Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   2   3   4   5   6   7   8   9   ...   47

Politika Gazetesi 
 
Türkiye, dost ve düşmanlarının hayran olduğu bir deha adama, malik 
bulunmak bahtiyarlığına erişmiştir.  
Katimerini  
 
Anıtkabir'i ziyaret eden ABD Başkanı Barak Obama  
 
Şeref Defteri'ne şunları yazdı: "Vizyonu, kararlılığı ve cesaretiyle Türkiye 
Cumhuriyeti'ni demokrasiye yönelten ve mirası tüm dünyaya kuşaklar 
boyunca ilham vermeye devam eden Mustafa Kemal Atatürk'e saygılarımı 
sunmak, benim için bir onurdur. 
ABD'nin 44. Başkanı olarak, Türk-Amerikan ilişkilerini güçlendirmeyi, 
Atatürk'ün, halkına umut veren modern ve müreffeh bir demokrasi olarak 
Türkiye vizyonunu desteklemeyi ve 'Yurtta barış, dünyada barış' ilkesini 
gerçekleştirmeyi sabırsızlıkla bekliyorum."   06.04.2009, Ankara 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ömür yolu 
 
 


 
 
 
 
Mustafa 
Kamal 
Paşa 
Qazi 
Atatürk 
 
 
Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi 
İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu. Babası Ali 
Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd 
Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş 
Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı 
Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır. Milis zabiti, 
evkaf (vəqf evləri idarəsi) katibliyi və taxta-şalban ticarəti ilə məşğul olan Ali 
Rıza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evləndi. Atatürkün beş 
qardaşından dördü kiçik yaşlarında öldü, sadəcə bacısı Makbulə (atadan bir) 
1956-cı ilə qədər yaşadı. 
Kiçik Mustafa məktəb yaşına gəlincə Hafiz Mehmet Əfəndinin məhəllə 
məktəbində təhsilə başladı, sonra babasının istəyi ilə Şəmsi Əfəndi Məktəbinə 
keçdi. Bu sırada atasını itirdi (1888). Bir sürə Rapla ferma-ciftliyində 
dayısının yanında qaldıqdan sonra Selanikə dönüb məktəbi bitirdi. Selanik 
Mülkiyə Rüştiyəsinə qəbul oldu. Qısa bir sürə sonra 1893-cü ildə Əsgəri 
Rüştiyəyə girdi. Burada riyaziyyat müəllimi Mustafa bəy ağıl, dərrakə, 
tərbiyəsinə görə onun adına “Kamal”ı əlavə etdi. 1896-1899-cu illərdə 
Manastır Əsgəri İdadisini bitirib İstanbulda Hərbi məktəbdə oxumağa başladı. 


1902-ci ildə teğmen-leytenant rütbəsiylə məzun oldu. Hərbi Akademiyada  
təhsilinə davam etdi. 11 yanvar 1905-ci ildə yüzbaşı rütbəsiylə Akademiyanı 
tamamladı. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində vəzifə-
görev aldı. 1907-də yüzbaşı oldu. Manastıra III Orduya dəyişdirildi. 19 aprel 
1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda Kurmay Başqanı olaraq 
görev aldı. 1910-da Fransaya göndərildi. Picardiyə Manevralarına qatıldı. 
1911-də İstanbulda Genel Kurmay Başqanlığı (Baş Qərargah Rəisi) əmrində 
çalışmağa başladı. 
1911-də İtalyanların Trablusgarpa (Liviya, Trablis-qərb) hücumu ilə 
başlayan savaşda Mustafa Kamal bir qrup dostu ilə birlikdə Ənvər Paşanın 
qurduğu ilk türk gizli servisi olan “Teşkilat-ı Mahsusa” tərəfindən düzəldilən 
saxta kimlik, pasportlarla ərəb taciri və müxbir sifətində Liviyaya keçib 
Tobruk və Dərnə bölgəsində görev aldılar. 22 dekabr 1911-də İtalyanlara 
qarşı qızğın döyüşlərdən sonra Tobruk Savaşını qazandılar. Mustafa Kamal 6 
mart 1912-də Dərnə Komandanlığına gətirildi. 
Noyabr 1912-də Balkan Savaşı başlayınca Mustafa Kamal Gəlibolu və 
Bolayırdakı birliklərlə savaşa qatıldı. Dimətoka və Ədirnənin geri 
alınmasında böyük xidmətlər göstərdi. 1913-də Sofya Ataşeliyinə dəyişdirildi. 
Bu görevdə ikən 1914-da podpolkovnik-yarbaylığa yüksəldi. Ataşelik görevi 
dekabr 1915-də sona yetdi. Bu sırada I Dünya Savaşı başlamış, Osmanlı 
İmperatorluğu savaşa girmək zorunda qalmışdı. Mustafa Kamal 19-cu 
Tüməni qurmaq üçün Təkirdağa göndərildi. 
1914-cü ildə başlayan I Dünya Savaşında Mustafa Kamal Çanaqqalada 
bir qəhrəmanlıq dastanı yazıb Antanta (İtilaf) Dövlətlərinə “Çanaqqala 
keçilməz! ” dedirtdi. 18 mart 1915-də Çanaqqala Boğazını keçməyə qalxan 
İngilis və Fransız donanması ağır itkilər verincə Gelibolu yarımadasına əsgər 
çıxarmağa qərar verdilər. 25 aprel 1915-də Arıburnuna çıxan düşmən 
qüvvələrini Mustafa Kamalın komandiri olduğu 19-cu  tümən Conkbayırında 
durdurdu. Mustafa Kamal bu başarı üzərinə polkovnik-albaylığa yüksəldi. 
İngilislər 6-7 avqust 1915-də Arıburnunda təkrar hücuma keçdi. Xüsusi 
təyinatlı, ən döyüşkən Anafartalar Qrubu Komandanı Mustafa Kamal 9-10 
avqustda Anafartalar (çətin keçilən yer adıdır) Zəfərini qazandı. Bu zəfəri 17 
avqustda  Kirəçtəpə, 21 avqustda II Anafartalar zəfərləri ilə davam etdirdi. 
Çanaqqala Savaşlarında təqribən 253.000 şəhid verən Türk milləti qürurunu, 
mətanətini Qərb dövlətlərinə tanıtdı. Mustafa Kamalın əsgərlərinə: “Mən sizə 
hücum  əmri vermirəm, ölməyi əmr edirəm!” əmri cəbhənin qədərini 
dəyişdirmiş oldu. 
Mustafa Kamal Çanaqqala Savaşlarından sonra 1916-da Ədirnə və 
Diyarbəkirdə görev aldı. 1 aprel 1916-da general leytenant-tümgenerallığa 
yüksəldi. Rus qüvvələriylə savaşaraq Muş və Bitlisin geri alınmasını təmin 
etdi. Şam və Hələbdəki qısa sürəli görevlərindən sonra 1917-də İstanbula 


gəldi. Vəlihat Vahidəttin Əfəndiylə Almaniyaya gedərək cəbhədə 
araşdırmalar apardı. Bu səyahətdən sonra xəstələndi. Vyana və Karisbada 
gedərək müalicə aldı. 15 avqust 1918-də Hələbə 7-ci Ordu Komandanı olaraq 
döndü. Bu cəbhədə İngilis qüvvələrinə qarşı başarılı müdafiə savaşları apardı. 
“Mondros Mütarəkəsi”nin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-də 
“Yıldırım Orduları Grubu Komutanlığı”na gətirildi. Bu ordunun ləğvindən 
sonra 13 noyabr 1918-də İstanbula gəlib Hərbi Nəzarət Nazirliyində görevin 
icrasına başladı. 
“Mondros Mütarəkəsi”ndən sonra Antanta Dövlətlərinin Osmanlı 
torpaqlarını işğala başlamaları ilə Mustafa Kamal  9-cu Ordu Müfəttişi olaraq 
19 may 1919-da Samsuna çıxdı. 22 iyun 1919-da Amasyada yayımladığı 
bildirişdə “Millətin istiklalını yenə millətin əzm və qərarının qurtaracağını ” 
elan edib Sivas Konqresini toplantıya çağırdı. 23 iyul – 7 avqust 1919-cu il 
tarixləri arasında Ərzurum, 4 – 11 sentyabr 1919 tarixləri arasında da Sivas 
Konqresini toplayaraq vətənin qurtuluşu üçün izlənəcək yolu göstərdi. 27 
dekabr 1919-ci ildə Ankarada coşqu ilə qarşılandı. 23 aprel 1920-ci ildə 
Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin 
qurulması yolunda önəmli bir addım atılmış oldu. Məclis və Hökumət 
Başqanlığına Mustafa Kamal seçildi. Türkiyə Böyük Millət Məclisi Qurtuluş 
Savaşının başarıyla sonuclanması üçün gərəkli qərarları qəbul edib həyata 
keçirməyə başladı. 
Türk Qurtuluş Savaşı 15 may 1919-da yunanlıların İzmiri işğalı 
sırasında düşmənə ilk qurşunun atılmasıyla başladı. 10 avqust 1920-də Sevr 
Andlaşmasını imzalayaraq aralarında Osmanlı İmperatorluğunu paylaşan I 
Dünya Savaşının qalib dövlətlərinə qarşı öncə “Kuvâ-yi Milliye” adı verilən 
milis qüvvələriylə savaşıldı. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 
nizami ordu quruldu, “Kuvâ-yi Milliye” – ordu bütünləşməsini təmin edərək 
savaşı zəfərlə sona çatdırdı. 
Mustafa Kamal komandanlığında Türk Qurtuluş Savaşının önəmli 
mərhələləri bunlardır: 
Sarıkamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 
noyabr 1920) azad edilməsi. 
Çukurova, Gazi Antəp, Kahraman Maraş, Şanlı Urfanın müdafiəsi (1919- 
1921) 
I İnönü Zəfəri (6 -10 yanvar 1921) 
II İnönü Zəfəri (23 mart-1 aprel 1921) 
Sakarya Zəfəri (23 avqust-13 sentyabr 1921) 
Böyük Hücum (Taarruz), Başkomutan Meydan Müharibəsi və Böyük Zəfər 
(26 avqust- 9 sentyabr 1922) 
Sakarya Zəfərindən sonra 19 sentyabr 1921-də Türkiyə Böyük Millət 
Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi adı verdi. Qurtuluş Savaşı 24 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə