I fəSİL. İDarəetmə UÇotunun nəZƏRİ Əsaslari idarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri


Mənfəət mərkəzi üzrə uçot və hesabat



Yüklə 0,92 Mb.
səhifə7/11
tarix14.10.2017
ölçüsü0,92 Mb.
#4713
1   2   3   4   5   6   7   8   9   10   11

Mənfəət mərkəzi üzrə uçot və hesabat

Mənfəət mərkəzləri struktur bölmələri, istehsal, satış şöbəsi (marketinq) və müəssisənin digər bölmələri ola bilər, mənfəət mərkəzlərinin rəhbərləri məsrəflərə və gəlirlərə tam məsuliyyət daşıyır. Həmçinin bütünlükdə müəssisə mənfəət mərkəzi kimi çıxış edir.

Mənfəət mərkəzinin məsrəfləri üzrə əsas sənədlər yüksək səviyyəli məsrəf mərkəzlərinin smetasının icrası haqqında əvvəllər nəzərdən keçirilmiş hesabatdır (adətən struktur bölməsindən başlayaraq).

Mənfəət mərkəzinin əsas hesabat sənədi mənfəət üzrə hesabatdır, onun tərkibi mənfəət göstəricilərinin – ümumi, satışdan, adi fəaliyyətdən, vergitutmaya qədər mənfəətin, xalis yaxud marjinal gəlirin hesabata daxil edilməsindən asılıdır.

Əgər ümumi mənfəətə görə mənfəət mərkəzi hesablanırsa, onda hesabatda həmin mərkəzin onun istehsal maya dəyərini təşkil edən, məhsul istehsalına çəkilən məsrəflər, istehsal edilən məhsulların (içlərin, xidmətlərin) dəyəri əks etdirilir və ümumi mənfəətin həcmi hesablanır. Hesabatı aşağıdakı cədvəl forması üzrə (cədvəl 4.2 ) tərtib etmək olar.

Cədvəl 4.2

Ay ərzində mənfəət üzrə mərkəzin hesabatı

min manatla



s.

№-si


Göstəricilər

Smeta üzrə (plan)

Faktiki

Kənarlaşma

(+ - )


Ay ərzində

Ilin əvvəlindən

Ümumi məfəətə görə hesabat

1.

Məhsulların (işlərin, xidmətlərin) dəyəri

2000

2400

+400

+600

2.

İstehsal maya dəyəri1)

1200

1400

+200

+300

3.

Ümumi mənfəət (sətir 1-sətir 2)

800

1000

+200

+300




Satışdan mənfəətə görə hesabat

1.

Satışdan əldə edilən gəlir (netto)

2000

2400

+400

+600

2.

İstehsal maya dəyəri

1200

1400

+200

+300

3.

Satışla əlaqədar olan xərclər

100

120

+20

+60

4.

Ümumtəsərrüfat xərcləri

300

320

+20

+40

5.

Satılan məhsulların tam maya dəyəri(sətir 2+sət.3+sət.4)

1600

1840

+240

+400

6.

Satışdan mənfəət (zərər)

(sətir 1-sətir 5)



400

560

+160

+200










Xalis mənfəətə görə hesabat

1.

Satışdan əldə edilən gəlir (netto)

2000

2400

+400

+600

2.

İstehsal maya dəyəri

1200

1400

+200

+300

3.

Satışla əlaqədar olan xərclər

100

120

+20

+60

4.

Ümumtəsərrüfat xərcləri

300

320

+20

+40

5.

Satılan məhsulların tam maya dəyəri (sət.2+sət.3+ sət.4)


1600

1840

+240

+400

6.

Satışdan mənfəət (sətir 1-sətir 5)

400

560

+160

+200

7.

Sair gəlirlər

200

240

+40

+60

8.

Sair xərclər

160

200

+40

+30

9

Vergitutmaya qədər mənfəət (zərər), (sət.6+st.7-sət.8)

440

600

+160

+230

10.

Mənfəət vergisi

96,8

132

+35,2

+50,6

11.

Adi fəaliyyətdən mənfəət (zərər)

(sət.9-sət.10)



343,42

468

+124,8

+179,4

1) ümumtəsərrüfat xərclərsiz

Ümumi mənfəətə görə hesabatı tərtib edərkən nəzərə almaq lazımdır ki, müəssisə qəbul olunmuş uçot siyasətinə uyğun olaraq ümumtəsərrüfat xərclərini istehsal maya dəyərinin tərkibinə daxil edə bilər yaxud onları 46№-li “Məhsul (iş, xidmət) satışı” hesabına silə bilər: birinci halda hesabatda istehsal maya dəyəri göstəricisi ümumtəsərrüfat xərclərini nəzərə almaqla, ikinci halda – göstərilən xərci nəzərə almadan müəyyən olunur. İkinci halda ümumtəsərrüfat xərcləri satışdan mənfəətə görə hesabat tərtib edilərkən nəzərə alınacaqdır.

Bu halda satışdan mənfəətə görə mənfəət mərkəzi hesabatı verilir, hesabatda müəssisənin satılan məhsullarının (işlərinin, xidmətlərinin) tam maya dəyərinin və satışdan mənfəətin hesablanmasına imkan verən, məhsulların (işlərin, xidmətlərin) satışı ilə əlaqədar xərclər və uyğun ümumtəsərrüfat xərcləri hissəsi (əgər onlar istehsal maya dəyərinə daxil edilməyibsə) haqqında əlavə məlumatlar verilir.

Xalis mənfəətə görə hesabat tərtib edilərkən hesabata sair gəlirlər və xərclər, ayrılmış vergi aktivləri, ayrılmış vergi öhdəlikləri və mənfəət vergisi məbləğı haqqında məlumatlar daxil edilir.

Satışdan olan mənfəətə sair gəlirlər və alınmış sair xərc məbləği çıxılmaqla vergitutmaya qədər olan mənfəət məbləği müəyyən edilir.

Vergitutulan mənfəət məbləğindən mənfəət vergisini çıxmaqla xalis mənfəət yaxud zərər müəyyən edilir; alınan qalığın üzərinə vergi aktivləri gəlinir və vergi öhdəlikləri çıxılır.

Maliyyə uçotunda sair gəlirlər və xərclər 46 №-li “Məhsul (iş, xidmət) satışı” hesabında əks etdirilir. Bununla alınan gəlirlər 46 №-li hesabın kreditində, xərclər isə bu hesabın debetində uçota alınır.

46 № -li hesab üzrə analitik uçot gəlir və xərclərin hər bir növü üzrə aparılır.

Buna görə eyni maliyyə təsərrüfat əməliyyatına aid olan sair gəlirlər və xərclər üzrə analitik uçotun təşkili hər bir əməliyyat üzrə maliyyə nəticəsinin aşkar edilməsi imkanını təmin etməlidir.

Mənfəət üzrə hesabata sair dəlirlər və xərclərin daxil edilməsinin məqsədəuyğunluğu haqqında məsələ müzakirə edilərkən nəzərdə tutmaq lazımdır ki, ancaq göstərilən gəlirlərin və xərclərin az bir hissəsi bir başa mənfəət mərkəzinə aid olduğu üçün birbaşa mərkəzə aid etmək olar.

Sair gəlirlərin və xərclərin əsas hissəsi mərkəzləşmiş xarakter daşıyır və dolayı yol ilə mənfəət mərkəzi üzrə bölüşdürülür. Sair gəlirlərin və xərclərin belə bölüşdürülməsi bazası düzgün seçilmədikdə onlar müvafiq mərkəzin mənfəət göstəricilərini təhrif etmiş olur.

Sair gəlirlər və xərclər mərkəzi ilə nəzarətolunmayan mənfəət üzrə mərkəzin hesabatına birlikdə daxil edilməsi nə qədər ki, sair xərclərin əsaslandırılmış şəkildə qiymətləndirilməsində maraq meydana çıxarsa müsbət əhəmiyyəti olar.

Mənfəət mərkəzi üzrə hesabatın tərtib edilməsi variantlarından biri kimi yalnız o gəlirlərin və xərclərin daxil edilməsi məsləhət görülür ki, hansı ki, onlar bilavasıtə müvafiq mərkəzə aid olsun.

Mənfəət mərkəzinin mənfəəti üzrə hesabatın əvəzində marjinal gəlir haqqında hesabatı tərtib etmək olar.

Marjinal gəliri müəyyən etmək üçün məhsul (iş, xidmət) satışından əldə olunan gəlirdən məhsul istehsalı və satışı ilə əlaqədar olan dəyişən xərcləri çıxmaq lazımdır.

Marjinal gəlirlə daimi xərclər arasında olan fərq qalıq gəliri adlanır. Bu zaman müstəqin və dolayı daimi xərcləri nəzərə almaqla qalıq gəlirini hesablamaq məqsədəuyğundur.

İstehsal prosesinin konkret şəraitindən asılı olaraq daimi xərclər müstəqim və dolayı xərclərə bölünür.

Məsələn, əgər avadanlıq yalnız müəyyən məhsul növünün istehsalı üçün istifadə olunursa, onda bu avadanlığa xidmət üzrə bütün xərclər (avadanlığa xidmət üzrə fəhlələrin əmək haqqı, avadanlıq üzrə amortizasiya məbləği, onun icarə ödənişi məbləği və s.) müstəqim xərc adlanır.

Dolayı daimi xərclərə yalnız hesablama yolu illə (müdiriyyətin saxlanmasına olan xərclər, bina üzrə amortizasiya məbləği və s.) məhsul (iş,xidmət) növləri arasında bölüşdürülən məsrəflər aid edilir.

Marjinal gəlir haqqında hesabatın tərtib edilməsini 4.3 №-li cədvəldən görmək olar.
Cədvəl 4.3
May ayı üçün
Marjinal gəlir haqqında mənfəət mərkəzinin hesabatı
Min manatla

s.



si

Göstıricilər

Smeta üzrə

(plan)


Faktiki

Kənarlaşma

(+, -)

Ay ərzində

Ilin əvvəlindən

1.

Satışdan əldə edilən gəlir (netto)

2000

2400

+400

+600

2.

Dəyişən xərclər

1000

1200

+200

+400

3.

Marjinal gəlir (sət.1-sət. 2)

1000

1200

+200

+200

4.

Daimi müstəqim xərclər

400

420

+20

+40

5.

Qalıq gəliri (dolayı xərclərə qədər)

600

780

+180

+160

6.

Daimi dolayı xərclər

200

220

+20

+40

7.

Qalıq gəliri (istehsaldan mənfəət)

(sət.5- sət 6)



400

560

+160

+120

Marjinal gəlir haqqında hesabata sair gəlirlər və xərclər göstəricisini əlavə etmək olar, bunun əsasında mənfəət mərkəzinin xalis gəlirini müəyyən etmək olar.

Hesabat ayı ərzində bütünlükdə müəssisə üzrə mənfəət üzrə hesabatı smeta və ay ərzində və ilin əvvəlindən olan kənarlaşma göstəricilərini hesabata daxil etməklə mühasibat (maliyyə) hesabatının tərkibində mənfəət üzrə hesabat forması üzrə tərtib etmək məqsədəuyğundur.
4. İnvestisiya mərkəzinin hesabatı
İnvestisiya mərkəzi - bu yüksək səviyyəli mərkəzi orqanların özlərinin (bəzi vəzifələrinin yerli orqanlara asılı – törəmə müəssisələrə, filiallara və s. verilməsinin) struktur vahididir.

Nə qədər ki, investisiya mərkəzinə uyğun olması güman edilir, onlar ayrıca təşkilat hesab edilir, bu mərkəzlər mühasibat (maliyyə) hesabatının, o cümlədən mənfəət üzrə hesabatın həmişəki formasını tərtib edirlər.

Yuxarı müəssisənin ayrı-ayrı investisiya mərkəzlərini müqayisəli şəkildə qiymətləndirərkən həqiqi mənfəət göstəricilərinin aktiv mərkəzlərinin kəmiyyəti və istehsalın müxtəlif həcmdə olduğuna görə tez-tez müqayisə oluna bilməməsi məlum olur. Buna görə hazırda bazar iqtisadiyyatlı ölkələrdə investisiya mərkəzlərinin fəaliyyətini qiymətləndirmək üçün dörd göstəricidən istifadə olunur:

-mənfəət;

-aktivlərin rentabelliyi;

-qalıq mənfəəti;

-iqtisadi əlavə dəyər (İƏD).

Müəssisənin konkret şəraitindən asılı olaraq mənfəət göstəricisi şəklində vergitutmaya qədər olan mənfəətdən, adi fəaliyyətin mənfəəti yaxud xalis mənfəətdən istifadə olunur.



Aktivlərin rentabelliyi (AR) göstəricisi mənfəətin (M) aktivə (A) olan nisbəti ilə müəyyən olunur.

AR = M

A

Hazırda göstərilən formada surət və məxrəcin seçilməsində müxtəlif fikirlər vardır.



Xarici təcrübədə surət şəklində tez-tez vergitutmaya qədər mənfəət və üstəlik xərclərə qədər qalıq gəliri göstəricilərindən istifadə olunur. Onunla yanaşı olaraq bəzi müəssisələr hesablamada xalis mənfəət göstəricisini qəbul edirlər.

Aktivlər şəklində (formulanın məxrəci) aşağıdakı göstəricilərdən istifadə olunur:

-balans üzrə aktivlərin dəyəri;

-balans üzrə aktivlərin dəyəri plyus amortizasiya olunan aktivlər üzrə amortizasiya məbləğı;

-hərəkətdə olan aktivlər;

-dövriyyə kapitalı üstəgəl dövriyyədənkənar aktivlər.



Balans üzrə aktivlərin dəyərində amortizasiya olunan aktivlərə (əsas vəsaitlər, qeyri-maddi aktivlər və material qiymətlilərə gəlirli daxil olmalar) onlara hesablanmış amortizasiyanı çıxmaqla qalıq dəyəri daxil edilir.

Aktivlərin balans dəyəri göstəricisinin yaxşı cəhəti ondan ibarətdir ki, ondan istifadə hesablanmış amortizasiyanı nəzərə almaqla hesablanmış mənfəətlə balansda aktivlərin əks etdirilməsinə uyğunluq təmin olunur. Bununla belə amortizasiya olunan aktivlərin istifadə vaxtının artması ilə birlikdə aktivlərin rentabellik göstəricisinin əhəmiyyəti daim artır. Aktivlərin yüksək rentabellik göstəricisi meneceri həvəsləndirir, mövcud aktivlərdən istifadəyə cəhd edilməsi meyli meydana çıxa bilər, onları yenisi ilə əvəz etməmək daha səmərəlidir .



Balans üzrə aktivlərin dəyəri plyus amortizasiya olunan aktivlər üzrə amortizasiya məbləği göstəricisində amortizasiya olunan aktivlər qalıq dəyərinə deyil, ilk dəyərə daxil edilir. Buna görə aktivlərin rentabelliyinin kəmiyyətinə, eləcə də amortizasiyanın hesablanma üsuluna amortizasiya olunan aktivlərin istifadə müddətinin təsiri kənar edilir. Yeni aktivlərin əldə edilməsinə dair müqavimət göstərilməsi menecerin gözündə yox olur.

Hər halda aktivlərin ilk dəyər göstəricisi:

1)nə qədər ki, hesablanmış amortizasiya məbləği daxil edilməyib, nə mənfəət üzrə hesabatla, nə balansla razılaşmaq olmaz;

2)amortizasiya olunan aktivlər üzrə hesablanmış amortizasiya məbləği iki dəfə hesaba daxil edilir (amortizasiya hesablandıqda o artıq hesaba aid edilmişdir) ki, bu da aktivlərin rentabellik göstəricisinin kəmiyyətini təhrif etmiş olur.

Aktivlərin balans dəyəri göstəricisinin bu çatışmazlığı, onların balans dəyəri göstəricisinin çatışmazlığına nisbətən daha əhəmiyyətlidir. Buna görə aktivlərin rentabelliyi hesablanarkən müəssisələrin çox hissəsi aktivlərin balans dəyərini məxrəc şəklində istifadə edirlər.

Qeyd etmək lazımdır ki, inflyasiya yüksək olduqda amortizasiya olunan aktivlərin ilk yaxud qalıq dəyəri onların həqiqi dəyərini əks etdirmir. Bu şəraitdə aktivlərin rentabellik göstəricisini hesablarkən amortizasiya olunan aktivlərin bərpa dəyəri üzrə hesablamaya daxil etmək məqsədəuyğundur.



Hərəkətdə olan aktivlər - bu yəni yenidən qurma və texniki silahlanmada, ehtiyatda və konservasiyada olan aktivlər çıxılmaqla istismarda olan aktivlərdir.

Həmin göstərici aktivlərin rentabelliyinin hesablamnasında az hallarda tətbiq olunur, qayda üzrə, bu halda aktivlər hissəsinin yenidən qurma və texniki silahlanmaya, ehtiat və konservasiyaya keçirilməsi haqqında qərarı yuxarı təşkilat verir.



Dövriyyə kapitalı qısamüddətli öhdəliklərdən dövriyyə aktivlərini çıxmaq onların üzərinə dövriyyədənkənar aktivlərdən alınmış fərqi çıxmaqla hesablanır.

Həmin göstərici aktivlərin rentabelliyinin hesablanmasında nisbətən az tətbiq olunur.

Beləliklə, aktivlərin rentabellik göstəricisini mənfəətin və aktivlərin müxtəlif göstəricilərindən istifadə etməklə hesablamaq olar. Baş idarə ayrı-ayrı investisiya mərkəzlərinin fəaliyyətini müqayisəli şəkildə qiymətləndirmək üçün bütün mərkəzlərdə rentabellik göstəricisinin vahid metodikasını tətbiq etməlidir. Bununla yanaşı ayrı-ayrı investisiya mərkəzlərinin fəaliyyətini qiymətləndirmək üçün aktivlərin rentabellik göstəricisinin nəzərdən keçirilmiş variantlarından hər hansı birini yaxud eyni zamanda bir neçə variantlarını tətbiq etmək olar.

Aktivlərin rentabelliyini hesablamaq üçün formulu (RA) aşağıdakı şəkildə vermək olar:

M SG

RA = x

SG A
Burada: M – mənfəəti;

SG - Məhsul (iş, xidmət) satışından əldə edilən gəliri;

A – aktivləri göstərir.


Göstərilən formulun birinci vuruğu satışın rentabelliyi, ikinci – aktivlərin dövriyyəsi göstəricisidir. Onların özlüyündə mühüm əhəmiyyəti vardır və investisiya mərkəzinin fəaliyyətini qiymətləndirmək üçün istifadə etmək olar.

Məsələn, satışın rentabellik göstəricisi ticarət təşkilatlarında geniş istifadə olunur, dövriyyədən kənar aktivlərin onların ümumi dəyərində nisbətən az xüsusi çəkisi ilə fərqlənir.

Qalıq mənfəəti göstəricisi mənfəətdən istifadə olunan aktivlər üçün minimum zəruri mənfəəti çıxmaqla müəyyən olunur. Axırıncı göstərici aktivlərin dəyərini aktivlər üzrə mənfəət normasına vurmaqla hesablanır.

Qalıq mənfəəti və aktivlərin rentabelliyi göstəricilərinin hesablanmasını 4.4 №-li cədvəldən görmək olar.

Cədvəl 4.4

Aktivlərin rentabelliyi və qalıq mənfəəti göstəriciləri üzrə

investisiya mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi, min man.


Sıra

№si


Göstəricilər

İnvestisiya mərkəzləri

A

B

1.

Mənfəət (M)

400

600

2.

Aktivlərin dəyəri (A)

2000

3600

3.

Mənfəət norması (N), %

10

10


4.

Aktivlər üçün minimum zəruri mənfəət (MN),

(sət.2 x s.t 3)



200

360

5.

Qalıq mənfəəti (QM), (sət. 1 – sət. 4)

200

240

6.

Aktivlərin rentabelliyi (AR), %-lə

(sət. 1: sət. 2)



20

16,7

Mənfəət və aktivlərin rentabelliyi göstəriciləri haqqında cədvəldə verilən məlumatlar A və B mərkəzinin fəaliyyətini obyektiv qiymətləndirməyə imkan vermir, nə qədər ki, B mərkəzində mənfəət (400000 manata qarşı 600000 manat), A mərkəzində isə rentabellik yüksəkdir (16,7 %-ə qarşı 20 %). Qalıq mənfəəti göstəricisi B mərkəzinin fəaliyyətinə daha yüksək qiymət verməyə imkan verir.

Qalıq mənfəəti göstəricisi aktivlər üçün minimum zəruri mənfəətdən əlavə müəssisə üçün müvafiq investisiya mərkəzinə nə kimi mənfəət gətirməsini göstərir, o müvafiq mərkəzin müəssisə fəaliyyətinin ümumi nəticəsinə müsbət təsir etməsini əks etdirir.

Müəssisə müxtəlif investisiya mərkəzləri üçün istifadə olunun aktivlər üçün müxtəlif mənfəət norması müəyyənləşdirə bilər.

Bu zaman daha yüksək mənfəət norması adətən daha yüksək risk səviyyəsində olan fəaliyyət növləri üçün müəyyən edilir.

1980-ci ildən başlayaraq bazar iqtisadiyyatı ilə gedən bir çox ölkələrdə iqtisadi əlavə dəyər (İƏD) göstəricisi geniş tətbiq olunur, hansı ki, hesabat ilinin iqtisadi mənfəətindən əvvəlki ilin iqtisadi mənfəəti çıxmaqla müəyyən olunur. Bununla da iqtisadi mənfəət göstəricisi xalis mənfəətdən aktivə görə ödəməni çıxmaqla hesablanır.

Aktivlərə (kapital) görə ödənişin kəmiyyəti aktivlərin dəyərini onların qiymətinə vurmaqla müəyyən edilir. Aktivlərin qiyməti – bu pul vəsaiti məbləğidir, müəyyən olunmuş həcmdə maliyyə resurslarından istifadəyə görə ödəmək lazımdir, bu həcmə görə faizlə ifadəsində göstərilməlidir.

Hər bir maliyyə resurslarının mənbəyinin öz qiyməti vardır. Bu şərtlə aktivlərin qiyməti aşağıdakı formula ilə müəyyən edilir:

AQ = Qm x XÇm
Burada : AQ – aktivlərin qiymətini;

Qm – maliyyə mənbəyinin qiymətini;

XÇm – onların ümumi məbləğdə maliyyə mənbələrinin xüsusi

çəkisi, %-lə ifadəsini göstərir


Əgər, məsələn , aktivlərin qiyməti onların dəyərinin 10 %-i səviyyəsində müəyyən edilmişdirsə, 1 milyon manat dəyərində aktivə görə ödənişin miqdarı 100000 manat təşkil edəcəkdir.

Mərkəzin xalis mənfəəti adi fəaliyyətin mənfəətindən mənfəət vergisi məbləğini çıxmaqla hesablanır.

2006 və 2007-ci illər ərzində olan İƏD hesablanması qaydası aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 4.5

İqtisadi əlavə dəyərin hesablanması, min man.


Sıra

№-si


Göstəricilər

İ l l ə r

2005

2006

2007

1.

Mənfəət (M)

400

450

500

2.

Mənfəət vergisi

88

99

110

3.

Xalis mənfəət (XM), (sət. 1- sət 2)

312

351

390

4.

Aktivlərə görə ödəniş

200

212

220

5.

İqtisadi mənfəət (İM), (sət. 3- sətş 4)

112

139

170

6.

İqtisadi əlavə dəyər (İƏD), (sət. 5 qr. 4- sət.5 qr. 3; sət. 5 qr. 5- sət. 5 qr. 4)

-

27

31

İƏD göstəricisi hesabat dövrü ərzində səhmdar kapitalının artımını göstərir.

Bu göstərici üzrə biznes vahidi qiymətləndirilərkən menecerlər mənfəətin artırılmasında maraqlı olduğu kimi, özünün biznes-vahidində aktivlərin dəyərinin aşağı salınmasında da maraqlıdır.

Qeyd etmək lazımdır ki, İƏD göstəricisi hesablanarkən hesablamada ancaq o aktivləri götürmək lazımdır ki, hansı ki, həqiqətən biznes-vahidinin menecerləri tərəfindən nəzarət edilir. Bununla əlaqədar biznes-vahidi aktivlərinin tərkibinə əgər idarəetmə mərkəzləşmiş qaydada aparılırsa, qeyri-maddi aktivlərin təşkilati xərcləri, şirkətin inzibati binasının dəyəri, şirkətin maliyyə qoyuluşları daxil edilməməlidir.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə