Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə198/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   194   195   196   197   198   199   200   201   ...   306

prosesə  təsir  göstərir.  Beynəlxalq  maliyyə-kredit  münasibətləri  ssuda 

kapitallarının  beynəlxalq  maliyyənin  qlobal  kanallarında  hərəkətinin  mühüm 

tərəfi  olmaqla,  mali}^ə  və  əmtəə  resurslarının  qaytarılma,  miiddətlilik,  faiz 

ödənilməsi

 

şərtləri  əsasında  verilməsi  ilə  ifadə  edilir.  Əsas  kreditorlar  və 

borcalanlar bunlardır: 

 



dövlətlər; 

 



özəl banklar və firmalar (təkcə TMK-lar deyil); 

 



beynəlxalq və regional banklar, başqa təşkilat və idarələr. 

Bu  subyektlər  dünya  maliyyə  bazarının  əsas,  strateji  qurumlarını  təmsil 

edir.  Burada  dövlət  özünün  mərkəzi  və  yerli  maliyyə  orqanları,  xəzinədarlığı, 

emissiya,  ixrac-idxal  bankları  və  xarici  əməliyyatlar  aparmaq  səlahiyyəti  olan 

başqa  idarələri  ilə  dünya  maliyyə  (kredit)  bazarında  xüsusi  yer  tutur.  Onlann 

hamısı bilavasitə kreditor, borcalan



 

və özəl hüquqi şəxslərin xarici öhdəlikləri 

üzrə zəmanətçi

 

qismində çıxış edir. 

Beynəlxalq iqtisadi münasibətlərin dövlət tərəfindən kreditləşdirilməsinə 

nümunə ikitərəfli və çoxtərəfli əsasda subsidiyaların



 

və yardımların verilməsidir. 



İxrac  kreditlərinin

 

və  birbaşa  kapital  qoyuluşlarının  sığortalanmasında



 

da 


dövlətin rolu əhəmiyyətlidir. 

Dünya ssuda kapitalları bazarının institusional strukturunda dövlətlərarası 

və  dövlətüstü  banklar  böyük  rol  oynayır.  Bunlara,  ilk  növbədə,  Bretton-Vuds 

idarələri:  BVF  və  DB  aiddir;  bu  idarələr  sırasında  Beynəlxalq  Hesablaşmalar 



Bankı

 

(Bazel, İsveçrə) da mühüm yer tutur. 

Fəaliyyətində  dünyanın,  demək  olar  ki,  bütün  ölkələrinin  iştirak  etdiyi 

qlobal  banklarla  yanaşı,  bir  sıra  regional  və  qitə  hökumətlərarası  banklar  da 

rhövcuddur: Avropa İnvestisiya Bankı (EIB  - The European Investment Bank) 

(1958)  və  Avropa  Mərkəzi  Bankı  Aİ  və  inkişaf  etməkdə  olan  aləmin  onlara 

assosiasiya  olunmuş  ölkələrinə  xidmət  göstərir;  Amerika  Ölkələrarası  İnkişaf 

Bankı (lADB - Inter-American Development Bank) (1959), Afrika İnkişaf Bankı 

(African Development Bank) (1964), Asiya İnkişaf Bankı (Asian Development 

Bank)  (1963),  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  (1990)  və  başqalan. 

Avroya və bütövlükdə Aİ ölkələrinə xidmət göstərən AMB böyük rol oynayır. 

TMK-lar,  xüsusilə  də  onların  maliyyə  sektorları  beynəlxalq  kredit 

münasibətlərinin  mühüm  subyektləri  qismində  çıxış  edir.  Onların  böyük 

məbləğdə korporasiyadaxili yığımları mövcuddur və özlərinin resurslara olan 



502 


tələbatının  yarısından  çoxunu  özünümaliyyələşdirmə  hesabına  ödəyir.  Buna 

baxmayaraq,  TMK-lar  genişlənən  istehsallarına  və  məhsul  satışlarına  xidmət 

göstərilməsi  üçün  daim  vəsaitə  möhtacdır.  Onların  maliyyə  əməliyyatları 

beynəlmiləlləşmişdir  və  çox  hallarda  qlobal  xarakterdədir.  TMK-lar  dünya 

bazarının strukturuna daxil olan bütün bazar tiplərindən; milli, xarici, beynəlxalq 

və  əhəmiyyətli  dərəcədə  avrobazardan  istifadə  edirlər.  Milli  nəzarətlə 

məhdudlaşdırılmayan kreditləşmə mənbəyi olduğuna, güclü xarici kreditorlarla 

bağlı olan borcalanalara kredit almaqda üstün şərait yaratdığına görə, avrobazarm 

payı  daim  artır.  Özünün  böyük  həcmli  aktivlərinə  nəzarət  etməklə,  TMK-lar 

onlara  məxsus  olan  pul  və  maliyyə  resurslarını  daha  sərfəli  yerləşdinnək  üçün 

kredit bazarlarından, əsasən də milli olmayan kredit bazarlarından istifadə edir. 

Belə  halda  onlar  valyuta  məzənnələrinin  və  pul  bazarlarının  faiz  dərəcələrinin 

dəyişməsi  ilə  üzləşir.  Müxtəlif  itkilərin  (valyuta  məzənnəsinin  aşağı  düşməsi) 

qarşısını  almaq  üçün  onlar  çox  fərqli  valyuta  əməliyyatları  aparır  və  bunun 

hesabına  dünyada  məcmu  valyuta  dövriyyəsi  malların  və  xidmətlərin 

dövriyyəsindən dəfələrlə böyük sürətlə artır. 



18.3.

 

Beynəlxalq kredit: təsnifatı 

Müasir maliyyə üçün səciyyəvi olan təzahür beynəlxalq kreditin hərəkət 

sürətinin və kütləsinin təkcə xarici iqtisadi dövriyyənin deyil, həmçinin, sənaye 

istehsalının  artım  templərini  ötüb  keçməklə,  təsərrüfat  və  maliyyə  əlaqələrinin 

bir-birinə  qarşılıqlı  nüfuz  etməsini  stimullaşdırmasıdır.  Müxtəlif  ölkələrin 

təsərrüfat  əlaqələrinin  çarpazlaşması,  beynəlmiləlləşmə,  istehsal  və  kapitalın 

transmilliləşməsi  prosesləri  ümumdünya  maliyyə-kredit  münasibətlərinin 

genişlənməsinə,  onların  intensivləşməsinə  imkan  yaradır.  Bununla  yanaşı, 

kapitalların  bir  ölkədən  başqasına  sərbəst  axını  ölkələrin,  xüsusilə  də 

disproporsiya 

və 

qeyri-sabitlik 



yaradan 

çətinliklərlə 

qarşılaşanların 

iqtisadiyyatına ciddi təsir göstərir. 



Beynəlxalq  kreditlərin  növləri  və  formaları.  Beynəlxalq  kreditlər,  ilk 

növbədə, müddətinə görə fərqləndirilir: 

 

qısamüddətli - 1 ilədək; 



 

ortamüddətli - 1 ildən 5 ilədək; 



 

uzunmüddətli - 5 ildən çox. 



Tərəflərin danışıqlar zamanı ortamüddətli kreditlər üçün 7 il, 

503 



uzunmüddətli  kreditlər  üçün  10  ildən  çox  vaxtı  nəzərdə  tutduğu  hallar  da 

mövcuddur, amma biz ümumi qaydalardan danışırıq. 

Təminat xarakterinə görə kreditlərin bu növləri var: 

 



təmin olunmuş (təminat qismində qiymətli kağızlar, veksellər, daşınmaz 

əmlak və əmtəə sənədlərindən istifadə edilir); 

 

blank  (blank  krediti  müstəsna  qaydada  borcalanm  solo-veksel 



formasında öhdəliyi əsasında verilir). 

Kreditlər iki növə bölünür: 

 

kommersiya (xarici ticarət əməliyyatları ilə bağlı olan); 



 

maliyyə (başqa məqsədlər üçün istifadə olunan). 



Kreditlər kreditbşdirmə subyektindən asılı olaraq fərqləndirilir: 

 



özəl (firmalar, banklar, vasitəçi brokerlər tərəfindən verilir); 

 



hökumət; 

 



qarışıq; 

 



beynəlxalq və regional valyuta-maliyyə idarələrinin kreditləri. 

Ümumdünya kapitallar bazarının inkişafı ssuda kapitalının hərəkətində 

uzunmüddətli  meyillərlə,  bu  hərəkəti  milli  səvij^ədə  tənzimləyən  hüquqi 

normaların ümumi liberallaşdırılması, qiymətli kağızlardan istifadə çərçivəsinin 

genişlənməsi,  dünya  iqtisadiyyatında  inteqrasiya  prosesləri  ilə  əlaqəlidir. 

Mahiyyətcə,  ümumdünya  kapitallar  bazarı  ssuda  kapitallarının  dünya 

təsərrüfatında hərəkətini təmin edən müxtəlif institusional formaların (şirkətlər, 

banklar,  valjmta-maliyyə  idarələri  və  s.)  məcmusudur.  Bu  bazar,  dünya 

təsərrüfatının  sabitliyini  təmin  etmək  və  təbii  ki,  müvafiq  əməliyyatların 

aparılmasından  gəlir  əldə  etmək  məqsədlə  kapitalı  cəmləşdirməyə  və  bunu 

müxtəlif  ölkələrin  təsərrüfat  sahələri  və  sektorları,  regionları  (qitələr)  üzrə 

yenidən  bölüşdürməyə  imkan  verən  milli  və  millətüstü  bazar  münasibətləri 

sistemini yaradır. 

Ssuda kapitalları bazan. Geri qaytarılma və faiz ödəmə şərti ilə verilən pul 

kapitalı olan ssuda kapitalı mühüm rola malikdir. Bu kapital ölkədən- ölkəyə, bir 

funksional  fonnadan  başqasına,  istehsalın  aşağı  rentabelli  sahələrindən  və 

sektorlarından daha çox mənfəət verənlərinə keçmək imkanına malikdir. Bununla 

da, kredit istehsal proseslərinin fasiləsizliyini, kapitalların yenidən bölgüsünü və 

bununla bərabər, mənfəət normalarının bərabərləşməsini təmin edir. 

Ssuda kapitalının beynəlxalq yenidənbölgü funksiyasını yerinə yetirməsi 

504 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə