I fəSİL. İDarəetmə UÇotunun nəZƏRİ Əsaslari idarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri


Müəssisə fəaliyyətinin fasiləsizliyi



Yüklə 0,92 Mb.
səhifə3/11
tarix14.10.2017
ölçüsü0,92 Mb.
#4713
1   2   3   4   5   6   7   8   9   10   11

Müəssisə fəaliyyətinin fasiləsizliyi - müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı mühasibat uçotunun xüsusi qaydası tətbiq olunur. Bu prinsipi uzunmüddətli problemlərin həllində (xammal və materialların göndərilməsi, məhsul istehsalının rəqabətqabiliyyətli olmasının və s.-nin təhlilində) informasiya təminatı üçün mühasibləri maraqlandırır.

Vahid plan-uçot ölçü vahidindən istifadə planlaşdırma və uçot arasında birbaşa və əks əlaqəni təmin edir, onların köməyi ilə müəssisə üçün bütün uçot sisteminin metodologiyasının işlənib hazırlanması üçün real imkanlar yaranır. Onların vasitəsi ilə idarəetmə uçotunun maliyyə uçotu ilə əlaqəsi istehsala məsrəflər və məhsul çıxımı hissəsində izlənilir. Müəssisənin struktur bölməsinin fəaliyyətinin nəticəsini qiymətləndirmək, istehsaldan məhsulun satışına qədər hər bir bölmənin təmayülünün və perspektivinin müəyyən edilməsi qabaqcadan nəzərdə tutulur.

İnformasiyaların ardıcıllıq yolu ilə keçmə və təkrarən istifadə prinsipi idarəetmə qərarları üçün minimum miqdarda məlumatlardan maksimum lazımi miqdarda informasiyaların alınmasına imkan verir.

İdarəetmə uçotu daxili hesabat göstəricilərinin formalaşdırılmasına malik olur:

- köməkçi istehsalat hesabatlarında, ilkin sənədlərdə informasiya sıfır səviyyəsində olur;

- birinci məqamda anbar təsərrüfatının, mühasibatın, istehsalat bölmələrinin və s. icmal sənədlərində informasiya qruplaşdırılır;

- sonrakı məqamda – struktur bölmələrdən daxil olan və onun plan-iqtisad hesabat sənədləşməsində, dispetçer şöbəsində, mühasibatda əmələ gələn icmal informasiyaları ümumiləşdirilir.

- Dolğunluq və analitiklik prinsipi o deməkdir ki, hesabatda göstərilən təhlil üçün əlverişli şəkildə olmalıdır, əlavə analitik işləmələrin aparılması tələb olunmalıdır.

- Dövrilik prinsipi o deməkdir ki, menecerin sorğusundan sora, dərhal qısa vaxtda informasiyanı təqdim etmək lazımdır ki, vaxtında düzgün qərar qəbul olunsun.

İdarəetmənin büdcə metodu prinsipi planlaşdırma, nəzarət və nizamlama vasitəsi kimi iri müəssisələrdə istifadə olunur.
İdarə uçotunu aparan mühasibin – analitikin funksiyaları

Mühasibat uçotunun ayrılıqda yarım sistemi kimi müəssisədə idarəetmə uçotunun təşkilində mühüm şərtdən biri kadr təminatıdır. İdarəetmə uçotunun aparılması üçün ixtisaslı mühasib-analitik tələb olunur Mühasib-analitik yalnız təsərrüfat əməliyyatlarının qeydiyyatı ilə məşğul olmur, eyni zamanda onlar müəssisənin idarə edilməsində iştirak edir. Bu planlaşdırmadan ibarətdir və onun fəaliyyəti stimullaşdırılır.

Mühasib-analitik planlaşma mərhələsində istehsalat bölmələrinin (büdcənin) işlənib hazırlanmasında iştirak edir. Həmin plan təsdiq edilmək üçün rəhbərliyə verilir və gələcəkdə ümumi plana çevrilir. Büdcənin tərkibində olan informasiyalar, düzgün gəlirlər və xərclər haqqında olan məlumatlardan ibarət olmalıdır. Planı mühasib-analitik cavabdehlik mərkəzinin rəhbəri ilə birlikdə işləyib hazırlayırlar. Planlar aşağıdan yuxarıya işlənib hazırlanır. Mühasib-analitik daha çox rentabelli məhsul növlərini aşkara çıxarır, optimal qiymətləri, mümkün satış bazarını tövsiyə edir, müəssisənin istehsal proqramının müzakirəsində iştirak edir. Hazırkı mühasib-analitik operativ mühasibat uçotunun metodlarını, planlaşma və maliyyə təhlilini mənimsəməlidir.

Nəzarət mərhələsində mühasib-analitik hər bir cavabdehlik mərkəzində planlaşdırılmış və əldə olunmuş nəticələrin müqayisəli təhlilini aparır. Nəticədə kənarlaşma aşkar edilir, onun səbəbləri müəyyən edilir. Beləliklə hesabat dövrünün axırında mühasib-analitikin hazırladığı hesabatlar, cavabdehlik mərkəzinin rəhbərliyinin fəaliyyətini qiymətləndirməyə, eləcə də hansı sahədə plan göstəricilərinin yerinə yetirilməməsini müəyyən etməyə imkan verir.

Onların icrasına dair bu planlar və hesabatlar bütün müəssisə heyəti fəaliy-yətini stimullaşdırır. Planda olan göstəricilərə nail olunmalıdır. Menecerlər onlarla, onların qarşısında duran vəzifələrlə tanış olur. Mühasib-analitik bir tərəfdən tərtib olunmuş hesabatın doğruluğu üçün rəhbərlik qarşısında cavabdehlik daşıyır, digər tərəfdən planlaşdırma və işlərin yekunlaşdırılmasında cavabdehlik mərkəzinin müdirinə kömək göstərir.

Bununla yanaşı mühasib-analitik idarəetmə uçotunun məlumatlarını mətbuatda yaymamalıdır. Məlumatların yayılması rəqib-müəssisələrin xeyrinə ola bilər. Təcrübəli mühasib-analitiklərin rəftarının etik normaları bu kateqoriyadan olan uçot işçilərinin xidmət vəzifələrinə daxil edilməsi tövsiyə edilir.


Mühasib-analitiklərin peşəkarcasına rəftarının etik normaları.

1. Ümumi qayda

İdarəetmə uçotu uçot prosesini idarəetmə prosesi ilə əlaqələndirir. İdarəetmə funksiyaları verilmiş mühasiblərə, mühasib-analitik deyilir. Planlaşma, nəzarət və stimullaşdırma idarəetmə kimi formalaşır.

Mühasib-analitik planlaşdırma mərhələsində müəssisənin büdcəsinin ayrı işlənilməsində iştirak edir. O, müəssisənin istehsal proqramının müzakirəsində iştirak edir, daha rentabelli məhsul növlərini aşkar edir, optimal qiymətləri və mümkün olan satış bazarını tövsiyə edir.

Mühasib-analitikin iştirakı olmadan nəzarət prosesi mümkün deyil. Hesabat dövrü qurtardıqda mühasib-analitik hər bir cavabdehlik mərkəzində planın (büdcənin) icrası haqqında hesabat tərtib edir və bununla planlaşdırılmış və əldə olunmuş nəticənin müqayisəli təhlili aparılır.

Mühasib-analitiklərin hazırladıqları büdcələr və onların icrası haqqında hesabatları müəssisənin fəaliyyətini stimullaşdırır. Plan göstəricilərinə nail olunmalıdır, yəni plan göstəriciləri yerinə yetirilməlidir.

Müəssisənin idarə olunmasında mühasib-analitikin əsas vəzifəsi və böyük rolunu nəzərə alaraq, onların peşə fəaliyyəti səlahiyyət, obyektivlik, düzlük, informasiyanın gizli saxlanılması kimi müəyyən olunmuş etik normalara uyğun olmalıdır.


2. Peşəkar rəftarlıq normaları

A. Səlahiyyət
Mühasib-analitiklər öz sənətinə qulluq edir və müəssisə qarşısında, öz sənəti qarşısında və özünün qarşısında məsuliyyət daşıyır. Onların fəaliyyəti aşağıdakılardan ibarətdir:

- peşə fəaliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə özünün bilik və bacarığını daim təkmilləşdirmək;

- mövcud normativ sənədlərə uyğun özünün peşə vəzifəsini icra etmək;
- hazırlanmış hesabatların real olması və cavabdehlik mərkəzinin müdirinə planlaşmada və onların işlərinə yekun vurulmasında köməklik göstərmək.
B. Obyektivlik
Mühasib-analitiklər informasiyaların tam və düzgün məlumat verilməsinə və çox mühüm informasiyaların açıqlanmasına məsuliyyət daşıyır və təqdim olunan hesabatların, fikirlərin, tövsiyələrin, proqnozların başa salınması üçün istifadəçilərə təsir etmə qabiliyyətinə malikdirlər.
V. Düzlük
Mühasib – analitiklər peşə fəaliyyətini icra etdikdə məsuliyyəti üzərinə götürür. Aşağıdakıların düzlüyünə fikir verilməlidir:

- əlverişli və əlverişli olmayan informasiyaları və peşə cəhətdən qiymətləndirməni, mülahizəni rəhbərlik heyətinə öz vaxtında məlumat vermək;

- tərəflərin faktiki qarşılıqlı təsirindən yaxud zahiri münaqişədən qaçmaq və hər hansı mümkün münaqişə haqqında müvafiq tərəflərə xəbərdarlıq etmək;

- peşə rəftarının etik normalarının pozulmasına səbəb olan hər hansı tədbirlərdə iştirak etmək;

- qanunsuz hərəkətin həyata keçirilməsinə təsir edən hər hansı ələ almadan imtina etmək;

- sənətin ləkələnməsinə səbəb olan hər cür tədbirdən qaçmaq;

- təşkilatın qanuni məqsədlərinin nailiyyətlərinin pozulmasına hər hansı vəziyyətdə razılaşmamaq.
Q. İnformasiya sirrini gizli saxlamaq

Mühasib- analitiklər öhdəsinə götürür:

-uçot işlərinin gedişində alınan informasiyaları (mal göndərənin üstün olması, satış bazarı, müəssisənin perspektiv inkişafı) gizli saxlamağı, aləmə yaymamağı;

- işdə informasiyanın gizli saxlanmasına riayət edilməsi haqqında lazım gəldikcə rəhbərliyə məlumat vermək və bu prosesə nəzarət etməyi.

6. Sintetik və analitik hesablar səviyyəsində idarəetmə uçotunun qurulma sistemi

Bazar iqtisadiyyatının sabit inkişafının maliyyə-iqtisadi şəraitinin əsaslarından biri kapitalın nominal deyil real saxlanılması prinsipinə riayət olunmasıdır.

Yalnız xərclər və ehtiyatlar haqqında doğru və operativ uçot informasiyaları, müəssisəyə - idarəetmə uçotunun aparılması vasitəsi ilə istehsal prosesində mateial-əmək məsrəflərinin həcmini və səmərəli istifadəni obyektiv qiymətləndirməyə imkan verir. İdarəetmə uçotu hesablar sistemindən alınan uçot məlumatları, müəssisə xərclərini və onun istehsal-maliyyə fəaliyyətinin nəticələrinin müqayisə olunmasını təmin etməlidir.

Ədəbiyyatlarda (Q.Molisoviçə görə) məsrəflərin uçotunun iki variantı tövsiyə olunur: birinci variantda - xərclərin əmələ gəlmə yerləri və digər əlamətlər, həmçinin məhsulların (işlərin, xidmətlərin) maya dəyəri, xərc maddələri üzrə xərclərin qruplaşdırılması üçün 20-29 №-li hesablardan istifadə etmək .İkinci variantda 30-39 №-li hesablarda xərc elementləri üzrə xərclərin uçotu üçün hesabları tətbiq etmək. Bu variantda xüsusi açılan hesabların köməyi ilə elementlər və maddələr üzrə xərclərin qarşılıqlı uçotu təmin olunur. 20-39№-li hesabların tərkibi və istifadə metodikasını müəssisə Respublika Maliyyə Nazirliyinin tövsiyə etməsi əsasında idarəetmənin quruluşu və metodları, istehsalın xüsusiyyətlərini nəzərə almaqla sərbəst müəyyən edir. Sintetik hesablar səviyyəsində idarəetmə uçotunun qurulması sisteminin müəyyən edilməsində müəyyən tələbi nəzərə almaq lazımdır. Belə ki, adi fəaliyyət növü üzrə xərcləri formalaşdırarkən, onların elementlər üzrə qruplaşdırılması təmin olunmalıdır. Müəssisə idarəetmə uçotu məqsədi üçün xərc maddələri üzrə xərclərin uçotunu özü sərbəst müəyyən edir, xərc elementlərinin siyahısı ciddi olaraq müəyyən olunur. Adi fəaliyyət növü üzrə xərclər , yəni həmin xərclər 46 № - li “Məhsul (iş, xidmət) satışı” hesabı vasitəsi ilə formalaşan xərc elementləri (material məsrəfləri, əmək haqqı məsrəfləri, sosial ehtiyaclara ayırmalar, amortizasiya, sair xərclər) əks etdirilir. Beləliklə, müəssisə 20-29 yaxud 20-39 № -li hesabları tətbiq etməklə sintetik hesablar səviyyəsində idarəetmə uçotunun qurulması sistemini özü müəyyən edir.

İdarəetmə uçotunda ən sadə üsul sintetik mühasibat uçotuna yazılışların ümumi yazılış sistemində məhsul istehsalına xərclərin əks etdirilməsidir (xərclərin əks etdirilməsi üzrə əməliyyatlara ayrı-ayrı hesabların müxabirləşməsini ayırmadan). Xərc üzrə əməliyyatlar ümumi yazılış sistemində 20 № -li “Əsas istehsalat”, 23 №-li “Köməkçi istehsalat” və digər hesablarda (bu mühasibat hesabları idarəetmə uçotunun hesabları sayılır) əks etdirilir. Nəzərə almaq lazımdır ki, bu hesablar həmçinin maliyyə uçotunda tətbiq olunur və idarəetmə və maliyyə uçotunun dövriyyələri ayrılıqda göstərilmir. Ayrılma, dürüst müəyyən edilmə analitik uçot səviyyəsində əhəmiyyətli dərəcədə göstərilir.

Professor M.Z.Pizenqols xərclərin sintetik hesablar səviyyəsində əks etdirilməsi üzrə maliyyə və idarəetmə uçotu sisteminin qarşılıqlı əlaqəsinin aşağıdakı variantlarını təklif edir:

1. İdarəetmə və maliyyə uçotu arasında qarşılıqlı əlaqə bu ötürücü hesabların (30-39) və nəzarət hesablarının köməyi ilə həyata keçirilir. Bunlar mühasibatın maliyyəsində gəlir və xərc hesabları adlanır. Onlardan dövriyyələr idarəetmə mühasibatlığının müvafiq hesablarına daxil edilir.

2. Bir və həmin adda qoşa-qoşa nəzarətedici hesablardan istifadə olunur. Bu hesablar vasitəsi ilə maliyyə və idarəetmə uçotunun dövriyyələri əvvəlcədən ayrılır. Bu şəraitdə idarəetmə uçotu sistemi qapalı olur.

3. Xüsusi ayrılmış hesablar tətbiq olunur, bunların vasitəsi ilə dövriyyələr bir yarımsistemdən digərinə keçirilir.

Yuxarıda sadalanan sintetik hesablar səviyyəsində xərclərin uçotu variantlarının özlərinin üstünlükləri və nöqsanları vardır, buna görə xərclərin uçotu variantının seçilməsində kənd təsərrüfatı istehsalatının xüsusiyyətlərini, konkret şəraiti nəzərə almaq lazımdır.

Analitik hesablar səviyyəsində analitik uçotun qurulması sistemi üçün analitik uçotun bu cür aparılması tələb olunur, bununla da idarəetmə məqsədi üçün lazım olan informasiyalar formalaşır.

Müəssisə analitik uçotun təşkilinin bütün konkret məsələlərini özü sərbəst olaraq xərc maddələri, xərc obyektləri və digər xərclərin ayrılması prinsipi üzrə həll edir. Analitik uçot əsasən metodik göstərişlərlə - hər bir sahədə planlaşdırma, uçot və kənd təsərrüfatı məhsullarının (işlərin, xidmətlərin) maya dəyərinin kalkulyasiya edilməsi tövsiyələrinə uyğun olaraq təşkil edilir. Bəzən istehsalın təşkili və texnologiyasında sahə daxilinin öz xüsusiyyətləri vardır. Odur ki, məsrəflərin və məhsul çıxışının analitik uçotunun təşkilini idarəetmə uçotunda nəzərə almaq lazımdır.

Müasir şəraitdə, hər bir müəssisə, nə vaxt idarəetmə uçotunda edilən xərclərə nəzarətə diqqət yetirirsə, xərclərin mərkəzləşmiş qaydada (kompleks) ayrılması məqsədəuyğun deyil. Məsələn “Əsas vəsaitlərin saxlanması” xərc maddəsi üzrə idarəetmə vəzifəsini yerinə yetirmək üçün fərqi yoxdur. Əsas vəsaitlərin təmirinə, yanacağa olan xərclərin uçotu aparılır və hər ay əsas vəsaitlərə amortizasiya hesablanır.

Beləliklə, sintetik və analitik hesablar səviyyəsində idarəetmə uçotunun qurulması idarəetmə hesablarına yazılış sistemi metodunun seçilməsində, sahələrin, bölmələrin gəlir və xərcləri haqqında məlumatların formalaşdırılmasına vacib nəzarətin aparılmasında müəyyən sərbəstliyi nəzərdə tutur.

7. İdarəetmə uçotunun strukturu və təqdim olunan idarəetmə uçotunun

İnformasiyalarına tələbat

İdarəetmə uçotu əsası qoyulmuş istehsalat uçotu sistemini özündə göstərir, mahiyyəti işçi qüvvəsi və materiallara olan xərclərin idarə edilməsi ilə, həmçinin üstəlik xərclərin idarə edilməsi və kənd təsərrüfatı məhsullarının maya dəyərinin kalkulyasiya edilməsi üçün müəyyən olunmuş xərclərlə nəticələnir.

İdarəetmə uçotuna daxil edilir:

istehsalat uçotu;

özünün idarəetmə uçotu;

müasir idarəetmə uçotu;

mütərəqqi idarəetmə uçotu.

İstehsalat uçotunun ehtiyatların qiymətləndirilməsi və bütün üstəlik xərclərin məhsulu aid edilməsi ilə əlaqədar olması, həmçinin məhsulların maya dəyərinin kalkulyasiya edilməsinə dair başlıca əlaqələri vardır.

Buna görə onun məzmununu istehsala xərclərin uçotu və kalkulyasiyanı aparmaq təşkil edir.

Müasir istehsalat uçotunun vəzifəsi istehsala olan məsrəflərə nəzarət etmək, əvvəlki dövrlərlə, proqnozla, standartlarla müqayisədə artıq xərcin səbəblərini təhlil etmək, və onların aşağı salınmasının mümkün olan ehtiyatlarını aşkar etməkdən ibarətdir.

İstehsalat uçotu əhatə etmə, əmələgəlmə yerləri üzrə və növləri üzrə olan xərcləri özünə daxil edir.

Deməli, istehsalat uçotunun mühüm məqsədi:

- qəbul edilmiş operativ idarəetmə qərarlarında müdiriyyətə informasiya köməyi göstərmək;

- müəssisənin iqtisadi səmərəlilik fəaliyyətinə nəzarət, planlaşdırma və proqnozlaşdırmadan;

- qiymətin əmələgəlməsi üçün bazarın təminatı;

-müəssisənin daha səmərəli inkişaf yolunu seçmək.

İstehsalat uçotu özündə özünün idarəetmə uçotunu göstərir.

Özünün idarəetmə uçotu - bu tənzimləmə, planlaşma və nəzarət prosesini təmin edən sistemdir.

İstehsal prosesinin tənzimlənməsinə dair idarəetmə uçotuna münasibət ondan asılıdır ki, söhbət hansı tənzimləmədən (qısamüddətli yaxud uzunmüddətli) gedir. Qısamüddətli tənzimləmə zamanı “məsrəflər – istehsalın həcmi –mənfəət” sisteminin təhlilinə, həmçinin gələcək dövrlərin xərclərinin təhlilinə diqqət yetirilir.

İdarəetmə uçotunda uzunmüddətli tənzimləmədə nəzərdə tutulan kapital qoyuluşunun səmərəliliyinin iqtisadi təhlili kimi nəzərdə tutulur.

Özünün idarəetmə uçotunun funksiyası büdcə ilə (maliyyə smetası) planlaşma və nəzarəti cəmləşdirməkdən ibarətdir.

Müəssisənin büdcəsi bir növ etalondur (bazadır) və səmərəli maliyyə nəzarəti vasitəsində işlənir. İllik büdcənin yaranması rəhbərlikdən əməliyyat səviyəsinin işçilərinə qədər idarəetmə prosesini özündə göstərir və bu səmərəli maliyyə idarəetməsini saxlamaq üçün əsasdır.

Nəzarət funksiyası “Standart-kost” sisteminin və kənarlaşmaların təhlili sisteminin köməyi ilə həyata keçirilir.

İdarəetmə nəzarəti idarəetmə uçotuna dair psixoloji yanaşmaların işlənməsi üçün mərkəzdir, məsələn, məsuliyyət mərkəzi üzrə xərclərin uçotu həqiqətdə aparılan idarəetmə uçotu ilə idarəetmə nəzarəti arasında birləşdirici hissəni özündə göstərir.

Məsuliyyət mərkəzi dedikdə qərar qəbul etmək hüququ və imkanı olan məsul şəxsin (menecerin) rəhbərlik etdiyi fəaliyyət sahəsi başa düşülür.

Filialı, istehsal briqadaları, fermaları olan müəssisələr transfert qiymətin əmələ gəlməsi (istehsaldaxili) və bölmələrin işlərinin keyfiyyətinin müəyyən edilməsi və s. ilə əlaqədardır.



Müasir idarəetmə uçotu. – Hazırda əməliyyatlar üzrə maya dəyərinin kalkulyasiya metodu daha geniş işlənilmişdir. Bu metod ilə üstəlik xərclər müəyyən olunmuş bölüşdürmə bazasına müvafiq olaraq sifariş üzrə bölüşdürülür, onlar istehsal olunan məhsulların həcmindən birbaşa asılı olaraq dəyişir. Lakin bununla məhsulların maya dəyərinə yalnız onun həcmi təsir göstərir, belə ki, çoxlu həcmdə məhsul istehsalının həcmi əsasında üstəlik xərclərin çox hissəsi (istehsalın mürəkkəbliyi nəzərə alınmadan) bölüşdürüləcək. Təcrübə göstərir ki, bəzən məhsulun həcmi ilə əlaqədar olmayan amillər (istehsalın mürəkkəbliyi, məhsulların çeşidi) daha çox məsrəflərə təsir edir. Bu metod üstəlik xərcləri təfsilatı ilə təhlil etməyə imkan verir ki, bu da idarəetmə uçotu məqsədi üçün çox lazımdır.

Müasir idarəetmə uçotunun təşkilində strateji idarəetmə uçotu xüsusi rol oynayır. Mühasib-analitiklər bazarı və rəqibləri diqqətlə öyrənmək üçün rəqiblə mübarizədə ön mövqenin əldə edilməsi və saxlanılması üçün informasiya toplamaq lazımdır.



Mütərəqqi idarəetmə uçotu . “Standart-kost” və “direkt-kost” sistemində məhsulların maya dəyərinin sifariş və mərhələ və plan maya dəyərinin hesablanması kimi metodların tətbiqi ilə xarakterizə olunur. Lakin son zamanlar iqtisadiyyatın daha qabaqcıl sahələrində sənaye mövqeyi fazasında qarışıq olmuşdur. Bu, pərakəndə ticarət, turizm və boş vaxtın təşkili kimi sahələrə aiddir.

İdarəetmə uçotunun təşkili yalnız bütünlükdə müəssisə üzrə xərclərin müəyyən edilməsində deyil, aşağıdakı mövqelər üzrə xərclərin müəyyən edilməsinə təsirində mühüm rol oynayır: məsuliyyət mərkəzi; məsrəflərin əmələ gəlmə yeri, investisiya mərkəzi; satış mərkəzi, mənfəət mərkəzi.

Sadalanan mövqelərin xüsusiyyətlərini nəzərdən keçirək.

Məsuliyyət mərkəzi istehsal funksiyası prinsipi üzrə maddi istehsal sferasında tez-tez yaradılır. Burada təchizata, istehsalata, satışa və idarəetməyə aid olan məsuliyyət mərkəzi ayrılır. Təchizat üzrə məsuliyyət mərkəzi yalnız əmtəə-material qiymətlilərin tədarükü və satın alınmasına olan xərclərə deyil, eyni zamanda material ehtiyatlarının artımına, anbar təsərrüfatı işlərinin səmərəliliyinə nəzarət edir.

Məsrəflərin əmələgəlmə yeri müəssisə bölmələrinin ayrıca ərazini, xərclərin harada (briqada, ferma və s.) həyata keçirilməsini özündə göstərir. O, heç də həmişə xərclərin artımına, məqsədəuyğunluğuna və iqtisadi əsaslandırılmasına şəxsi məsuliyyəti ilə əlaqədar deyildir.

Məsuliyyət mərkəzi və əmələgəlmə yerləri üzrə uçotun təşkili məsrəflərin idarə edilməsinin desentralizasiya edilməsinə, onların hər bir bölmənin fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla bütün səviyyələrdə idarəetmənin formalaşmasını müşahidə etməyə, qeyri məhsuldar xərclərin günahkarlarını aşkar etməyə və son nəticədə istehsalın iqtisadi səmərəliliyinin yüksəlməsinə imkan verir.



Məsrəf mərkəzi müəssisə daxilində xərclərə cavabdeh olan bölməni (hansı ki rəhbəri yalnız xərclərə görə cavabdehdir) özündə göstərir. Məsrəflərə görə məsuliyyət mərkəzi fəaliyyət həcminin dəqiq ölçü ifadəsi olmayan, müəyyən olunmuş funksiyanın yerinə yetirilməsi ilə əlaqədardır. Məsrəf mərkəzi digər məsuliyyət mərkəzinin tərkibinə daxil ola bilər, yaxud ayrıca mövcud olar.

İnvestisiya mərkəzi - bu investisiya prosesi olan məsrəflərə və nəticəsinə, kapital qoyuluşundan istifadənin səmərəliliyinə rəhbərlik edən bölmədir. Belə bölmənin vəzifəsi – qoyulan kapitalın onun tezliklə qaytarılmasını, maksimum rentabelliyini təmin etməkdir.

Satış mərkəzində marketinq – satış fəaliyyəti bölməsi daxildir. Bu bölmənin rəhbəri məhsulların, malların, xidmətlərin satışından olan pul gəlirinə və məhsulların satışı ilə əlaqədar xərclərə cavabdehdir. Onlara kənd təsərrüfatı bitkiləri becərilərkən daha çox rentabelli olan yaxud satın alınan məhsullar haqqında informasiyalar verilir, fəaliyyətin nəticəsi isə natura və dəyər ifadəsində satışın həcmi və strukturu üzrə qiymətləndirilir.

Mənfəət mərkəzi yalnız məsrəflərə görə deyil, eyni zamanda öz fəaliyyətinin maliyyə nəticələrinə görə məsuliyyət daşıyan bölmə rəhbərliyini özündə göstərir. Bu, müəssisənin tərkibinə daxil olan ayrı-ayrı bölmələr ola bilər, məsələn, iri buynuzlu mal-qara ferması ,donuz ferması, qoyun ferması və s. Onların rəhbərlərinin imkanı vardır ki, fəaliyyətin bütün komponentlərinə nəzarət etsin, mənfəətin miqdarı bunlardan asılıdır (məsələn, qoyunun qırxılmasından alınan yunun miqdarı və keyfiyyəti). Adətən mənfəət mərkəzinə bir neçə xərclərin əmələ gəlmə yerləri daxil edilir. Onların fəaliyyətinin nəticələri və ümumi xərclər, mühasibat uçotu sistemində əks etdirilir.

Beləliklə, müəssisənin son məqsədə nail olmasında aparıcı rolu istehsalat (harada bilavasitə məhsul alınır, iş görülür və xidmətlər göstərilir) məsuliyyət mərkəzi oynayır. Bu mərkəz müxtəlif səviyyələrdə, kənd təsərrüfatı istehsalının ümumiləşdirici xərcləri bölmələr üzrə, eləcə də bütünlükdə müəssisə üzrə xərclərin məcmusunu özündə göstərir. Operativ idarəetmə qərarlarının qəbul edilməsi üçün tam olmayan – təxmini informasiyadan, hansı ki, kifayət edici olan informasiyadan istifadə etmək olar. İdarəetmə uçotunun informasiyası aşağıdakı tələbləri təmin etməlidir:




ünvanlıq İstehsaldaxili informasiya konkret idarə edənə təqdim olunur.

operativlik. Öz vaxtında düzgün qərar çıxarmaq üçün menecerin sorğusundan dərhal sonra, qısa vaxtda informasiya verilir.

kafilik. İdarəetmə qərarlarının qəbul edilməsi üçün lazımi həcmdə informasiya verilir.

analitiklik. İnformasiya idarəetmə uçotunun tərkibində toplanır, qruplaşdırılır, bölmə strukturlarının fəaliyyətinin nəticələrini daha düzgün və dürüst əks etdirmək məqsədi ilə öyrənilir və müəssisə mənfəətinin alınmasında iştirak payı müəyyən olunur.

çeviklikliyi və təşəbbüsçülüyü. İnformasiya təsərrüfat vəziyyətinin dəyışməsi şəraitində bütün informasiya maraqları təmin olunmalıdır. Bununla ondan istifadə üzrə məsuliyyət mərkəzinin təkliflərini nəzərə almaq lazımdır.

yararlılığı. İnformasiya potensial cavabdehlik sahəsinə dair menecerin diqqətini cəlb etməlidir və idarə edənin işlərinin obyektiv qiymətləndirilməsi olmalıdır.

iqtisadi cəhətdən kafiliyi. İdarəetmə uçotunun aparılması məqsədəuyğun sayılır o halda ki, əgər idarəetmə üçün onun məlumatları onların alınma dəyərindən yuxarıdırsa.

İdarəetmə uçotunun məlumatlarının nəticəsi idarəetmədən alınan dəyərdən yuxarı olarsa idarəetmə uçotunun aparılması məqsədəuyğun hesab olunur.


8. İdarəetmə uçotunun tərkib hissəsi kimi istehsalat uçotu
İstehsalat uçotu bazarında idarəetmə uçotu inkişaf etməyə başlamışdır .

1919-cu ilin oktyabr ayında ABŞ-da mühasiblərin – istehsalat işçilərinin milli assosiasiyasının təşkil edilməsi mühüm hadisəyə - mühasibat uçotunun müstəqil sahəsi kimi idarəetmə uçotunun yaranmasına səbəb olmuşdur.

XX əsrin 40-cı ilin sonu və 50-ci ilin əvvəllərində bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə mühasibat uçotu sahəsində əhəmiyyətli dərəcədə dəyişikliklər edilməyə başlanıldı. İstehsalat uçotunun məlumatları nəinki xarici istifadəçiləri maraqlandırır, eyni zamanda daxili istifadəçiləri də daha çox maraqlandırır. Bununla əlaqədar istehsalat məsrəfləri haqqında məlumatlar maliyyə uçotuna nisbətən, digər uçot prinsipi üzrə formalaşmağa başladı.

İdarəetmə siyasətinin formalaşması və icrasında mühasibat uçotunun fəal iştirak etməyə başlaması faktı aydın görünür. Planlaşdırmada, proqnozun müəyyən edilməsi, qərarların qəbul edilməsi, nəzarət məqsədilə - müxtəlif təyinatlı sorğu informasiyalarının formalaşması və saxlanılması üzrə təsərrüfat qərarlarını qəbul edən qrup şəxslər üçün istehsalat məsrəfləri haqqında informasiyaların toplanması və ümumiləşdirilməsi üzrə mühasibdə əlavə funksiya yaranır.

Kapitalın təmərküzləşməsi, daxili və xarici rəqabət, inflyasiya, istehsal xərclərinin yüksək səviyyədə artması, transmilli informasiyaların yaranması və genişlənməsi idarəetmə uçotunun yaranmasını labüd etmiş oldu.

Müxtəlif ölkələrdə “istehsalat uçotu” termini “idarəetmə uçotu” termini ilə əvəz olundu. Bu sadəcə olaraq termin dəyişməsindən ibarət deyil, yaranmış

vəziyyət üçün mühasibat uçotu sisteminin təşkilati və metodiki cəhətdən yenidən qurulması tələb olunur.

Bu tədbirlərin nəticəsi olaraq mühasibat uçotu sistemi və prinsipləri iki sahəyə - Maliyyə uçotuna və İdarəetmə uçotuna ayrıldı.

İdarəetmə uçotu müəssisənin özündə idarəetmə üçün lazım olan bütün növ uçot informasiyalarını əhatə edir. İdarəetmə uçotunun ümumi sahə hissəsi istehsalat uçotunun əsas bölməsi olan xərclərin uçot obyektləri, əmələ gəlmə yerləri, xərc ünsürləri üzrə uçotu ilə məşğul olur. Əvvəllər istehsalat uçotu sistemi istehsala məsrəflərin və məhsul vahidinə düşən gəlirin müəyyən edilməsi məqsədi ilə inkişaf etmişdir. Hazırkı şəraitdə istehsalat uçotunda nəinki istehsal xərclərinin uçotu nəzərdə tutulur, eyni zamanda istehsalat uçotunda əvvəlki dövrün məlumatları ilə müqayisədə qənaət yaxud artıq xərcə dair məlumatların təhlili yaxud proqnozların müəyyən edilməsi və mümkün olan xərclərin aşağı salınması ehtiyatları nəzərdə tutulur.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə