İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   70   71   72   73   74   75   76   77   ...   96

 
223 
Ümumiyy
ətlə, 2003–cü  ilin  martın  27–də  təşkil  edilmiş 
koalisiyada 49 ölk
ə iştirak etmişdir.    
  2010–
cu  ilin  dekabrın  6–na qədər  İraq  müharibəsində 
ABŞ–dan 4432 nəfər  ölmüş,  32  min  nəfər  yaralanmışdı.    O 
cüml
ədən ABŞ 2003–cü ildə 486, 2004–cü ildə 849, 2005–ci ildə 
846, 2006–
cı ildə 822; 2007–ci ildə 804, 2008–ci ildə 314, 2009–
cu ild
ə 149, 2010–cu ildə 52 nəfər hərbi qulluqçu itirmişdi.   
Koalisiyada  iştirak  edən 21 ölkənin hərbi kontingentindən 
1s
ə 137 hərbi qulluqçu həlak olmuşdu ki, onlardan 179–u İngiltərə-
d
ən idi.    
Hesablamalara gör
ə  bu müharibə  nəticəsində  İraqda  həlak 
olmuş 733 158 nəfərdən 1446 063- ə qədəri dinc sakin idi.  Ailə-
l
ərin 20,21 % - I həlak olmuşdur.  İraqda isə o zaman 405 milyon 
ail
ə  var idi.  Digər bir hesablamaya görə  isə  İraqdan  89 612–dən 
97 840–a q
ədər dinc sakin həlak  olmuşdu.    Ümumdünya  səhiyyə 
t
əşkilatının  hesablamasına  görə  isə  2006–cıı  ilə  qədər  İraqdan 
10400–d
ən, 223000 - ə qədər dinc əhali həlak olmuşdur.  ABŞ–ın 
İraqdakı əməliyyatına dair sənədlərdə isə göstərilir ki, 2010–cu ilə 
q
ədər İraqdan 66000 dinc sakin həlak olmuşdur.  
İraq  müharibəsi  zamanı  fosforlu  aşılayıcı  bombalardan  və 
dig
ər kimyəvi silahlardan istifadə edilmişdir. Bu silahlar 150 metr 
radiusda bütün canlıları məhv etmək gücünə malik idi.  Təkcə Əf–
F
əlludca  əməliyyatı  zamanı  1200  partizan  öldürüldü.Halbuki 
BMT–nin q
əbul etdiyi konvensiyaya əsasən bu silahlardan istifadə 
qadağan edilmişdi.   
2004–cü ilin 
əvvələrindən 2005–ci  ilin  ortalarına  qədər 12 
min iraklı terror aktı nəticəsində öldürülmüşdür.  İraqda BMT–nin 
ştab–mənzilindəki  partlayış  nəticəsində  2  Əlcazair  və  Misir 
v
ətəndaşı, beş Rusiya diplomatı həlak olmuşdur.   
Bu müharib
ə  nəticəsində  İraq  regional dövlət kimi öz 
əhəmiyyətini itirsə  də,  ABŞ–ın  da  qələbəsi o qədər də  ürək açan 
deyildi.  Bu q
ələbə ABŞ–a böyük hərbi xərclər və xeyli insan itkisi 
hesabına başa gəldi.  ABŞ İraqda Səddam Hüseyn rejimini devirsə 
d
ə, sülhə nail olmağı bacarmadı.   
 


 
224 
III. 
ABŞ-ın Qafqaz siyasəti 
Dünyadüz
əninin  geosiyasi  strukturundakı  dərin keyfiyyət 
d
əyişikliklərinə  ən  güclü  stimul  olan  dünya  sisteminin  dağılması 
kimi geosiyasi d
əyişikliyi  müasir  dövrdə  geosiyasi iqnilab da 
adlandırırlar. 
SSRİ-nin  dağılması,  dünyanın  ikiqütblükdən çoxqütblülüyə 
keçm
əsi; yeni dünya quruculuğunda ABŞ-ın vahid mərkəzi qüvvə 
o
lmağa  can  atması;  dünyanın  siyasi  arenasında  transformasiya 
(yerd
əyişmə) proseslərinin  sonrakı  inkişafı;  ölkədaxili etnik və 
dig
ər münaqişələrin qlobal və milli təhlükəsizliyə qorxu törətməsi 
müasir geosiyasi inqilabın əsas parametrləri hesab edilir. 
M
əhz  bu  baxımdan müasir dövrdə  Qafqaz regionu bey-
n
əlxalq münasibətlərin əsas subyektlərindən birinə çevrilmişdir. Bu 
regiona Rusiyanın imperiya nəzarətindən çıxıb müstəqililk qazan-
mış  Azərbaycan, Gürcüstan, Ermənistan və  hələ  də  Rusiyanın 
hakimiyy
əti  altında  olan  Şimali  Qafqazın  çoxlu  xırda  etnik  an-
klavları  daxildir.  Regionda  müxtəlif mədəniyyətlərin, dil qrup-
larının,  konfessiaların  (dini  məzhəblərin), mədəni-tarixi cəmiy-
y
ətlərin çoxluğu və s. kimi Qafqazın spesifik xüsusiyyətləri onu ən 
narahat, ziddiyy
ətli  qarşüdarmalar və  münaqişələr bölgəsinə  çe-
virir. 
Qafqazın  sakinləri: gürcülər,  Dağıstanın  dağlı  xalqları, 
vayxanalar,  adıgeylər  –  qafqaz-iber dil ailəsinə; azərbaycanlılar, 
kumuklar, noqaylar, qaraçaylar v
ə balkarlar – türk dil ailəsinə; ese-
tinl
ər, talışlar, ermənilər – hind-avropa dil ailəsinə aid edilir. Gür-
cül
ərdə  -  provoslavlığa;  ermənilərdə  -  xristianlığın  monofizit  qo-
luna;    Dağıstan  xalqlarında,  vayxanalarda  və  adıgeylərdə  islamın 
sünni m
əzhəbinə, azərbaycanlılarda  şiəliyə  və  sünniliyə, tatlarda 
iudaizm
ə ibadət olunur. Bu rəngarənglik bölgənin siyasi ab-hava-
sının  kənar qüvvələrin təsiri  altında  tez-tez  dəyişilməsinə  imkan 
yaradır. Həmçinin bu müxtəliflik daim etnoslar arasında qarşıdur-
malarla, ziddiyy
ətlərlə xarakterizə olunaraq regionun bütövlüyünə 
z
ərbə vurur. 
“K
əskin etnik və  dini  qarşıdurmalar  nəticəsində  daxildən 
parçalanmış  bu region daim Rusiyanın, Türkiyənin və İranın təsir 
dair
əsi  uğrunda  mübarizə  mərkəzinə  çevrilmiş  hazırda  bu  köhnə 


 
225 
mübariz
əyə  Xəzər dənizinin  enerji  resurslarının  bölünməsi  ətra-
fında intensiv rəqabət də əlavə olunmuşdur”. 
Qafqaz m
əsələsində  ABŞ  Türkiyənin müdafiəçisi kimi 
göst
ərilsə  də,  əslində  Türkiyə  ABŞ-ın  Qafqaz  siyasətinin  ən fəal 
oyunçusu  kimi  çıxış  edir.  Bu  siyasət  əslində  Rusiya və  İranı 
regiondan uzaqlaşdırmağa istiqamətlənmişdir. 
Hazırda bu regiona ididaçı olan dövlətlərin heç biri təklikdə 
bu regionu öz irad
əsinə  tabe etmək gücündə  deyildir. Bu dövlət-
l
ərin ikisi (Rusiya və  İran)  digərinə  qarşı  birlikdə  çıxış  etmək 
ist
əsələr də  belə,  bu  mümkün  deyildir.  Çünki  ABŞ  dərhal 
Türkiy
əni müdafiə edəcəkdir. Kənardan müdaxilə Qafqazda sosial
siyasi, etnik v
ə dini münaqişələrin 1990-cı ildən bəri bir neçə dəfə 
baş  verməsinə  gətirib  çıxarmışdır.  Bu  vəziyyət  Rusiyanı  Qafqazı 
daha sabit v
ə  inkişaf  etmiş  bir  regiona  çevirmək istiqaməti 
götürmüş  avroatlantik  qurumla  birilkdə  hərəkət etməyə  məcbur 
edir. 
Qafqazın siyasi xəritəsinin konturları, tarixi keçmişdə onunla 
qonşu  olan  müxtəlif  imperiyaların  arasındakı  onun  üstündə 
mübariz
əsi nəticəsində Qafqaz anlayışı bütövlükdə heç bir zaman 
siyasi m
əzmun daşımamışlar. 
Qafqaz h
əmişə gah İran, gah Türkiyə, gah da Rusiyanın təsiri 
altına düşmüşdü. Hər iki və ya hər üç dövlətin ərazi vahidinə çev-
rilirdi. 
Qafqazda inzibati-
ərazi sərhədlərinin əsassız təyini bu region-
da çoxlu münaqişələrə yol açmışdır. Bu özünü indi də birüzə ver-
m
əkdə  davam edir. XX əsrin  sonlarından  başlanmış  erməni-
az
ərbaycan, gürcü-abxaz, gürcü-cənubi osetin ziddiyyətləri  əvvəl 
münaqişələrə, sonra isə qanlı müharibələrə çevrildi. İki çeçen-rus 
müharib
əsi, osetin-inquş  qarşıdurması  çoxlu  insan  itkisinə  və 
dağıntılara gətirib çıxartdı. 
Tarix göst
ərir ki, mərkəzi hakimiyyət zəifləyən zaman ölkədə 
m
ərkəzdənqaçma meylləri sürələnir. Digər tərəfdən də ölkənin bu 
v
ə  ya  başqa  regionda  milli  münaqişələr gərginləşir.  Məhz Sovet 
imperiy
asının  zəifləyib çökməsi də  bu təzahürlərlə  müşayiət 
olundu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə