Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə201/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   197   198   199   200   201   202   203   204   ...   306

yüksələndir.  Bu  valyuta,  demək  olar  ki,  həmişə  dönərlidir.  Dönərlilik  to/r?  və 

qismən, daxili və xarici olur. 

Tam  dönərlilik  cari  və  maliyyə  əməliyyatları  üzrə  valyuta 

məhdudiyyətlərinin olmadığını nəzərdə tutur. Bu, ABŞ, Kanada, Aİ ölkələrinin 

pul vahidlərinin aid edildiyi, sərbəst dönərli valyutaları (SDV) üçün səciyyəvidir. 

Bəzi  SDV-dən  beynəlxalq  hesablaşmalarda  valyuta  ehtiyatlarının  yaradılması 

üçün geniş istifadə olunur. Bunlar ehtiyat yaxud əsas vaİ3oıta adlandırılır. 

Qismən  dönərlilik  müəyyən  valyuta  məhdudiyyətlərinin  saxlanıldığını 

nəzərdə tutur. 



Daxili dönərlilik rezidentlər üçün məhdudiyyətlərin olmadığını bildirir. 

Xarici  dönərlilik  qeyri-rezidentlər  üçün  məhdudİ3q/ətlərin  olmadığını 

bildirir. 



Valyuta  pariteti  -  valyuta  sisteminin  elementi  olmaqla,  iki  valyuta 

arasında qanunvericilik qaydasında müəyyən edilən nisbətdir. Bir sıra ölkələrin 

valyutası  apa-rıcı  valyutalardan  birinə  yaxud  valyuta  səbətinə  bağlanmışdır. 

Valyuta  pariteti  valyu-ta  sisteminin  digər  mühüm  elementi  olan  valyuta 

məzənnəsinin əsasını təşkil edir. 

Beynəlxalq valyuta likvidliyi də valyuta sisteminin elementidir. Valyuta 

sisteminin digər elementi beynəlxalq kredit dövriyyəsi vasitələridir. Beynəlxalq 

hesablaşmalar  təcrübəsi  kimi,  onlardan  istifadə  qaydaları  da  eyniləşdirilmiş 

beynəlxalq normalarla reqlamentləşdirilir. Cenevrə Konvensiyası (veksel və çek) 

- sənədli akkreditivlər üçün eyniləşdirilmiş qaydalar və adətlər bunlara aiddir. 

Valyuta məzənnəsi ölkənin pul vahidinin başqa ölkənin pul vahidində (və 

ya  onun  onqat  kəmiyyətində)  ifadə  olunmuş  qiymətidir.  Çoxsaylı  valyuta 

məzənnələrini  müxtəlif  əlamətlər  üzrə  təsnifləşdirmək  olar.  Məsələn,  valyuta 

məzənnələri  mübadilə  obyekti  olan  ödəmə  sənədlərinin  növlərinə  -  teleqraf 

köçürməsinin  məzənnəsinə,  çeklərin  məzənnəsinə,  əsginazlarm  məzənnəsinə 

görə fərqləndirilir. 



Valyuta məzənnələri sistemi barədə 18.9-cu paraqrafda danışılacaq. 

Beynəlxalq  valyuta  likvidliyi  -  ayrıca  götürülən  ölkənin  yaxud  ölkələr 

qrupunun  öz  öhdəliklərini  məqbul  hesab  olunan  tədiyyə  vasitələri  ilə  fasiləsiz 

olaraq  ödəmək  qabiliyyəti  və  imkanıdır.  Likvidliyin  kəmiyyət  və  keyfiyyət 

cəhətləri fərqləndirilir. Kəmij^ət cəhəti tələb və öhdəliklərin tənzimlənməsi 



509 


üçün  istifadə  olunan  likvid  ehtiyatların  miqyasını  xarakterizə  edir.  Keyfiyyət 

cəhəti onların dünya pulu funksiyasını yerinə yetirmək üçün yararhhq dərəcəsini 

göstərir. 

18.5.

 

Beynəlxalq maliyyə qurumları: 

valyuta-kredit və maliyyə təşkilatları 

Beynəlxalq maliyyə qurumları dünya maliyyə sistemində, demək olar ki, 

əsas  rol  oynayır,  bir  növ  onun  karkasını  təşkil  edir.  Bu  təşkilatları  bir  ümumi 

məqsəd  -  əməkdaşlığın  inkişaf  etdirilməsi  və  ümumdünya  maliyyə  sisteminin, 

dünya  təsərrüfatının  bütövlüyünü,  dayanıqlı  fəaliyyət  göstənnəsinin  təmin 

olunması  birləşdirir  (qlobal  böhran  onların  bu  vəzifənin  öhdəsindən  gələ 

bilmədiyini göstərdi). Bunlara aşağıdakı valyuta-kredit təşkilatları aiddir: 

 



Beynəlxalq Hesablaşmalar Bankı (BHB); 

 



Beynəlxalq Valyuta Fondu (BVF); 

 



Dünya Bankı (DB); 

 



Beynəlxalq İnkişaf Assosiasiyası (BİA); 

 



İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentlik

 



Regional inkişaf bankları; 

 



Aİ-nin valyuta-kredit və maliyyə təşkilatları (o cümlədən AMB). 

18.6.

 

Ümumdünya valyuta sisteminin təkamülü 

Qızıl standartı sistemi: Paris valyuta sistemi (1816-1914-cii illər) 

Qızıl  standartı  -  pul  tədavülünün  təşkilinin  belə  sistemidir  ki,  burada 

ölkənin  pul  vahidinin  dəyəri  rəsmi  qaydada  qızılın  müəyyən  miqdarına 

bərabərləşdirilir, pullar isə rəsmi müəyyənləşdirilmiş məzənnə üzrə tələbdən asılı 

olaraq  qızıla  dəyişdirilən  qızıl  sikkələr  və  (və  ya)  əsginazlar  şəklindədir.  Tam 

qızıl standartının mövcudluğu üçün 2 əsas şərtin yerinə yetirilməsi vacibdir: 

1)

 



rəhbər  pul-kredit  idarələrinin  milli  valyutanı  müəyyən  dərəcə  üzrə 

istənilən miqdarda qızıla dəyişdinnək (bu məqsəd üçün alınan qızıl külçəsindən 

qeyri-məhdud sayda qızıl sikkə kəsmək) öhdəliyi; 

2)

 



ayrı-ayrı şəxslərin qızılı ixrac yaxud idxal etmək hüququnun olması. 

510 


Adətən, pul- kredit idarələri sikkə kəsilməsi xərclərini ödəmək üçün qızılın satışı 

və alınması arasında müəyyən fərq müəyyənləşdirir. Tarixən qızıl standartının 3 

forması olmuşdur: 

 



qızıl  sikkələrin  fəal  sərbəst  tədavülə  buraxıldığı,  dövlətin  isə  onları 

satmağa borclu olduğu qızıl-sikkə standartı:, 

 

qızıl  sikkələrin  fəal  tədavüldə  olmadığı,  onların  sərbəst  qaydada 



kəsilmədiyi, pul-kredit idarələrinin vəzifəsinin isə qızıl külçə satmaqdan ibarət 

olduğu qızıl külçə standartı; 

 

pul-kredit  idarələrinin  yerli  pulu  qızıl  standartı  mövcud  olan  xarici 



valyutaya dəyişdirdiyi qızıl-valyuta standartı. 

Qızıl standartı sistemi Napoleon müharibələri başa çatdıqdan sonra 1816- 

1819-cu  illərdə  Parisdə  keçirilən  danışıqlarda  əldə  edilən  razılaşmalar 

nəticəsində  beynəlxalq  müqavilələrdə  təsbit  edilmiş  və  98  il  ərzində  mövcud 

olmuşdur.  Bu  sistem  1821-ci  ildə  Parisdə  keçirilmiş  konfransda  rəsmən 

tanınmışdır. Müəyyənləşdirilmiş qayda 1867-ci ildə razılaşdırılmış Paris valyuta 

sistemində  yekun  şəkildə  təsbit  edilmiş  və  Birinci  Dünya  müharibəsi  (1914) 

başlananadək  qüvvədə  olmuşdur.  Sistem  qızıl  standartının  klassik  formasına, 

yəni qızıldan və qızıl sikkələrdən ənənəvi qaydada pul əmtəəsi qismində istifadə 

ilə  əlaqədar  olan  qızıl-sikkə  standartına  istinad  edirdi.  Onun  əsasında  pulun 

başlıca forması kimi qanunvericilik qaydasında təsbit edilən qızıl dururdu. Milli 

valyutaların məzənnələri təsbit olunmuş qaydada qızıla bağlanılır və valyutanın 

qızıl  məzmunu  vasitəsilə  başqa  valyutalarla  müqayisə  edilirdi;  təsbit  edilmiş 

məzənnədən kənarlaşmalar cüzi (± 1%) idi və qızılın xaricə daşınması əsasında 

müəyyənləşdirilən  maksimum  kənarlaşmalar  -  «qızıl  nöqtələr»  hüdudlarında 

olurdu. Qızıl-sikkə standartının səciyyəvi əlamətləri bunlardır: 

 

əmtəələrin  qiymətinin  qızılla  hesablanması,  qızıl  sikkələrin  tədavülə 



buraxılması  və  dövlət  zərbxanaları  tərəfindən  sikkələrin  məhdudiyyət 

qoyulmadan, hamı üçün kəsilməsi; 

 

kredit pullarının nominal üzrə qızıl sikkələrə sərbəst mübadiləsi



 

qızılın  ölkəyə  gətirilməsinə  və  ölkədən  aparılmasına  məhdudiyyət 



qoyulmaması; 

 



daxili  bazarda  qızıl  sikkələr  və  əsginazlarla  yanaşı,  tam  dəyərə  malik 

olmayan xırda pulların və məzənnəsi məcburi qaydada müəyyənləşdirilən dövlət 

kağız pullarının dövriyyəyə buraxılması. 

511 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə