Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə135/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   131   132   133   134   135   136   137   138   ...   306

ölkələrindən Avropaya ümumi axınının müvəqqəti azalması baş versə də, XXI 

əsrin əvvəlindən onun yeni artımı başlayır. 

Qeyd  olunmalıdır  ki,  son  onilliklərdə  inkişaf  etmiş  ölkələrin  əcnəbi 

işçilərin  sosial-məişət  şəraitinin  yaxşılaşdırılması  üzrə  ciddi  tədbirlər  həyata 

keçimıəyə başlaması nəticəsində oradakı iş yerləri inkişaf etməkdə olan, habelə 

Şərqi  Avropa,  Baltikyanı  ölkələr,  Rusiya  və  MDB-nin  başqa  ölkələri  üçün 

cəlbedici olmuşdur. 

ABŞ: əcnəbi işçilər. Xüsusi etno-demoqrafık şərait ABŞ-da mövcuddur. 

Yarandığı dövrdə ölkə əhalisinin sayı az olduğuna görə, Amerika hökuməti bütün 

millətlərdən və dini təriqətlərdən olan adamlara yeni dövlətin formalaşmasında 

iştiraka çağırış ilə müraciət etdi. XIX əsrin əvvəlində immiqrantlar əsasən Cənubi 

Amerikadan və Cənubi Asiyadan gəlirdi. Son onilliklərdə onların əsas axını Latın 

Amerikasından, Cənub-Şərqi Asiyadan və qismən Afrikadan gəlirdi. 

Ənənəvi  fikir  bundan  ibarətdir  ki,  ABŞ  unikal  «əritmə  qazanı»  olmuş, 

müxtəlif  ölkələrdən,  guya  ki,  «Amerika  arzusuna»  mübtəla  olmuş  milyonlarla 

adam  burada  «Amerika  millətinə»  çevrilmişdir.  Çox  vaxt  immiqrantların  öz 

köklərini,  doğma  dillərini,  əcdadlarının  ənənələrini  itirmələrinə  görə 

təəssüflənmədikləri  barədə  yazırlar.  Sözsüz  ki,  yeni  həyata  qovuşmaq  arzusu 

onlardan böyük qurbanlar tələb etməsinə baxmayaraq, onlardan çoxu, xüsusilə də 

hindular, eskimoslar, aleutlar və bura Afrikadan gətirilmiş kölələrin nəsilləri öz 

xüsusiyyətlərini  qoruyub  saxlamaqda  davam  edirlər.  Nisbətən  yaxın  dövrlərdə 

Latın  Amerikasından  və  Şərq  ölkələrindən  gətirilən,  burada  «yaş  kürəklər» 

adlandırılan  əmək  miqrantları  «yenidən  əridilməyə»  qarşı  daha  müqavimətli 

idilər. 

Latın Amerikasından olanlar əvvəlcə anklavlar şəklində, əsasən Meksika 

ilə  sərhəddə  məskunlaşırdılar,  sonra  isə  ABŞ-m  Şimalına  da  köçmüşdülər. 

Zəncilər  kimi,  onlar  da  əvvəlcə  öz  gettolarında  sıx  halda  yaşayır  və  yerli 

hökumətə  qarşı  getdikcə  daha  çox  tələblər  irəli  sürürdülər.  Bunlardan  ən 

başlıcası,  ispan  dilinin  rəsmiləşdirilməsi  idi.  İki  rəsmi  dövlət  dilinin  olmasını 

dəstəkləyən C.Karter ABŞ prezidenti seçilənədək məsələnin həlli ləngiyirdi. XXI 

əsrin  başlanğıcında  Los-Ancelesin  təkcə  bir  rayonunda  fəaliyyət  göstərən  900 

məktəbdə  750  min  şagird  təhsil  alırdı  və  onlardan  300  min  Latın  Amerikası 

mənşəli  uşaq  müəllimlərin  ingilis  dilindən  daha  yaxşı,  ispan  dilində  danışdığı 

ikidilli məktəbdə oxuyurdu. 

XXI əsrin ilk illərində ABŞ-da Latın Amerikasından gəlmiş 35 milyon 

338 



adam  yaşayırdı  (sayına  görə  onlar  zənci  əhalidən  çoxdur).  Onların  bəzisi 

Amerika vətəndaşlığını almışdır, başqaları isə müvəqqəti, çox vaxt rəsmi icazə 

olmadan  işləyir.  Latın  Amerikasından  olan  diaspora  o  qədər  çoxsaylı  və 

nüfuzludur  ki,  ABŞ-da  ispandilli  məktəblərlə  yanaşı,  bu  dildə  qəzetlər  və 

jurnallar  nəşr  olunur,  radio  və  televiziyada  verilişlər  aparılır.  Latın 

Amerikasından  gəlmələr  öz  milli  mədəniyyətini  saxlayır  və  inkişaf  etdirir. 

Demoqrafik vəziyyətin dəyişməsinə Asiya ölkələrindən olan miqrantlar: çinlilər, 

vyetnamlılar,  hindistanlılar,  indoneziyalılar,  malayziyalılar,  pakistanlılar, 

banqladeşlilər,  ərəblər  və  türklər  güclü  təsir  göstərir.  Onlar  özlərinin  anklav 

məskənlərini  yaratmaqla,  dillərini,  adətlərini  və-  dini  təriqətlərini  qoruyub 

saxlayırlar. Amerikalı demoqraflarm rəyincə, 2040-cı ildə ABŞ-da ağdərili əhali 

yalnız 30% təşkil edəcəkdir. Bu proqnozlarla bağlı olaraq, ABŞ-da bir çoxları 

xalqın öz milli xüsusiyyətlərini itirəcəyindən narahatlığını bildirir. Başqaları isə, 

bunun  əksinə  olaraq,  hesab  edirlər  ki,  bu  cür  cəmiyyət  təkmillətli  cəmiyyətlər 

qarşısında  unikal  üstünlüklərə  malikdir  və  milliyyəti  müxtəlif  olan  adamların 

vahid  dövlətdə  birləşərək  inkişaf  etməsinin  gözəl  nümunəsidir.  Buna  görə  də 

Amerika  cəmiyyətinin  mümkün  inkişafını  çox  mürəkkəb  olan  çoxmillətli 

demoqrafik  prosesin  yalnız  kəmiyyət  cəhətinə  istinad  etməklə  neqativ 

qiymətləndinnək düzgün olmazdı. 

Xülasə 

 



Əmək  resurslarının  beynəlxalq  miqrasiyası  ölkə  sərhədlərindən  xaricə 

xüsusi xassəli əmtəəni: işçi qüvvəsini çıxarır. İşçi qüvvəsinin xüsusiyyəti, onun 

başqa əmtəələrin istehsalının mənbəyi olmasıdır. İşçi qüvvəsini ixrac edən ölkə, 

bunun  əvəzində  əmək  miqrantlarmm  xərclərinin  bir  hissəsi  kimi,  valyuta 

köçürmələri (bir növ işçi qüvvəsi fonnasmda olan əmtəəyə görə ödəniş) əldə edir. 

Yüksək  ixtisaslı  işçi  qüvvəsinin  ölkədən  axını  faydalı  olmasa  da,  bu  prosesin 

onlara öz daxili məsələlərini həll etməkdə kömək göstərməsi şübhəsizdir. 

 



İnkişaf  etməkdə  olan  ölkələrdən  gələn  immiqrantlar  ABŞ-ın  və 

Fransanın  kənd  təsərrüfatında,  İngiltərənin  nəqliyyatında,  AFR-ın  sənayesində. 

Qərb  sənaye  ölkələrinin  hamısının.  Yaxın  və  Orta  Şərqin  neft  hasil  edən 

dövlətlərinin  xidmət  sektorunda  işçi  qüvvəsinin  bö3dik  əksəriyyətini  təmin 

edirlər. İnkişaf etməkdə olan ölkələrdən gəlmiş milyonlarla adam resipiyent- 

339 



ölkələrin  iqtisadiyyatının  modernləşməsinə  və  əhalisinin  həyat  səviyyəsinin 

yüksəlməsinə mühüm təsir göstərmişdir. 

 

İnkişaf  etməkdə  olan  ölkələrdən,  1990-cı  illərin  əvvəlindən  isə, 



həmçinin. Şərqi Avropa dövlətlərindən gələn işçi miqrantlar müvəqqəti amildən 

dünya ölkələrinin dayanıqlı struktur elementinə çevrilmişdir. Amma inkişaf etmiş 

ölkələr  işçi  qüvvəsinin  ixracında  marağı  olan  yoxsul  ölkələrin  izafi  əmək 

resurslarından  asılı  vəziyyətə  düşdüyünə  görə,  bu  məqam  dünyanın  varlı  və 

yoxsul  dövlətlərinin  mənafelərinin  bir-birini  müvəqqəti  tamamlaması,  onlann 

həmahəngliyi  barədə  görüntü  yaradır.  İstehsalda  enmə  baş  verdiyi  zaman,  ilk 

növbədə əmək miqrantları işdən çıxarıldıqda isə bu xülya tezliklə yoxa çıxır. 

 



İnkişaf  eünəkdə  olan  ölkələrdən  əmək  miqrasiyası  sənaye  dövlətləri 

qrupunun, ilk növbədə, Qərbi Avropa və ABŞ-m nəzarəti altındadır. Elə onlann 

özü  qanunlarında  dəyişiklik  aparmaqla,  lazım  olduqda,  onların  ölkədən 

köçürülməsini və hətta deportasiyasını təşkil edir. Buna baxmayaraq, «maraqların 

ahəngdarlığı» xülyası resipiyent-ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrin 

özünə gərəkli yüksək ixtisaslı işçilərin idxalına başladıqda dağıldı. Eyni vaxtda 

bu dövlətlər inkişaf etməkdə olan ölkələrdən immiqrant axınının qarşısını almaq 

üçün  kifayət  qədər  sərt  qanunvericilik  aktları  qəbul  etməyə  başladı.  Belə  bir 

məqamı  da  qiymətləndirmək  lazımdır  ki,  leqal  əmək  miqrantları  bütün  sosial 

nemətlərdən  yararlanırlar  və  sosial  həyatın  həmin  ölkələrdə  qüvvədə  olan 

standartlan tam həcmdə olmasa da, onlara şamil edilir. 

 



Potensial  miqrasiya  təkcə  inkişaf  etməkdə  olan  ölkələrdə  deyil, 

həmçinin,  sənayeləşmiş  dövlətlərdə  də  mövcuddur.  Belə  ki,  müxtəlif 

məlumatlara görə, XXI əsrin əvvəlində başqa ölkələrə köçmək istəyən əhalinin 

payı İngiltərədə 30%, Meksikada 3%, Almaniyada 28%, Taj^anda 20%, Fransada 

20%,  Yaponiyada  20%,  Kanadada  14%,  Hindistanda  18%,  Tailandda  15%, 

ABŞ-da  10%,  İspaniyada  20%  təşkil  edirdi.  İnkişaf  etmiş  ölkələrdə  köçmək 

əhval-ruhiyyəsinin  səbəbləri  iqtisadiyyat  və  siyasətdən  daha  çox,  iqlim, 

ekologiya, ailə, psixologiya ilə bağlı olmuşdur. 

 

Sənayeləşmiş  və  neft  hasil  edən  dövlətlər  əcnəbi  işçi  qüvvəsinin 



istismarından  fayda  ilə  yanaşı,  sosial-siyasi  xarakterli  müəyyən  xeyir  əldə 

etmişdir.  İş  burasındadır  ki.  Şərq  ölkələrindən  gəlmiş  ucuz  və  itaətkar  işçi 

qüvvəsindən  istifadə  olunması  əmək  bazarını  daim  təzyiq  altında  saxlayır. 

Bununla da, yerli işçilərlə sosial münaqişələrin kəskinliyi zəiflədilmiş, 1950- 

340 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə