İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

 

44 


kimin göyünə, yerinə şərik çıxmayıb, heç kimin gün-güzəranınına 

boğazortağı olmayıb. Qartalların dilində, nitqində yalvarış yoxdur, çünki 

dəlilik görməyiblər, çünki onların niyyətində, diləyində əlillik yoxdur, 

çünki onların qəlbində paxıllıq yuva qurmayıb; ona görə ki, məskəni 

göylərin təmizliyidir, dünya genişliyi, kahkəşan bolluğudur. Biz 

göylərdə süzə-süzə də yaşaya bilərik. Yerə ondan ötrü enirik ki, öz 

məkanımıza uzaqdan baxaq, həsrətini çəkək. Vətən həsrəti Vətəni 

yaman sevdirir, a Ala qarğa! Vətən məhəbbətinə həsrət gücləndirir, a 

Ala qarğa. Sizdə Vətən sevgisi, Vətən məhəbbəti çox kiçikdir, öz 

yuvanız boydadır. O genişlikdə, o ucalıqda göyləri bir ağac haçasında 

qərar tutmuş yumurta boyda yuvayamı yalvartmaq istəyirsən?! Bu, baş 

tutmayacaq! Axı, bayaq dedim ki, ölməzlikdə yalvarış yoxdur!…" 

Qartal istədi desin ki, a Ala qarğa, törəmələrinə hökm elə, bir parça qara 

çit gətirsinlər, gözlərimi sarısınlar, göyləri görməyim. Demirəm, məni 

açın, buraxın, demirəm mənə rəhminiz gəlsin, bu sizdən əlavə zülm 

almaq təmənnasıdır, həmişə qaranlıqda qalmaq, zülmətdə yaşamaq 

diləyidir. Axı, göyləri gördükcə həsrətim artır, nisgilim güclənir, bu 

dərdə dözə bilmirəm. Qartal bu arzusunu da bildirmədi. Qorxdu ki, Ala 

qarğa onu talaya sürüsün. Burda yarpaqlı budaqlar altında idi, göyü 

yarpaqlar tərpənəndə, budaqlar yırğalananda görürdü, bəzən onu üzünü 

xəzəl örtmüş gölə, gölməçəyə bənzədib: "Göy deyil!"  

– deyə təsəlli tapırdı, intizarını küsdürür, özünə toxtaqlıq verirdi. 

Açıq talada isə göy bütün aydınlığı, bütün genişliyi, bütün dərinliyi ilə 

görünəcəkdi. Vətən həsrəti onu başından ərşə çəkəcəkdi, bu dərd, bu 

həsrət onu tez öldürərdi. Dinmədi. Ala qarğa da gəzib-gəzib öz yuvasına 

qalxdı, ala törəmələrinə tapşırdı:  

– Gedin, ağzını tez sarıyın. Qarğış tökər, bizi qarğışı tutar. *** 

Qartal heydən düşmüşdü. Düşmən qarşısında yıxılmaq istəmirdi, ayaq 

üstə güclə dururdu. Tora salınmış bağlı qanadlarını belinə yığıb belində 

saxlaya bilmirdi, hərəsi bir yandan, doldurulduqca uzanan şor xurcun 

gözləri kimi uzanıb yerə çatmışdı. Hər gözü bir quyu dibində işıldayırdı. 

Ala qarğa hər gün onun ağzını bir dəfə açdırırdı, bəy-bəy gəzinirdi ki, 

yalvarış eşitsin. Lakin Qartalın inadla susması – " bu tərsliyi" Ala 

Qarğanı hövsələdən çıxartdı:  

Qartalın boynuna hoppandı, onun başını dimdikləyib deşməyə 

başladı. Qartalın qan iyini alan mozalanlar elə bil pusquda durublarmış, 

əmr gözləyirlərmiş, hərəsi bir güllə kimi bir yandan vızıldayıb gəldi. 

Bir-ikisi lap az qaldı Ala qarğanın gözünə girsin. Ala qarğa canını 




 

45 


götürüb qaçdı. Mozalanların neçə-neçəsi Ala qarğanın dimdiyindəki qan 

qoxusunu tutub yuvaya şığıdı, həyasız bir üzlülüklə onun başına – 

gözünə təpildilər. Ala qarğa gördü ki, baş-gözünü salamat saxlaya 

bilməyəcək, törəmələrini köməyə çağırdı. Ala törəmələr özlərindən 

çəpər çəkdilər, aralarında iynə keçsə bircə boş yer də qoymadılar, lakin 

mozalanlar sapand daşına dönüb onların da baş-gözlərinə çırpıldılar. 

Özlərini bir-ikisinin gözünə necə vurdularsa, bu ala törəmələrin qışqırtı-

bağırtısı göylərə dirək oldu. Ala çəpərlər söküldü, pərən-pərən oldular, 

Ala qarğa da uçub dərəyə, çayın kənarına endi. Törəmələri də onun 

ardınca töküldülər. Hamısı yuyunmağa, qan qoxusunu itirib- azdırmağa 

girişdi. Qartalın başına nə qədər mozalan qondu. Onun başında, yerə 

damcılayan qanının üstündə dava düşdü. Yerdəki qan damcılarını tezcə 

sordular, tezcə qurutdular, yenə də doymayıb Qartalın başında 

kütləşdilər. Vızıltılarından başqa heç nə eşidilmirdi. Bəzən neçə-neçəsi 

bir-biri ilə süpürləşib yerə düşürdü, yerdə savaşır, kürsək köpəkləri təki 

boğuşurdular. Qartalın nə qədər qanı axdı, düşmən yarasının ağrısı onu 

qəzəbləndirmədi, ancaq bu xırdaca mozalanlara yem olmağı ona yaman 

yer elədi, onun heysiz canına qeyrət istiliyi yayıldı axı, bu mozalanlar 

ondan əl çəkməyəcəkdilər, ətini də yeyəcəkdilər. Ala qarğanın başı öz 

hayına qarışmışdı, Qartalın ağzı sarınmamışdı. Qartal əvvəlcə 

ayaqlarının, sonra da qanadlarının torunu – tələsik xəncər-bıçaq 

dimdikləri ilə kəsib-tökməyə, biçib- doğramağa başladı. Bir-iki addım 

atıb qanadlanmaq istədi, ancaq qanadları qalxmadı. Dırmanıb zirvəyə 

çıxmaq, oradan göylərə top gülləsi təki atılmaq istədi, qılçalarının gücü 

çatmadı. Üzü aşağı yortdu ki, qanadlarının, ayaqlarının uzunluğu açılsın, 

neçə dəfə dombalaq aşdı. Özünü düzəldib– tarazlayıb yönünü yoxuşa 

tutdu, axı,enmək, alçalmaq onun mərəzi, onun təbiəti deyildi. Axı 

dərələrə, enişlərə meyl etməmişdi, enişlərdə sürünmək vərdişi yox idi… 

Meşədən çıxdı. Dağın zirvəsinə qalxhaqalxda onu ala törəmələrinin 

hansınınsa gözü aldı. Ala qarğaların arasına vəlvələ düşdü: – Qoymayın, 

qaçdı!.. Ala törəmələr nəfəslərini dərib, enib qalxa-qalxa zirvəyə 

yaxınlaşanda Qartal dağın ən uca nöqtəsində dayanmışdı. Dili çölə 

çıxmış təngənəfəs törəmələrin hamısını görürdü. Canına bir azdan 

onların iş arısı kimi daraşacaqlarını yəqin etmişdi. Qanadı qalxmırdı, nə 

etsin? Onu necə ağır əzabların, işgəncələrin gözlədiyini bilirdi. 

Xainlərin, paxılların dimdiklərində didilə-didilə ölməkdənsə özünü daşa, 

qayaya çırpıb məhv etmək yaxşı deyilmi?! Qartal qanadlarını son gücü 

ilə qaldırmaq istədi, bacarmadı. Qanadı həmən qanad idi, zirvə həmən 




 

46 


zirvə, dağ həmən dağ, ucalıq həmin ucalıq, yüksəklik həmin yüksəklik 

idi. Bəs bu necə hikmət idi ki, çatışmırdı? Qartal hiss etdi ki, ürəyindən, 

ruhundan qanadlarına həmişə bir tükənməz qüvvə axardı. Bu – qartal 

qüruru idi, qartal vüqarı idi. Ala qarğa, ala törəmələr onun qürurunu 

sındırmamışdılar, vüqarını tapdalamamışdılar. Qartal qıy çəkib özünü 

zirvədən atdı. Səsi dağlara, qayalara düşdü, bir qıyı min haray oldu, min 

çağırış oldu, daşlar, sinələr aşağı yaz seli təki axdı, uçğunlarda, 

yarıqlarda, çınqıllıqlarda tüfəng təki, top təki şaqqıldadı. Bu bircə qıy 

dağlardan neçə qaya qopardı, dığırladı, daşlara vurub xırdalayıb, çınqıl 

axını meşəliyə axdı. Ala qarğa, ala törəmələr yerə pərçimləndilər, Qartal 

qıyı onların hərəsini papaqlı bir mismar kimi yerə çaldı, onlar zirvədən 

qopub dərə dərinliklərinə cuman Qartalın son köçünü görmədilər, son 

nəfəsindən xəbər tutmadılar. Qaranlıq qarışana qədər yapışdıqları 

yerlərdən qopmadılar, Qartal vahiməsini həmişə göydə başları üzərində 

hiss etdilər.  

 

 



QOCALARIN DEDİKLƏRİ  

 

 Dünyanın təzəbəy vaxtı idi. "Gədə" deyilənlər kişiləşmişdilər, 



atları arabaları, malları, qoyunları vardı. Havalı-davalı hərlənirdilər. 

İniltili-zırıltılı kasıb-kusublar kolluqlarda yunu didilib-sökülüb getmiş 

arıq qoyuna bəylərin, hampaların, məşədi-kərbalayıların gözünün 

qabağında zağlı xəncər-bıçaq tiyəsi təki oynaşırdılar. Bu yana, o yana, o 

yana , bu yana, çəkmə, irəlini geri qaytarma başlanmışdı. Gedərgilərin 

təzə sözləri bəzənib çıxırdı. Təzə dünyadan ağzı, ürəyi əyrilər 

beyniboşları öyrədirdilər, ciblərinə, ətəklərinə "xuşgəzər" atırdılar, o 

yandan qaçaqları yollayıb seçmələri bir-bir zənlədirdilər. Bu 

beyniyellilər elə güman edirdilər ki, təzə yox, quruca adı var, bu adı da 

bu kəndin üstündən götürməyə nə zar: heç nə yoxkən ortada dingildəşən 

gədə-güdələrin kələyini kəssələr, dünya yenə həminki dünya olacaq. Ay 

özünüz öləsiniz! Sizi görüm cənazəniz yerdə qalsın, ağlaşasınız, leşinizi 

götürüb qara yerə quylayanınız da tapılmasın. Tanrının kərəminə şükür, 

ağalayasıların da qorxularından ağlamadılar da. Axı, onların özlərini 

tərəfdar təkin göstərmələri, tanıtmaları da qorxulu idi, onlardan ötrü 

ölüm idi. Vallah ki, cavanlar peyda olmuşdur, cavanlar atlanıb 

tapançalanmışdır, yəhərdə qarğa kimi oturanda deyirdin sərkədədir. 

Onlara komsomolçu deyirdilər. Başçıları Ağalar idi. Qaşları vardı, hərəsi 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə