I fəSİL. İDarəetmə UÇotunun nəZƏRİ Əsaslari idarəetmə uçotunun iqtisadi mahiyyəti və vəzifələri



Yüklə 0,92 Mb.
səhifə8/11
tarix14.10.2017
ölçüsü0,92 Mb.
#4713
1   2   3   4   5   6   7   8   9   10   11

5. Transfert əməliyyatları
Məsuliyyət mərkəzi öz məhsulunu (işi, xidməti) müəssisə daxili digər məsuliyyət mərkəzinə verməsi yaxud məhsullarını (işləri, xidmətləri) kənara (digər təşkilata) satması transfert qiymətləri adlanır.

Transfert qiymətləri əməliyyatları mənfəət mərkəzlərində və investisiya mərkəzlərində, bəzən isə məsrəf mərkəzlərində tətbiq edilir.

Əgər məsuliyyət mərkəzlərinin məhsulları (işləri, xidmətləri) bütünlükdə müəssisə daxilində istehlak olunursa, onda transfert qiyməti xalis uçot qiymətidir və müəssisənin maliyyə vəziyyətinə təsir etmir. Bu halda transfert qiyməti məsuliyyət mərkəzinin fəaliyyətinin obyektiv qiymətləndirilməsi vəsaiti hesab olunur.

Nə vaxt məsuliyyət mərkəzləri öz məhsulları ilə xarici bazara müstəqil çıxmaq hüququ qazanır, o halda alıcıları seçir, satış həcmini və öz məhsullarının qiymətini müəyyən edir, transfert qiyməti müəssisənin maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edən, mühüm müstəqil göstərici olur.

Hazırda transfert qiymətlərinin kəmiyyətinin müəyyən edilməsində üç əsas üsuldan istifadə olunur:

-bazar qiymətləri əsasında;

-məsrəf əsasında;

-müqavilə transfert qiymətləri.

Müvafiq şərait olduqda – birinci üsula üstünlük verilir, nə qədər ki, bazar qiymətləri kifayət qədər obyektiv hesab olunurdusa, onda həmin üsul maliyyə nəticələri əsasında məsuliyyət mərkəzlərinin fəaliyyətinə qiymət vermə imkanı verir.

Transfert şəkilində bazar qiymətlərinin tətbiqi aşağıdakı şərtlərlə mümkündür:

-idarəetmənin mərkəzləşməsinin kifayət qədər olması, hansı ki, məsuliyyət mərkəzi öz müəssisəsində olduğu kimi kənara da məhsulları satmaq və satın almaq hüququ qazanır.

-məsuliyyət mərkəzlərinin məhsullarına, işlərin, xidmətlərinə tətbiq olunan möhkəm bazar qiymətlərinin mövcud olması praktikada müxtəlif səbəblərə görə, o cümlədən eyni mallara müxtəlif malsatanların müxtəlif qiymət qoyması üzündən tez-tez tərəddüd olan hallarda bazar qiymətlərinə toxunulur.

Məsrəflərin transfert qiymətləri aşağıdakıların əsasında müəyyən edilir:

-dəyişən məsrəflər;

-dəyişməyən məsrəflər;

-dəyişməyən məsrəflər plyus mənfəət.

Müvafiq məsrəflərin transfert qiymətləri seçimi haqqında məsələni adətən məsuliyyət mərkəzlərində mümkün olan fikir ayrılığına görə müəssisənin yuxarı rəhbərliyi həll edir.

Qeyd etmək lazımdır ki, qiymətlər dəyişən məsrəflərin qiyməti şəklində istifadə olunduqda daimi məsrəflərin əvəzini ödəmir və alınan mənfəəti nəzərdə tutmur. Bununla əlaqədar dəyişən məsrəflər əsasında olan qiymətlər mənfəət və investisiya mərkəzləri üçün qəbuledilməzdir – onlar yalnız məsrəf mərkəzlərində istifadə oluna bilər.

Dəyişməyən məsrəflər əsasında olan qiymətlərdə həmçinin alınan mənfəət nəzərdə tutulmur, buna görə yalnız məsrəf mərkəzlərində tətbiq olunur.

Mənfəət alınmasını nəzərdə tutanlar dəyişməyən məsrəflər əsasında transfert qiyməti plyus mənfəəti bütün məsuliyyət mərkəzləri istifadə edə bilərlər.

Məsrəflərin transfert qiymətləri müəyyən edilərkən əsası normativ (standart) məsrəflər hesab edilir. Əgər qiymətlər faktiki məsrəflər əsasında müəyyən edilirsə, onda faktiki məsrəflərin aşağı salınması məhsul satan məsuliyyət mərkəzlərinin stimulu aşağı düşür.

Bazar və məsrəflərin transfert qiymətləri müəyyən edilərkən alıcılar və satıcılar arasında tez-tez fikir ayrılığı meydana çıxır. Belə şəraitdə qiymətlər onların arasında olan danışıq əsasında müəyyən etmək olar. Bundan başqa digər
səbəblərlə yanaşı (məsələn, yeni bazara nail olmaq və öz biznes fəaliyyətini saxlamaq üçün məhsullar üçün qiymətləri bazar qiymətindən aşağı müəyyən etmək satıcı məsuliyyət mərkəzinə əlverişlidir) danışıq əsasında qiymətin müəyyən edilməsi məqsədəuyğundur.

Müqavilə transfert qiymətləri, vergi və gömrük ödənişlərini azaltmaq məqsədi ilə firmadaxili mübadilədə transmilli korporasiyalar tez-tez istifadə edirlər.

Transfert qiymətlərin kəmiyyəti haqqında danışıqlar çox vaxt müsbət nəticə vermir, xüsusilə, nə vaxt satıcı və alıcının öz aralarında texnoloji əlaqələr olduqda və özlərini işgüzar partnyor kimi göstərə bilmirlər. Bu şəraitdə transfert qiymətlər üzrə mübahisəni həll etmək üçün arbitraj məhkəməsindən istifadə etmək məqsədəuyğundur.

V FƏSİL. ÖLKƏ PRAKTİKASINDA QƏBUL OLUNMUŞ

KALKULYASİYA METODLARI


  1. Məsrəf maddələri üzrə istehsal və satış xərclərinin uçotu

İdarəetmə mühasibat uçotunda idarəetmə məqsədi üçün maddələr üzrə istehsal və satış xərclərinin uçotu təşkil edilir.

Maddələrin siyahısı istehsalın xarakteri və quruluşu nəzərə alınmaqla məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin planlaşdırılması, uçotu və kalkulyasiyası məsələləri üzrə sahəvi metodik tövsiyələrdə məsləhət görülən nümunəvi maddələrin əsasında müəssisə sərbəst olaraq müəyyən edir.

Belə ki, kənd təsərrüfatı müəssisələri üçün aşağıdakı nümunəvi məsrəf maddələri müəyyən edilmişdir:

1.Əmək haqqı, sosial ehtiyaclara ayırmalarla birlikdə.

2.Toxum və əkin materialları.

3.Mineral və üzvü gübrələr.

4.Bitkilərin və heyvanların mühafizə dərmanları.

5.Yemlər.

6.Emal üçün xammal.

7.Əsas vəsaitlərin saxlanması.

O cümlədən:

a) neft məhsulları;

b) amortizasiya (əsas vəsaitlərin köhnəlməsi);

v)əsas vəsaitlərin təmiri.

8.İşlər və xidmətlər.

9.İstehsalın təşkili və idarəetmə.

10.Kreditə görə ödənişlər.

11.Heyvanların ölümündən olan itkilər.

12.Sair məsrəflər.

Sənaye müəssisələri üçün aşağıdakı nümunəvi məsrəf qruplaşması məsləhət görülür:

1.Əmək haqqı, sosial ehtiyaclara ayırmalarla birlikdə.

2.Emal üçün xammal.

3.Əsas vəsaitlərin saxlanması.

O cümlədən:

a) neft məhsulları;

b)əsas vəsaitlərin amortizasiyası (köhnəlməsi);

v)əsas vəsaitlərin təmiri.

4.İşlər və xidmətlər.

5.İstehsalın təşkili və idarəetmə.

6.Sair məsrəflər.

Bütüm məsrəf maddələri 20, 23, 25, 26, 29, 43№ -li hesabların debeti və 70, 69, 10, 02, 31, 76 və digər hesabların kreditində əks etdirməklə formalaşır. Bütün məsrəf maddələrinin yekunu məhsulların (işlərin, xidmətlərin) faktiki maya dəyərini təşkil edir.

Maddələr üzrə məsrəflərin uçotu ümumi məsrəf məbləğində hər bir maddənin xüsusi çəkisini müəyyən etməyə və təhlil etməyə imkan verir. Bu, müvafiq idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas olur.

İqtisadi elementlər üzrə xərclər dörd böyük qrupa bölünür:

1.Əmək haqqı məsarifləri, ictimai sığorta ayırmaları da daxil edilməklə;

2.material məsarifləri;

3.əsas vəsaitlərin amortizasiyası;

4.sair məsariflər.

Məhsulların maya dəyərini hesabladıqda isə məsariflər xərc maddələri üzrə qruplaşdırılır.

Maddələr üzrə məsrəflərin qruplaşdırılması



Xərc maddələri

Bitkiçilik

Heyvan

darlıq


Köməkçi

istehsalat



Yardımçı

sənaye


istehsalı

Əmək haqqına məsrəflər, ictimai sığortaya ayırmalar daxil olmaqla

+

+

+

+

Toxum və əkin materialları

+










Gübrələr

+










Bitki və heyvanları mühafizə dərmanları

+

+







Yemlər




+







Xammal və materiallar










+

İşlər və xidmətlər

+

+

+

+

Əsas vəsaitlərin saxlanmasına məsrəflər

+

+

+

+

İstehsalın təşkili və idarəetmə üzrə məsrəflər

+

+

+

+

Sığorta ödəmələri

+

+

+

+

Sair məsrəflər

+

+

+

+

Zay məhsul və heyvanların ölümündən (uçotda olan) itkilər




+








2. Kalkulyasiyanın iqtisadi mahiyyəti, kalkulyasiyanın növləri

Təşkil etmə işlərinin əsas göstəricilərindən biri məhsulun maya dəyəridir. Ayrı-ayrı məhsul növləri, yerinə yetirilən iş və göstərilən xidmət vahidinin maya dəyərinin hesablanmasına kalkulyasiya deyilir. Kalkulyasiya məhsulun maya dəyərinin hesablanma üsulu deməkdir və qiyməti təyin etmək üçün baza hesab olunur. Kalkulyasiya – bu məhsul istehsalına və çıxışına olan məsrəflərin son mərhələsidir. Bu mərhələdə məsrəflər qruplaşdırılır və müəyyən metodların köməyi ilə məhsulların maya dəyəri hesablanır.

Kalkulyasiya oxşar təşkilatlarda faktiki məsrəfləri plan məsrəfləri ilə müqayisə etməyə, ehtiyatlardan tam istifadə etməklə qənaət etməyə, daha optimal idarə etmə qərarlarının qəbul olunmasına imkan verir. Kalkulyasiya nə qədər ki, lazım olan ictimai əmtəənin istehlak dəyəri ilə yanaşı istehsala və məhsulun, işin, xidmətin satışına olan məsrəflər qiymət bazası qəbul edilirsə, məhsullar üçün iqtisadi cəhətdən əsaslandırılmış qiymətin yüksəlməsinə imkan yaradır. Kalkulyasiya yeni məhsul növlərinin istehsalı və səmərəli olmayan məhsulların istehsaldan çıxarılması haqqında əsaslandırılmış qərarın qəbul edilməsinə kömək edir.

Bazar münasibətlərinə keçid şəraitində kalkulyasiyanın rolu xüsusilə artır. Bazar münasibətləri şəraitində hər bir bölməyə öz məsrəflərini gəlirlərlə ölçmək lazımdır. İstehsal məsrəflərinə qənaətin olması, əmək haqqı fondunun, əmək kollektivlərinin gəlirlərinin artırılması mənbələrinin olması, eləcə də müəssisənin rəqabət qabiliyyətli olmasının yüksək olması deməkdir.

İstehsal məsrəflərinin bütün uçot prosesi mərhələlərə bölünür:

1.Uçot obyektləri üzrə məsrəflərin qruplaşdırılması.

2.Kalkulyasiya obyektləri üzrə məsrəflərin bölünməsi.

3.Məhsul (iş,xidmət) vahidinin maya dəyərinin müəyyən edilməsi.

Deməli, kalkulyasiya istehsal məsrəfləri və alınan məhsulların miqdarı haqqında məlumatlardan istifadə etməklə başlanır və faktiki maya dəyəri ilə məhsulları qiymətləndirməklə qurtarır.

Tərtib olunma dövrünə görə kalkulyasiya plan, layihə, normativ, gözlənilən və hesabat kalkulyasiyasına bölünür.



Plan kalkulyasiyası planlaşdırılan dövrə (il, rüb) məhsulların yaxud yerinə yetirilən işlərin orta maya dəyərini müəyyən etməklə müəyyən edilir. Onlar mütərəqqi normaların nəticəsində xammal, material, yanacaq, enerji, əmək sərfi, avadanlıqlardan istifadə xərcləri və istehsala xidmətin təşkili üzrə xərc norması tərtib edilir. Bu xərc normaları planlaşdırılan dövr üçün orta xərc norması sayılır.

Plan kalkulyasiyası biznes-planını tərtib edərkən məhsulların, işlərin, xidmətlərin plan maya dəyərinin hesablanması üçün nəzərdə tutulmuşdur. Plan kalkulyasiyası kənd təsərrüfatı məhsullarına, əmtəə-material qiymətliləri, xidmətlərə plan-uçot qiymətlərinin işlənib hazırlanması üçün əsasdır.

Plan kalkulyasiyasının dəyişmiş forması layihə (smeta) kalkulyasiyasıdır. Bu kalkulyasiya müxtəlif qaydada mənimsənilən məmulat yaxud işlərin yenidən layihələşdirilməsi üçün tərtib edilir. Adətən o, kütləvi şəkildə yeni məmulatların buraxılışı dövründə, onların mənimsənilməsindən sonra plan kalkulyasiyası yaxud birdəfəlik işlərə görə sifarişçilərlə hesablamaq üçün əsasdır.

Normativ kalkulyasiya məsrəflərin planlaşdırılması və uçotunun normativ metodunda tətbiq edilir və ayın əvvəlinə mövcud xammal və məsrəf xərc normasının (cari məsrəf norması) əsasında tərtib edilir. Cari məsrəf normaları müəssisənin indiki mərhələdə onun işlərinin istehsal imkanlarına uyğun olur. Plan kalkulyasiyasından fərqli olaraq normativ kalkulyasiyada istehsal prosesində norma dəyişdikcə və hesabat dövrü ərzində kənarlaşma aşkar edildikcə dəqiqləşdirmələr aparılır.

Gözlənilən (təxmini) kalkulyasiya keçmiş 9 ay ərzində mühasibat uçotunun faktiki məlumatları və hesabat ilinin axırına qədər qalan dövr üçün məsrəflər və məhsul çıxışı üzrə tələb olunan məlumatlar üzrə cari hesabat ilinin oktyabr ayının 1-nə tərtib edilir.

Təxmini kalkulyasiyanın məlumatları müəssisənin yaxud ayrı-ayrı istehsal vahidlərinin işinin nəticəsini qabaqcadan müəyyən etmək üçün, eyni zamanda ilin axırına qalan vaxta sonrakı məhsulların maya dəyərinin aşağı salınması və istehsalın rentabelliyinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanması üçün istifadə olunur.



Hesabat yaxud faktiki kalkulyasiya məhsul istehsalına olan faktiki məsrəflər haqqında mühasibat uçotunun məlumatları üzrə tərtib edilir və hesabat dövrü ərzində istehsal edilən məhsulların yaxud yerinə yetirilən işlərin, göstərilən xidmətlərin faktiki maya dəyərini əks etdirir. Faktiki maya dəyəri göstəriciləri müəssisənin istehsal fəaliyyətinin faktiki maliyyə nəticəsini müəyyən etmək üçün istifadə olunur.

Həmçinin kalkulyasiya xərclərinin əmələ gəlmə yerlərindən və məsrəflərin məhsulun maya dəyərinə daxil olmasından asılı olaraq bölünür. Bu əlamət üzrə təsərrüfat hesablı, istehsal, tam (kommersiya) kalkulyasiya fərqləndirilir.



Təsərrüfat hesablı maya dəyəri əmək ödənişinə olan faktiki məsrəflərdən, plan uçot qiyməti ilə əmtə-material qiymətlilərin dəyərindən, faktiki ümumibriqada (ümumsex, ümumferma) xərclərindən, plan-uçot qiyməti ilə köməkçi istehsalat xidmətinin dəyərindən və smeta üzrə ümumtəsərrüfat xərcləri məbləğindən ibarətdir. Təsərrüfat hesablı kalkulyasiya hesabatın dəyişmiş formasıdır, lakin ondan xüsusən ona görə fərqlənir ki, plan qiymətində resurslar faktiki məsrəfləri əks etdirir.

Müəssisə üzrə bütünlükdə məhsullar və işlərin istehsal maya dəyəri təsərrüfat hesablı maya dəyərindən və əmtəə-material qiymətlərinin faktiki dəyərinin plan-uçot qiymətindən kənarlaşma məbləğindən, köməkçi istehsalat xidmətinin faktiki maya dəyərinin plan-uçot qiymətindən kənarlaşma məbləğindən, faktiki ümumtəsərrüfat xərclərinin smetadan kənarlaşma məbləğindən ibarətdir.

Tam (kommersiya) maya dəyəri istehsal maya dəyərindən və məhsul satışı ilə əlaqədar qeyri-istehsal (kommersiya) xərclərindən ibarətdir.

Müəssisənin məhsullarının maya dəyərində idarəetmə - bütün məhsul istehsalına məsrəflərin və ayrı-ayrı məhsulların maya dəyərinin formalaşmasının planauyğun prosesini, məhsulların maya dəyərinin aşağı salınması üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarəti, maya dəyərinin aşağı salınması üçün


ehtiyatların aşkar edilməsini göstərir. Məhsulların maya dəyərində idarəetmə sisteminin əsas ünsürləri məsrəflərin planlaşdırılması, normalaşdırılması və proqnozlaşdırılması, uçot və kalkulyasiya, maya dəyərinə nəzarət və təhlildir.


3. Qiymətin əmələ gəlmə bazası kimi maya dəyərinin kalkulyasiya

edilmə metodları

Geniş dairədə idarəetmə vəzifələrinə cavab tapmanın əsasında məhz məhsulların (işlərin, xidmətlərin) maya dəyəri durur. Təşkil etmə işlərinin səmərəliliyi maya dəyərinin formalaşması haqqında informasiyalardan daha çox asılıdır.

Məhsulların (işlərin, xidmətlərin) maya dəyərini kalkulyasiya edilməsinin köməyi ilə müəyyən etmək olar. Kalkulyasiya edilmə ayrı-ayrı növ məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanması iqtisadi sistemini özündə əks etdirir. Kalkulyasiya olunma prosesində istehsala olan məsrəflər buraxılan məhsulların miqdarı ilə ölçülür və məhsul vahidinin maya dəyəri müəyyən edilir. Kalkulyasiya edilmənin vəzifəsi – məhsul vahidinə düşən yəni satış üçün, eləcə də daxili istehlak üçün nəzərdə tutulmuş məhsul vahidinə düşən xərcləri müəyyən etməkdir. Kalkulyasiya edilmənin son nəticəsi kalkulyasiyanın tərtib edilməsidir.

Müəssisənin yaxud cavabdehlik (istehsal vahidləri) mərkəzinin qəbul etdiyi planın yerinə yetirilməsinin qiymətləndirilməsinin əsasında müasir kalkulyasiya edilmə durur. O, maya dəyəri üzrə plan tapşırıqlarında kənarlaşmanın səbəbinin təhlili üçün lazımdır. Faktiki kalkulyasiyanın məlumatları maya dəyərinin sonrakı planlaşdırılması üçün, müasir texnoloji proseslərin seçilməsi, məhsulların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin aparılması üçün, gələcəkdə məhsulların, yerinə yetirilən işlərin buraxılışının məqsədəuyğunluğunun proqnozu üçün istifadə olunur

Beləliklə, hesabat kalkulyasiyalarında maya dəyəri haqqında olan informasiyalar, istehsalı idarə etməyə və proqnozlaşdırmağa imkan verir. Faktiki maya dəyəri əmtəənin istehlak dəyəri ilə yanaşı məhsullara (işlərə, xidmətlərə) satış qiymətinin müəyyən edilməsi üçün baza hesab olunur. Nəhayət kalkulyasiya edilmə transfer qiymətqoymanın əsasıdır.

Transfert (daxili) qiymət – bu müəssisə daxili bir cavabdehlik mərkəzinin digər cavabdehlik mərkəzinə (digər istehsal vahidinə) verilən məhsulların (işlərin, xidmətlərin) dəyərini müəyyən etmək üçün istifadə olunan qiymətdir.

Kalkulyasiya edilmə müəyyən olunmuş metodun köməyi ilə həyata keçirilir. Kalkulyasiya edilmə metodu – məhsulların faktiki maya dəyərini müəyyən edilməsini təmin edən istehsal məsrəflərinin əks etdirilməsi, eyni zamanda xərclərin məhsul vahidinə aid edilməsi üsuludur. Kalkulyasiya edilmənin müxtəlif metodları mövcuddur. Onların ümumqəbul olunmuş təsnifatı hələlik yoxdur. Bununla yanaşı onlara aşağıdakı metodları daxil etmək olar: sadə, əlavə məhsula düşən xərclərin çıxılması metodu, əmsal metodu, proporsional, birləşdirilmiş metod. Onları tətbiq etməklə istehsal prosesinin xüsusiyyətləri, məhsul istehsalının xarakteri, onun tərkibi və s. müəyyən edilir.

Bunların sonunda bu və digər kalkulyasiya edilmə metodlarını düzgün tətbiq etmək mühümdür, ona görə ki, faktiki maya dəyəri məbləği bundan asılıdır. Bununla da məhsullara qiymət qoyulur.

4. Məsrəflərin uçotu metodları və kalkulyasiya edilmə metodları,

onların tətbiqi sahəsi

Kənd təsərrüfatı müəssisələrində geniş dairədə idarəetmə vəzifələrinə cavab tapmanın əsasında məhz məhsulların (işlərin, xidmətlərin) maya dəyəri durur.

Təşkil etmə işlərinin səmərəliliyi tətbiq edilən məsrəflərin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilmə metodlarının əhəmiyyətli dərəcədə öz vaxtında formalaşmasına səbəb olmuş maya dəyəri haqqında informasiyalardan daha çox asılıdır.

Kənd təsərrüfatı istehsalının texnoloji və təşkil etmə xüsusiyyətləri, istehsal dövrünün uzunmüddətli olması, məhsulların miqdar və keyfiyyət xarakteristikası, idarəetmənin məqsədləri mənfəət, qiymət, maya dəyəri kimi belə bir iqtisadi vasitələrdən düzgün istifadə edilməsinə imkan yaradan istehsal məsrəflərinin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin müxtəlif qəbulu üsullarının əlaqələndirilməsini tələb edir. Bununla əlaqədar məhsulların maya dəyəri haqqında dürüst məlumatlar almaq məqsədi ilə məsrəflərin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilməsinin düzgün metodunu seçmək lazımdır. Bu məsələlər elmi mübahisə doğurur.

Bir çox müəlliflər iqtisadi ədəbiyyatda məsrəflərin uçotu metodunu məhsulların maya dəyərinin kalkulyasiya edilmə metodları ilə eyniləşdirirlər, onların ümumqəbul olunmuş təsnifatı isə hələ işlənib hazırlanmamışdır.

Kənd təsərrüfatı istehsalının müstəsnalığı və spesifikliyini, həmçinin məsrəflərin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilməsi sahəsində toplanılmış təcrübəni nəzərə alaraq məsrəflərin uçotu metodu və maya dəyərinin kalkulyasiya edilmə metodu anlayışlarını məhdudlaşdırmaq lazımdır. Məsrəflərin uçotu metodu dedikdə istehsala məsrəflərin analitik uçotu vasitələri məcmu, kalkulyasiya edilmə dedikdə - kalkulyasiya edilmə obyektlərinin maya dəyərinin hesablanması qaydası və üsulların məcmu başa düşülür.

Bununla əlaqədar kənd təsərrüfatı müəssisələrində məsrəflərin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilməsi metodunun aşağıdakı təsnifatı təklif olunur.

Sxem 5.1


Kənd təsərrüfatı müəssisələrində istehsala məsrəflərin uçotu

və maya dəyərinin kalkulyasiya edilmə metodları





Istehsala məsrəflərin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilmə metodları



Istehsala məsrəflərin uçotu metodları





Məhsulların maya dəyərinin kalkulyasiya edilmə metodları



Mərhələ metodu




Sadə




Sifariş metodu




Əlavə məhsula olan xərclərin çıxılması metodu



Normativ

metod





Əmsal metodu




Proporsional




Yenidən bölüşdürmə




Birləşdirmə


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə