I fəSİL. İDarəetmə UÇotunun nəZƏRİ Əsaslari idarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri


Xərclərin operativ uçotu əlamətinə görə faktiki maya dəyərinin uçotu sistemi və “standart kostinq” sistemi fərqlənir



Yüklə 0,92 Mb.
səhifə2/11
tarix14.10.2017
ölçüsü0,92 Mb.
#4713
1   2   3   4   5   6   7   8   9   10   11

Xərclərin operativ uçotu əlamətinə görə faktiki maya dəyərinin uçotu sistemi və “standart kostinq” sistemi fərqlənir.

Faktiki maya dəyərinin uçotu sistemi yerli müəssisələrdə genişlənmiş və ənənəvi şəkil almışdır. İstehsala faktiki xərclərin uçotu aşağıdakı prinsiplər üzrə aparılır:

- mühasibat uçotunun hesablar sistemində istehsala ilkin xərclərin tam əks etdirilməsi;

- istehsal prosesində meydana gəlmə anında xərclərin uçot qeydiyyatı;

-istehsalın növləri, xərclərin xarakteri, əmələ gəlmə yerləri, uçotun obyektləri və xərc təmsilçiləri üzrə xərclərin məhdudlaşdırılması;

- xərclərin onların uçot obyektlərinə faktiki aid edilməsi və kalkulyasiya edilməsi;

- faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisə edilməsi.

Hesabat dövrünün faktiki xərclərinin həcmi faktiki istifadə olunan resurs-ların miqdarını onların faktiki qiymətinə vurmaq yolu ilə müəyyən edilir.

Faktiki maya dəyəri üzrə uçotun hesablamalarının sadə olması daha aydın görünür. Lakin bu sistem əhəmiyyətli dərəcədə nöqsanlara da malikdir:

-tam maya dəyərinin uçotu itkinin aradan qaldırılması üçün heç bir vasitə deyil;

-mühasibat informasiyaları ilə idarəetmə heyətini operativ təmin edə bilmir, belə ki, məhsulun maya dəyəri haqqında məlumatlar hesabat dövründən sonra təqdim olunur.

Müstəqim istehsal xərclərinin nizamlanmasına yönəldilmiş idarəetmə uçotu sistemi istehsalın başlanmasına qədər faktiki xərclərin uçotu və kalkulyasiya standartlarının tərtib edilməsi yolu ilə standartlardan kənarlaşma müəyyən edilir və bu “standart kost” adını almışdır.

“Standart” – məhsul vahidinin istehsalı üçün material və əmək məsrəflərinin miqdarı yaxud əvvəlcədən məhsul, iş, xidmət vahidi istehsalına material və əmək məsrəflərinin hesablanmasıdır; “Kost” – bu məhsul vahidinin hazırlanmasına çəkilən istehsal xərclərinin pul ilə ifadəsidir.

Stadart-kost” sistemi fikri onunla nəticələnir ki, uçota nə daxil olmuşdur, bu əsas götürülmür, uçota nə daxil edilməlidir fikri əsas götürülür. Bu sistemin əsas vəzifəsi – müəssisənin mənfəətində itki və kənarlaşmanın uçotudur.

“Stanart-kost” sisteminin xarakterik xüsusiyyətləri aşağıdakılar hesab olunur:
- vəsaitlərin xərclənməsi prosesində standartlardan kənarlaşmanın əsası onları sənədlərlə əsaslandırmadan, xüsusi hesablarda aparılan mühasibat yazılışıdır. İdarəedənlərin qarşısında kənarlaşmanı sənədlərlə əsaslandırmamaq vəzifəsi durur, lakin onları buraxmamaq şərti ilə;

- aşkar edilmiş kənarlaşmanı mühasibat uçotunda bütün müəssisələr əks etdirmir, ancaq onlardan bəziləri cari standartlardan istifadə edirlər;

- standartlardan kənarlaşmanı əks etdirmək üçün xüsusi sintetik hesablar ayrılır.

“Standart- kost” sistemi özündə müstəqim məsrəflərin idarəetmə vasitəsidir. Qərb uçotunda bu sistemin bir neçə variantından istifadə olunur.

1. Xərclər “İstehsalat” hesabının debetində toplanır və standart qiymət üzrə qiymətləndirilir, hazır məhsullar bu hesabın kreditindən silinir, bitməmiş istehsalat standart qiymət üzrə qiymətləndirilir. Kənarlaşma ayrıca uçota alınır və 46 №-li “Məhsul (iş, xidmət) satışı” hesabının debetinə silinir.

2.Xərclər 20 №-li “Əsas istehsalat” hesabının debetində yekunlaşır. Hazır məhsullar faktiki maya dəyəri ilə qiymətləndirilir və bu hesabın kreditindən standart qiymət üzrə silinir. Bitməmiş istehsalat bu və ya digər tərəfə faktiki xərclərdən kənarlaşma nəzərə alınmaqla standart qiymət üzrə qiymətləndirilir. Kənarlaşma 46 №-li hesaba silinir.

Xərclərin idarə edilməsi məqsədi ilə, bu kənarlaşma nə dərəcədə əhəmiyyətlidirsə həmişə nəzərdən keçirilir, onlar uçota alınır; onlar nəyi göstərir,istehsala xərclərin təhlilində aşkar edilmiş kənarlaşma nə qədər əhəmiyyətlidirsə onda hansı problemi həll etmək lazım gəlirsə onlar istifadə oluna bilər.

“Standart-kost” sisteminin üstünlüyü ondan ibarətdir ki, o müəssisənin mənfəətinin aşağı salınmasını, itkilərin aradan qaldırılmasını aşkar etməyə, gələcək “Standart-kost” sisteminin üstünlüyü ondan ibarətdir ki, o müəssisənin mənfəətinin aşağı salaınmasını, itgilərin aradan qaldırılmasını aşkar etməyə, gələcək üçün xərcləri proqnozlaşdırmağa, kalkulyasiya ilə əlaqədar uçot işlərini minimuma endirməyə imkan verir; istehsal maya dəyəri haqqında düzgün məlumatlar menecerə təqdim olunur və onun əsasında satış şöbəsi satışın həcmini planlaşdıra bilir və optimal qiyməti müəyyənləşdirə bilir.

“Standart-kost” sistemi mahiyyəti üzrə yerli normativ uçot sisteminə yaxındır, “Standart-kost” onun nümunəsidir.

Fərq ondan ibarətdir ki, normativ xərclər keçmiş təcrübənin əsasında müəyyən edilir, standart xərclər isə gələcək proqnoza əsasən müəyyən edilir.

Normativ maya dəyərinin uçotu sistemindən istifadə edən müəssisələr 37 №-li “Məhsul (iş, xidmət) buraxılışı” hesabını tətbiq edir. Hesabat dövrü ərzində mühasibat uçotunda əgər hazır məhsul buraxılırsa 37 №-li hesabın krediti və 40 №-li “Hazır məhsullar” hesabının debeti üzrə yazılış aparılır, əgər iş yerinə yetirilirsə yaxud xidmət göstərilirsə normativ maya dəyəri üzrə 46 №-li “ Məhsul (iş, xidmət) satışı hesabının debeti və 37 №-li hesabın krediti üzrə yazılış aparılır.
Hesabat dövrünün axırında bitməmiş istehsalın həcmi müəyyən edildikdən sonra anbara təhvil verilən hazır məhsulların yaxud yerinə yetirilən işlərin (göstərilən xidmətlərin) faktiki maya dəyəri hesablanır və bu 37№-li hesabın debetində və 20,23№-li hesabların kreditində əks etdirilir.

37 №-li hesabın debeti və krediti üzrə eyni həcmdə, məhsulun (iş, xidmət) həcmi üzrə əks etdirilir, lakin müxtəlif qiymətləndirmə aparılır: debetdə - faktiki maya dəyəri üzrə, kreditdə - normativ maya dəyəri üzrə əks etdirilir

40 № -li hesabın debet dövriyyəsi kredit dövriyyəsi ilə müqayisə olunduqda faktiki maya dəyərinin normativ maya dəyərindən kənarlaşma aşkar edilir və 37 №-li hesabdan, kənarlaşmanın xarakterindən asılı olaraq əlavə yazılış yaxud storno yolu ilə 46 №-li hesabın debetinə silinir.

37 №-li hesab məhsulun tam maya dəyərinin uçotunda və maya dəyərinin ucuzlaşması uçotunda( dəyişən xərclər üzrə) tətbiq edilə bilər, bu da qərbin oxşar “standart-kost” sistemi, normativ uçotun müəssisədə təşkili əlamətindən ortaya çıxır. O, daimi və dəyişən xərclərin ayrılıqda aparılan uçotu variantının əlaqələndirilməsində yerli uçotda normativ uçotun və “direkt-kosinq” sisteminin ünsürlərinin inteqrasiyasında real imkanlar açır.

İdarəetmə uçotunu təşkil etdikdə məsrəf, xərc, sərf edilmə anlayışlarını, həmçinin xərclərin təsnifatının uçota alınmasını bilmək lazımdır.

Məsrəf, xərc, sərf edilmə anlayışlarını aşağıdakı kimi göstərmək olar:

- istehsal məsrəfləri – istehsala və məhsul (iş, xidmət) satışına əmək məsrəfləri;

- xərc – gəlirin alınmasına yönəldilmiş, müəssisə fəaliyyətinin təşkili üşün aparılmış iqtisadi cəhətdən həqiqi məsrəf hissəsidir. Mahiyyəti üzrə xərc satılan məhsulların (işlərin, xidmətlərin) maya dəyərini xarakterizə edir;

- sərf edilmə ( xərcləmə) - bu vəsaitlər əmtəə-materal qiymətlilərin alınması üçün xərclənir, gələcəkdə gəlir gətirə bilən, müəssisənin aktivi kimi balansda əks etdirilir.

Müəssisə fəaliyyəti gedişində meydana çıxan xərclər mühasibat uçotunun beynəlxalq standartlarına uyğun özündə məsrəflərə və zərərlərə daxildir.

Yerli praktikada, “məsrəflər”, “xərclər” və “sərf edilmə (xərclənmə)” anlayışları eyni anlayışlardır. Məsrəflərin xarakteristikası üçün, bilavasitə istehsal ilə əlaqədar olan, ”istehsala məsrəflər” termini işlənir.

Məhsulların planlaşdırılması, uçotu və maya dəyərinin kalkulyasiyası üzrə normativ sənədlərlə istehsala məsrəflər təsnifləşdirilir:

1. xərclərin tərkibinə görə - birelementli və kompleks xərclərə;

2.xərclərin növlərinə görə - iqtisadi cəhətdən oxşar elementlər və kalkulyasiya maddələrinə;

3. təyinatına görə - əsas və üstəlik xərclərə;

4. istehsalın həcminə olan münasibətə görə - daimi və dəyişən xərclərə;

5. xərclərin məhsulun maya dəyərinə aid edilməsi üsuluna görə - müstəqim və qeyri müstəqim xərclərə;

6. planı əhatə etmə dərəcəsinə görə - planlaşdırılan və planlaşdırılmayan xərclərə.

İdarəetmə uçotunu təşkil etdikdə onun əsas funksiyalarını nəzərə almaq lazımdır.

1.İdarəetmə uçotu – bu bütün səviyyələrdə təmin edilmək üçün lazımı qəbul edilmiş informasiya üçün yönəldilmiş idarəetmə informasiya sistemlərinin bir hissəsidir.

2.Tənzimləmə funksiyası (qəbul edilmiş idarəetmə qərarı) qiymət siyasətinin müəyyən edilməsi, becərilmiş kənd təsərrüfatı məhsullarının çeşidinin formalaşması, faktiki yerinə yetirilmənin tərtib edilmiş istehsal planından kənarlaşmasına öz vaxtında qəbul edilmiş qərar kimi məsələlərlə əlaqədardır. Məsələn, bitki məhsulu yığımı dövründə işçi qüvvəsinin, materialların (toxumun, yemin, yanacağın, ehtiyat hissələrinin, mineral gübrələrin , bitkilərin və heyvanların mühafizə vəsaitləri və s.) çatmaması.

3.İstehsalat sahələrinə və ayrı-ayrı icraçılara (sağıcılar, mala baxanlar, tərəziçilər, bağçılar və s.) edilən xərclərə nəzarət.

İdarəetmə uçotunun təşkilində əks etdirilmiş ayrı-ayrı uçot növlərinin yerinə yetirilməsi az rol oynamır:

-bütün istehsalat mərhələlərinin keçməsini;

-informasiyaların istifadəsini müəyyən mərhələlərə ayırmaqla xərclərin yığılması;

-müvafiq sənədlərlə nizama salınmış, xərclərin kalkulyasiya edilməsi.

Hazırda harada uçotun funksiyaları idarəetmə uçotu sisteminin avtomatlaşmasını nəzərə almaqla yerinə yetirilirsə, quraşdırılmış istehsal şəklində iri müəssisələrdə idarəetmə uçotunun təşkilinin bəzi xüsusiyyətlərini öyrənmək olar. Belə ki, idarəetmə uçotunun avtomatlaşması aktivlərin faktiki vəziyyəti, gəlirlər, xərclər, pul vəsaitləri haqqında informasiyaların rəhbərlik tərəfindən dərhal alınmasına imkan verir.



4. İdarəetmə, maliyyə və vergi uçotunun qarşılıqlı əlaqələri və

fərqləri

İdarəetmə uçotuna idarə daxili üçün lazım olan maliyyə uçotunun bir hissəsi (xarici istifadəçilər üçün məhsul istehsalına məsrəflər haqqında hesabatın tərtib edilməsi) və istehsalat uçotu daxildir. Məsələn, kənd təsərrüfatı müəssisələrinin illik mühasibat (maliyyə) hesabatının tərkibinə nümunəvi hesabat formaları ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış məxsusi hesabat formaları da daxil edilir. Məxsusi hesabat formalarının vəzifələri idarəetmə uçotunun məlumatları üzrə doldurulur:

-kənd təsərrüfatı müəssisələrinin məhsullarının satışı (7-KT №-li forma);

-əsas istehsala məsrəflər (8-KT №-li forma);

-bitkiçilik məhsulları istehsalı və maya dəyəri (9-KT №-li forma);

-heyvandarlıq məhsulları istehsalı və maya dəyəri (13-KT №-li forma).


Belə hesabatlarda olan informasiyaları istehsalat nəticələri üçün menecerlər istifadə edirlər.

Mühasibat ətraflı və özvaxtında informasiyaların alınması üçün maliyyə uçotunu aparmaqla yanaşı vergitutma məqsədi üçün vergi uçotunu da aparır.

Odur ki, idarəetmə, maliyyə və vergi uçotu arasında xeyli fərq vardır:

1.VM-nin 10-cu fəslində göstərilmiş vergitutma məqsədi ilə təsərrüfat əməliyyatlarının qruplaşdırılması qaydası və uçotu, bu obyektlərin mühasibat uçotu qaydasından xeyli fərqlənir.

2.Vergi uçotunun analitik qeydləri – bu mühasibat (maliyyə) uçotu hesabları üzrə bölüşdürülməmiş, Vergi Məcəlləsinin X fəslinə uyğun qruplaşdırılmış, hesabat (vergi) dövrü ərzində vergi uçotu məlumatlarının sistemləşdirilmiş icmal formasıdır. Daha doğrusu mühasibat uçotunda əməliyyatların və məsrəflərin uçotu qaydası vergi uçotunun analitik qeydlərində əks etdirilən məlumatlarla uyğun olmaya bilər.

3.Vergi uçotunda – satışdan olan gəlirlər, satışdankənar gəlirlər (xərclər) üzrə meydana gələn fərq məbləğlərinin aid edilməsi nəzərdən keçirilir, mühasibat uçotunda isə fərq məbləği satışdan olan gəlirlərin tərkibində uçota alınır.

4.VM-nin X fəslində “istehsala və satışa çəkilən xərc məbləğinin müəyyən edilməsi qaydası” müəyyən edilmişdir ki, onlar müstəqim və dolayı xərclərə bölünür. Lakin onlar maya dəyəri elementi üzrə xərclərin qruplaşdırılmasına əsasən, mühasibat uçotunda olduğu kimi konkret məhsul növlərinə dair göstərilən xərclərinə əsasən mühasibat prinsipi üzrə bölünür. Müstəqim xərclərə aid olunur: material xərcləri və amortizasiya ayırmaları, qalan bütün xərclər dolayı xərclərdir və hesabat (vergi) dövründə istehsaldan və satışdan gəlirin azalmasına tam həcmdə aid edilir. Həmin vaxtda müstəqim xərc məbləği ancaq hesabat dövründə qismən satışdan olan gəliri azaldır.

Satışdan gəliri azaldan müstəqim xərc məbləğindən bitməmiş istehsal qalıqlarına aid olan xərc məbləğləri hesabat dövründə satılmayan yüklənmiş və anbarda olan hazır məhsullar çıxılır.

Həmin vaxtda adi fəaliyyət növü ilə əlaqədar, bütün xərcləri nəzərə almaqla satılan məhsulların maya dəyərini və bu qaydaya uyğun müəyyən olunmuş maliyyə nəticəsini mühasibat uçotunu təşkil edən müəssisə, xərclərin vergi uçotunu başqa cür aparmalı olur, yəni uçotun yeni paralel sistemi aparılır.

5.Bank kreditinə görə faizlərin ödənişi üzrə xərclər-satılan və satılmayan mallar arasında bölüşdürülməməlidir, onlar əməliyyat xərclərinin tərkibində mühasibat uçotunda əks etdirilir.

6.Müəssisələr iki uçot siyasətini (mühasibat və vergi) formalaşdırılmalıdır.

İdarəetmə, maliyyə və vergi uçotu arasında qarşılıqlı əlaqə kiçik mövqeylərlə müəyyən olunur:

-təsərrüfat əməliyyatları xronoloji ardıcıllıqla əks etdirilir;

-müəssisə hüquqi şəxs şəkilində onun qeydiyyatı anından uçotu müntəzəm aparır;

-qeydlərə uyğun təsərrüfat əməliyyatları öz vaxtında əks etdirilir;

-ilk və icmal sənədlər informasiyaları təmsil edən kağızlarda tərtib edilir;

-müəssisə əmlakı və öhdəlikləri pul ifadəsində (man.) uçot və hesabatda əks etdirmək üçün qiymətləndirmə aparır.

Xərclərin idarəetmə və maliyyə uçotu, xərclərin uçotunun vahid sistemi şəklində təşkil oluna bilər, istehsala məsrəflərin uçotu üzrə bu və ya digər hesablarda vahid məlumatlarla istehsala məsrəflərin uçotu təmin olunur və həmin məlumatlar maliyyə, idarəetmə və vergi uçotu üçün əsasdır;



Maliyyə və idarəetmə uçotu vahid mühasibat uçotunun bir hissəsi kimi bir-birindən asılı olmasını göstərir;

-qəbul olunan qərar üçün iki uçot növünün informasiyasından istifadə olunur;

-ilkin informasiyaların bir dəfə aparılması yalnız idarəetmə uçotu üçün xarakterik deyil, eyni zamanda maliyyə hesabatının tərtibi üçün xarakterikdir;

-maliyyə uçotunun ümumi prinsipləri idarəetmə uçotunda da tətbiq olunur;

-iki uçot növünün vahid uçot obyektləri vardır;

-uçotun vəzifələri və məqsədini müəyyən etmək üçün vahid üsuldan istifadə olunur:

-hər bir uçot növünə görə ümumi metodlardan (sənədləşmə, inventarizasiya, qiymət və kalkulyasiya, uçot obyektlərinin qruplaşdırılması, istehsal vahidlərinin hesabatı, müəssisənin daxili və xarici hesabatı) istifadə olunur.

Ümumi halda maliyyə uçotu müəssisə fəaliyyətinə nəzarət və verginin hesablanması üçün dövlətə lazımdır, həmçinin investorlar üçün vahid informasiya sahəsinin yaradılması üçün lazımdır. Buna görə hər hansı dövlət maliyyə uçotunun metodologiyasını qaydaya salır və onun aparılma qaydasını və hesabatın hazırlanmasını qaydaya salır.

İdarəetmə uçotu idarəetmə qərarlarını qəbul edən menecerə kömək edir, buna görə onun aparılma metodologiyası konkret müəssisənin biznesinin tələbatına cavab verir. Deməli, hər bir müəssisə üçün idarəetmə uçotu sisteminin qurulması vacibdir.

İdarəetmə və maliyyə uçotu arasında aşağıdakı fərqlər vardır:

1.Maliyyə uçotu nizama salınmış şəkildə məcburi olaraq hesabatın dövri olaraq təqdim olunmasına doğru yönəldilmişdir. İdarəetmə hesabatı ehtiyac olduqda təqdim olunur, hesabat formaları qaydaya salınır və hətta istehsal vahidlərində fərqlənə bilər. Bundan başqa, idarəetmə hesabatı yalnız bu şərtlə tərtib olunur ki, onun vergi xərci çox olduqda hesabatdan istifadə əlverişlidir.

2.İdarəetmə qərarlarının qəbul edilməsi üçün informasiya məlumatlarının tez toplanmasını tələb edir, buna görə məlumatlar yarımçıq ola bilər. Təxmini informasiyalar maliyyə uçotunun informasiyalarından ( burada informasiyalar düzgün olmalıdır)fərqli olaraq idarəetmə qərarlarının operativ qəbul edilməsi üçün kifayət edə bilər.

3. İdarəetmə və maliyyə uçotunu əhatə edən bizneslərin konturları fərqlidir. Onların tərkibinə müxtəlif hüquqi şəxsləri daxil etmək olar.

4. Maliyyə uçotu nə qədər müfəssəldirsə idarəetmə uçotu da müfəssəl ola bilər, bu idarəetmə qərarlarının qəbul edilməsi üçün bir o qədər lazımdır.

5. Maliyyə hesabatları 15 sentyabr 1995-ci il Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “ Müəssisənin illik mühasibat hesabatları və onların tərtibi qaydaları”, 24 mart 1995-ci il “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu kimi qanunvericilik və digər normativ aktların tələblərinə - uçot qaydalarına uyğun tərtib olunmalıdır. Bu xarici istifadəçilərə təhlil üçün lazım olan göstəriciləri hesabat məlumatları ilə tutuşdurmağa və müqayisə etməyə imkan verir. İdarəetmə uçotu daxili qaydalar üzrə aparılır. Bu qaydalar idarəetmə qərarlarının qəbul edilməsi üçün daha uyğun gəlir.

6. Maliyyə hesabatları – müəssisənin artıq başa çatmış təsərrüfat fəaliyyəti əsasında tərtib edilir, idarəetmə hesabatlarının tərkibində isə proqnoz yaxud hələ başa çatmamış faktlar ola bilər. Bundan başqa, idarəetmə hesabatlarının tərkibində plan göstəriciləri də olur.

7. İnformasiyaların dairəsi. - Maliyyə hesabatları müəssisənin bütün fəaliyyəti haqqında informasiyaları ümumiləşdirir. İdarəetmə uçotu ayrı-ayrı bölmələrin fəaliyyətinin nəticələri, ayrı-ayrı məhsul, iş, xidmət növləri haqqında informasiyanı özündə əks etdirir.

8. Uçotun məqsədi. Xarici istifadəçilərə informasiya üçün maliyyə hesabatının tərtibi məqsədi ilə maliyyə uçotu aparılır. İdarəetmə uçotunun vəzifəsi isə planlaşdırma, idarəetmə və nəzarət üçün informasiyaların toplanması və işlənməsini təmin edir.

9. İnformasiya istifadəçiləri. Təşkilatlarda (kreditorlar, vergi orqanları, səhmdarlar, büdcədənkənar fondlar və s.) müəyyən münasibəti olan hüquqi və fiziki şəxslər maliyyə uçotunun istehlakçılarıdır.

İdarəetmə uçotunun məlumatları müxtəlif səviyyələrdə məhsulların maya dəyərini müəyyən etmək, onun təhlili, məsuliyyət mərkəzinin cari hesabatının tərtib edilməsi, müəssisənin fəaliyyətinin uzunmüddətli planlaşdırılması üçün idarəetmə heyəti istifadə edir.

10. Uçotun prinsipləri. Maliyyə uçotu ümumi qəbul olunmuş qaydada mühasibat uçotunun norma və standartları əsasında aparılır. Bu, xarici istifadəçilərə informasiyaları uçot məlumatları ilə tutuşdurmağa və müqayisə etməyə imkan verir. İdarəetmə uçotunun prinsipi o qayda və üsulların seçilməsi ilə nəticələnir ki, onlar qəbul edilmiş qərarlar üçün əlverişli informasiyalar verir.

11.Uçotun strukturu. Maliyyə uçotunda biznes bərabərliyi vardır: aktivlər =öhdəliklər + xüsusi kapital. İdarəetmə uçotunda eyni bərabərlik yoxdur. Onun strukturunda üç obyekt növündən (gəlirlər, xərclər, aktivlər) istifadə olunur. Bu göstəricilərdən hər hansını idarəetmə uçotu sistemi istifadə edir.

12. Qarşılıqlı münasibət vaxtı. Maliyyə hesabatlarında hesabat dövründə başa çatmış təsərrüfat əməliyyatları haqqında informasiyalar əks etdirilir. Bunlar planlaşmada və proqnozda idarəetmə uçotunda istifadə olunur. İdarəetmə uçotu

başa çatmış və gələcəyə yönəldilmiş faktlar haqqında informasiyaları əhatə edir. Maliyyə uçotu “bu necə olmuşdur” vəzifəsini, idarəetmə uçotunda isə “bu necə olmalıdır” vəzifəsini göstərir. Deməli idarəetmə uçotunda təxmini qiymətləndirmələr çox olur.

13. İnformasiyaların ifadə formaları. Maliyyə uçotunda təsərrüfat əməliyyatları pul ifadəsində qiymətləndirilir. Hesabat dövründə Baş kitabda bütün hesablar üzrə qalıqlar maliyyə hesabatının tərtibi üçün istifadə olunur.

İdarəetmə uçotunda çoxlu həcmdə informasiyalar natura ifadəsində (norma-saat, iş saatı, sentner, hektar və s.) göstərilir.

14. İnformasiyaların verilmə tezliyi. Maliyyə uçotunun yekunları üzrə hesabatlar müntəzəm (aylıq, rüblük, illik) hazırlanır. İdarəetmə uçotunda isə hesabatlar müxtəlif səviyyələrdə rəhbərin tələbi ilə onlara lazım olan vaxtlarda müntəzəm hazırlanır.

15. İnformasiyaların təqdim edilmə vaxtları. Maliyyə hesabatlarının təqdim edlmə vaxtları müəyyən edilmiş vaxtlardır, idarəetmə hesabatlarının təqdim edilmə vaxtlarını müəssisənin müdiriyyəti müəyyən edir.

16. Uçotun aparılma metodları. Maliyyə uçotunun metodunun əsas elementləri hesab və ikili qeyd, sənədləşmə, inventarizasiyadır. Bu elementlər idarəetmə uçotunda heçdə həmişə istifadə olunmur.

17. İnformasiyaların açıqlanma dərəcəsi. Maliyyə hesabatı – açılışı , ictimai olması və kommersiya sirri göstərilmir. Adətən idarəetmə uçotunun informasiyaları müəssisənin kommersiya sirri sayılır, nəşr olunmamalıdır və məxfi xarakter daşıyır.

18 Məsuliyyət dərəcəsi. Maliyyə uçotunun aparılma qaydasının pozulma-sına və onun məlumatlarının təhrif olunmasına görə vergi orqanları tərəfindən cərimə sanksiyaları nəzərdə tutulur. İdarəetmə uçotunun məlumatları çox vaxt təxmini olur. Nəticədə müdiriyyət düzgün olmayan qərar qəbul edir, buna görə menecer inzibati məsuliyyət (töhmət, məzəmmət) daşıyır.

İdarəetmə prosesi planlaşdırma, nəzarət və tənzimləmə mərhələlərindən ibarətdir.

Rəhbərliyə hər bir mərhələdə informasiya tələb olunur. Bu informasiyalar idarəetmə uçotu sistemində hazırlanmalıdır.

Beləliklə, müəssisənin idarə edilməsi məqsədi ilə idarəetmə uçotunun aparılması üçün aşağıdakı sistemlər tələb olunur:

1.Büdcənin planlaşdırılması;

2.Pul vəsaitlərinin hərəkət smetasının planlaşdırılması;

3.İdarəetmə balansının planlaşdırılması;

4.Büdcə maddələri nöqteyi nəzərdən təsərrüfat fəaliyyəti faktları, pul vəsaitlərinin hərəkət planı maddələrinin və idarəetmə balansının əsasında informasiyaların toplanması;

5.İdarəetmə hesabatları.
İdarəetmə və maliyyə mühasibat uçotunun müqayisəli xarakteristikası
İdarəetmə uçotunun mahiyyətini yaxşı və əyani başa düşmək üçün idarəetmə və maliyyə uçotu arasında oxşarlığı və fərqləri göstərmək əlverişlidir.

Vahid mühasibat uçotunun hər iki uçot növündə bir-birindən asılı və bir birindən törəmə hissələri nəzərdə tutulur. Maliyyə uçotunun əksər elementlərini idarəetmə uçotunda tapmaq olar:

- maliyyə uçotunda və idarəetmə uçotunda eyni maliyyə əməliyyatlarına baxılır, təhlil edilir. Maliyyə uçotu sistemində xərc elementləri üzrə əks etdirilmiş məsrəf növləri haqqında məlumatlar (əmək haqqı, amortizasiya ayırmaları və s.) eyni zamanda idarəetmə uçotunda da istifadə olunur;

- idarəetmə uçotunun operativ informasiyaları ilk informasiyaların toplanmasının vahid qaydalarına müvafiq həyata keçirilir və maliyyə sənədlərinin tərtibi üçün istifadə edilir. Oxşarlığı müəyyən edən ən mühüm amil ondan ibarətdir ki, maliyyə və idarəetmə uçotunun məlumatları həm idarəetmə qərarı qəbul etmək, həm də müəssisənin bazar strategiyası ilə bağlı qərarın qəbul edilməsində istifadə edilir;

- maliyyə uçotunun ümumqəbul olunmuş prinsipləri idarəetmə uçotunda da tətbiq edilir;

- uçotun məqsədi və vəzifəsinin seçilməsinə vahid yanaşma;

- hər bir uçot növündə ümumi metodlardan istifadə (sənədləşmə, inventarizasiya, qiymət və kalkulyasiya, uçot obyektlərinin qruplaşdırılması, bölmənin hesabatı, müəssisənin daxili və xarici hesabatı)

Qeyd etmək lazımdır ki, iki uçot növünün birləşməsinin daha mühüm əlaməti ondan ibarətdir ki, onların informasiyaları qərarların qəbul edilməsi üçün istifadə olunur. Belə ki, maliyyə uçotunun məlumatları müəssisənin inkişaf perspektivinin qiymətləndirilməsində investorlara kömək edir. İdarəetmə uçotunun məlumatları qiymətin əmələ gəlməsi, xərclərin aşağı salınması və s. problemlərin həlli üçün istifadə olunur.

Bununla yanaşı maliyyə və idarəetmə uçotu arasında prinsipial fərqlər vardır. Bunlar aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 1.1



İdarəetmə və maliyyə uçotunun müqayisəli xarakteristikası


Fərqləndirici əlamətlər

İdarəetmə uçotu

Maliyyə uçotu

1. Qaydaya salın- ma dərəcəsi

Hesabat formalarına dair dövlət tərəfindən qaydayasalma tələbləri və standart formaların təqdim edilməsi yoxdur

Hər bir müəssisə üçün uçotun aparılması məcburidir. Aparılma qaydası dövlət tərəfindən qaydaya salınır.

2. İnformasiyanın düzgünlüyü

İdarəetmə qərarlarının qəbul edilməsi üçün çox vaxt təxmini məlumatlardan istifadə olunur.

Həyata keçirilmiş əməliyyatlarda düzgün informasiyalar əks etdirilir

3.İnformasiyanın dairəsi

Ayrı-ayrı məhsul, iş, xidmət növləri, eləcə də bütünlükdə müəssisə və ayrı-ayrı struktur bölmələrin fəaliyyətinin nəticələri barədə informasiyalar olur

Bütün müəssisə fəaliyyəti haqqında informasiya ümumiləşdirilir


4. Uçotun məqsədi

Cari istehsalat-təsərrüfat fəaliyyətinə nəzarət, planlaşdırma, idarəetmə üçün informasiyaların toplanması və işlənilməsinin operativ təminatını nəzərdə tutmaqdır

Xarici və daxili istifadəçilər üçün maliyyə hesabatının tərtibi məqsədilə aparılır. Maliyyə hesabatı tərtib olunduqda məqsədə nail olunmuş hesab olunur

5.İnformasiya istifadəçiləri

Müxtəlif səviyyələrdə idarəetmə heyəti

Müəssisə ilə müəyyən münasibətdə olan hüquqi və fiziki şəxslər: kreditorlar, vergi orqanları, səhmdarlar və s.

6.Əsas qayda

Müəssisənin marağına səbəb olmasından, idarə başçısının məqsəd və vəzifəsindən asılı olaraq təşkil edilir. Bu qaydanın yararlılığından asılı olaraq hər hansı daxili uçot qaydasına idarəetmə aparatı təşkil edildikdə nəzarət etmək olar.

Mühasibat uçotunun norma və standartları əsasında ümumi qəbul olunmuş qaydada maliyyə uçotu aparılır ki, bu da xarici istifadəçilərə uçot məlumatlarının müqayisə edilməsinə və informasiyaların müqayisə edilməsinə imkan verir.


7.Uçotun strukturası

Üç növ obyektlərdən (gəlirlər, xərclər, aktivlər)istifadə olunur. Bazis bərabərliyi olmur.

Bazis bərabərliyi vardır: aktivlər=öhdəliklər+xüsusi kapital

8.Münasibat zamanı

Başa çatdırılmış faktlar haqqında informasiyanı əhatə edir və gələcəyə çağırış olaraq müraciəti göstərmək ”Necə olmalıdır”

Başa çatdırılmış təsərrüfat əməliyyatları haqqında informasiya əks etdirilir. Çağırışını göstərmək – “bu necə olub”

9.Ölçü vahidi göstəricilərindən istifadə

Bütün növ ölçü vahidlərindən –pul, natura, əmək ölçü vahidindən istifadə olunur (man.,hektar,sentner,iri buynuzlu mal-qara başla,iş saatı,əmək-günü,norma -saat,maşının iş saatı)

Pul vahidi


10.Dövri hesabatların tərtib edilməsi

Hesabatlar ehtiyac olduqca hər ay, hər həftə, hər gün, bəzən müxtəlif səviyyələrdəki rəhbərlərin tələbi ilə təcili tərtib olunur.

Müəssisə tam maliyyə hesabatını ilin yekununa görə, kiçik maliyyə hesabatını isə rüb üzrə tərtib edir.

11.Məsrəflərin qruplaşdırılması

Məsrəf maddələri nöqteyi nəzərindən məsrəf uçot obyektləri üzrə. Qruplaşdırma çağırışı sualına cavab vermək: resurslar harada və nəyə istifadə olunub?

İqtisadi elementlər üzrə. Qruplaşdırma çağırışı sualına cavab vermək: hesabat dövründə istehsala nə xərclənib?

12.Uçotun aparılma metodları

Uçot metodunun əsas elementləri – hesab və ikili qeyd, sənədləşmə,inventarizasiyadır (az hallarda)

Uçot metodunun əsas elementləri hesab və ikili qeyd , sənədləşmə, inventarizasiyadır.

13.İnformasiyanın açıq saxlanma dərəcəsi

Adətən informasiya müəssisənin kommersiya sirri sayılır, o mətbuata verilmir və məxfi xarakter daşıyır

İnformasiya mətbuata verilir və kommersiya sirri sayılmır.

14.Uçotun düzgün aparılmasına məsuliyyət

İntizam məsuliyyəti (töhmət, məzəmmət və s.)

Maliyyə uçotunun aparılması qaydasının pozulmasına və onun məlumatlarının təhrif edilməsinə görə cərimə sanksiyaları nəzərdə tutulur

5. İdarəetmə uçotunun prinsipləri.


İdarəetmə uçotunun prinsiplərinə aid edilir: müəssisə fəaliyyətinin fasiləsizliyi; planlaşdırma və uçot üçün vahid ölçü vahidindən istifadə; müəssisə bölmələrinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi; idarəetmə məqsədilə ilkin və aralıq informasiyalardan ardıcıllıq yolu ilə keçən və təkrarən istifadə edilməsi; daxili hesabat göstəricilərinin formalaşması; kommersiya fəaliyyətində məsrəflərlə, maliyyə ilə idarəetmənin büdcə metodunun tətbiqi; dolğunluq və analitiklik; dövrilik.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə