Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

 
77
vahidlərindən  əmələ  gələn real sistemdir. Hər cür məqsədyönlü 
fəaliyyət kimi nitq fəaliyyəti də məqsəd, şərait və vasitələrdən asılı 
olduğuna görə həmişə eyni şərt, qayda və sxemlər əsasında baş verə 
bilməz, öz təbiəti etibarilə o, evristikdir. Bu qısa şərhdə ontologiya, 
predmet və obyektin analizinə yanaşmanın evristikliyi göstərilmişdir. 
Qeyd edək ki, bütün psixolinqvistik məktəblərin antoloji mənzərəsi 
müxtəlif şəkildə qurulmuşdur”
1

Həqiqətən də, linqvistika və psixologiya elmlərinin kəsişmə 
nöqtəsində yaranan ayrı-ayrı fikir, mülahizə və istiqamətlərdən, onla-
rın şərhlərindən, psixolinqvistik məktəb və istiqamətlərlə bağlı bura-
ya qədər verilən qısa xülasələrdən də göründüyü kimi, yaradıldığı 
gündən etibarən ilkin məqsədi dilin psixoloji problemlerini və ya dil 
ilə bağlı psixoloji problemləri öyrənmək olan psixolinqvistika inkişa-
fının bəzi mərhələlərində qeyd edilən problemlərin həllinə maksi-
mum dərəcədə yaxınlaşmış, bəzi mərhələlərində isə kifayət qədər 
uzaqlaşmışdır. Hətta ilk baxışdan bu və ya digər konkret nitq, mətn 
və söyləmin şərhinə həsr olunan psixolinqvistik tədqiqat əsərlərində 
belə,  əksərən sırf psixoloji problemlərin həlli məsələləri nəzərdən 
keçirilmiş, linqvistik məsələ və problemlərinin qoyuluşuna belə ehti-
yac duyulmamışdır.     
§1.15.4.  Unutmaq olmaz ki, “Nitq fəaliyyəti nəzəriyyəsi”nin 
ideya atalarından biri hesab olunan E.F.Tarasovun da qeyd etdiyi 
kimi, “hər bir psixolinqvistik məktəbin nəzəri təsəvvürü nitq vahidlə-
rinin yaranması  və başa düşülməsi prosesinə, ünsiyyət prosesinə, 
uşaq tərəfindən dilin mənimsənilməsi prosesinə, eləcə də dilin quru-
luşuna və nitq söyləminin strukturuna linqvistik baxış əsasında for-
malaşır. Beləliklə, hər bir psixolinqvistik məktəbin anlayışlar aparatı 
psixoloji və linqvistik fraqmentdən ibarət olur. Hər bir psixolinqvistik 
məktəbin özünəməxsusluğu psixoloji fraqmentlərin bazisi rolunda çı-
xış edən psixoloji nəzəriyyə və linqvistik fraqmentlərin yaranmasında 
istifadə edilən linqvistik təsəvvürlər əsasında formalaşır”
2

                                                 
1
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987,  s. 129. 
2
 Yenə orada, s.  8-9. 
 
78
Gətirilən arqumentlər və əksəriyyəti bu nəzəriyyə tərəfdarları-
nın şəxsi etiraflarına əsaslanan sübutlar “Nitq fəaliyyəti nəzəriyyəsi”-
nin psixolinqvistik nəzəriyyə olması  məsələsini belə  şübhə altına 
almağa əsas verir. Əvvəla, ona görə ki, bu nəzəriyyədə “dilin qurulu-
şuna və nitq söyləminin strukturuna linqvistik baxış” mövcud deyil, 
ikincisi, bu “məktəbin özünəməxsusluğunu göstərən psixoloji fraq-
mentlərin bazisi rolunda çıxış edən psixoloji nəzəriyyə” mövcud olsa 
da, “linqvistik fraqmentlərin yaranmasında istifadə edilən linqvistik 
təsəvvürlər” müşahidə olunmur. Dilə sırf psixoloji mövqedən yanaş-
maq və nitq fəaliyyətini insana məxsus olan digər psixoloji fəaliyyət-
lərlə eyni sıraya qoymaq öz-özlüyündə müsbət hal olsa da, psixo-
logiya elmi üçün müəyyən pozitiv nəzəri nəticələr versə də, linqvistik 
baxımdan bu nəzəriyyənin əhəmiyyəti böyük deyildir.  
 
§ 1.16. Birinci fəsil üzrə nəticə və təkliflər 
 
Psixolinqvistikanın bir elm sahəsi kimi formalaşması tarixinə 
qədər dil və psixologiyanın kəsişmə nöqtəsində, eləcə  də psixolin-
qvistikanin yaranmasının rəsmən elan olunduğu tarixdən bu günə 
qədər qeyd edilən istiqamətdə aparılan, az və ya çox dərəcədə əhə-
miyyət daşıyan araşdırmaların ilkin analizinin nəticəsi kimi belə bir 
qənaətə gəlmək olar ki, istinad edilən psixoloji və linqvistik əsaslar, 
tətbiq olunan metodologiyalar, sırf psixoloji və linqvistik problemlə-
rin qoyuluşu və həllinə münasibət baxımından bir-birindən az və ya 
çox dərəcədə  fərqlənən 3 psixolinqvistik istiqamət və ya məktəb 
mövcud olmuşdur. Bu parametrlər baxımından həmin psixolinqvistik 
istiqamət və ya məktəblərin qısa xarakteristikası aşağıdakı kimidir. 
§1.16.1.  Behaviorizm adlandırılan və yaradıcısının Ç.Osqud 
olduğu qəbul edilən birinci psixolinqvistik istiqamətin və ya məktə-
bin istinad etdiyi psixoloji əsaslar D.Uotson tərəfindən irəli sürülən 
“stimul-reaksiya” sxemi, linqvistik əsasları L.Blumfild tərəfindən 
irəli sürülən “dilin tənzimləmə funksiyası”dır.  
Behaviorizm tərəfindən tətbiq olunan metodologiyalar sırf 


 
79
psixoloji metodologiyadır. Qoyulan və  həll olunan problemlər sırf 
psixoloji mahiyyət daşıyır. 
§1.16.2.  Neobehaviorizm adlandırılan, yaradıcısının Ç.Osqud 
və N.Xomski olduğu qəbul edilən ikinci psixolinqvistik istiqamətin 
və ya məktəbin istinad etdiyi psixoloji əsaslar Ç.Morrisin irəli sürdü-
yü “stimul-dispozisya-reaksiya” sxemi, linqvistik əsasları N.Xomski 
tərəfindən irəli sürülən “transformativ qrammatika” nəzəriyyəsidir.  
Neobehaviorizmin ilkin mərhələsində tətbiq olunan metodolo-
giyalar sırf psixoloji metodologiyadır. Bununla belə, N.Xomski tərə-
findən linqvistik metodologiyanın işlənib hazırlanmasına cəhd göstə-
rilmişdir. N.Xomski qismən buna nail olsa da, yaradıcı qrammatika-
nın koqnitiv kökləri ilə bağlı bağışlanılmaz səhvə yol verilməklə ya-
radılmış metodologiyanın elmi dəyərini, az qala, heçə endirilmişdir. 
Qoyulan və həll olunan problemlər C.Morris, Ç.Osqud, J.Piaje 
xətti üzrə sırf psixoloji, C.Miller, N.Xomski, T.Salama-Kazaku xətti 
üzrə  həm psixoloji, həm də linqvistik, yəni qismən də olsa, adına 
uyğun şəkildə psixo-linqvistik mahiyyət daşıyır. 
§1.16.3. Nitq fəaliyyəti nəzəriyyəsi” adlandırılan və yaradıcısı-
nın A.Leontyev olduğu qəbul edilən üçüncü psixolinqvistik istiqamə-
tin və ya məktəbin istinad etdiyi psixoloji əsaslar L.Vıqotskinin və 
A.R.Luriyanın irəli sürdüyü “fəaliyyət nəzəriyyəsi”dir. 
Linqvistik  əsaslar kimi L.Vıqotski tərəfindən “işə çevrilmiş 
söz”, A.Leontyev tərəfindən isə “real və virtual işarə” anlayışları irəli 
sürülsə də, linqvistik əsasların yalnız adda mövcud olduğunu desək, 
heç də səhv etmərik. “Nitq fəaliyyəti nəzəriyyəsi”nin əsas metodolo-
giyası  sırf psixoloji metodologiyadır. Linqvistik əsasların psixolin-
qvistik tədqiqatlar üçün qəbuledilməzliyindən danışan E.F.Tarasovun 
fikrincə,“eksperimental şəkildə aparılan psixolinqvistik tədqiqatların 
əsasında heç bir linqvistik təsəvvür dayana bilməz”
1
.  
“Nitq fəaliyyəti nəzəriyyəsi”nin tətbiqi ilə nəzərdən keçirilən 
və həll olunan bütün problemlər, artıq dəfələrlə qeyd edildiyi kimi, 
sırf psixoloji mahiyyət daşıyır və E.F.Tarasovun fikrincə, “psixolin-
                                                 
1
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987, c.136.  
 
80
qvistik araşdırma aparan tədqiqatçılara “Sizin işinizin əsasında hansı 
linqvistik nəzəriyyə dayanır?” deyə sual vermək belə qanunauyğun 
sayılmamalıdır”
1
.   
§1.16.4  Behaviorizm və neobehaviorizm nəzəriyyələri, eləcə 
də nitq fəaliyyəti nəzəriyyəsi əsasında ilk baxışdan konkret nitq, mətn 
və ya söyləmin  şərhinə  həsr olunan tədqiqat  əsərlərində belə, sırf 
psixoloji problemlərin həlli birinci dərəcəli əhəmiyyət daşıyan məsə-
lələr kimi ön planda dayanır. Aparılan bütün psixolinqvistik araşdır-
maların hər sətrində, hər cümləsində aydınca görünür ki, linqvistik 
problemlərə ikinci dərəcəli məsələlər kimi baxılır, psixolinqvistik 
araşdırmalarda onların həlli o qədər də əhəmiyyətli hesab olunmur.  
Psixolinqvistikada ilkin meyar və ya apellyativ vahid olaraq 
söz götürülür, düşünmə və təfəkkür proseslərinin, dolyası ilə də dər-
ketmə prosesinin əsasında nitqin və ya dilin dayandığı iddia edilir. 
Belə bir mövqe, təbii ki, dilin və nitqin adekvat analizinin önünə sədd 
çəkir. Həqiqətən də, ilkin meyar və apellyativ vahid əsasında prosesi 
izah etmək olar. Amma proses əsasında apellyativ vahid və ilkin 
meyarın izahı mümkün deyildir. 
Məhz bu səbəbdəndir ki, psixolinqvistika öz tədqiqat obyekti 
olan nitqin yaranma və  mənimsənilmə proseslərinin mexanizmini 
şərh edərkən yalnız psixoloji məsələlərə toxunur. Linqvistik məsələ-
ləri isə ümumiyyətlə şərh edə bilmir. Buna görə də “Nitq fəaliyyəti 
nəzəriyyəsi nitq fəaliyyəti prosesinin analizinə linqvistik mövqedən 
yox, sırf psixoloji mövqedən yanaşır”
2
 kimi  açıqlamalarla bu çatış-
mazlığı ört-basdır etməyə cəhdlər göstərilir. 
Nitq fəaliyyəti prosesinin analizinə  sırf psixoloji mövqedən 
yanaşan, sadəcə psixoloji məsələlərin həllinə  cəhd edən, linqvistik 
məsələlərə isə ümumiyyətlə əhəmiyyət verməyən bu elmi istiqamətin 
nə üçün “psixolinqvistika” və ya “psixoloji dilçilik” adlandırılması-
nın məntiqi və məramı aydın deyildir.  
 
                                                 
1
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987,  s. 135 
2
 Yenə orada, s.  97 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə