İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   15   16   17   18   19   20   21   22   23

 

53 


yoxdur. Ancaq onun dünyada ən uca dağ olduğunu Allah-təalanın, 

məskən saldığı o hündür dağın başından hamıya baxdığını eşitmişdi. 

Hümmət oturub bir az dincəlir, dəstəmaz alır, namaz qılır, allaha 

deyəcəyi sözlərisaf-çürük eləyib əzbərləməyə başlayır. Hətta ağlayır da. 

Axı, o, dərdini allaha ağlaya-ağlaya söyləməliydi ki, allahın ona yazığı 

gəlsin, Hümməti əliboş, üzüqara qaytarmasın. Kişinin arvad yanına 

səfərdən əli ətəyindən uzun gəlməsi yaman dərddi. Hümmət birdən 

arxadan ayaq səsi eşidir, çevrilib geri baxanda üzü nurlu, gözləri işıqlı 

bir kişinin ona sarı gəldiyini görür. Bu kişi allahın buyruqçusu Cəbrayıl 

idi. Hümmətin niyyəti ona iki ay iyrmi doqquz gün bundan qabaq agah 

olmuşdu. Ona məlaikələr xəbər gətirmişdi. Cəbrayıl Hümmətə salam 

verir, köhnə tanışlar kimi kef-əhval tutur, Hümmətin əhli-əyalını, 

səhhətini, gün-güzaranını soruşur, onun hardan gəlib, hara getdiyini 

xəbər alır. Hümmət dərdini danışır, arzusunu söyləyir, diləyinin hasil 

olub olmayacağını pərişanlıqla izhar edir. – Allah-təala burda yoxdur

doqquz aydır harasa gedib, əhli-əyalı deyir ki, evinə dörd, beş aydan 

sonra qayıdacaq. Mən onun qonşusuyam, olmazmı o qədər pulu mən 

sənə verəm, bir də buralarda havayı yerə səfil-sərkərdan olmayasan, 

qayıdasan gülə-gülə evinə, gedəsən, Allah gələndə mən borcumu ondan 

alaram. Hümmət razılaşır və sevincək:  

– Ver – deyir.  

– Allah sənə kömək olsun, ver Cəbrayıl ciblərini töküb– 

töküşdürür hər cibindən çıxartdığı pulları sayır və məyusluqla pıçıldayır.  

– Hümmət qardaş, pulum azdır, otuz tümən düzəlmir.  

– Nə qədər əskikdir?  

– Beş tümən.  

– Beş tümən?  

– Hə. Hümmət əlini uzadıb pulu Cəbrayıldan almaq istəyəndə 

Gülpərinin hiddətli gözlərini görür və tələsik deyir: – Otuz tüməndən tək 

bircə qəpik əskik olsa, yenə götürmərəm.  

– Qardaş, axı, yoxumdur. Yoxdan allah da bezardır. Mənim pulum 

çox bərəkətli puldur, götür peşiman olmazsan. Ana beşiyi 

qucaqlamışdır. Beşikdə bir həyat sönmüşdür. Hümmət pulu almır, 

Cəbrayıl ciblərini ikinci dəfə axtarır. Cibinin küncündən dörd tümən pul 

da tapıb çıxardır.  

– Dörd tümən də tapdım, insaf elə, al. Çox fikirləşir, nəhayət 

Gülpəriyə nə cavab verəcəyini düşünüb inadında davam edir:  



 

54 


– Başın haqqı, tək bircə qəpiyinə söhbət ola bilməz. Nə danışırsan, 

allahın dərgahına gəlim, özüm də diləyim hasil olmasın?! Cəbrayıl 

ciblərini çevirir. Onun ciblərindən xırda mis pullar yerə səpələnir, o 

pulları yığışdırıb saydı və sevinclə onları Hümmətin ovcuna tökdü.  

– Al qardaş, bəxtin varmış, işin düzəldi, get, allah işinə dirək 

versin. Hara gedəcəksən de, sənə kəsə yol göstərim.  

– Allahqululara  

– Hə, onda bu tərəfə üz tut. Bu yaxınlarda qaçaq-quldur da yoxdur, 

həm də bu yol çox yaxın yoldur, üç aylıq yolu bircə həftəyə gedəcəksən. 

Hümmət pulları döş cibinə qoyub evinə yollanır. Onun üzü kəndsiz-

kəsəksiz ilanlar mələşən bir düz – biyabana düşür. Hümmətin yol 

azuqəsi qurtarıbmış, acından yeriyə bilmirmiş. Hündür təpələrin başına 

çıxıb gözlərilə ətrafda kənd axtarırmış ki, allah bəndələrinin birindən 

beli alıb çörək alıb yolundan qalmasın. Demək olar, o, üç gün ac-acına 

yol gedir, heç bir kəndə, insan övladına rast gəlmir, taqətdən düşür, ona 

artıq yük olan boş xurcunları atır, qüvvəsini toplayıb yeriməyə başlayır. 

Lakin çox gedə bilmir, yıxılır əllərini yerə verib qalxır, yenə də büdrəyir, 

gözlərinə il qaranlığı çökür, başı gicəllənir, ikinci dizi ilə yıxılır ki, bir 

daha özünü doğrultmaq üçün cismində zərrə qədər də qüvvət hiss etmir. 

Bir yandan günün odlu şəfəqi, aclıq susuzluq, ikinci tərəfdən də 

tənhalıq, kimsəsizlik Hümməti əldən salır. O bu düzün düz ortasında 

öləcəyini yəqin edib başını yerdən zülmlə qaldırır, ətrafa baxır, gözləri 

yaşarır, öz-özünə deyir:  

– Başımın üstündə quzğunlar hərlənir, yan-yörədə qarğalar uçunur. 

Bir azdan onlar üstümə töküləcək, hərəsi mənə bir dimdik çalıb taqətsiz 

canımı didib parçalayacaq, bayram edəcəklər. Öl, ağılsız Hümmət öl! 

Arvad sözünə baxıb otuz tüməndən ötrü çöllərə düşən Hümmət öl! 

Hümmətin başı ağırlaşır, o başını boynu üzərində saxlaya bilmir, alnı 

yerə yapışır. Elə bu zaman "Ay çörək alan, ay çörək alan " – deyən bir 

səsə gözlərini açır, dikəlib qalxır, qoltuğunda dörd təndir çörəyi onun 

yanından keçən kişini haraylayır. Kişi onun səsini eşitmir, onu görmür. 

Hümmətdən xeyli uzaqlaşır. Hümmət yüyürüb ona çatmaq, çörəkdən 

pulla, lap neçəyə olur-olsun almaq istədiyini bildirməyə çalışır. Lakin 

ikicə addım atmamış yerindən qopan köklü ağac kimi yeri qucaqlayır, 

qalxa bilmir. Çörək satan kişini nə qədər haraylayırsa da səsi onun 

qulaqlarına çatmır. Hümmətin əli yerdən, göydən üzülür, yönünü 

qibləyə çevirib Əzrailə can verməyə hazırlaşır. Kəlmeyi-şəhadəti dilinə 

gətirir, elədiyi acıqlığı üçün allaha yalvarır ki, mən bu dünyada 




 

55 


cəhənnəm əzabı çəkmişəm, ey xudavəndialəm, heç olmasa məni o 

dünyada cənnətə göndər. Hümmət gözlərini açıb son dəfə göylərə 

baxanda bir **** eşidir, elə bilir gələn var, cəsarətini toplayıb oturur. 

Bir də görür ki, dəhşətli əjdaha ağzını açıb ona doğru sürünür. Əjdaha 

iştah və qəzəblə dişlərini qıjayıb bədheybət səs çıxarır. Hümmətin necə 

çaşıb, necə çaşdığını, bu ani cəsarətin, gücün, qüvvətin ona haradan 

gəldiyini bilmir. Əjdaha da sürətini artırır, yel kimi gəlir. Hümmət dal 

tərəfinə baxanda əjdahanın lap yaxında olduğunu görür, qışqırır, özünü 

böyük yarğanın içinə atır, mağaraya girmək istəyir, lakin oranın da 

əjdahalar yuvası olduğunu zənn edib yan keçir, boylanıb dalınca düşən 

əjdahanı azdırmağa çalışır. Ancaq əjdaha ona aman vermir. O Hümmətə 

çatar-çatmaz göydən bir koma qara bulud sallanır, gurultu qopur 

boğanağa axşar bir bulud əjdahanı götürüb göyə aparır. Hümmət 

sevindiyindən huşunu itirir. Onun ağlı başına axşam, ulduzlar sayrışanda 

gəlir. Axşamın sərinliyi onu toxtadır. O başına gələnləri bir yuxu kimi 

xatırlayır ki, göy qübbəsindən bir ulduz qopur. Ulduz düz onun üstünə 

şığıyır. Ulduz havada sönər-sönməz göydən yerə əlvan geyimli bir insan 

hörüyü sallanır. Gözəl geyimli, bir-birindən sevimli, gözəl, göyçək 

qızlar yerdə dairə vurub əl-ələ tutaraq, mahnı oxuya-oxuya oynayıb, 

Hümmətin dörd ətrafına fırlanırlar. Hümmət bu nurlu məlaikələrə 

baxdıqca baxır, axırda qızların nəğmələri altında yuxuya gedir. Səhər 

oyananda həmin çörək satan kişinin yenə gədiyini görür. Bu Cəbrayıl 

idi.  

– Əmi, əmi, amanın bir günüdür, bəridən gəl. Cəbrayıl ona 



yaxınlaşıb soruşur:  

– Nə buyurursan, ay allahın bəndəsi? Cəbrayıl başqa paltarda, daha 

doğrusu dünənki sifətdə olduğundan Hümmət onu tanıya bilmir.  

– Çörək satlıqdırmı?  

– Satlıqdır.  

– Neçəyədir?  

– İkisi on tümən. Hümmətin heyrətddən gözü kəlləsinə çıxır:  

– Əmi, sən nə danışırsan, on tümənə də çörək satarlarmı?!  

– Almırsansa, məni ləngitmə, gedirəm, o tərəfdə başqa 

müştərilərim var, onlar yolumu gözləyirlər. Hümmət əvvəlcə naz eləyir, 

fikirləşir ki, alverçilər malını baha satmaqdan ötrü həmişə tələsdiklərini 

söyləyirlər.  

– Özün bil! Cəbrayıl üz çevirib gedəndə Hümmət aclığa tab 

gətirməyib bağırır.  




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə