İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   15   16   17   18   19   20   21   22   23

 

62 


göy pencəyi olan ağbəniz, zərif bir oğlan Rüsxarəyə daha çox, həm də 

başqa nəzərlə baxdı. Onun heyrət dolu gözləri elə geniş açılmışdı ki, elə 

bil, o, çoxdan görmədiyi bir adamla rasğlaşmışdı. Rüsxarənin də 

nəzərləri o tərəfə çevrilmişdi. Baxışlar bir-birinə zillənmişdi.  

– Ərli arvad, başqasına baxmaz! – deyə Müstəcəb dirsəyini 

Rüsxarənin böyrünə sıxıb astadan pıçıldadı. Ah, – deyə Rüsxarə qızardı. 

Başını ərinin çiyninə toxundurdu, – sən nə danışırsan?! Mən ayrı şey 

fikirləşirdim. Fikirləşirdim ki, kinodan sonra anamgilə getsək necə olar? 

İşıqlar söndü. Qaranlıq şübhə doğuracaq baxışları qoynuna alıb 

tamaşaçıların başı üzərindən keçərək ekrana yayılan işığa yönəltdi. 

Müstəcəb indi: "Odur! Özüdür ki, var! Həmin oğlandır", – deyə 

həyacanla pıçıldayırdı. "Mən o vaxt niyə beyni boşluq, başı soyuqluq 

elədim?! Gözümlə görldüyümə inanmayıb üstündən keçdim?! Gör nə 

günə qalmışam. Yaşamaq sənə haram olsun, haram!" Müstəcəb 

hamamın qapısına hücum çəkdi. Bu zaman evin qapısı açıldı. Rüsxarə 

içəri girdi.  

– Neynirsən, Müstəcəb? – deyə o, həyacanla dilləndi. Müstəcəb 

dönüb baxdı. Rüsxarənin əli zənbilli çöldən içəri girən görcək qolları 

yanına düşdü, gözlərinə inanmadı. Taqətsiz "oradakılar kimdir?" – deyə 

soruşdu.  

– Atamgildir, bizə qonaq gəliblər, – deyə Rüsxarə dolu zənbili yerə 

qoydu. Müstəcəb bir addım irəli atıb Rüsxarəni bağrına basdı, qəlbində 

baş qaldırmış şübhəyə acı-acı güldü.  

 

 



QƏMƏR XALANIN QONŞUSU  

 

 Novruz içəri girən kimi üz-gözündən yorğunluq, əzginlik yağan 



Qəmər xala soruşdu:  

– Oğul, neynəyək? Bu gözlənilməz sual Novruzu çaşdırdı. O bircə 

gecə yatdığı bu təzə evdən bir həftə bundan qabaq çıxmışdı. İkinci 

mexanik vəzifəsində işlədiyi yük gəmisi yeddi günlük səfəri başa vurub, 

körpüyə bu axşam yan almışdı. Novruzun heç nədən xəbəri yox idi.  

– Ana, necə dedin? Qəmər xala bardaş qurub divanda oturmuşdu. 

Əllərini dizlərinin kündəsinə qoymuşdu. Təəssüf ifadə edən xırdaca 

gözlərini qarşısındakı stolun üstünə – boş qalmış güldana zilləmişdi. 

Güldanın ətrafına soluxmuş qızıl gül ləçəkdəri səpələnmişdi.  

– Köhnə evdən nahaq köçdük.  




 

63 


– Bu nə sözdür ay ana! O zirzəmidən canımız yenicə qurtarıb. Çox 

şükür deməkdənsə narazılıq eləyirsən. Köhnə ev padval idi. 

Divarlarından su süzülürdü. Qaranlıq, rütubət… İçəri gün işığı 

düşmürdü. Səkidən də hələ bir az aşağıda olan aynamızın qabağı zir-

zibillə dolurdu. Təmizləmək də olmurdu. Dikdabanların tık-tuku səni 

yatmağa qoymurdu. Gah belin ağrıyırdı, gah qılçaların sızıldayırdı, gah 

da ürəyin sıxılırdı. İndi ki, belə şeylərdən şikayətin yoxdur. Padvalın 

nəyində gözün qalıb?! Özün demirdinmi bu yaxşı mənzildir, hündürdür, 

suyu, hamamı içindədir, aynadan şəhər əl içi kimi görünür, hər yerə 

yuxarıdan aşağı baxırsan, nə qaşın inciyir, nə də gözlərin bərəlir. Novruz 

uzun sürən sükutdan sonra Qəmər xalanın peşmançılıq dolu həzin səsini 

eşitdi:  

– Deyirdim…  

– Axı nolub ki? Qəmər xala deyindi:  

– Nolacaq!  

– Evin bir yeri xoşuna gəlmirsə, de düzəltdirim. Qəmər xala 

əllərini dizlərindən götürdü, qılçalarını divandan aşağı salladı.  

– Xoşuma gəlməyən şey mənə dəyən, məni incidən öz duzsuz 

bəxtimin daşıdır.  

– Ana, köç deyirsən köçək, bir söz demirəm, amma mən də 

bilim… Qəmər xala hirsini boğa bilmədi:  

– Bil də, bil! Gətirib məni atmısan bu qarışqa yuvasının içinə, özün 

də başını götürüb getmisən dənizə, bilmirsən burda, bu…  

– Qəmər xala səsini alçatdı – Az qala qarğamışdım… nələr olur. 

Orda heç olmasa divarımız qalın idi, qonşunun səs-səmirini eşitmirdik. 

Burda iki ailənin qapısı bir koridora açılır; qapıların da tən yarısı ayna. 

Səs- səsə, gülüş-gülüşə, hönkürtü-hönkürtüyə, bağırtı-bağırtıya qarışır, 

baş-beyindən olursan. Bir də görürsən dalaşdılar, yumruq bazarı açdılar: 

ər döydü arvad ağladı, arvad döydü ər ağladı. Vaxt, vədə yoxdur. Bəzən 

səhər, bəzən günorta, bəzən gecə yarı, bəzən də dəli keçilər haçan yığılsa 

onda vurhavur başlanır: gah kişi bağırır, gah da arvad. Belə də yaşayış 

olarmı?! Dolana bilmirlərsə ayrılsınlar. İki canı bir əzabda çürütməyin 

nə faydası! Belə gün keçirməkdənsə, subay qalmaq min pay yaxşıdır. 

Adamın birinin ağlı çatmayanda, o biri kamallı olar. Amma bunların 

ikisi də ipləmədir, ikisi də bir quyunun suyudur. Onlar o yanda bir-birini 

didib tökürlər cəhənnəmə ki, özləri bilərlər – bu yanda mənim ürəyim 

qopur, qorxumdan bilmirəm hayana qaçım. Anlaya bilmirəm ki, bunlar – 

beyinsiz qarğalar hansı yola qulluq eləyirlər. Dalaşdıqları zaman 




 

64 


Koroğlu ilə Dəli Həsən kimi tutaşıb bir-birinə hərbə-zorba gəldikləri 

yerdə birdən tar, piano çalıb mahnı oxuyurlar, səslərini zilə qaldırıb 

zəngülə vururlar. Bunlar bu dünyanın adamına heç oxşamırlar. Kül belə 

kişinin başına! Arvadına elə yalvarır ki, az qalıram gedib qapısını açıb 

üzünə lomba-lomba tüpürəm. Arvad vayına oturduğum da onun tayıdır. 

Ərinə gah səndən ötrü can verərəm deyir, gah da qışqırır ki, çıx! Kişinin 

üzünü görməmişəm, amma səsindən heyvərə adama oxşayır. Arvad, 

cavan gəlindir. Bura köçəndə gətirdiyimiz gülü almağa gəlmişdi. 

Deyirdi qaytaracam, qaytarmadı da. Atalar düz deyib ki: "Qonşun pisdir, 

köç qurtar". Bu gecə evində qal, gör, qulaqların nələr eşidir. Bu yeddi 

gün, yeddi gecədə qorxu canımı üzüb apa… Qəmər xala birdən susdu. 

Qonşunun ötgəm səsi, kinli bağırtısı eşidildi. Qəmər xala dik qalxdı:  

– Başladılar! Bu saat bir qırğın-qiyamət olacaq ki, daha nə deyim!.. 

Novruz, get milisener çağır. Onların davası başlananda qurtarmaq 

bilmir. Arvad yalvarmasa kişi onu… bir dəfə öldürəcək, öldürəcək! 

Sırağagün də… Qonşu arvadın qorxu andıran qışqırtısı Qəmər xalanın 

səsini xırp kəsdi. O uçunmağa başladı.  

– Novruz… get milis… Kişi güldü. Arvadın cingiltili qəh-qəhəsi 

uzandı. Qəmər xalanın qorxudan bərəlmiş xırdaca gözləri nifrət və 

kindən qıyılıb kiçildi:  

– Bu meyidini gördüklərim məndə can qoymayıblar. Günüm, 

saatım bax, belədir. Bu nədir ki! Bir azdan sonra qulaqların çox şey 

eşidəcək.  

– Zarafatlaşırlar. Qəmər xala Novruzun üzünə elə pis-pis baxdı 

ki…  

– Nə - ə- ə? Ərlə arvadın belə zarafatı!? Qəmər xala divanda 



oturmaq istəyirdi ki, kişinin bağırtısı divarları titrətdi. Qəmər xalanın 

gözləri yenə böyüdü:  

– Kişi qızdı. Bu saat nər-nər nərildəyəcək. Üzunu gor görmüşün 

elə pis səsi var ki, adamın qanını qaçırır. Novruz, niyə dimdik 

dayanmısan, sənə demirəm get milisenerə xəbər elə!? Onun öküz 

böyürtüsünü eşitmirsənmi?! Belə hikkəli kişinin əli farağat durmaz. 

Kişinin hiddətli səsi get-gedə artırdı. O dabanlarını döşəməyə o tərəfdə 

elə vururdu ki, Qəmər xalanın stol örtüyünün saçaqlı ətəkləri bu tərəfdə 

titrəyir, tavandan asılan elektrik lampası səksənib kirpik çalırdı. Birdən 

arvadın acı fəryadı, dəhşətli qışqırtısı eşidildi:  

– Boğur! Öldürür! – deyə Qəmər xala ağappaq ağarıb qıvrıldı. – 

Arvadın nəfəsi kəsilir! Novruz, qoyma! Qoyma! Gəl, tez gəl! Novruz da, 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə