KitabxanaşÜnasliq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə62/88
tarix08.03.2018
ölçüsü3,72 Kb.
#30859
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

142 
 
yalnız  həmin  dövrün  ümumi  ahəngindən  deyil,  həm  də  real  həyat  tərzindən, 
konkret ictimai-
iqtisadi mühitdən asılı olur.  
Burada tərəqqi ilə yanaşı, xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də 
tamamilə təbii haldır.  
Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi tərəqqisində nisbi 
tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir, elm binası 
heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtəbələr əlavə olunur. Ümumi bir 
yüksəliş var və hər bir ölkənin məqsədi bu yüksəlişdən geri qalmamaqdır.  
Əlbəttə,  biz  bununla  elmin  inkişaf  yolunun  mürəkkəbliyini,  burada  da 
böhranların və inqilabların labüdlüyünü inkar etmək istəmirik. Əsas məqsəd, 
təfərrüatlara  varmadan,  yekun  inkişafın  vahid  istiqamətini  və  müntəzəm 
xarakterini göstərməkdir.  
Lakin  doğrudanmı  elmi  tərəqqinin  həddi-hüdudu  yoxdur?  Bəs  bu 
prosesin məhdudlaşdırılmasına yönəldilmiş amillər necə?  
Elm həm də sosial sahədə vahid və bütöv sistem kimi formalaşır. Elmi 
biliklər sistemi daha artıq elm hadisəsini tam səciyyələndirmək üçün kifayət 
etmir (7, 111). 
N
əyə  görə  insan bütün böyük ümidlərini elmlə  bağlayır,  qarşısına  çıxan 
ç
ətinliklərdən, təhlükələrdən xilas yolunu elmdə  axtarır?  Məgər bu gün 
b
əşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını da, ekoloji böhranı da elm 
yaratmamışdır. Hər bir çətinliyi V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran 
s
əbəbin özündə axtarmaq lazımdır? 
     
İnsan  yaradıcılığının  ən ecazkar məhsulu olan elm getdikcə  insandan 
uzaqlaşır və öz yaradıcılığından asılı olmayan müstəqil qüvvəyə çevrilir. İndi 
elmin kimin 
əlində olmasından çox şey asılıdır. Böyük Füzuli elə bil bu gün 
üçün  demişdi:  «Elm  pis  adamların  əlində  hiyləgərlik alətidir.  Amandır, 
hiyl
əgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün 
c
əlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə 
əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir. Tarixin təkərini geri 
dönd
ərmək, elmi «fəsad əhlinin» əlindən geri almaq mümkün deyil. Ona görə 
d
ə, qarşıda duran böyük vəzifə heç olmazsa bu gün kamal əhlinin elmə daha 
böyük sür
ətlə  yiyələnməsi və  inkişaf  səviyyəsinə  görə  «fəsad  əhlini» 
qabaqlamasıdır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar 
ki, onun ön c
əbhəsi etibarlı əllərdə olsun. 
Elmin ön x
əttinə  çıxmaq üçün isə  ilk növbədə  onu mənimsəmək tələb 
olunur. H
əm də təkcə konseptual məzmun baxımından deyil, sosial və təşkilati 
struktur  baxımından.  Müasir  dövrdə  elmi  adi  şüur  səviyyəsində  idarə  etmək 
mümkün deyil. Onu elmi sur
ətdə  idarə  edə  bilmək üçün isə  elmin  rüşeym 
halından bu günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara 
çıxarmaq və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur. 
Elm n
ə vaxtdan başlanır? 


143 
 
         
1.  Elm  (elmi  bilik)  insanların  ilk  dəfə  «nəyə  görə»,  «hansı  səbəbdən» 
sualını  qoyduğu  vaxtdan  başlanır.  İnsanların  dünya  hadisələrini izah etmək 
c
əhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə 
gör
ə  belədir»  sualını  qoyması  biliklərin bölgüsünə  gətirir;  əməli biliklərlə 
yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada elmin başlanğıcı 
kimi q
əbul oluna bilər. 
Adi şüur adət olunmuş, standart vəziyyətlərdə necə hərəkət etmək lazım 
olduğunu göstərirsə də, bu vəziyyəti şərtləndirən səbəbləri aşkar etmək üçün 
kifay
ət deyil. Bunun üçün adi şüur hüdudundan kənara çıxmaq tələb olunur. 
2. Elm elmi bilikl
ərin  bir  sistem  kimi  formalaşdığı  vaxtdan  başlanır. 
Y
əni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə 
olunan  bilik  üçün  meyara  çevrilir;  artıq  qərarlaşmış  olan  biliklərə  uyğun 
g
əlmək,  onları  tamamlamaq  elmiliyin  şərti  kimi  çıxış  edir.  Yaxud,  ikincisi, 
mövcud bilikl
ər zəminində daha obyektiv  gerçəklikdən yeni faktiki material 
gözl
əmədən  yeni  bilik  almaq  imkanı  yaranır,  başqa  sözlə, mövcud biliklər 
sistemi özü özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. 
İstər  «elm»  sistemi,  istərsə  də,  elmi  inkişaf  prosesi  yalnız  son  illərdə 
xüsusi  tədqiqat  predmetinə  çevrilmişdir  ki,  bu  da  elmin 143ocial  və  iqtisadi 
rolunun  ciddi  surətdə  artması  ilə  əlaqədardır.  Təbii  ki,  tədqiqat  elə  ilk 
mərhələdən sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olmamışdır. 
Bu sahənin tədqiqinə hər dəfə elmin və elmi inkişafın ən müxtəlif cəhətlərini 
öyrənmək  zərurəti  yaranarkən,  qarşıya  çıxan  tələblərin  konkret 
xüsusiyyətlərinə,  spesifikasına  uyğun  olaraq  müraciət  edilmişdir.  Buna  görə 
də, müxtəlif aspektlərdəki tədqiqatlar xeyli dərəcədə rabitəsiz xarakter daşıyır. 
Bununla belə, hələ vahid tədqiqat sistemi formalaşmasa da, bu sahədəki elmi 
işləri bir neçə 143ocial143c tədqiqat istiqamətində qruplaşdırmaq olar. Elmin 
tarixi,  metodoloji,  qnoseoloji,  sosioloji,  iqtisadi,  psixoloji  aspektlərdəki 
tədqiqi, həmçinin onun planlaşdırılması və proqnozu probleminin öyrənilməsi 
– 
hər  biri  ayrılıqda  nisbi  müstəqil  tədqiqat  sahəsi  kimi  götürülə  bilər.  Bu 
sahələrin öz aralarındakı əlaqəsi çox zəifdir. Halbuki elm bütöv 143ocial təşkil 
etdiyindən  onun  müxtəlif  aspektlərdəki  tədqiqi  də  vahid  terminoloji  əsasa 
malik olmalı, sistemli xarakter daşımalıdır. Ayrı-ayrı tədqiqat qollarının ortaq 
məxrəcə  gətirilə  bilməsi  üçün  tədqiqat  predmeti  haqqında  vaxtaşırı  da  olsa 
bütöv təsəvvür əldə edilməsi vacibdir. Bu tələbatı ödəmək üçün son vaxtlarda 
elmin müxtəlif istiqamətlərdə öyrənilməsindən alınan nəticələri vahid tədqiqat 
sahəsində – elmşünaslıqda birləşdirmək təşəbbüsü göstərilir. 
 
 
 
 
 
 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə