Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə137/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   133   134   135   136   137   138   139   140   ...   306

müvafiq  dövrdə  istehlak  üçün  istifadə  olunmamış  gəlirin  bir  hissəsidir. 

K.Makkonelin və S.Bryunun , habelə E.C.Dollanm və D.E.Lindseyin' əsərlərində 

investisiyalar  keynsçi  model  çərçivəsində  makroiqtisadi  səviyyədə  nəzərdən 

keçirilir. 

Bütün  bunlar  görkəmli  nəzəriyyəçi-iqtisadçılar  tərəfindən  investisiyalara 

əsas etibarilə kapitalın artırılmasının yaxud təkrar istehsal prosesində gəlir əldə 

olunmasının resursu kimi yanaşıldığını təsdiqləyir; cari istehlaka sərf olunmayan 

gəlirin bir hissəsi yeni investisiyaların mənbəyinə çevrilir. 

Rusiya  qanunvericiliyində  də  investisiyalara  resurs  kimi  yanaşılır. 

Məsələn, RF-nin 26 i)om 1991-ci il 1488-l№-li «RSFSR-də investisiya 

fəaliyyəti haqqında» Qanununda maddi və əmlak hüquqlarının bütün növləri: pul 



vəsaitləri, məqsədli bank əmanətləri, paylar, səhmlər və başqa qiymətli kağızlar, 

texnologiyalar,  maşınlar,  avadanlıq,  lisenziyalar,  o  cümlədən  əmtəə  nişanları; 

daşınmaz və daşmar əmlak: binalar, qurğular və başqa maddi sərvətlər; torpaq və 

başqa təbii resurslardan istifadə hüquqları; mənfəət (gəlir) əldə etmək və müsbət 

sosial  səmərəyə  nail  olmaq  üçün  sahibkarlıq  və  başqa  fəaliyyət  növləri 

obyektlərinə qoyulan əqli dəyərlər investisiya hesab edilir. 

İnvestisiyaların  təsərrüfatçılıq  subyektinin  gəlirini  istehlaka  deyil, 

investorun  sərəncam  verə  bildiyi  resurs  qismində  səmərə  əldə  olunması  üçün 

kapitalın təkrar istehsalı fonuasmda sahibkarlıq fəaliyyəti obyektlərinə məqsədli 

surətdə  yönəltdiyi  hissə  kimi  təsəvvür  olunması,  onu  iqtisadi  kateqoriya  kimi 

xarakterizə etməyə əsas verir. 

Kapitalın  beynəlxalq  hərəkəti  çox  vaxt  maliyyə  resurslarının  yaxud 

investisiyaların hərəkəti adlandırılır. Əmanətlərin, yəni pul formasında kapitalın 

mövcudluğu  investisiyaların  və  istehsalın  genişləndirilməsinin  mühüm  ilkin 

şərtidir. Mali}^ə resurslarının beynəlxalq hərəkətinin (malij^ə kapitalının ölkədən 

çıxarılmasının) məzmunu kapitalın müəyyən hissəsinin bir ölkənin milli dövriyyə 

prosesindən  çıxarılaraq,  başqa  ölkələrdə  ən  müxtəlif  formalarda  (birbaşa  və 

dolayı) istehsal prosesinə yaxud digər dövriyyəyə daxil edilməsidir. Belə halda 

ixrac edilən əmtəələrdə təcəssüm olunmuş əlavə dəyərin satılması aktı deyil, onun 

istehsal  prosesinin  özünün  çıxarılması  baş  verir.  Müasir  dövrdə  maliyyə 

resurslarının ötürülməsi milli təsərrüfatların 



Макконел K.P.

 Экономикс / К.Р.Макконел, С.Б.Брю. Т. 1. M., 1993. С. 136. 

^ Доллан Э.Дж.

 Макроэкономика / Э.Дж.Доллан, Д.Линдсей. СПб., 1994. С. 14. 

^  Qanunun  "Rusiya  Federasiyasında  kapital  qoyuluşları  formasında  həyata  keçirilən 

investisiya fəaliyyəti haqqında» 25 fevral 1999-cu il 39-ФЗ №-li Qanuna zidd olan hissələri qüvvədən 

düşmüşdür. 

344 



funksiyasıdır  və  bunun  əhəmiyyəti  getdikcə  artır.  Bununla  yanaşı,  beynəlxalq 

ticari-iqtisadi əlaqələr yalnız təsərrüfatçılıq subyektlərinin fəaliyyəti dairəsindən 

çıxır və dövlətlər, onların hökumətləri, beynəlxalq təşkilatlar buna, xüsusilə də 

iqtisadiyyata  birbaşa  investisiyalarla  əlaqədar  olan  hissəsinə  böyük  maraq 

göstəmıəyə  başlayır.  İnvestisiyalar  real  iqtisadi}^atla  qarşılıqlı  əlaqələr,  yəni 

malların və xidmətlərin istehsalı və istehlakı kontekstində nəzərdən keçirilməyə 

başlayır, başqa sözlə desək, burada əsas kapitaldakı dəyişikliklər nəzərdə tutulur. 

«Kapital» anlayışı çoxsaylı mənada işlənsə də, burada onun ənənəvi təfsirindən; 

istehsal  olunmuş  mallar  və  xidmətlər,  biliklər  və  təcrübə,  habelə  maliyyə 

resursları istifadə olunur. Ehtimal ki, bu cür dar məna təhlilin başqa növləri üçün, 

məsələn,  ətraf  mühitin  vəziyyətinin  pisləşməsinə,  bioloji  müxtəlifliyə  yaxud 

«insan kapitalına» həsr olunmuş tədqiqatlar çərçivəsində aparılan təhlillər üçün 

qəbuledilməzdir. 

Kapitalın  birbaşa  investisiyalar  formasında  hərəkətinin  səbəbləri. 

Aydındır  ki,  kapital  «öz»  ölkəsindən  xaricə,  daha  yüksək  mənfəət  norması 

ardınca  istiqamətlənir.  Amma  hazırki  şəraitdə  kapitalın  ölkədən  çıxarılmasının 

bu  klassik  düsturu  əhəmiyyətli  dərəcədə  şəklini  dəyişmişdir  (səbəblər  yox, 

reallaşma fonnası baxımından) və hər halda xətti deyil, dolayısı, özü də çoxsaylı 

effektlərlə  müşayiət  olunmaqla  təsir  göstərir.  Qoyulmuş  kapital  üzrə  yüksək 

mənfəət normasının əldə edilməsi mümkün olmayan ölkələrə beynəlxalq banklar 

tərəfindən böyük məbləğdə borcların verilməsi göz önündə olan faktdır. Amma 

bu borclar onu alan tərəfin kapital daşıyıcıları olan firmaların maneəsiz fəaliyyəti 

üçün şərait və ilkin şərtlər yaratmaq üzrə ümumi öhdəliyi ilə müşayiət edildikdə

israr  etmək  olar  ki,  onların  məqsədinin  tərkibində  «təxirə  salınmış  tələbatın» 

(sonrakı  dövrlərdə  reallaşan)  təmin  olunması  da  vardır.  Uzun  illərdən  bəri 

maliyyə  kapitalının  ölkədən  çıxarılmasının  (hərəkətinin)  ilkin  və  zəruri  səbəbi 

onun nisbi artıqlığı olmuşdur və bu zaman qazancla sərmayəyə yatırılmaq üçün 

kapital xaricə istiqamətlənmişdir. Təbii ki, bu amil hazırda da təsirini  göstərir, 

lakin  beynəlmiləlləşmənin  əhəmiyyətinin  güclənməsi,  dünya  təsərrüfatının 

qloballaşması  mərhələsində  beynəlxalq  və  dövlətlərin,  təsərrüfatçılıq 

subyektlərinin 

milli maraqlarının 

qovuşması nəticəsində xeyli 

mürəkkəbləşmişdir. 

XBİ-nin  dinamikası  və  onun  göstəriciləri.  XBİ-nin  dinamikası  iqtisadi 

artımın ümumi templəri ilə üzvi surətdə əlaqədardır. Məlumatlar göstərir ki, XX 

əsrin 1980-1990-cı illərində və XXI əsrin birinci onilliyində (qlobal 

345 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə