İzahli şƏRİƏt hökmləRİ


İLZAM QAYDASI HAQDA BİR NEÇƏ MƏSƏLƏ



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə213/223
tarix30.10.2018
ölçüsü3,68 Mb.
#76140
1   ...   209   210   211   212   213   214   215   216   ...   223

585

 

İLZAM QAYDASI HAQDA BİR NEÇƏ MƏSƏLƏ



 

................................

....

 

 

 ............................................................................................................................................  

ziyan v


ə  zərər  baş  verdiyi  zaman,  lazımı  müqavilə  qaydalarına 

əməl etməsə  və  dəyən zərəri ödəməzsə,  qarşı  tərəf,  sığorta 

sövd

ələşməsini pozub, sığorta üçün ödədiyi kreditləri geri götürə 



bil

ər. 


M

əsələ: 2930.  Əgər  sığorta  olan  şəxs,  sığorta  kreditlərini 

öd

əməkdən  boyun  qaçırarsa,  sığorta  edənin, onun xəsarətlərini 



öd

əmək üçün tədarük görməsi,  lazım  deyildir  və  sığorta  olanın 

verdiyi pulları geri almağa haqqı yoxdur. 

M

əsələ: 2931. Sığorta  müqaviləsinin səhihliyi üçün müəyyən 

bir müdd


ət təyin edilməmişdir  ki,  bir  illik  olsun  və  ya iki illik 

yaxud da daha çox. Dem

əli  sığorta  edən və  sığorta  etdirənin 

müqavil


ədə təyin etdikləri müddətə bağlıdır. 

M

əsələ: 2932. Əgər bir neçə  nəfər  öz  müştərək  mallarından 

əldə  etdikləri sərmayə  ilə  bir  şirkət təsis etsələr və  onlardan hər 

biri  şirkət  (şəriklik) müqaviləsi  əsnasında  başqasına  şərt etsə  ki, 

onun özün

ə, yaxud mal-dövlətinə müəyyən bir hadisə baş verdiyi 

t

əqdirdə (onun növünü də şərtin əsnasında müəyyən etsələr) şirkət 



v

əzifəlidir ki, şirkətin sərmayəsindən, yaxud qazancından istifadə 

ed

ərək dəymiş xəsarətləri aradan qaldırsın; bu halda müqavilənin 



qüvv

ədə qaldığı dövrdə bu şərtə əməl edilməsi vacibdir.





İLZAM QAYDASI HAQDA BİR NEÇƏ MƏSƏLƏ 

Əqli (üqəlayi) qaydalardan biri budur ki, əgər bir şəxs və ya bir 

qövm özl

ərinə aid olan hər hansı qayda və qanunu qəbul edərlərsə 

o qayda v

ə qanunu qəbul etməyən şəxs onu qəbul edən şəxs və ya 

qövml

ə o qayda və qanuna əsasən rəftar edə bilər. Şəriətdə də bu 



t

əsdiq olunubdur və  göstəriş  verilibdir bu əqli (üqəlayi) olan 

qanuna 

əməl edək. Bu mövzuya aid olan bir neçə məsələyə işarə 



edirik. 

1-Sünnü aliml

ərinin nəzərinə  əsasən nikah əqdinin səhihliyi 

üçün nikah 

əqdi  oxunan  zaman  şahid  tutmaq  lazımdır.  Lakin 

İmamiyyə  fiqhinin nəzərində  nikah  əqdi  şahid  tutmadan  da 




586

 

MÜXTƏLİF MƏSƏLƏLƏR



 .................................................................................... 

 

 ............................................................................................................................................  

s

əhihdir. Deməli əhli sünnətdən olan bir kişi şahid olmayan halda 



bir qadını əqd etsə, öz məzhəbinə əsasən onun əqdi batildir və o 

qadın  onun  həyat  yoldaşı  olmur.  Buna  əsasən  şiə  olan  bir  kişi 

ilzam qaydasına əsasən o qadını öz əqdinə keçirə bilər.  

2-Sünnü aliml

ərinin nəzərinə  əsasən  bir  qadınla  onun  qardaşı 

qızını,  yaxud  bacısı  qızını  eyni  vaxta  əqd etmək icazəli deyil. 

Onlardan bir il

ə evlənə bilər.  

Lakin  İmamiyyə  fiqhi nəzərindən  bir  qadının  əqdindən sonra 

onun qardaşı qızını əqd etmək və ya bir qadının əqdindən sonra 

onun bacısı qızını əqd etmək bununla şərtlənir ki, əvvəlcə o qızın 

bibisi v


ə xalası razılıq vermiş olsunlar və ya sonradan da razılıq 

vers


ələr caizdir. Buna əsasən,  əgər  bir  sünni  bir  qadınla  onun 

qardaşı qızını, yaxud bacısı qızını eyni vaxta əqd etsə, əgər onların 

əqdləri eyni zamanda olsa, onların məzhəbinə əsasən hər ikisi batil 

olur v


ə  onların  heç  biri  onun  həyat  yoldaşı  olmur.  Buna  görə 

İmamiyyə  məzhəbindən  olan  bir  kişi  ilzam  qaydasına  əsasən 

onlardan h

ər biri ilə əqd edə bilər. 

3-Sünnü m

əzhəbinin nəzərinə əsasən təlaq verilmiş qadın, yaisə 

v

ə  səğirə  olsa  yaxınlıq  edilmiş  olsa  iddə  saxlamaq vacibdir. 



İmamiyyə məzhəbinə əsasən təlaq verilmiş qadın, yaisə və səğirə 

olsa  yaxınlıq  edilmiş  olsa  da  belə, iddəsi yoxdur.  Buna  əsasən 

sünni m

əzhəbində  olanlar iddə  hökmlərinə  riayət etmələri 



lazımdır. Deməli sünni məzhəbində olan yaisə və səğirə qadın şiə 

olsa idd


ə  saxlamaq  qaydasından  xaric  olurlar.  Əgər onun təlaqı 

rici olsa sünni 

ərindən iddə  günlərində  öz nəfəqəsini istəməsi 

caizdir. Çünki 

Şiə məzhəbində onlar üçün iddə yoxdur və digər bir 

şəxslə evlənə bilər. Həmçinin sünni kişi şiə olsa təlaqı verilmiş və 

h

ələ sünni məzhəbinə görə iddə vaxtlarında olan yaisə və səğirə 



qadının bacısı ilə evlənə bilər. İddə hökmlərinə də riayət etməsi 

lazım deyil. 

4-

Əgər sünni kişi iki adil şahid olmadan öz arvadına təlaq versə 



v

ə  ya  arvadının  bədəninin  bir  miqdarına  təlaq versə  məsələn, 

arvadının  bir  barmağına  təlaq versə  öz məzhəbinə  əsasən onun 



587

 

İLZAM QAYDASI HAQDA BİR NEÇƏ MƏSƏLƏ



 

................................

....

 

 

 ............................................................................................................................................  

t

əlaqı  düzdür  və  qadının  bütün  təlaqı  baş  tutur.  Amma  şiə 



m

əzhəbinə  əsasən bu təlaq batildir. Gərək təlaq  iki  adil  şəxsin 

hüzurunda oxunsun. Buna gör

ə  şiə  olan  kişi,  ilzam  qaydasına 

əsasən təlaqı verilmiş qadınla iddəsi tamam olandan sonra evlənə 

bil


ər.  

5-

Sünni kişi öz məzhəbinə əsasən əgər arvadına heyz halında 



t

əlaq versə və ya paklıq halında onunla yaxınlıq edib təlaq versə 

onun t

əlaqı  səhihdir. Amma Şiə  məzhəbində  bu təlaq batildir. 



Buna gör

ə şiə olan kişi ilzam qaydasına  əsasən o qadınla iddəsi 

tamam olandan sonra evl

ənə bilər.  

6-H

ənəfiyyə  məzhəbinə  əsasən  bir  kişi  arvadını  öz  istəyi ilə 



deyil m

əcburiyyət üzündən (onu bu işə məcbur etsələr) təlaq versə 

o t

əlaq səhihdir. Amma Şiə  məzhəbinə  əsasən məcburiyyət 



üzünd

ən verilən təlaq batildir. Buna görə  şiə  olan  kişi  ilzam 

qaydasına əsasən o qadınla (o qadın hənəfiyyə məzhəbində olarsa) 

evl


ənə bilər. 

7-

Əgər sünni bir kişi bir işi görəcəyinə and içsə, desə ki, əgər o 



işi etsəm arvadım məndən boşanır (yəni təlaqı verilmiş olur), əgər 

t

əsadüfən  o  işi  görsə  öz məzhəbinə  əsasən  arvadı  boşanır  (yəni 



t

əlaqı  verilmiş  olur).  Amma  Şiə  məzhəinə  əsasən təlaq  baş 

tutmamışdır.  Buna  görə  şiə  olan  kişi  ilzam  qaydasına  əsasən o 

qadınla iddəsi tamam olandan sonra evlənə bilər. Həmçinin sünni 

m

əzhəbinə əsasən yazmaqla qadına təlaq vermək caizdir. Amma 



Şiə  məzhəinə  əsasən yazmaqla təlaq  baş  tutmur.  Buna  görə  şiə 

olan kişi ilzam qaydasına əsasən yazmaqla təlaqı verilmiş qadınla 

idd

əsi tamam olandan sonra evlənə bilər. 



8-

Şafei məzhəbinə əsasən bir kəs bir şeyi görmədən satıcının o 

şeyin  xüsusiyyətlərini deməsi ilə  alsa sonra o  şeyi  görsə  röyət 

ixtiyarından  istifadə  edə  bilər, hətta  alınan  şey  zikr  olunan 

xüsusiyy

ətlərə müvafiq olsa belə. Halbuki, İmamiyyə məzhəbinin 

n

əzərinə  əsasən  müştəri fərz olunan halda röyət  ixtiyarından 



istifad

ə edə bilməz. Deməli, əgər İmamiyyə məzhəbindən olan bir 

şəxs  Şafei  məzhəbindən  olan  bir  şəxsdən  bir  şeyi  o  şeyin 



Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə