Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə202/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   198   199   200   201   202   203   204   205   ...   306

Paris  valyuta  sistemi  dünya  pulu  qismində  yalnız  qızılı  qəbul  edirdi. 

Banklar əsginazları sərbəst qaydada qızıla dəyişirdi. İnkişaf etmiş ölkələrdə milli 

pul vahidinin qızıl məzmunu, yəni qızıl pariteti qanunvericiliklə təsbit olunurdu. 

Qızıl pariteti,

 

müxtəlif ölkələrin pul vahidlərinin rəsmi qızıl məzmunu əsasında 

nisbətidir;  valyuta  məzənnələrinin  fomıalaşmasınm  əsasını  təşkil  edirdi  və 

1978-ci  ildə  BVF  tərəfindən  ləğv  olunmuşdur.  Qızıl  sikkələrin  kəsilməsi 

dayandırıldıqdan  sonra  qızıl  standartının  qısaldılmış  forması

 

olan,  kredit 

pullarının  çəkisi  12,5  kiloqram  olan  qızıl  külçələrinə  dəyişdirilməsini  nəzərdə 

tutan  qızıl-külçə  standartı



 

tətbiq  edilmişdir.  Böyük  Britaniyada  qızıl-  külçə 

standartı  1925-1932-ci  illərdə  qüvvədə  olmuşdur  (bu  standart  Birinci  Dünya 

müharibəsi  başlananadək  (1914)  tətbiq  olunan  qızıl-sikkə  standartını  əvəz 

etmişdir).  Həmin  standartın  müəyyən  elementləri  İkinci  Dünya  müharibəsi 

başlanana  (1939)  qədərki  dövrdə  qüvvədə  qalmışdı.  Kredit  pullarını  qızıla 

dəyişdirmək  üçün  banka  kifayət  qədər  böyük  məbləğ  təqdim  olunmalı  idi.  Bu 

vəziyyət  qızılın  tədavüldən  sıxışdırılaraq,  böyük  həcmidə  beynəlxalq  və 

topdansatış  dövriyyəsinə  keçməsinə  səbəb  oldu.  Qızıl  standartı  müəyyən 

dərəcədə  istehsalın,  xarici  iqtisadi  əlaqələrin,  pul  tədavülünün  tədiyyə 

balanslarının  və  beynəlxalq  hesablaşmaların  avtomatik  tənzimləyicisi  rolunu 

oynayırdı. Lakin müəyyən müddətdən sonra beynəlxalq hesablaşmalarda qızılla 

yanaşı, funt sterlinqdən və ABŞ dollarından istifadə olunmağa başlandı. Bunun 

nəticəsində Genuya valyuta-pul sisteminin təməlinə qoyulan qızıl-deviz standartı 

meydana çıxdı. 

Nəticələr.  Qızıl  standartından  istifadə  olunması  nəticəsində  milli 

valyutanın  məzənnəsi  qızıl  standartı  olan  başqa  valyutalara  nisbətdə  məhdud 

çərçivə  daxilində  sabitləşmişdir.  Qızıl  standartının  digər  nəticəsi,  tədiyyə 

balansında kəsir yarandığı hallarda qızılın ölkədən çıxarılmasına mərkəzi bank 

tərəfindən əks-təsir göstərilmədikdə, pul kütləsinin azalmasıdır. Pulun kəmiyyət 

nəzəriyyəsinə uyğun olaraq, qiymətlərin və gəlirlərin çevik dəyişdiyi şəraitdə pul 

kütləsinin  ixtisarı  daxili  qiymətlərin  başqa  ölkələrdəki  qiymətlərə  nisbətən 

ucuzlaşmasına  səbəb  ola  bilər,  valyuta  məzənnəsi  təsbit  edildikdə  isə  bu  hal 

ixracın  stimullaşdırılmasma  və  idxalın  məhdudlaşdırılmasma  gətirib  çıxarır. 

Tarazlığa keçid prosesi, tədiyyə balansında kəsir yaranmış ölkədə daha yüksək 

faiz  dərəcələri  müə)q/ən  olunmaqla,  kapital  axınlarının  cəlb  edilməsi  yolu  ilə 

asanlaşdırıla bilər’. 

Walter A. World Power and World Money. Harvester Wheatsheaf. London, 1991. 

512 



Genuya  valyuta-pul  sistemi  (1922-1944-cü  ilhr).  Birinci  Dünya 

müharibəsi  qızıl  standartına  sarsıdıcı  zərbə  endirdi  və  Genuya  valyuta-pul 

sisteminin  meydana  çıxmasını  şərtləndirdi.  Onun  əsas  prinsipləri  ABŞ,  Böyük 

Britaniya və Fransanın (Antantanın liderləri) təşəbbüsü ilə 1922-ci ildə Genuyada 

(İtaliya)  keçirilmiş  Beynəlxalq  konfransın  qərarları  ilə  müəyyən  edilmişdi. 

Dünyanın  aparıcı  dövlətləri-nin  bu  konfransında  bütün  ölkələrin  (ABŞ  istisna 

olmaqla)  daxili  tədavülündə  qızıl  standartı  ləğv  edilmiş,  başqa  dövlətlərin 

(Böyük  Britaniya,  Fransa,  Almaniya,  İtaliya)  kağız  pullarının  qızıla 

dəyişdirilməsi  dayandırılmışdı.  Sonrakı  illərdə  London  və  Paris  dünyanın  əsas 

ehtiyatı qismində qalan funt sterlinqin böyük həcmdə toplanılması yolu ilə qızıl 

standartına qayıtmağa kifayət qədər güclü (və müəyyən dərəcədə uğurlu) səylər 

göstənnişdir.  Məsələn,  Fransa  və  Amerikanın  iri  bankları  funtla  ifadə  edilən 

aktivlərini  əvvəlki  sistemin  əsas  elementi  olan  qızıla  dəyişdirməyə  cəhd 

göstərirdi. Amma bu cəhdlər iki dünya müharibəsi arasındakı dövrdə yaranmış 

yeni,  dünyanın  bütün  aparıcı  ölkələrində iqtisadi vəziyyətin qeyri-sabit olduğu 

şəraitdə  səmərə  verə  bilməzdi.  Digər  tərəfdən.  Böyük  Britaniya  tutduğu 

mövqeləri  əldən  verirdi  və  1931-ci  ildə  kağız  pulları  qızıla  dəyişdirmək 

öhdəliyindən qəti imtina etdi (ümumdünya valyuta sisteminin təkamülünə şəkil 

18.1-də bax). 

1929-1933-cü  illərdəki  dünya  iqtisadi  böhranının  təsiri.  1929-1933-cü  illərdə 

dünyada baş vermiş iqtisadi böhran nəticəsində kağız pullar kəskin dəyərsizləşdi. 

«Genuyadan  sonra»  əldə  olunan  uğurlar  (qızıl  standartına  qismən  keçid)  geri 

qaytarılmadan  itirildi  və  qızıl  standartı  bütün  ölkələrin  daxili  dövriyyəsindən 

kənarlaşdırıldı.  ABŞ  1933-cü  ildə  öz  valyutasının  qızılla  əlaqəsini  kəssə  də, 

1934-cü  ildə  bu  bağlılıq  nisbətən  aşağı  səviyyədə  (dollar  devalvasiya  edilərək, 

məzənnəsi əvvəlkinin 54%-i qədər idi) bərpa olundu. 

513 



 

Şəkil 18.1.

 Ümumdünya valyuta sisteminin təkamül mərhələləri 


İkinci  Dünya  müharibəsinin  təsiri.  İkinci  Dünya  müharibəsi 

beynəlxalq  iqtisadi  münasibətlərdə,  o  cümlədən  dünya  maliyyə  sistemində 

xaos  yaratdı.  Beynəlxalq  ticarətin  və  beynəlxalq  maliyyə  münasibətlərinin 

bazası dağıdıldı. Həmin illərdə beynəlxalq hesablaşmaların klirinq forması  - 

ticarətdə qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınması meydana çıxdı və 

sürətlə  yayılmağa  başladı.  İkitərəfli  klirinqdə  2  ölkə  xərclərinin  qarşılıqlı 

surətdə hesaba alınması barədə razılığa gəlirdi; çoxtərəfli klirinqdə isə sxem 

mürəkkəb  idi  və  çoxlu  sayda  amilləri,  qarşılıqlı  öhdəlikləri  və  xidmətləri 

nəzərə  almaq  zərurəti  yaranırdı.  Dünyada  vahid  valyuta  sisteminin  bərpası 

tələb  olunurdu.  Bu  vəzifə  İkinci  Dünya  müharibəsinin  sonuna  yaxın,  «Ox» 

ölkələrinə  daxil  olan  Almaniya,  İtaliya  və  Yaponiyanın  iflasa  uğraması 

reallaşdıqda aktuallaşmışdı. 



18.7.

 

Bretton-Vuds valyuta sistemi (1944-1976-cı illər) 

Müharibədən  sonra  qələbə  çalmış  əsas  ölkələrin  qarşısında  duran  ən 

mürəkkəb  vəzifə  beynəlxalq  iqtisadi  münasibətlərin  yenidən  qurmaq  idi. 

Dünya ticarətində və dünya maliyyəsində millətüstü tənzimləmə sisteminə heç 

olmasa, minimum səviyyədə keçid, bəzi ölkələrin müharibə illərində yaranmış 

borc öhdəliklərinin nizama salınması, dövlətüstü səviyyədə razılaşdırılmalı və 

əlaqələndirilməli  olan  bir  sıra  məsələlərin  həlli  tələb  edilirdi.  1944-cü  ilin 

iyununda  Amerikanın  Bretton-Vuds  şəhərciyində  yeni  beynəlxalq  valyuta 

sistemi yaradıldı. 

Onun  mahiyyəti  təsbit  olunmuş  valyuta  məzənnələri  sisteminə  (milli 

pul  vahidlərinə  -  valyutalara)  istinad  edilməsindən  ibarət  idi.  Bu  sistemin 

arxitektorları-nın (onların arasında Keyns də var idi) fikrincə, sabit, yalnız cüzi 

tərəddüdlərə məruz qalan valyutalar bütün dünya pul sisteminin, ilk növbədə 

isə, Bretton-Vuds kon-fransmın iştirakçısı və eyni zamanda BVF- in yaradıcısı 

olan  aparıcı  kapitalist  ölkə-lərinin  milli  sistemlərinin  dayanıqlığını  təmin 

etməli  idi.  BVF-in  Nizamnaməsini  təsdiqləməklə,  konfrans  iştirakçısı  olan 

ölkələr, birincisi,  yeni  valyuta sistemini hüquqi  rəsmiləşdirdi, ikincisi, onun 

əsas  prinsiplərini  və  vəzifələrini  müəyyənləşdirdi.  Sistemin  ən  mühüm 

cəhətlərindən  biri  milli  valyutaların  məzənnələrinin  ABŞ  dollarında  yaxud 

qızılda  (1  troya  unsiyasına  (31,1  qram)  görə  35  dollar)  təsbit  olunması  idi. 

Valyutaların məzənnələri dollara 

515 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə