Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə136/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   132   133   134   135   136   137   138   139   ...   306

1970-ci  illər  üçün  səciyyəvi  olan  kütləvi  tətil  mübarizəsi  əleyhinə  vasitə 

tapılmışdı.  Neft  hasil  edən  dövlətlərdə  əmək  miqrantlarınm  birliyinin  zəifliyi 

yaxud tamamilə təşkilatlanmaması onları tərəqqisini təmin etdikləri cəmiyyətin 

ən aşağı və ixtiyarsız pilləsinə qoyulmasına imkan vermişdir. 

 

Əmək  miqrasiyası  mürəkkəb  sosial-iqtisadi,  demoqrafik  və  siyasi 



təzahürdür.  O,  donor-ölkələrin  və  miqrantlarm  özünün  müəyyən  fayda  əldə 

etmədiyi  halda,  inkişaf  edə  bilməzdi.  Sözsüz  ki,  valyutaların  köçürülməsi 

ölkələrin  tədiyyə  balansını  yaxşılaşdırır,  onları  daha  etibarlı  borcalana  çevirir, 

daha çox müasir texnika və zəruri miqdarda ərzaq almaq imkanı yaradır. Bundan 

başqa,  bir  çox  hallarda  miqrantlar  vətənə  qayıtdıqdan  sonra  yiyələndikləri 

peşələrdən yararlana bilir. 

 

Əmək  resurslarının  miqrasiyası  ən  qiymətli  milli  kapitalın;  yüksək 



ixtisaslı  işçi  qüvvəsinin  ötürülməsi  ilə  müşayiət  olunduğuna  görə  işləyən 

şəxslərdən  ibarətdir.  İxtisası  olmayan  işçilərin  ölkədən  axını  müəj^ən,  tam 

olmayan dərəcədə valyuta köçürmələri ilə əvəz olunsa da, «zəkaların axını» bu 

cür kompensasiya verə  bilmir və ən məhsuldar işi  yerinə  yetirməyə hazır olan 

vətəndaşlarının  normal  həyat  şəraitini  təmin  edə  bilməyən  ölkələrin 

iqtisadiyyatına böyük zərər vurur. 

 

Son  bir  neçə  onillik  ərzində  donor-ölkələr  müvəqqəti  əmək 



miqrasiyasının səmərəliliyinin yüksəldilməsi problemini həll etməyə səy göstərir. 

Sözsüz ki, miqrant axınlarının idarə olunması vasitələri onlann əlində olmadığına 

görə,  bunu  etmək  çox  çətindir.  Buna  baxmayaraq,  bir  sıra  şərtlər  yerinə 

yetirildikdə,  öz  işçi  qüvvəsini  xaricə  göndərən  ölkənin  faydasını  artırmaq 

mümkündür:  emiqrantlarm  xarici  valyuta  köçürmələri  vətəndə  kapital 

qoyuluşları mənbəyinə çevrilir; emiqrantm xaricdə əldə etdiyi ixtisas və təcrübə 

onun  vətənə  qayıtdıqdan  sonra  yerli  əmək  resurslarının  kəmiyyət  tərkibini 

yaxşılaşdırır;  əhali  artıqlığı  olan  ölkələrdən  yaxud  əmək  resursları  izafi  olan 

bölgələrdən axın müasir texnika və texnologiyanın tətbiqinə, iqtisadi fəal əhalinin 

əmək  məhsuldarlığının  və  təşəbbüskarlığının  artmasına  imkan  yaradır; 

«zəkaların  axını»  resipiyent-ölkələr  tərəfindən  tam  dayandırılacaq  yaxud  xeyli 

azaldılacaq. 

 

Əmək resurslarının miqrasiyası onları həm göndərən, həm də qəbul edən 



ölkələrə  münasibətdə  binnənalı  nəticələr  vermir.  Amma  ümumilikdə 

resipiyent-ölkələrin faydalandığı, donor-ölkələrin isə uduzması barədə təəssürat 

yaranır.  Həmin  dövlətlərdə  həyat  səviyyəsinin  göstəricisi  də  bunun  sübutudur. 

Son onilliklərdə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmindəki 

341 



fərq xeyli artmışdır və inkişaf etməkdə olan ölkələrin çoxu nəinki  «təqib edən 

inkişafa» nail olmuş, hətta sənaye ölkələrindən geridəqalmanı şiddətləndirmişdir. 

Ümumilikdə  isə,  ehtimal  ki,  beynəlxalq  ticarət  nəticəsində  yaranan,  lakin  bir 

qədər daha güclü pərdələnmiş fonuada effekt meydana çıxır: güclü ölkələr qalib 

gəlir, zəif və yoxsul ölkələr isə uduzur. 

Yoxlama sualları 

1.

 



işçi qüvvəsinin beynəlxalq miqrasiyası anlayışını, əmək miqrasiyasının 

məzmununu və növlərini izah edin. 

2.

 

Beynəlxalq iqtisadi münasibətlərin forması kimi, əmək miqrasiyası nə 



deməkdir? Əmək miqrasiyası təzahürünün məzmununu və xarakterini təsvir edin. 

3.

 



Miqrasiyaların (və emiqrasiyanm) səbəbləri nədir? 

4.

 



Əmək  resurslarının  yerdəyişməsini  tənzimləyən  milli  və  beynəlxalq 

qanunvericiliyi xarakterizə edin. 

5.

 

ABŞ  və  Qərbi  Avropanın  immiqrantlarm  statusunu  tənzimləyən 



qanunvericiliyini təhlil edin. 

6.

 



Əcnəbi  işçilər  qəbul  edən  ölkənin  əmək  bazarına  necə  təsir  göstərir? 

İxtisaslı  işçi  qüvvəsini  xaricə  göndərən  ölkədən  axın  həmin  ölkəyə  təsir 

göstərirmi? Bu təsirin xarakteri necədir? 

7.

 



inkişaf etməkdə olan ölkələrdə miqrasiya necə tənzimlənir? 

8.

 



Dünyanın inkişaf etmiş ölkələri arasında işçi qüvvəsinin miqrasiyasının 

hansı özəllikləri vardır? Kruqman-Obstfeld qrafiki nəyi təsvir edir? 

9.

 

ABŞ,  Qərbi  Avropa  ölkələri,  Yaponiya  və  başqa  ölkələrin  işçi 



qüvvəsinin miqrasiyasına dair siyasətini şərh edin. 

10.


 

Rusiyada miqrasiya proseslərinin ümumi xarakteristikasını verin. 



Referatların mövzuları 

1.

 



Beynəlxalq əmək miqrasiyası anlayışı və onun məzmunu 

2.

 



Əmək miqrasiyası sahəsində beynəlxalq hüquqi normalar 

3.

 



Ölkələrin  əcnəbi  işçi  qüvvəsinə  münasibətdə  siyasəti:  Aİ,  ABŞ  və 

Rusiya 


342 


Fəsil 14 

KAPİTALIN BEYNƏLXALQ HƏRƏKƏTİ - XBİ: 

TƏBİƏTİ, NƏZƏRİ ƏSASLARI 

14.1.

 

Kapitalın beynəlxalq hərəkətinin ümumi təsviri 

Anlayış.  İqtisadi  nəzəriyyədə  kapital,  adətən  maşınlarla,  avadanlıqla  və 

istehsal binaları ilə (fiziki kapital) yaxud pulla (maliyyə kapitalı) təmsil olunmuş 

istehsal  amilidir.  Nisbətən  dar  mənada  bu  anlayış  bir  sıra  başqa  aktivlərə: 

nizamnamə  kapitalı,  səhmdar  kapitalı,  əqli  kapital,  insan  kapitalı,  kapital 

qoyuluşları  və/və  ya  iqtisadiyyata  maddi  yaxud  pul  vəsaitlərinin  investisiya 

şəklində  qoyulması  (kapital  qoyuluşları  və  investisiyalar  sinonimdir)  da 

kapitaldır. 

İnvestisiyaların  mahiyyətinin  müəyyənləşdirilməsi  mühüm  metodoloji 

məsələdir.  Bunun  birmənalı  təfsirinin  olmaması  investisiya  fəaliyyəti  ilə  bağlı 

olan  həm  elmi,  həm  də  praktiki  məsələlərin  həllini  müəyyən  dərəcədə 

mürəkkəbləşdirir. 

Qərbi  Avropa  iqtisad  məktəbinin  nümayəndələri  investisiyaların 

dinamiklik  (investisiya  qoyuluşu  prosesini  xarakterizə  edir);  yönəldilmə 

istiqaməti  (vəsaitlərin,  əsas  fondların,  müəssisələrdə  iştirak  payının,  qiymətli 

kağızların alınması); qoyuluş forması; məqsədi (mənfəətin, gəlirin yaxud başqa 

səmərənin əldə olunması) kimi cəhətlərini fərqləndirirlər. İnvestisiyaların digər 

əsas növü  - maliyyə investisiyaları  (fınancial investment)  - qiymətli  kağızların 

alınmasıdır. 

Bununla əlaqədar olaraq P.Mass qeyd edirdi ki, «kapital qoyuluşu prosesi 

ən ümumi şəkildə bu cür təfsir edilə bilər: investisiya qoyuluşları, bu gün ödənilə 

biləcək  ehtiyacların  investisiyaya  yönəldilmiş  sərvətlər  vasitəsilə  gələcək 

ümidlərə  mübadilə  olunması  aktıdır»’.  C.Keyns  investisiyaları  investisiya 

siyasəti,  gəlirlər  və  məşğulluq  siyasəti  baxımından  əsaslandırırdı  .  Onun 

nəzəriyyəsində  investisiyalar  və  əmanətlər  eyni  təzahürün  iki  tərəfidir: 

investisiyalar bir tərəfdən, bu köçürülmə nəticəsində baş verən istehsal fəaliyyəti 

zamanı daşınmaz əmlakın dəyərinin cari artımı, digər tərəfdən isə 



27. 



Масс  П.

  Критерии  и  методы  оптимального  определения  капиталовложений.  М., 

1991. С. 



Кейнс Дж.

 Общая теория занятости процента и денег. М., 1978. С. 117. 

343 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə