Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

 
73
mahiyyəti bundan ibarətdir kinitq yaradıcılığı prosesinin predmeti 
cümlə, söyləm, yaxud mətn yox, bu prosesin özü, vahidi psixoloji 
fəaliyyətdir, metodologiyası isə nitq yaratma əməliyyatı statusuna 
malikdir. 
Bu fikirdəki taftologiyanı  nəzərə almasaq belə, predmeti 
proses(cümlə,söyləm, mətn yox), vahidi fəaliyyət, metodologiyası 
əməliyyat olan bir nəzəriyyənin dilçiliklə, linqvistika ilə bağlı tədqi-
qat aparmasını ehtimal etmək belə mümkün deyil. 
İkinci. Sovet psixologiyasında bütün fəaliyyətlər motivləşmiş 
və məqsədyönlüdür. Bunun nitqə şamil olunmasını belə başa düşmək 
lazımdır ki, qeyri-dil mahiyyəti daşıyan müəyyən tapşırıq vardır və 
dil vasitələrinin köməyi ilə reallaşan nitq fəaliyyəti məhz həmin 
tapşırığın həlli məqsədi ilə  həyata keçirilir. Söyləm və  mətn ilk 
növbədə belə bir tapşırığın həllinə xidmət edən prosesdir və yalnız 
bundan sonra həmin tapşırığın həllinin nəticəsi və ya məhsuludur”
1

İkinci fərqin izahına “Sovet psixologiyasında bütün fəaliyyət-
lər motivləşmiş və məqsədyönlüdür” - deyə başlayan A.Leontyevin 
bu pafosu “Sosialist əməyinə eşq olsun!” şüarı qədər bayağı, məntiq-
siz və utandırıcıdır. Dünyanın heç bir yerində “Kapitalist əməyinə 
eşq olsun!” şüarı olmadığı kimi, “motivləşməyən və  məqsədyönlü 
olmayan fəaliyyət” də nəinki insanda, birhüceyrəli canlı olan amöb-
də, infizor tərlikdə belə yoxdur.  
İkinci fərqin izahındakı fikrin davamı V.Humboldtun “Dil ölü 
məhsul (Erzeugnes) kimi yox, yaradıcı proses kimi (Erzeugung) 
nəzərdən keçirilməlidir… Əsas mahiyyəti baxımından dil həm stabil, 
həm də daima dəyişəndir… Dil – fəaliyyətin məhsulu(Ergon) yox, 
fəaliyyətin(Energeia) özüdür”
2
 fikrinin  müəyyən qədər genişləndiri-
lərək yeni redaktədə verilməsindən başqa bir şey deyil. Belə mü-
lahizələr əsasında qurulan nəzəriyyənin həm məntiqiliyi və elmiliyi, 
həm də orijinallığı şübhə doğurmaya bilməz.    
                                                 
1
 Леоньтев А.А. Эвристический принцип в восприятии, порождении и усвоении речи // 
Вопросы психологии 1974, № 5. 
2
 Гумбольдт В. Избранные труды по языкознанию, М., 1984,с. 69-70. 
 
74
Üçüncü. Bizim üçün  prosesin hansı vahidlərdən yarandığının 
müəyyənləşdirilməsi daha vacibdir, nəinki onun məhsulunun hansı 
elementlərə parçalamağın mümkünlüyü. Dilin real sistemi dil vahid-
lərinin saxlandığı anbarın daxilən planlaşdırılması yox, bu vahidlərin 
mövcudluğunu şərtləndirən fəaliyyət prosesində onların işlək vəziy-
yətdə təşkili və qarşılıqlı əlaqəsidir.... 
Buradan  dördüncü fərq meydana çıxır. Bütün fəaliyyətlər 
kimi nitq fəaliyyəti də məqsəd və hədəflərə uyğun şəkildə təşkil olun-
muşdur. O, özünəməxsus “başlanğıc qüvvəsinə” (kommunikativ mə-
ram), məqsədə yönələn mərhələlər ardıcıllığını təmin edən funksional 
bloklar sisteminə və nəhayət, müəyyənləşdirilmiş məqsədə nail olub 
son məhsulu əldə etmək üçün sərəncamımızda olan alət və vasitələrə 
malikdir. Dil məhz bu alət və vasitədir. Amma indicə haqqında bəhs 
edilən funksional bloklar sistemi çərçivəsində biz heç də Xomskinin 
və ya Millerin 60-cı illərdə yazdığı  əsərlərdə olduğu kimi mütləq 
şəkildə alqoritmik qaydalara uyğun  şəkildə davranmağa, dəyişməz 
əməliyyat sxeminə tabe olmağa məcbur deyilik. İstənilən fəaliyyət, o 
cümlədən nitq fəaliyyəti öz mahiyyəti baxımından evristik xüsusiy-
yətə malikdir ...”
1
.           
A.Leontyev tərəfindən üçüncü fərq kimi təqdim olunan və 
dördüncü fərqin  əvvəlində söylənilən mülahizələr,  əslində, ikinci 
fərqin əlavəsi və dördüncü fərqin son cümləsində verilən əsas fikrə, 
yəni “nitq fəaliyyəti öz mahiyyəti baxımından evristik xüsusiyyətə 
malikdir” fikrinə keçid mahiyyəti daşıyan tramplindir. “Evristik” 
termininin A.Leontyevin özü tərəfindən verilən izahını yada salsaq, 
“evristik prinsip subyеkt tərəfindən optimal hеsab olunan nitqyarat-
ma üsulundan istifadə olunmasıdır”
2
 və burada L.Şerbanın “bəzən 
danışarkən indiyə  qədər hеç  еşitməmiş  оlduğumuz fоrmalardan, 
lüğətlərdə  оlmayan sözlərdən istifadə  еdir..., tamamilə  yеni birləş-
                                                 
1
 Леоньтев А.А. Эвристический принцип в восприятии, порождении и усвоении речи // 
Вопросы психологии 1974, № 5. 
2
 Леонтьев  А.А.  Психолингвистические  единицы  и  порождение  речевого  высказыва-
ния. Москва, Наука, 1969, с. 265. 


 
75
mələr yaradırıq
1
” fikrini xatırlatsaq,  əlavə izahat və  şərhə  gərək 
qalmadan məlum olur ki, A.Leontyevin bu fikri nə qədər orijinaldır. 
O da məlum olur ki, ikinci fərqlə bağlı söylədiyimiz fikirlə heç də 
ifrata varmamışıq.  
Adının da tələb etdiyi kimi, dilin psixoloji problemləri ilə məş-
ğul olan psixolinqvistika və ya Azərbaycan dilində desək, psixoloji 
dilçik elminin üçüncü nəsli hesab edilən “Nitq fəaliyyəti nəzəriyyə-
si”nin yaradılması yolunda bir çox tədqiqat və tədqiqatçıların dilçilik 
elmi, o cümlədən də  psixolinqvistika  və ya psixoloji dilçik elmi 
isitiqamətində qazandığı  uğurların üstündən qələm çəkməyə  cəhd 
göstərilsə də, əsl elmi həqiqətləri danmağın mümkün olmadığını gö-
rürük. Belə ki, “Nitq fəaliyyəti nəzəriyyəsi”nin digər psixolinqvistik 
nəzəriyyələrdən fərqini və üstünlüyünü ciddi-cəhdlə göstərməyə 
çalışan A.Leontyev, onun N.İ.Jinkin, A.N.Sokolov, E.F.Tarasov, 
N.F.Ufimtseva kimi tərəfdarları  və çoxsaylı davamçıları 1) digər 
psixolinqvistik nəzəriyyələrdə amansızcasına tənqid etdikləri 
“səhvləri” özləri də təkrarlamış, 2) bəzi hallarda metodoloji səhvlərə 
yol vermiş və 3) hətta aid olduqları məktəbin psixolinqvistik məktəb 
sayılmasını  şərtləndirən  ən başlıca kriteriyaları pozmaqdan belə 
çəkinməmişlər. 
§1.15.2. Buradaca qeyd edək ki, A.Leontyevin tədqiqat vahidi 
ilə bağlı yuxarıda dedikləri L.Vıqotskiyə istinadən söylənən fikir 
əsasında qismən aydın görünür. Amma sırf onun özünə aid olan 
başqa bir şərhdə tamamilə anlaşılmaz və bir qədər də elmilikdən uzaq 
şəkildə göstərilir ki, nitq fəaliyyətinin psixolinqvistik vahidlərinin 
tam nomenklaturasını vermək mümkün deyil və buna ehtiyac da 
yoxdur, vacib olan kriteriyaların müəyyənləşdirilməsi və bu məqsəd-
lə məhdudiyyətlərin qoyulmasıdır. A.Leontyevə görə, birinci məhdu-
diyyət ondan ibarətdir ki, vahidlər  əsasında analiz yalnız fəaliyyət 
şəklində mövcud olan sistemli obyektlərə  tətbiq edilə bilər.  İkinci 
məhdudiyyət ondan ibarətdir ki, psixolinqvistik vahidlər bir fazadan 
digər fazaya keçidi təmin edən elementar fəaliyyətlərdir və A.Leont-
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград,«Наука», 1974. с. 24. 
 
76
yev onları model vəziyyətləri adlandırır. Psixolinqvistik vahidlərin 
müəyyənləşdirilməsi baxımından ən başlıca məhdudiyyəti isə, o, belə 
şərh edir: “Biz hansısa abstrakt, yalnız müəyyən şərtlər daxilində işə 
düşən statik sistemin (dili nəzədə tutur – M.B.Əsgərov) quruluşunu 
yox, konkret fəaliyyətin strukturunu analiz edirik. Buna görə də nitq 
fəaliyyətinin modelləşdirilməsindən danışarkən, məhz hansı 
fəaliyyəti nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik”
1

“Nitq fəaliyyəti nəzəriyyəsi”nin yaradıcı və tərəfdarları psixo-
linqvistik problemlərə sırf psixoloji mövqedən yanaşanları, o cümlə-
dən də H.Şteyntalı tənqid atəşinə tutsalar da, yuxarıda deyilən fikir-
lərə istinadən onların da eyni mövqedə dayandıqları aydın görünür. 
Hətta bu məktəbin aparıcı qüvvələrindən olan E.F.Tarasovun “Nitq 
fəaliyyəti nəzəriyyəsi” nitq fəaliyyəti prosesinin analizinə linqvistik 
mövqedən yox, sırf psixoloji mövqedən yanaşır”
2
 şəklində açıq etira-
fından sonra əlavə polemika açmağa və ya nəyi isə sübut etməyə 
ehtiyac belə qalmir.   
§1.15.3. “Nitq fəaliyyəti nəzəriyyəsi”nin ontologiya, obyekt və 
predmeti məsələlərini şərh edən E.F.Tarasov yazır: “Artıq qeyd etdi-
yimiz kimi, nitq fəaliyyəti nəzəriyyəsinin tədqiqat predmeti dilin 
yaranması, başa düşülməsi və mənimsənilməsi prosesləridir, tədqiqa-
tın vahidi psixoloji proses, nitqin analiz kateqoriyası isə psixoloji 
kateqoriyadır, dilçilik kateqoriyası deyil və bu səbəbdən də  fəaliy-
yətin hansı dil elementlərindən ibarət olması  əksər hallarda ikinci 
dərəcəli məsələdir (kursiv bizimdir – M.Əsgərov). Nitq söyləmi 
(vıskazıvanie) – kommunikantın qeyri-nitq tapşırığının həllinə xidmət 
edən prosesdir; nitq söyləminin funksionallığı, uğurluluğu ekstralin-
qvistik kriteriyalar əsasında müəyyənləşdirilir. Dilin psixolinqvistik 
sistemi – müəyyənləşdirilməsi, təsvir olunması və əyani şəkildə nü-
mayiş etdirilməsi asan olan elementlərdən əmələ gələn sistem yox, 
onun yaranma, anlaşılma və mənimsənilmə proseslərini reallaşdıran 
                                                 
1
 Леонтьев  А.А.  Психолингвистические  единицы  и  порождение  речевого  высказыва-
ния. Москва, Наука, 1969, с. 37.   
2
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987, s. 97. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə