Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

 
61
heç bir tədqiqatçı bizi insanin beyin aparatı ilə EHM-i eyniləşdirmək-
də ittiham etməz.  
Etika qaydalarına tam uyğun olmasa da, qeyd etmək istıyirik 
ki, A.Leontyevin N.Xomskiyə qarşı irəli sürdüyü bu iradın səmimi-
liyi bir qədər  şübhə doğurur. Yəni təsəvvür etmək çətindir ki, o, 
N.Xomskinin insanın beyin aparatı ilə EHM-i tam eyniləşdirməsinə 
səmimiyyətlə inanmışdır. 
§1.13.4.  N.Xomskiyə qarşı irəli sürülən bəzi haqsız iradlarla 
razılaşmasaq da, qeyd edək ki, onun konsepsiyasında zəif yerlər 
çoxdur. Ən zəif məqamlardan biri isə odur ki, dil struktur vahidləri-
nin mənimsənilməsi prosesini şərh edərkən tədqiqatçı dilin koqnitiv 
bazasına istinad edir. Uşaqlar tərəfindən dilin mənimsənilməsi və 
analizi ilə bağlı koqnitiv vasitələrin necə formalaşdığını müəyyənləş-
dirməyə çalışan N.Xomski belə yazır:“Dili mənimsəyə bilmək üçün 
uşaq ilk növbədə istənilən insani dilin qrammatikasının formalaş-
masına imkan verən linqvistik nəzəriyyəni, ikincisi isə müvafiq 
qrammatikanın seçilməsi strategiyasını mənimsəməlidir ki, bu da dil 
ilə bağlı ilkin məlumatlara ekvivalentdir. Ümumi linqvistikanın pers-
pektiv məsələsi kimi biz dilin mənimsənilməsinin əsasını təşkil edən 
anadangəlmə linqvistik nəzəriyyənin  şərhi məsələsini qoya bilərik 
(qeyd edək ki, biz yenə “nəzəriyyə” terminindən – bu halda “konkret 
dilin nəzəriyyəsi” yox, ümumiyyətlə “dil nəzəriyyəsi” mənasında – 
sistematik olaraq iki mənada istifadə edirik: həm müəyyən tipdən 
olan dilin uşaq tərəfindən mənimsənilməsinin ilkin bazisi mənasında, 
həm də bu ilkin bazisin linqvistlər tərəfindən şərhi mənasında)”
1
.    
Əvvəldə də qeyd etdiyimiz kimi, əgər N.Xomski eyni məsələ-
ləri ondan 30 il əvvəl müvəffəqiyyətlə analiz edən L.Vıqotski və 
onun davamçılarının (əsasən psixoloqların) əsərləri ilə tanış olsaydı, 
çox güman ki, belə bir səhvə yol verməzdi və bu istiqamətdə 
araşdırma aparan bütün tədqiqatçıların tənqid hədəfinə çevrilməzdi. 
§1.13.5. Dil ilə bağlı anadangəlmə biliklər ideyasını psixoloji 
baxımdan tənqid edən A.R.Luriya əsası L.Vıqotski tərəfindən qoyu-
                                                 
1
 Хомский Н. Аспекты теории синтаксиса. М., 1972, c. 28. 
 
62
lan və A.N.Leontyev tərəfindən inkişaf etdirilən psixoloji fəaliyyət 
nəzəriyyəsinin müəllifidir və məlum olduğu kimi, A.Leontyev “Nitq 
fəaliyyəti nəzəriyyəsi”ni işləyib hazırlayarkən məhz A.N.Leontyev 
və A.R.Luriyanın bu nəzəriyyəsindən çıxış etmişdir.  
A.R.Luriyaya görə, belə düşünməyə  əlimizdə heç bir əsas 
yoxdur ki, “dilin dərin strukturları” birbaşa olaraq “fikrin” (mund) 
əsas kateqoriyalarını  əks etdirir; qrammatik strukturların intuitiv 
şəkildə “tanınması”(competence) onların tətbiqindən(performance) 
əsaslı surətdə  fərqlənir; dil struktur vahidlərindən istifadə intuitiv 
“bilikdən” asılıdır
1

Fikrin dildə ifadəsi məsələsinə gəlincə, A.R.Luriya J.Piajenin 
aparmış olduğu çoxsaylı  təcrübə  və eksperimentlərə istinad edərək 
göstərir ki,burada birbaşa əksolunmadan söhbət gedə bilməz. Çünki 
qeyri-dil gerçəkliyi dil işarələri ilə birbaşa deyil, vasitəli formada, 
çevrilmiş şəkildə əks olunur.  
A.R.Luriya belə hesab edir ki, dilin genetik köklərini dilin 
özündə axtarmaq lazım deyil, bu kökləri insanın elə fəaliyyətlərində 
axtarmaq lazımdır ki, orada “obyektiv gerçəklik əks olunur və ona 
ekvivalent olaraq subyektiv gerçəklik yaranır”
2
.   
§1.13.6.  Qeyd edilən çatışmazlıqlarına bəzən haqlı, bəzənsə 
haqsız olaraq tutulan iradlara baxmayaraq, N.Xomskinin psixolinq-
vistikası psixologiya və linqvistikanın əməkdaşlığı tarixində tamami-
lə yeni mərhələ idi. İlk dəfə olaraq burada linqvistika metodoloji 
sxem kimi psixologiyanın ideyalarından istifadə etmədi,  əksinə, 
qrammatik cəhətdən düzgün cümlə qurmağın psixoloji sxemlərini 
yaratdı. 
N.Xomskinin psixolinqvistikası o qədər populyarlıq qazan-
mışdı ki, bəzi alimlər, o cümlədən C.Miller N.Xomskinin irəli sürdü-
yü cümlənin yaranması ideyasını psixoloji cəhətdən əsaslandırmağa 
çalışmışdı
3
. Təsadüfi deyil ki, bir elm sahəsi kimi psixolinqvistikanın 
                                                 
1
 Лурия А.Р.Научные горизонты и философские тупики... с. 147.  
2
 Yenə orada, s. 148. 
3
 Миллер Дж., Галентер Е., Прибрам К. Планы и структура поведения... М., 1967.  


 
63
yaradıcısı hesab olunan Ç.Osqud N.Xomskinin transformativ qram-
matikasını linqvistikada elmi inqilab adlandırmış və onun geniş şərhi-
ni vermişdi
1
.  
§1.13.7. Bununla belə, N.Xomskinin psixolinqvistik mövqeyi-
ni tənqid edənlər daha çoxdur və ümumiləşdirmə yolu ilə onları 3 
qrupa ayırmaq olar. 
Birincilər N.Xomskinin psixolinqvistik görüşlərini sırf psixo-
loji baxımdan tənqid edənlərdir ki, bu qrupda ilk növbədə J.Piaje və 
onun psixoloji məktəbinin adını çəkmək olar. Artıq qeyd etdiyimiz 
kimi, J.Piaje dilin mənimsənilməsinin, koqnitiv vasitələrinin anadan-
gəlmə xarakteri ilə bağlı N.Xomskinin irəli sürdüyü mülahizənin heç 
bir real psixoloji-eksperimental əsasının olmadığını göstərir. Doğru-
dur, bu mövqeyi (yəni, hər psixoloji prosesin müşahidə oluna bilən 
psixoloji-eksperimental əsasının olması) ilə J.Piaje behaviorizm və ya 
neobehaviorizmin astanasında dayanır. Amma heç bir psixoloji-
eksperimental  əsası  nəzərə almadan da, sadəcə sağlam məntiqə 
əsaslanmaqla belə demək mümkündür ki, əgər dilin mənimsənilmə-
sinin koqnitiv vasitələri anadangəlmə xarakter daşısaydı, o halda hələ 
dil açmadan, ən ilkin körpəlik dövründən yad dil mühitinə düşən 
uşaqlarda düşdüyü mühitin dilini mənimsəməklə bağlı problemlər 
yaranardı. Praktika isə tamamilə bunun əksini göstərir. Yəni bioloji 
baxımdan öz ana dili olmayan,  tamamilə  fərqli bir dil mühitində 
(sosial mühitdə) dil açan körpə düşdüyü mühitin dilini ana dili kimi 
mənimsəyir və bu zaman heç bir çətinlik çəkmir. Həmin uşaq 
düşdüyü mühitin dilini mənimsəmə baxımından onunla eyni vaxtda 
bu sosial mühitdə dil açan həmyaşıdlarından heç bir cəhəti ilə fərq-
lənmir.  
Ikincilər məhz sosial təsir faktoruna əsaslanır və N.Xomskinin 
məlum konsepsiyasını sosiallaşdırmaqla nitq fəaliyyəti ilə bağlı yeni 
ideyalar formalaşdırmağa cəhd göstərirlər. Bu qrupun ən aktiv nü-
mayəndəsi öz həmfikirlərini “International Journal of Psycholinguis-
tics” məcmuəsi ətrafında cəmləşdirən T.Salama-Kazakudur.  
                                                 
1
 Osgood Ch.E. Psycholinguistik // Psycholinguistik. Darmstadt, 1980, s. 46-72. 
 
64
T.Salama-Kazakunun irəli sürdüyü əsas müddəaya görə, 
psixolinqvistika dili onun reallaşdığı müxtəlif formalar, yəni “verilən 
məlumatlar”, danışan və dinləyən şəxslər arasında müxtəlif vəziyyət-
lərdə mövcud olan “münasibətlər” əsasında öyrənir
1
.T.Salama-Kaza-
kunun bu fikrinə əsaslanmaqla belə bir qənaətə gəlmək olar ki, psixo-
linqvistika aktiv və passiv kommunikantların ünsiyyəti prosesində 
real linqvistik varlıq kimi mövcud olan dil faktlarını qeydə alır. Başqa 
sözlə desək, psixolinqvistik araşdırmalarda kommunikantlar arasında 
reallaşan konkret münasibətlər  şəraitində mövcud olan dil faktları 
tədqiq edilir. Psixolinqvistik tədqiqatın yeni nəzəri sxemini təklif 
edən T.Salama-Kazaku bu sxemi Ç.Osqudun behaviorist analiz 
sxeminə və N.Xomskinin obyektiv neobehaviorizminə qarşı qoyur: 
“sırf insani fenomen olan dil şüurla idarə olunur, o, sosial determi-
nasiya prizmasından baxmaqla bütün psixoloji həyatın məcmusuna 
münasibətdə öyrənilməli və şərh olunmalıdır, eyni zamanda nəzərə 
alınmalıdır ki, dil psixoloji fəaliyyət baxımından böyük əhəmiyyət 
kəsb edir və anatomik-fizioloji aktivliyin məhsuludur”
2
.  
Bu ümumi sxem əsasında T.Salama-Kazaku nəzəri analizin 
konkret metodunu müəyyənləşdirir və onu dinamik-kontekstual me-
tod adlandırır. Adından da göründüyü kimi, bu metod iki prinsipə 
əsaslanır ki, onlardan birincisi dinamik, ikincisi isə kontekstual prin-
sipdir.  
Birinci prinsip nitqi yaranma prosesində, dinamik vəziyyətdə 
nəzərdən keçirməyi tələb edir.Dinamika deyərkən, nitqin özünün 
zaman daxilində yaranması, kommunikantların fəaliyyətinin tərkib 
hissəsi kimi bu ümumi fəaliyyətdən asılılığı və ən nəhayət, təkamül 
dinamikası, yəni uşaq tərəfindən dilin mənimsənilməsi nəzərdə 
tutulur
3
. Dinamik-kontekstual metodun ikinci prinsipi ünsiyyətin 
müxtəlif aspektlərinin ümumi kontekst daxilində öyrənilməsini tələb 
                                                 
1
 Салама-Казаку  Т.  Методология  психолингвистики  и  некоторые  ее  примечания  // 
Психолингвистика за рубежом. Москва, 1972, с. 25. 
2
 Yenə orada, s. 24-25. 
3
 Yenə orada, s. 27. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə