Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

 
65
edir. Burada ümumi kontekst deyərkən, həm ümumi sosial-tarixi 
şərait, həm kommunikant ətrafında cərəyan edən konkret vəziyyət, 
həm də hər bir nitq elementinin daxil olduğu sintaktik bütövlər nəzər-
də tutulur. Hər bir konkret nitq elementi ümumi dil sistemi daxilində 
nəzərdən keçirilməli, konkret faktlar ümumi mətndən ayrıl-
mamalıdir
1
.  
Daha çox sosiolinqvistik tədqiqatların bazisi mahiyyəti daşı-
yan bu metodun psixolinqvistik yönlərini ön plana çəkən T.Salama-
Kazaku yazır: “Psixolinqvistik tədqiqatlarda dinamik-kontekstual 
metoddan istifadə edərkən nəzərə almaq lazımdır ki, dil faktları 
fərdlərin (danışanın və dinləyənin) fiziki vəziyyəti ilə əlaqəli şəkildə 
nəzərdən keçirilməli və şərh olunmalıdır... Emosionallıq (affektivlik), 
müasir psixoloji mənası ilə “motivləşmə” (maraq, ehtiyac, 
tendensiya), temperamentin növü və psixoloji vəziyyətin (yorğunluq, 
kədər və s.) ümumi və spesifik çalarları ifadə vasitələrinin seçilmə-
sində böyük rol oynayır. Psixolinqvistik tədqiqatlarda nəinki bu 
cəhətlər nəzərə alinmalıdır, hətta unutmaq olmaz ki, belə  tədqiqat-
ların düzgün və adekvat aparılmasının yeganə yolu məhz bu cəhət-
lərin araşdırılmasıdır”
2

Üçüncülər isə N.Xomskinin psixolinqvistik mövqeyini bütün-
lükdə tənqid atəşinə tutan, istər psixoloji mövqe, istərsə də linqvistik 
meyar baxımından ondan fərqləndiklərini iddia edən sovet psixolin-
qvistləri idi. Sovet psixolinqvistlərinin  ən tanınmış nümayəndəsi 
A.Leontyev, onun irəli sürdüyü psixolinqvistik nəzəriyyə isə “Nitq 
fəaliyyəti nəzəriyyəsi”dir. 
 
§ 1.14. A.A.Leontyevin psixolinqvistik görüşləri 
 
A.Leontyev öz psixolinqvistik tədqiqatlarını  əvvəldən sona 
qədər Ç.Osqud və N.Xomskinin tənqidi ilə başlayıb, onunla da bitirir.  
                                                 
1
 Салама-Казаку  Т.Методология  психолингвистики  и  некоторые  ее  примечания  // 
Психолингвистика за рубежом. Москва, 1972, c. 27. 
2
 Yenə orada, s. 27-28. 
 
66
§1.14.1. A.Leontyev Amerika dilçiliyində olduğu kimi psixo-
linqvistikanın tədqiqat obyektini və predmetini problemlər qrupu 
üzrə müəyyənləşdirərək 5 əsas istiqaməti qeyd edir
1
.  
I. Nitq fəaliyyətinin təbiəti və onun öyrənilmə üsulları.  
Bu istiqamət üzrə aparılan tədqiqatları A.Leontyev 3 qrupa 
bölür və göstərir ki, birinci qrupa daxil edilən tədqiqatçılar müxtəlif 
işarələrin fəaliyyətini bəzi ümumi özəlliklərə malik işarələr sistemi-
nin reallaşması kimi qəbul edir və  işarələrin bu fəaliyyətini ilk 
növbədə  işarələr sisteminin analizi əsasında  şərh etməyə çalışırlar. 
A.Leontyev bu qrupa V.İvanovun rəhbərliyi altında çalışan tədqiqat-
çıları aid edir.  
İkinci qrupa daxil edilən tədqiqatçılar semiotikadan götürül-
müş işarə anlayışını psixoloji baxımdan şərh etməyə çalışırlar. Onlar 
fəaliyyətin strukturunu araşdırmır, yalnız mövcud işarələr sistemin-
dən çıxış edilər. A.Leontyev bu qrupa D.İ.Ramşvilini, N.A.Slyusare-
vanı və bəzi başqa tədqiqatçıları aid edir.  
Üçüncü qrupa daxil edilən tədqiqatçılar ilkin obyekt kimi işa-
rəni və o cümlədən nitq işarələrini, fəaliyyəti götürür, işarələr sistemi-
nin yaranmasını  fəaliyyət prosesində  nəzərdən keçirir. Özünün də 
daxil olduğu bu qrupa A.Leontyev Q.P.Şedrovitskini, L.Vıqotski 
psixoloji məktəbinin bəzi digər davamçılarını aid edir. Bu qrupa daxil 
edilən tədqiqatçıların nitq fəaliyyətinin yaranması  və reallaşması 
problemlərinə həsr olunmuş əsərlərində (o cümlədən və bəlkə də, ilk 
növbədə A.Leontyevin öz əsərlərində – M.Ə) problemin həm fəlsəfi, 
həm psixoloji, həm də linqvistik aspektdən (bu aspektin qeyri-
qənaətbəxşliyi ilə bağlı bax:§1.16) işıqlandırıldığını göstərir.  
II. Nitq fəaliyyətinin ierarxik quruluşu. Nitq mexanizmi və 
nitqin anlaşılması. Daxili nitq. 
Bu istiqamət üzrə N.İ.Jinkinin (Механизм  речи.  М., 1958), 
S.D.Kasnelsonun, A.R.Luriya və L.S.Svetkovanın, L.Vıqotskinin, 
N.A.Brenşteynin (Слово в речевой деятельности) bəzi əsərlərinin 
əhəmiyyətini xüsusilə qeyd edir.  
                                                 
1
 Леонтьев А.А. Психолингвистика, М., 1972, с. 90-97 


 
67
III. Davamlılığın psixolinqvistikası. 
Burada  əsasən vahidlərə  və paradiqmatikaya əsaslanan işlər 
yox, sintaqmatikaya əsaslanan işlər nəzərdən keçirilir. 
IV. Semantikanın psixolinqvistik problemləri.   
Bu istiqamət üzrə əsasən L.Vıqotskinin fəaliyyəti qeyd olunur 
və göstərilir ki, L.Vıqotski tərəfindən mənanın təkamül strukturunun 
ardıcıl pillələri tədqiq olunmuş, istənilən dilin lüğət tərkibinin psixo-
linqvistik baxımdan eynicinsli olmadığı göstərilmiş, sözün seman-
tikasının nitq fəaliyyətinin psixolinqvistik cəhətdən kompleks tədqiqi 
üçün əhəmiyyət kəsb edən bəzi xüsusiyyətləri müəyyən olunmuşdur. 
V. Psixilinqvistik xüsusiyyətlərin qeyri-dil şərtləri. 
Bu məsələ ilə bağlı sözlər və  rənglərə aid az sayda tədqiqat 
əsərinin olduğu qeyd edilir. 
Psixolinqvistikanın tədqiqat obyekti və predmeti ilə bağlı 
A.Leontyev tərəfindən müəyyənləşdirilən problemlər qrupu həm say
həm də ad baxımından Ç.Osqudun bölgüsü ilə eyniyyət təşkil edir. 
Bəzi hallarda A.Leontyev və Ç.Osqudun problemlərə yanaşma şəkli 
və onların həlli yolları da mahiyyət baxımından fərqlənmir. Bununla 
belə, A.Leontyev və onun tərəfdarları öz sələflərinin mövqeyini ağız 
dolusu tənqid etmək və „Nitq fəaliyyəti nəzəriyyəsini” yeni psixolin-
qvistik məktəb kimi təbliğ edə bilmək üçün ikinci və üçüncü dərəcəli 
səbəblər tapa bilirlər.  
İstər behaviorizmi, istərsə də neobehaviorizmi nə qədər tənqid 
etsələr də, “Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarları bir gerçəyi etiraf 
etməlidirlər ki, az qala ideallaşdırdıqları bu nəzəriyyə məhz behavio-
rizm və neobehaviorizm bazasında, ondan bəhrələnməklə, məhz tən-
qid və bəzən təhqir də etdikləri bu nəzəriyyələrin məntiqi şəkildə da-
vam və inkişaf etdirilməsi nəticəsində formalaşmışdır.  
Təəssüflə qeyd etmək lazımdır ki, əski sovet elmlərinin digər 
sahələrində olduğu kimi, “sovet psixolinqvistikası”nda da başqa şə-
kildə düşünənlərə  həqarətlə yanaşma, onlara üstdən aşağı baxma 
meyili mövcud olmuşdur və bizcə, bu, qəbuledilməzdir. Bir cəhəti də 
qeyd etməyi lazım bilirik ki, hər hansı elm sahəsində edilən kəşf, 
 
68
ixtira və ya yenilik ilk anda bizə nə qədər böyük görünsə də, istənilən 
halda həmin sahədə yüz illərlə aparılan araşdırmalardan bəhrələn-
məklə mümkün olur
1
.  
§1.14.2. A.Leontyev V.Humboldta belə bir irad tutur ki, kon-
kret dildən asılı olmayan “səs materialı” yəni, insanların səs apara-
tının imkanları daxilində olan səslərdən ibarət xammal vardır. İkinci 
bir tərəfdən, dildən asılı olmayan psixoloji məzmun mövcuddur: 
emosiya, təsəvvür, iradə kimi. Dil forması bu və ya digər konkret dil 
üçün səs materialı ilə psixoloji mahiyyətin birləşməsidir.  
Buradaca qeyd edək ki, psixoloji məzmun vahidliyi qismən, 
ən azı eyni dil daşıyıcılarından ibarət mikromühit üçün məqbul hesab 
oluna bilər və bizcə, buna görə Humboldta irad tutmağa böyük bir 
əsas yoxdur. Hətta müxtəlif dil daşıyıcılarından ibarət olan makromü-
hitdə də qorxu, sevinc, ağrı və s. ilə bağlı bir sıra bənzər emosional 
səslər çıxarılır.  
Amma dili “inkişaf etmiş ruh” adlandırmaq, əlbəttə ki, mate-
rializm mövqeyindən inandırıcı hesab oluna bilməzdi və bu səbəbdən 
A.Leontyev ona metafizik damğası vurmaya bilməzdi
2
.  
§1.14.3. A.Leontyev marksizm-leninizm fəlsəfi konsepsiyası-
na  əsaslanmaqla insanın ilk növbədə maddi varlıq olması fikrinə, 
L.Vıqotski tərəfindən təkmilləşdirilərək irəli sürülən materialist psi-
xologiyaya və başlanğıcının A.Potebnyadan, Boduen de Kurtenedən 
gəldiyini iddia etdiyi (şüurun ideya mahiyyətli olduğunu rədd 
etməklə) sovet linqvistikası ənənələrinə əsaslanaraq yeni dilçilik isti-
qamətinin yaradılmasını  təklif edir
3
. O qeyd edir ki, nitq fəaliyyəti 
anlayışına həm dilə malik olan fərdlərin birbaşa ünsiyyətə xidmət 
edən fəaliyyətləri, həm də ünsiyyətə xidmət etməyən fəaliyyətləri 
daxildir. Bizim bu düşüncələrimiz V.Humboldtun “insanlar arasında-
kı ünsiyyəti nəzərə almasaq belə, danışıq tam təklikdə olan fərdin 
                                                 
1
 Əsgərov M.B.Türk dillərində zaman formaları,adverbial fel formaları  və onlar arasında 
funksional-semantik  əlaqələr Bakı,  2003, İkinci nəşr, s. 28. 
2
 Леонтьев А.А. Языкознание и психология. Москва, «Наука», 1966, с. 45. 
3
 Леонтьев А.А.Слово в речевой деятельности. Москва, «Наука», 1965, с. 4-5. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə