı ildən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan 
Tədris Universitetində Azərbaycan  ədəbiyyatından dərs deyib, eyni 
zamanda Gürcüstan Azərbaycanlıları Ziyalılarının qəzeti olan “ZİYA” 
qəzetinin redaktor müavini, həmçinin “Universitet” qəzetinin redaktoru 
olub.
O, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 


40
ZİYADXAN  MƏMMƏDOV
(1936-2014) 
Ziyadxan Museyib oğlu Məmmədov 1936-
cı ilin mart ayının 10-da Qardabani şəhərində 
anadan olub. 1954-cü ildə Qardabani Azərbaycan 
orta məktəbini bitirib. 1955-ci ildə Azərbaycan 
Dövlət Universitetinin jurnalistika fakültəsinə 
daxil olub, 1960-cı ildə bu ali məktəbi bitirib. 
Həmin ilin sentyabr ayından “Sovet Gürcüstanı” 
qəzetində  kənd təsərrüfatı  şöbəsinin müdiri 
vəzifəsinə  təyin olunub. 1973-1975-ci illərdə Sov. İKP MK-nın Ali 
Partiya Məktəbinin dinləyicisi olub. Sonra bir il A. S. Puşkin adına Tifl is 
Pedaqoji İnstitunda “Sov. İKP kursu” üzrə mühazirə oxuyub. 1976-1991-
ci illər Qardabani Rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin 
müdiri vəzifəsində işləyib. 1995-ci ilin avqustun 21-dən Qardabani raoyon 
bələdiyyəsində  təşkilat  şöbəsinin müdir müavini, 2009-cu ildən 2012-
ci ilin may ayına qədər Qardabanidə  fəaliyyət göstərən “Azərbaycan-
Gürcüstan Dostluq Evi”ndə müdir müavini vəzifələrində işləyib.
Z. Məmmədov el ağsaqqalı, qabaqcıl kənd təsərrüfatı  işçisi kimi 
tanınan Məhərrəm Həsənovun həyat və əmək fəaliyyətindən bəhs edən 
“Xatirəsi yaddaşlardan silinməz” adlı kitabın müəllifi dir. Onun jurnalist 
fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında bir sıra hekayələri, 
bədii tərcümələri, esseləri dərc olunub. Z. Məmmədovun Qarayazının 
el ağsaqqalı, görkəmli  fi losof alim Camal Mustafayev haqqında 
“Mənəviyyat haqqında düşüncələr,” Borçalı el ağsaqqalı, ictimai və 
dövlət xadimi Eyvaz Həsənov haqqında “Şəxsiyyət haqqında düşüncələr” 
və “Ginnes kitabına düşəcəyikmi?”, “Vətən”, “Torpağın günahı”, “Baş 
daşının şikayəti”, “Vurğuna qovuşdi Cəlal” və digər publisistik yazıların 
müəllifi dir. Hazırda onun qələmə aldığı “Ömür illərlə ölçülmür” toplusu 
nəşrə hazırdır. Qocaman jurnalist eyni zamanda “Aliqarxın etirafı” esse 
əsəri üzərində işləyib.
Üç övladı, beş nəvəsi var.
2014-ci ilin dekabr ayının 22-də vəfat edib.  


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə