Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə196/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   192   193   194   195   196   197   198   199   ...   306

göstərir.  Yalnız  milli  pul  vahidinin  bütün  dünyada  əsas  yaxud  ehtiyat  valyuta 

vahidi qismində tanınıldığı hallarda «valyuta sistemi» məfhumu ilə «pul sistemi» 

anlayışı bütövlüklə üst-üstə düşür. 

Aydındır  ki,  «pul»  və  «valyuta»  tenninlərindən  sinonim  kimi  istifadə 

olunması  (buna  isə  nüfuzlu  nəşrlərdə,  o  cümlədən  dərsliklərdə  rast  gəlmək 

mümkündür)  o  qədər  də  düzgün  deyil.  Müasir  zamanda  «pul»  məhdudiyyət 

qoyulmadan dövriyyə edən  «pul vahidi» qismində universal mənasını getdikcə 

itirərək, yalnız daxildə dövretmə imkanına malik olduğundan və «valyuta» sözü 

«pul» sözünün hərfi mənasında başa düşüldüyünə görə, müəlliflərin çoxu onların 

bir-birindən fərqləndirilməsinin çətin olduğunu etiraf edir. 

Görünür  ki,  ifadə  etdiklərimizin  müə}q>^ən  izahata  ehtiyacı  var.  Uzun 

müddət ərzində (Orta əsrlərdən) Qərbi Avropa dövlətlərində puldan (valyutadan) 

ölkə daxilində və ondan kənarda istifadəsində heç bir fərq olmamışdır. Həmin 

şəraitdə  həm  «pul»  və  «valyuta»,  həm  də  «valyuta  sistemi»  və  «pul  sistemi» 

anlayışları  bütövlüklə  analoji  idi.  Daha  dəqiq  desək,  «iki  sistem»  -  dünya 

valyutasını  və  daxili  dövriyyəni  tənzimləyən  pul  sistemləri,  ümumiyyətlə

mövcud olmamışdır. Tarixən birinci olaraq pul sistemi yaranmış və burada pulun 

universal daşıyıcısı kimi qızıl çıxış etmiş, tədavül prosesində, yəni mallar pula 

dəyişilərkən  qızıl  külçələrdən  və  sikkələrdən  istifadə  olunmuşdur.  Qeyd 

etməliyik  ki,  müxtəlif  formalarda  olsa  da,  qızıl  standartı  sistemindən  bir  neçə 

minillik  ərzində  istifadə  olmuşdur.  Rəsmən,  qızıldan  pul  qismində  istifadə 

sistemi XVIII əsrdə Böyük Britaniyada yaradılmış, sonradan Fransada, İtaliyada, 

alman 

dövlətlərində, 



Rusiyada 

və 


s. 

yayılmışdır. 

Bu 

sistemin 



beynəlmiləlləşməsinin səbəbi, güman ki, onun həmin dövrdə bazarın tələbatlarını 

təmin  etməyə  qadir  olmasıdır.  Zaman  dəyişdikcə,  yeni  valyuta-  maliyyə 

sistemlərinin  meydana  çıxmasına  baxmayaraq,  onlar  da  əbədi  deyil.  Qızıl 

standartı  valyutaların  qızıl  paritetləri  (yəni  qızılın  müxtəlif  valyutalarla  ifadə 

olunan  dəyəri)  əsasında  mübadilə  nisbətlərini  müəyyən  edirdi.  Bretton-  Vuds 



sistemi 1944-1971-ci illərdə mövcud olan, qızılın təsbit edilmiş dollar qiymətinə 

və  təsbit  olunmuş  valyuta  paritetlərinə  əsaslanan  valyuta  rejimi  idi.  Yamayka 



sistemi  1976-cı  ildən  qüvvədə  olan  multi-valyuta  standartıdır.  Bu  standart 

valyutaların  rəsmi  bərabərliyinə  və  hər  bir  ölkə  tərəfindən  mübadilə-  məzənnə 

rejiminin müstəqil seçiminə əsaslanır. 

Beləliklə, iqtisadi tarixin müəyyən mərhələsində vahid olan valyuta yaxud 

pul sistemi iki hissəyə parçalandı: 

497 



1)

 

milli  «valyuta  altsistemləri»  -  vahid  dünya  təsərrüfatının  fəaliyyət 



göstənnəsini təmin edən valyuta sistemi

2)

 



milli təsərrüfatların və əhalinin müvafiq tələbatlarını ödəyən dövlət pul 

sistemi. 

Burada  belə  bir  cəhət  qeyd  edilməlidir  ki,  beynəlmiləlləşmə  indeksi 

yüksək  olan  açıq  iqtisadiyyatda  valyuta  sistemi  inkişaf  etmiş  xarakterdədir;  bu 

sistem ölkənin getdikcə genişlənən xarici iqtisadi və başqa əlaqələrini bilavasitə 

təmin  edir.  Bu  cür  ölkələrin  milli  pul  vahidi  dünya  ehtiyat  valyutası  statusuna 

malikdir; ölkənin pul sistemi isə onun valyuta sisteminə möhkəm nüfuz etmişdir 

və onunla ziddiyyətə girmir. 

Qapalı, avtargiya tipli milli təsərrüfatlarda valyuta sistemləri inkişaf etmiş 

təsisat kimi, ümumiyyətlə, yoxdur: 

milli iqtisadiyyatla dünya 

iqtisadiyyatı  arasında  institusional  formada  fəaliyyət  göstərən  daxili  valyuta 

sistemi  şəklində  birləşdirici  həlqənin  olmaması  səbəbindən,  xarici  iqtisadi 

əməliyyatlar  hətta  müəyyən  dərəcədə  mütəmadi  və  intensiv  aparıldıqda  belə, 

birdəfəlik  əqdlər  prinsipi  üzrə  həyata  keçirilir.  Buna  müvafiq  olaraq,  milli  pul 

sistemi də qapalı xarakter daşıyır. 



Dünya  maliyyə  sistemi  (geniş  mənada)  -  milli  mali}^ə  sistemlərinin 

tarixən  təşəkkül  tapmış  həlqələrinin,  habelə  ssuda  kapitalının  beynəlxalq 

hərəkətində və maliyyə resurslarının digər yerdəyişmələrində iştirak edən, onların 

beynəlxalq səviyyədə razılaşdırılmış hüquq normaları və qaydaları (müqavilələr, 

sazişlər  və  s.)  əsasında  tənzimlənməsini  həyata  keçirən  millətlərüstü 

(dövlətlərarası) təşkilatların və idarələrin məcmusudur. 



Maliyyə  sistemlərinin  tipləri.  Dünyada  maliyyə  sisteminin  3  tipi 

mövcuddur və fəaliyyət göstərir: 

1)

 

milli  valyuta  yaxud  pul  sistemləri  -  müəyyən  dövlətin  ərazisində 



müvafiq  milli  qanunvericiliyin  əsasında  fəaliyyət  göstərən  valyuta 

münasibətlərinin təşkili formasıdır. Bu sistem ümumdünya valyuta sistemi ilə sıx 

bağlıdır  və  beynəlxalq  müqavilələr,  sazişlər  nəzərə  alınmaqla  onun  tərkib 

hissəsidir,  onunla  müvafiq  maliyyə,  ticari  və  başqa  mexanizmlər  vasitəsilə 

qarşılıqlı əlaqədədir; 

2)

 



regional  valyuta  sistemləri  -  müəyyən  qrupa  daxil  olan  ölkələrin 

ərazisində müvafiq beynəlxalq (dövlətlərarası) müqavilələr və sazişlər əsasında 

həmin  ölkələrin  valyuta  (pul)  münasibətlərinin  təşkili  formasıdır.  Onun  bəzi 

elementləri Latın Amerikası, Afrika və Asiyada mövcud olsa da, hazırda yalnız 



498 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə