I fəSİL. İDarəetmə UÇotunun nəZƏRİ Əsaslari idarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri



Yüklə 0,92 Mb.
səhifə11/11
tarix14.10.2017
ölçüsü0,92 Mb.
#4713
1   2   3   4   5   6   7   8   9   10   11

Məsrəflərin silinməsi
At-araba nəqliyyatı xidmətləri il ərzində plan maya dəyəri ilə onların təyinatı üzrə 23 №-li hesabın kreditindən silinir. Göstərilən xidmətlərin faktiki maya dəyəri ilin axırında müəyyən edilir. Bunun üçün “At-araba nəqliyyatı” analitik hesabının debeti üzrə faktiki xərclərin ümumi məbləği hesablanır və ondan iş heyvanlarından alınan əlavə məhsulun (bala, istifadə olunan peyin və s.) dəyəri çıxılır.

İş heyvanlarının balası yaşlı heyvanın 60 yem gününün dəyərinə bərabər götürülür, peyin – müəyyən olunmuş normativ qiymətlə, digər əlavə məhsullar (at tükü, süd və s.) – mümkün olan satış qiyməti üzrə qiymətləndirilir.

İş gününün maya dəyərini müəyyən etmək üçün əlavə məhsulun və balanın dəyərini çıxdıqdan sonra qalan faktiki xərc məbləğini özünə xidmətdən başqa ümumi iş günlərinin miqdarına bölünür.

Qeyd etmək lazımdır ki, iş heyvanlarının cavanlarının saxlanmasına çəkilən xərclər “At-araba nəqliyyatı” subhesabına aid edilmir. Onlar 20 №-li “Əsas istehsalat” hesabının 2-ci “Heyvandarlıq” subhesabının tərkibində ayrıca analitik hesabda uçota alınır.



  1. Elektrik, istilik, su ilə təminat və sair köməkçi istehsalat üzrə

məsrəflərin uçotu
Ümumi qayda. Məsrəf maddələri

Kənd təsərrüfatı müəssisələrində elektrik enerjisi əsas istehsalat, yaşayış kommunal təsərrüfatı və mədəni-məişət müəssisələri üçün əhəmiyyətli dərəcədə istifadə olunur. Kənd təsərrüfatı müəssisələrində elektrik enerjisinin təchizat mənbəyi özünün elektrik stansiyası (daimi və hərəkətdə olan) və mərkəzləşmiş elektrik şəbəkəsidir.

Özünün elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi üzrə məsrəflərin və kənardan daxil olan ödənilmiş elektrik enerjisinin uçotu 23 №-li hesabın 5-ci “Energetika istehsalı (təsərrüfatı)” subhesabına dair açılmış bir “Elektrik təchizatı” analitik hesabında aparılır. Məsrəflər aşağıdakı maddələr üzrə uçota alınır:

1.“Sosial ehtiyaclara ayırmalarla birlikdə əmək haqqı”,

2. “Əsas vəsaitlərin saxlanması”;

3. “İşlər və xidmətlər”;

4. “İstehsalın təşkili və idarəetmə”;

5. “Sair məsrəflər”.

“Sosial ehtiyaclara ayırmalarla birlikdə əmək haqqı” maddəsi bilavasitə elektrik stansiyası və elektrik təsərrüfatına (elektromontyor, motorçu, ocaqçı, mexanik, maşın sürən və s.) xidmət edən fəhlələrin əmək haqqı məbləği və işçilərə məzuniyyətin ödənişi üçün ayırmaların uçotu üçün nəzərdə tutulmuşdur. Bu maddə üzrə həmçinin həmin sahə heyəti üzrə sosial sığortaya ayırmalar eyni zamanda pensiya fonduna və tibbi sığortaya ayırma məbləğləri əks etdirilir.

“Əsas vəsaitlərin saxlanması” maddəsi amortizasiya ayırmaları, təmir üçün xərclərin uçotu yaxud binalar və elektrik stansiyası avadanlıqları, transformator, transformator budkası, təsərrüfatdaxili elektrik xətti və i.a. üzrə təmir fonduna ayırmaların uçotu üçün nəzərdə tutulmuşdur.

“İşlər və xidmətlər” maddəsi üzrə özünün elektrik stansiyası olmadıqda mərkəzləşmiş enerji sistemindən, təsərrüfatlararası elektrik stansiyasından alınan elektrik enerjisinin ödənişi eyni zamanda yerinə yetirilmiş köməkçi istehsalatın və kənar təşkilatların işləri və xidmətlərin dəyəri uçota alınır.

“İstehsalatın təşkili və idarəetmə” maddəsinə elektrik təchizatı üzrə sex heyətinin saxlanmasına olan xərclər aid edilir.

“Sair məsrəflər” maddəsi üzrə əvvəlki maddələr daxil olmayan, elektrik stansiyasının və təsərrüfatdaxili elektrik xəttinin saxlanmasına olan xərclər (xırda inventar xərcləri və s.) əks etdirilir.

Özünün elektrik stansiyası və təsərrüfatdaxili elektrik şəbəkəsinin saxlanmasına xərc olduqda xərclər onların növlərindən asılı olaraq 23 №-li hesabın 5-ci subhesabının debetinə, aşağıdakı hesabların kreditinə aid edilir:

02 №-li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)”;

10 №-li “Materiallar”;

23 №-li “Köməkçi istehsalat”;

50 №-li “Kassa”;

69 №-li “Sosial sığorta və təminat üzrə hesablaşmalar”;

70 №-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar”;

71 №-li “Təhtəlhesab şəxslərlə hesablaşmalar”;

89 №-li “Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar”.

Kənardan alınan elektrik enerjisi ödənildikdə bu məbləğlər 23 №-li hesabın 5-ci subhesabının debetinə eyni zamanda ƏDV hesablanmaqla 60 №-li “Malsatan və podratçılarla hesablaşmalar” hesabının kreditinə aid edilir.

23 №-li hesabın 5-ci subhesabının krediti üzrə təsərrüfatda istehsal edilən və kənardan alınan elektrik enerjisi istifadə təyinatları üzrə (təsərrüfatın istehsalat, mədəni-məişət və sair ehtiyaclar üçün) elektrik enerjisinin buraxılması il ərzində plan maya dəyəri ilə silinir.




Registrlərdə əks etdirilmə
Özünün elektrostansiyasında istehsal edilmiş elektrik enerjisi elektrogenerator işlərinin uçotu jurnalında uçota alınır. Sayğacların (yaxud

aparılmış hesablama yolu ilə) məlumatlarına əsasən gündəlik istehsal edilmiş elektrik enerjisinin miqdarı müəyyən edilir və elektrogenerator işlərinin əsas göstəriciləri yazılır.

Elektrik yaxud elektrostansiyanın müdiri elektrogenerator işlərinin uçotu jurnalının məlumatlarına əsasın hər ay elektrik enerjisindən istifadə haqqında hesabat (305 №-li formanı) tərtib edir.

Hesabatda ay ərzində elektrik enerjisi istehsalı haqqında, neft məhsullarının sərfi, istehlakçılar üzrə elektrik enerjisindən istifadə haqqında, elektrik stansiyası fəhlələrinin işlədikləri adam-gün və saatların miqdarı və əmək haqqı məbləği göstərilir. Hesabatın arxa tərəfində iş vaxtının uçotu tabeli və əmək haqqının hesablanması yerləşir.

Elektrostansiya işi haqqında hesabat, elektrik təchizatı üzrə bölmənin (istehsalat hesabatının) şəxsi hesabında elektrik təchizatı üzrə məsrəf məbləğini yazmaq üçün əsas hesab edilir, burada elektrik təchizatı üzrə məsrəflər müəyyən olunmuş xərc maddələri üzrə əks etdirilir.

İstehsal edilmiş elektrik enerjisi hesabından onu istehlakçılara silmək üçün elektrik enerjisindən istifadə haqqında məlumatlar nəzərdə tutulmuşdur, burada istehsal edilmiş və kənardan alınmış elektrik enerjisinin ümumi miqdarı toplanır və ondan istifadə əsas istehlakçılar üzrə (bitkiçilikdə, heyvandarlıqda, sənaye istehsalatında, əhalinin məişət xidmətində və işıqlandırmada və s.) hər bir istehlakçı üzrə kilovat-saat və məbləğlər göstərilməklə) göstərilir.

Hesabata əsasən istehsal edilmiş elektrik enerjisi kilovat-saatın plan maya dəyəri ilə istehlakçıların hesabına yazılış aparılır.

Ayrı-ayrı istehsalat növlərində uçot
23 №-li hesabın 5-ci subhesabında həmçinin qazanxananın saxlanmasına və istilik təchizatı üzrə yerinə yetirilmiş xidmətlər ayrıca analitik hesabda uçota alınır. Bu analitik hesab üzrə uçot elektrik təchizatının uçotu üzrə yuxarıda göstərilən qaydaya əsasən uyğundur. İstilik təchizatı üzrə yerinə yetirilmış xidmətin dəyəri il ərzində plan maya dəyəri ilə əsas sahələrə aid edilir. İlin axırında plan maya dəyəri faktiki maya dəyərinə çatdırılır. Köməkçi istehsalat növlərindən biri su təchizatıdır. Su təchizatı üzrə məsrəflərə aid edilir: təsərrüfatın məişət və istehsalat ehtiyacı üçün eyni zamanda su təchizatı təşkilatından alınan suya görə hesabın ödənişi, artezian quyularının, su anbarının, su buraxıcı qovşağın, su çıxaran nasosun, su kəməri xəttinin, nasos qurmaq və suyun verilməsi üzrə digər aqreqatlar saxlanmasına olan xərclər.

Su təchizatı üzrə məsrəflərin uçotu 23 №-li “Köməkçi istehsalat” hesabının 6-cı “Su təchizatı” subhesabında eyni adda olan analitik hesabda aparılır.

Bu hesaba özünün su təchizatının saxlanması kimi xərclər, eləcə də kənardan daxil olan suyun ödənişinə olan xərclər daxil edilir. Su təchizatınının saxlanmasına məsrəflər aşağıdakı maddələr üzrə uçota alınır:


  1. “Sosial ehtiyaclara ayırmalarla birlikdə əmək haqqı” maddəsində

maşinistin, çilingərin, su kəməri işçisinin, su təchizatı üzrə quraşdırmaya xidmət edən digər işçilərin və işçilərin bu kateqoriyası üzrə məzuniyyət üçün ehtiyat uçota alınır və həmin maddədə pensiya fonduna, sosial sığortaya, tibbi sığortaya ayırmalar əks etdirilir.

2. “Əsas vəsaitlərin saxlanması” (amortizasiya, təmirə xərclər yaxud su təchizatına xidmət edən artezian quyusu, su qülləsi, su kəməri toru, qurğular və aqreqatlar üzrə təmir fonduna ayırmalar və s.);

3. “İşlər və xidmətlər” (su təchizatı üzrə təkanverici qüvvə işlərinə, digər köməkçi istehsalat xidmətlərinə elektrik enerjisi xərcləri, əsas su kəmərindən su alındıqda suyun dəyərinin ödənilməsi);

4. “İstehsalın təşkili və idarə etmə” (su təchizatı üzrə sex xərcləri);

5. “Sair xərclər” – xırda inventarların xərcləri və s.

Hər ay buraxılan suyun dəyəri 23 №-li hesabın, 6-cı “Su təchizatı” subhesabının kreditindən, istehlakçıların hesabına (bitkiçiliyə, heyvandarlığa, məişət müəssisəsinə və s.) 1 m3 suyun plan maya dəyəri ilə silinir. İlin arxında suyun faktiki maya dəyəri müəyyən edilir.

Bütün su təchizatı üzrə 1 m3 suyun maya dəyəri müəyyən edilir, yəni hsablamaya özünün qurğularından alınan eləcə də əsas dövlət şəbəkəsindən alınan suyun kubametrlə miqdarı və xərclər daxil edilir. Hesabın debeti üzrə uçota alınan xərc məbləğini kubametrlə verilən suyun ümumi miqdarına bölünmək yolu ilə maya dəyəri müəyyən olunur.

8-ci “Qeyri kommersiya fəaliyyəti” subhesabında qeyri kommersiya nəqliyyat təşkilatlarının, təmir xidmətlərinin və 23 №-li “Köməkçi istehsalat” hesabının digər profili üzrə xərclər uçota alınır. Əsasən bu “Kənd təsərrüfatı istehlak kooperativləri” adlanır. Onların xərcləri satışdan əldə edilən gəlir hesabına deyil, kooperasiya iştirakçılarının (hansı ki, onlar xidmət göstərir) təsərrüfatlarının məqsədli üzvlük haqqı hesabına ödənilir.

23 №-li hesabın 8-ci “Qeyri kommersiya fəaliyyəti” subhesabı üzrə olan xərclər hesabın debeti üzrə uçota alınır, bu hesab üzrə xərclər 96 №-li “Məqsədli maliyyələşmələr və məqsədli daxil olmalar” hesabının debetinə kooperasiya iştirakçılarının – təsərrüfatlarının məqsədli üzvlük haqqı hesabına silinir.

23 №-li hesabın 9-cu “Sair köməkçi istehsalat” subhesabında əsas fəaliyyətin xidmət ehtiyacı üzrə ixtisaslaşmış xarakterdə olan müxtəlif istehsalatlar ayrı-ayrı analitik hesablarda uçota alınır. Bu şəkildə olan istehsalatlar qaz təchizatına, dondurma qurğularına, hava təminatına və s. bölünür. Bu kimi köməkçi istehsalatlar qayda üzrə ixtisaslaşmış əsas istehsalatın heyvandarlıq kompleksinə, örtülü şitilliklərə, sənaye istehsalatına və s. xidmət edir. Göstərilən hər bir köməkçi istehsalat növünə 9-cu subhesabın tərkibində (dondurma qurğusu üzrə isə - 5-ci subhesabın tərkibində) ayrı-ayrı analitik hesablar açılır. Uçot elektrik təchizatında olan nomenklatur maddələri üzrə (kənardan qaz daxil olmasına görə qaz təchizatı üzrə hesabın ödənişi daxil olmaqla) aparılır. Müvafiq bölmələrin şəxsi hesablarında (istehsalat hesablarında) məsrəflər qruplaşdırılır.

İl ərzində yerinə yetirilmiş xidmətlər, xidmət vahidinin plan maya dəyəri üzrə əsas istehsalata silinir, ilin axırında faktiki maya dəyərinə düzəliş edilir.

23 №-li hesabın 9-cu “Sair köməkçi istehsalat” subhesabında eyni zamanda hazır məhsulların qablaşdırılması üçün nəzərdə tutulan və tara sexlərində istehsal edilən qablaşdırma materialı, ağacdan, kartondan və digər tara növlərinin hazırlanması və təmirinə çəkilən xərclər uçota alınır.

Hazırlanmış taraların və qablaşdırma materiallarının növləri üzrə (ağac çəlləklər, karton qutular və s.) analitik uçot aparılır. Bu subhesabda eyni zamanda ağ dəmirin hazırlanmasına olan xərclər də daxil olmaqla konserva üçün tənəkə qutuların hazırlanması üzrə xərclər də uçota alınır.

6. Maşın-traktor parkı üzrə məsrəflərin uçotu
Ümumi qayda. Məsrəf maddələri
Traktorların, kombaynların və digər özüyeriyən, asma və qoşulan kənd təsərrüfatı maşınları və alətləri, torpağın şumlanması, kənd təsərrüfatı bitkilərinin becərilməsi və yığılması və digər maşın-traktor parkı işləri (kənd təsərrüfatı işlərinə neft məhsulları xərci və əmək haqqından başqa) 23 №-li “Köməkçi istehsalat” hesabının 3-cü “Maşın-traktor parkı” subhesabında uçota alınır, burada bu məqsəd üçün hesab iki qrup analitik hesaba bölünmüşdür:

1.“Maşın-traktor parkının saxlanması və istismarı”;

2. “Özüyeriyən maşınların saxlanması və istismarı”.

Birinci qrup hesablarda traktorların, traktorlara qoşulan arabanın, qarajın, navesin, texnikanın saxlanması üçün sahənin, maşın həyətinin, qoşulan və asılan kənd təsərrüfatı maşın və avadanlıqlarının, digər maşın-traktor parkının əsas vəsaitlərinin saxlanması və istismarı üzrə xərclər uçota alınır.

Məsrəflərin uçotu aşağıdakı maddələr üzrə aparılır:

1. “Sosial ehtiyaclara ayırmalarla birlikdə əmək haqqı”;

2. “Əsas vəsaitlərin saxlanması”;

3. “İşlər və xidmətlər”;

4. “İstehsalın təşkili və idarəetmə”;

5. “Sair məsrəflər”.

“Sosial ehtiyaclara ayırmalarla birlikdə əmək haqqı” maddəsinə yerinə yetirilmiş nəqliyyat işlərinə görə traktorçu-maşinistlərə verilən əsas və əlavə əmək haqqı aid edilir, əsas və əlavə əmək haqqının tərkibində həmçinin dərəcəsinə görə traktorçu-maşinistlərə, həmin təsərrüfatda mütəxəssislər üzrə iş stajına görə, müstəqim xərcə qənaət edilməsinə görə mükafatlar, traktorlardan yaxşı istifadə olunmasına və təmir vəsaitlərinin qənaətlə istifadə olunmasına görə mükafatlar, məzuniyyətin ödənişi üçün qarşıdakı xərclərə ehtiyatın ayrılması, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə görə ödənişlər və digər əmək haqqı növləri - yalnız nəqliyyata aid olan bütün işlər (bitkiçilik sahəsindən başqa) uçota alınır.

Həmin maddəyə kənd təsərrüfatı işlərinə aid olan traktorçu-maşinistə və qoşquçuya hesablanmış əsas və əlavə əmək haqqı aid edilmir.

Bu maddə üzrə sosial sığortaya eyni zamanda pensiya fonduna və tibbi sığortaya ayırmalar birinci maddə üzrə əmək haqqı məbləğində əks etdirilir.
“Əsas vəsaitlərin saxlanması” maddəsində traktorların yalnız nəqliyyat işlərində işlədilən neft məhsullarının dəyəri uçota alınır. Bitkiçilikdə olan işlərdə işlədilən neft məhsullarının miqdarı və dəyərinə nə daxildir, onlar bu maddəyə daxil edilmir, ancaq əsas istehsalat üzrə bilavasitə müvafiq uçot obyektlərinə silinir.

Habelə həmin maddəyə faktiki hesablanmış amortizasiya ayırmaları, maşın-traktor parkının istismarı ilə əlaqədar, traktorlar, naves və qoşulan kənd təsərrüfatı maşınları və avadanlıqları, qaraj, nəqliyyat arabacıqlarının təmirinə olan xərc məbləğləri aid edilir. Uçot təmir və amortizasiyanı bölüşdürmək üçün müvafiq bazaya uyğun olaraq əsas vəsait növləri üzrə ayrıca aparılır.

Uçota alınmış amotizasiya məbləği və təmir üçün xərclər (təmir fonduna ayırmalar) ilin axırında təyinatı üzrə bölüşdürülür.

Traktorlar, traktor qoşquları, qaraj, naves, texnikanın saxlanması üçün sahənin, maşın heyəti və maşın-traktor parkından bilavasitə istifadyə dair olan digər əsas vəsaitlər, amortizasiya məbləği və təmirə xərclər (təmir fonduna ayırmalar) nəqliyyat şərti etalon hektar da daxil olmaqla yerinə yetirilmiş mexanikləşmiş işlərin həcminə proporsional olaraq əsas istehsalatın uçot obyektlərinə bölüşdürülür: torpaqbecərən maşınlar üzrə - əkin sahəsinə mütənasib olaraq; ot yığımı üçün maşınlar üzrə yığılan sahəyə proporsional olaraq bölüşdürülür. Konkret bitkilərin becərilməsinə bilavasitə istifadə olunan ixtisaslaşmış maşınlar üzrə təmirə xərclər (təmir fonduna ayırmalar) və amortizasiya bu bitkilər üzrə məsrəflərə silinir.

Hələ bu maddə üzrə anbardan buraxılan traktorlar və digər kənd təsərrüfatı maşınları üçün köhnəlmiş rezinlərin dəyəri, həmçinin onun təmirinin dəyəri uçota alınır.

“İşlər və xidmətlər” maddəsinə maşın-traktor parkına xidmət üzrə köməkçi istehsalat və kənar təşkilatın xidmətləri aid edilir.

“İstehsalın təşkili və idarəetmə” maddəsində maşın-traktor parkının saxlanması üzrə sex (ümumistehsalat) xərcləri məbləğləri uçota alınır. Onlar qabaqcadan şərti olaraq toplana bilər.

“Sair məsrəflər” maddəsinə traktorçulara verilən xüsusi geyimlər və xüsusi ayaqqabılara olan xərclər, standartlaşma, texniki təbliğata olan xərclər, əvvəlki maddələrə daxil olmayan maşın-traktor parkının istismarı ilə əlaqədar olan digər xərclər aid edilir. Bu xərclər ilin axırında yerinə yetirilmiş traktor parkı işləri şərti etalon hektara proporsional olaraq bölüşdürülür.


Məsrəflərin bölüşdürülməsi
Beləliklə, kənd təsərrüfatı işləri maşın-traktor parkının istismarı üzrə məsrəflərin uçot obyektlərinə bölüşdürülməsi maddələr üzrə aparılır. Maşın-traktor parkının əsas məsrəf növləri üzrə hesabların müxabirləşməsini nəzərdən keçirək.

1. Nəqliyyat işlərində işləyən traktorçuya əmək haqqı hesablanmış sosial sığortaya, pensiya fonduna, tibbi sığortaya, məzuniyyətin ödənilməsi və qarşıdakı xərclərin ödənişi üçün ehtiyata ayırmalar ayrılmışdır:

Debet 23 №-li “Köməkçi istehsalat” hesabı, 3-cü subhesabın “Maşın-traktor parkının saxlanması və istismarı üzrə xərclər” analitik hesabı.

Kredit 70 №-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” hesabı;

Kredit 69№-li “Sosial sığorta və təminat üzrə hesablaşmalar” hesabı;

Kredit 89 №-li “Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar” hesabı.


2. Traktorların nəqliyyat işlərində neft məhsulları işlədilmişdir:

Debet 23 №-li “Köməkçi istehsalat hesabının, 3-cü subhesabının “ Maşın-

traktor parkının saxlanması və istismarı üzrə xərclər” subhesabı;

Kredit 10 №-li “Materiallar” hesabının, 3-cü “Yanacaq” subhesabı.


3. Maşın-traktor parkının əsas vəsaitləri üzrə amortizasiya, təmir fonduna ayırmalar hesablanmışdır:

Debet 23 №-li “Köməkçi istehsalat” hesabının, 3-cü subhesabın “Maşın-

traktor parkının saxlanması və istismarı üzrə xərclər” analitik hesabı;

Kredit 02 №-li “Əsas vəsaitlərin amortizasiyası (köhnəlməsi)” hesabı –

hesablanmış amortizasiya məbləğinə;

Kredit 89 №-li “Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyat” hesabı.


23 №-li “Köməkçi istehsalat” hesabı üzrə hesabların müxabirləşməsi



s.

si



Əməliyyatın məzmunu





Müxabirləşən hesablar

debet

kredit

1.

Köməkçi istehsalatda istifadə olunan əsas vəsait obyektlərinə amortizasiya hesablandıqda

23

02

2.

Köməkçi istehsalatda istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablandıqda

23

05

3.

İstifadə olunan materialların dəyəri məhsulların (işlərin, xidmətlərin)maya dəyərinə silindikdə

23

10

4.

Maşınların dəyərində olan kənarlaşma məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə silindikdə

23

16

5.

İstifadə olunmuş öz istehsalının yarımfabrikatları-

nın dəyəri köməkçi istehsalat məhsullarının (işlərin,xidmətlərin) maya dəyərinə daxil edildikdə



23

21

6.

Müəssisənin özündə olan digər köməkçi istehsalat xidmətlərinin və işlərin dəyəri köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23

23

7.

Bölüşdürülən xərclərin bir hissəsi köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə: ümumistehsalat xərcləri

23


25





Ümumtəsərrüfat xərcləri


23

26


8.

Köməkçi istehsalatda buraxılmış zay məhsulun məbləği silindikdə

23

28

9.

Köməkçi istehsalatda istifadə olunmuş hazır məhsulların dəyəri silindikdə

23

37,40

10.

Kənar təşkilatların xidmətləri və gördükləri işlərin dəyəri köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23

60,76

11.

Qaytarılmayan vergilər köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23

68

12.

Sosial sığorta fonduna ayırmalar köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23



69

13.

Hesablanan əmək haqqı məbləği köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23

70

14.

Təhtəlhesab şəxs vasitəsi ilə ödənilmiş xidmətlərin yaxud işlərin dəyəri köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23

71

15.

Köməkçi istehsalatın bitməmiş istehsalatının aşkar edilmiş əskikgəlmələri

84

23

16.

Köməkçi istehsalatda təmirin aparılması üçün təmir fondu yarandıqda

23

89

17.

Gələcək dövrün xərclərinin bir hissəsi həmin hesabat ilində köməkçi istehsalat məhsullarının maya dəyərinə aid edildikdə

23

31

18.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri quraşdırmaya dair avadanlıqların maya dəyərinə aid edildikdə

07

23

19.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri kapital qoyuluşunun artımına aid edildikdə

08

23

20.

Köməkçi istehsalatda hazırlanmış materiallar mədaxil edildikdə

10

23

21.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri əsas istehsalat məhsullarının (işlərin, xidmətlərin) maya dəyərinə aid edildikdə

20

23

22.

Köməkçi istehsalat xidmətləri və işlərin dəyəri bəslənilən və kökəldilən heyvanların maya dəyərinə aid edildikdə

11

23

23.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri material qiymətlilərin əldə edilməsi üzrə xərclərin artımına aid edildikdə

15

23

24.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri öz istehsalının yarımfabrikatlarının maya dəyərinə aid edildikdə

21

23


25.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyərinin aid olması:

Ümumistehsalat xərclərinə

Ümumtəsərrüfat xərclərinə


25

26



23

23



26.

İstehsal zayının aradan qaldırılmasında istifadə olunan köməkçi istehsalat xidmətləri və işlərinin dəyərinin silinməsi

28


23


27.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri xidmətedici istehsalat və təsərrüfat xərclərinə aid edildikdə

29

23

28.


Köməkçi istehsalat məhsullarının faktiki maya dəyəri silindikdə

37

23


29.

Köməkçı istehsalatda hazırlanmış hazır məhsullar mədaxil edildikdə

40

23


30.

Məhsulların ( işlərin, xidmətlərin) satışında istifadə olunan köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri silindikdə

43


23


31.

Kənara satılan köməkçi istehsalat xidmətləri və işlərinin faktiki maya dəyəri silindikdə

46

23


32.

Köməkçi istehsalat xərclərinin bir hissəsinin əvvəl yaradılmış ehtiyat hesabına silinməsi

89

23


33.

Köməkçi istehsalat xidmətləri və işlərinin dəyəri gələcək dövrlərin xərclərinə silindikdə

31

23


34.

Təbii fəlakətin aradan qaldırılması üzrə köməkçi istehsalat xidmətləri və işlərin dəyərinin silinməsi

80

23

4. Kənar təşkilatların gördüyü işlər və xidmətlər maşın-traktor parkı xərclərinə və sair xərclərə aid edilmişdir:

Debet 23 №-li “Köməkçi istehsalat” hesabının, 3-cü subhesabının “Maşın-traktor

parkının saxlanması və istismarı üzrə xərclər” analitik hesabı;

Debet 19 №-li “Alınmış sərvətlər üzrə əlavə dəyər vergisi” hesabı;

Kredit 60 №-li “Malsatan və podratçılarla hesablaşmalar” və xərc növləri üzrə digər hesablar;

5. İlin axırında amortizasiya fonduna ayırmalar, sair xərclər müəyyən olunmuş qaydada müvafiq olaraq təyinatı üzrə bölüşdürülmüşdür:

Debet 20 №-li “Əsas istehsalat” hesabının, 1-ci “Bitkiçilik” subhesabı (bitkilər və bitki qrupları analitik hesabları)-maşın-traktor parkından istifadə etməklə bitkiçilik sahəsinə düşən yerinə yetirilən işlərə görə xərclər üzrə, 2-ci “Heyvandarlıq” subhesabı – heyvandarlıq sahəsində istehsal dövründə tərkib hissəsi olan işlər üzrə;

Kredit 23 №-li “Köməkçi istehsalat” hesabının 3-cü subhesabı, “Maşın-traktor parkının saxlanması və istismarı üzrə xərclər” analitik hesabı.

Beləliklə, ilin axırında “Maşın-traktor parkının saxlanması və istismarı üzrə xərclər” analitik hesabının krediti üzrə kənd təsərrüfatı işlərində maşın-traktor parkının saxlanması və istismarına aid olan məsrəflər, məsrəf növləri üzrə - amortizasiya, təmir fonduna ayırmalar, işlər və xidmətlər, sair məsrəflər silinir.



Traktorların nəqliyyat işlərinin yerinə yetirilməsinə aid olan məsrəflərin (bitkiçilikdə bu işlər müstəsna olmaqla) müvafiq maddələri üzrə ilin axırına bölüşdürülməyənlər qalır.
Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə