Magistratura məRKƏZİ” Əlyazması hüququnda Rzayev Murad Əsgər oğlu


Ödəmə qabiliyyətinin və likvidliyin təhlili metodikası



Yüklə 2,51 Mb.
səhifə6/10
tarix17.09.2018
ölçüsü2,51 Mb.
#68815
1   2   3   4   5   6   7   8   9   10

2.2. Ödəmə qabiliyyətinin və likvidliyin təhlili metodikası


Ödəmə qabiliyyətinin təhlili vəsaitin mövcudluğu və daxil olması ilə digər zəruri ödənişlərin müqayisə yolu ilə həyata keçirilir. Daha dəqiq desək, ödəmə qabiliyyəti onun qısa müddətdə (bir həftə, yarım ay) təhlili zamanı üzə çıxır. Kredit ödəmə qabiliyyəti - təsərrüfat subyektinin krediti alması və krediti vaxtında qaytarmaq qabiliyyətinin olmasıdır. Kredit qabiliyyətinin təhlili zamanı bir sıra göstəricilərdən istifadə edirlər. Qoyulmuş kapital üzrə mənfəət norması və likvidlik daha vacib sayılır.

Qoyulmuş kapital üzrə mənfəət norması mənfəətin miqdarının balans üzrə passivin ümumi miqdarına münasibətilə müəyyən edilir:



Burada R - mənfəət norması;

M - hesabat dövründə mənfəətin miqdarı (rüb, il), man;

 - passivi (mühasibat balansı) ümumi məbləği, rubl.

Bu göstəricinin artması borcalanın gəlirini, mənfəət fəaliyyəti tendensiyasını səciyyələndirir.

Ötən il hesabat ili ərzində ~ 0.2784, ~ 0,303.

Beləliklə, bir manat qoyulmuş kapitaldan alınan mənfəətin məbləği 2 m 19 q-yə, 30 m 27 q-dən 30 m 03 q-yə qədər, və 7,9% artmışdır.

Təsərrüfat subyektinin likvidliyi - bu, onun öz borcu tez ödəmək qabiliyyətidir. O, borcların və likvid vəsaitlərin nisbəti ilə müəyyən edilir, yəni borcların ödənilməsi üçün istifadə oluna biləcək vəsait (nağd pul, qiymətli kağızlar, dövriyyə vəsaitlərinin həyata keçirilən elementləri, depozitlər və s.). Əslində, təsərrüfat subyektinin likvidliyi onun balansının likvidliyi, habelə təsərrüfat subyektinin xüsusi ödəmə balansının likvidliyi deməkdir. Balansın likvidliyinin təhlili vəsaitlərinin aktivlər üzrə likvidlik dərəcəsi üzrə qruplaşdırılmış və likvidliyin azalması ardıcıllığı ilə yerləşmiş vəsaitlərin, passivlər üzrə ödəniş müddəti üzrə qruplaşdırılmış və müddətin artırılması üzrə sıralanmış öhdəliklərin müqayisəsindən ibarətdir. [37, 22]

Likvidlik dərəcəsindən, yəni pul vəsaitlərinə çevrilməsi sürətindən asılı olaraq, təsərrüfat subyektinin aktivləri aşağıdakı qruplara bölünür:

A1- daha çox likvid aktivləri. Onlara müəssisənin bütün pul vəsaitləri (nağd və hesablarında) və qısamüddətli maliyyə qoyuluşları (qiymətli kağızlar) aiddir;

А2 - debitor borcları və digər aktivləri özünə daxil edən tez reallaşan aktivlər;

A3 - yavaş reallaşan aktivlər. Buraya gələcək dövrlərin xərcləri istisna olmaqla ehtiyatlar və xərclər, həmçinin uzunmüddətli maliyyə qoyuluşları, səhmdarlarla hesablaşmalar daxildir;

A4 - çətin reallaşan aktivlər. Bu, əsas vəsaitlər, qeyri-maddi aktivlər, natamam kapital qoyuluşları, quraşdırılmaq üçün avadanlıq.

Balansın passivləri onların ödənilməsinin təxirə salınmazlığı dərəcəsi üzrə qruplaşdırılır:

P1 - daha təcili passivlər. Onlara kreditor borcları və digər passivlər aiddir;

P2 - qısamüddətli passivlər qısamüddətli kreditləri və borc vəsaitlərini əhatə edirlər;

P3 - uzunmüddətli passivlər uzunmüddətli kreditləri və borc vəsaitlərini özünə daxil edir;

P4 - daimi passivlər. Onlara xüsusi vəsaitlərin mənbələri aiddir. Aktiv və passivin balansının qorunması üçün bu qrupun yekunu gələcək dövrlərin xərcləri üzrə azaldılır.

Balansın likvidliyinin müəyyən edilməsi üçün göstərilən qrupların aktiv və passiv üzrə nəticələrini tutuşdurmaq lazımdır. Balans tamamilə likvid sayılır, əgər А1 >> P1, А2 >> P2, А3 >> P3, А4 << P4 yerinə yetirilərsə.

Əgər ilk üç bərabərsizlik icra olunursa, yəni mövcud aktivlər müəssisənin xarici aktivlərindən çoxdursa, o zaman dərin iqtisadi mahiyyətə malik sonuncu bərabərsizlik mutləq yerinə yetirilmiş olur: müəsssisənin xüsusi dövriyyə vəsaitlərinin olması; maliyyə sabitliyinin minimum şərtlərinə riayət etmək.

Ilk bərabərsizliklərin yerinə yetirilməməsi ondan xəbər verir ki, bankın likvidikliyi mütləqlıkdən az və ya çox dərəcədə fərqlənir.

Balans likvidikliyinin əvvəlki təhlilini təminat cədvəlinin köməyilə aparmaq daha əlverişlidir (cədvəl 2.1.1). Bu cədvəlin sətirlərinə hesabat dövrünün əvvəlinə və sonuna aid olan göstəricilər aktiv və passiv qrupları üzrə qeyd edilir. Bu qrupların nəticələrinin müqayisəsini apararaq hesabat dovrünün əvvəlinə və sonuna aid olan ödəmə izafiliklərinin kəmiyyətlərini və ya çatmamazlıqlarını müəyyən etmək olar. Bu vasitə ilə bu cədvəl vasitəsilə aktilərin və passivlərin müddətləri üzrə uyğunsuzluqları aşkar etmək, təhlil edilən müəssisənin likvidikliyi və ödəmə qabiliyyəti haqqında əvvəlcədən təsəvvür yaratmaq olar.
Cədvəl 2.1.1 Təminat cədvəli [48]


Balans maddələrinin qrup № -si

Təminat (aktiv)

Öhdəliklər məbləği (passiv)

Müxtəliflik (+ izafilik, — çatışmazlıq)




ilin əvvəlinə

hesabat dövrünə

ilin əvvəlinə

hesabat dövrünə

ilin əvvəlinə

hesabat dövrünə

I



















II



















III



















IV



















Cəmi


















Qeyd etmək lazımdır ki, bu cədvəl üzrə aparılan balans likvidikliyinin təhlili uyğunlaşdırılmışdır, maliyyə əmsalları vasitəsilə ödəmə qabiliyyətinin analizi daha ətraflıdır.

1. Cari likvidiklik əmsalı il ərzində yaranmış qısamüddətli öhdəliklərini yerinə yetirmək üçün müəssisənin vəsaitlərinin kifayət qədər olub-olmadığını təyin edir. Bu, müəssisənin ödəmə qabiliyyətinin əsas göstəricisidir. Cari likvidiklik əmsalı bu düsturla hesablanır:

Кcl = (А1 + А2 + А3) / (P1 + P2).

Dünya praktikasında bu əmsalın göstəricisi 1-2 arasındadır. Əlbəttə, elə hallar mümkündür ki, orada bu əmsalın göstəricisi daha yuksək olsun, lakin əgər həmin göstərici 2-3-dən yuxarıdırsa, bu, müəssisənin vəsaitlərini qeyri-rasional istifadə etdiyindən xəbər verir.

2. Sürətli likvidiklik əmsalı və ya ”kritik qiymətləndirmə” əmsalı müəssisənin likvid vəsaitlərinin  onun qısamüddətli borclarını nə dərəcədə qarşıladığını göstərir. Sürətli likvidiklik əmsalı aşağıdakı düsturla hesablanır:

Кsl = (А1 + А2) / (P1 + P2).

Müəssisənin likvid aktivlərinə mal-material ehtiyatlarından əlavə bütün dövri aktivləri daxil edilir. Bu göstərici kredit borclarının hansı hissəsinin daha likvid aktivlər vasitəsilə ödəndiyini müəyyənləşdirir, yəni müəssisənin qısamüddətli öhdəliklərinin hansı hissəsi müxtəlif hesablarda olan vəsaitlər, qısamüddətli qiymətli kağızlar, eləcə də hesablaşmalar üzrə daxilolmalardan ödənilə bilər. Bu göstəricinin tövsiyə olunan qiyməti 0,7-0,8 –dən 1,5-dəkdir.

3. Mütləq likvidiklik əmsalı  müəssisənin öz  kredit borclarının hansı hissəsini daha tez ödəyə biləcəyini göstərir. Mütləq likvidiklik əmsalı aşağıdakı düsturla hesablanır:

Кml = А1 / (P1 + P2).

Bu göstəricinin qiyməti  0,2-dən aşağı olmamalıdır.

5.    Balans likvidikliyinin ümumilikdə kompleks qiymətləndirilməsi üçün müəssisənin balansının likvidikliyinin ümumi göstəricisindən istifadə etmək lazımdır ki, bu da müəssisənin bütün likvid vəsaitlərinin cəminin bütün ödəmə öhdəliklərinin (qısa, orta və uzunmüddətli) cəminə olan nisbətini göstərir, o şərtlə ki, likvid vəsaitlərin və ödəmə öhdəliklərinin müxtəlif qrupları onların daxilolma müddətləri və öhdəlik ödəmələrini diqqətə alan müəyyən çəki əmsalları ilə bu məbləğlərə aid olsunlar.

Balans likvidliyinin ümumi göstəricisi aşağıdakı düsturla hesablanır:

Кül = (А1 + 0,5А2 + 0,3А3) / (P1 + 0,5P2 + 0,3P3).

Bu göstəricinin qiyməti 1-ə bərabər və ya 1-dən çox olmalıdır.

Balans likvidikliyinin analizi zamanı nəzərdən keçirilən likvidiklik əmsallarının hər biri hesabat dövrünün əvvəlinə və sonuna hesablanır. Əgər əmsalın mövcud göstəricisi müvafiq səviyyə uyğun gəlmirsə, o zaman onu dinamika üzrə (qiymətin artma və ya azalması) qiymətləndirmək olar.

Kapitalın istifadəsinin təhlili kapitalın ümumi ölçüsünə və tərkib hissələrinə münasibətinə görə aparılır. Kapitalın istifadəsinin səmərəliliyi bütövlükdə kapitalın rentabellik səviyyəsi müəyyən edilir, bu da balans mənfəətinin kapitalın həcminə faiz nisbəti deməkdir (əsas fondların, dövriyyə vəsaitlərinin, qeyri-maddi aktivlərin miqdarına). Dövriyyə vəsaitlərinin istifadəsinin təhlili dövriyyə vəsaitlərinin dövriyyə göstəricilərinin, dövriyyə əmsalının köməyi ilə aparılır. Dövriyyə vəsaitlərinin günlük dövriyyəsi məhsulun satışından gələn günlük gəlirin miqdarı dövriyyə vəsaitlərinin orta qalığına bölünməsi ilə müəyyən edilir. Dövriyyə əmsalı - təhlil olunan müddət ərzində (il, rüb) gəlirin həcminin dövriyyə vəsaitlərinin orta qalığına nisbətidir. Dövriyyə vəsaitlərinin sürətləndirilməsi (ləngiməsi) pul vəsaitini dövriyyədən çıxardır (əlavə olaraq cəlb edir). Bu çıxan vəsaitlərin həcmi dövriyyənin dəyişməsinin artmasının gəlirin günlük həcminə vurulması ilə müəyyən edilir.

Qeyri-maddi aktivlərin əsas fondlarından istifadənin təhlili fondverimin və fondtutumun göstəricilərinin köməyi ilə aparılır. Əsas fondların fondverimi (qeyri-maddi aktivlərin) təhlil olunan müddət ərzində gəlirin əsas fondların (qeyri-maddi aktivlərin) orta miqdarına nisbətilə müəyyən edilir. Məhsulun fondtutumu təhlil olunan dövr ərzində əsas fondların (qeyri-maddi aktivlərin) orta miqdarının gəlirin miqdarına olan nisbətilə müəyyən edilir. Fondverimin artırılması, yəni fondtutumluluğunun azaldılması əsas fondların istifadəsi səmərəliliyinin artırılmasını göstərir və kapital qoyuluşlarına qənaət etməyə gətiririb çıxarır. Bu qənaətin (əlavə qoyuluşların) məbləği təhlil olunan müddət ərzində məhsulun fondtutumluluğunun azaldılmasının (artırılmasının) həcminin gəlirin miqdarına vurulmasına aparılır. Valyuta özünümaliyyələşdirmə təhlil olunan müddət ərzində valyuta daxilolmalarının onun xərclərini üstələməsi ilə səciyyələnir.

Elə təsərrüfat subyekti maliyyə cəhətdən sabit hesab olunur ki, aktivlərə yatırılmış vəsaiti xüsusi vəsaitləri hesabına örtür(əsas fondlar, qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri), əsassız debitor və kreditor borcuna yol vermir və öz öhdəliklərini üzrə vaxtında yerinə yetirir. Maliyyə fəaliyyətində dövriyyə vəsaitlərinin düzgün təşkili və istifadəsi əsas hesab olunur. Ona görə də maliyyə vəziyyətinin təhlili prosesində dövriyyə vəsaitlərinin səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilir.

Müəssisə o vaxt ödəmə qabiliyyətli hesab olunur ki, ondakı pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları (qiymətli kağızlar, digər müəssisələrə müvəqqəti maliyyə yardımı) və aktiv hesablamalar (debitorlarla hesablaşmalar) onun qısamüddətli öhdəliklərini (qısamüddətli kreditlər və borcları, qısamüddətli borcu) ödəyir. Ödəmə qabiliyyəti müəssisənin mobil vəsaitlərinin onun bu cari öhdəliklərinə münasibəti kimi hesablanır. Bu göstərici nə qədər yüksək olarsa, müəssisə qoyulan tələbləri o qədər tez yerinə yetirə bilər. Likvid aktivlərin həcminin azalması, müəssisənin etibarsız borclar payının artırılması kimi onun ödəmə qabiliyyətini aşağı salır, onun səviyyəsi dövriyyə vəsaitlərinin vəziyyəti ilə müəyyən edilir.

Müəssisənin ödəmə qabiliyyəti müəssisənin borc öhdəlikləri sahəsində onun likvidliyini, yəni müəssisənin öhdəliklərinin aktivlər vasitəsilə ödənilməsi qabiliyyətini əks etdirir, pul formasına çevrilmənin müddəti öhdəliklərin yerinə yetirilməsi müddətinə uyğun gəlir.

Aktivlərin likvidliyi aktivlərin pul vəsaitlərinə çevrilməsinin vaxtı ilə balansın likvidliyinin əks həcmidir. Bu növ aktivlərin pul forması almasına nə qədər az vaxt tələb olunursa, onun likvidliyi bir o qədər yüksək olar.

Likvidlik borcların miqdarından, həmçinin nağd pul vəsaitlərini, bank hesablarındakı resursları, qiymətli kağızlar və dövriyyə vəsaitlərinin asanlıqla reallaşdırılan elementləri özünə daxil edən likvid vəsaitlərinin həcmindən asılıdır.

Müəssisənin kreditorlar və büdcə qarşısında öz borc öhdəliklərini ödəmək imkanının olmaması onun müflisləşməsinə gətirib çıxarır.

Müflislik (iflas) kreditorların pul öhdəlikləri üzrə tələblərini ödəyə bilməmək və ya bütün səviyyələrdə büdcəyə və büdcədənkənar fondlara ödənilməsi üzrə icbari ödənişlər üzrə öhdəlikləri tam həcmdə yerinə yetirə bilməməyin arbitraj məhkəməsi və ya borclu tərəfindən təsdiq olunmasıdır.

Hüquqi şəxslərin iflası aşağıdakı əlamətlə müəyyən edilir - və ya kreditorların tələblərini ödəyə bilməməsi ilə pul öhdəlikləri yerinə yetirmək vəzifəsi - icbari ödənişlərinin ödənilməsi üzrə əgər müvafiq öhdəlikləri və vəzifələri, onların icra vaxtı baş verdiyi andan üç ay müddətində onlar yerinə yetirilməyibdir.

Maliyyə müflisliyi öhdəliklərin likvid aktivlər üzərində həddinin aşması nəticəsində yaranır. O, büdcə, banklar, təchizatçılar və digər kontragentləri qarşısında müddəti bitmiş borcun yaranmasında ifadə olunur.

Beynəlxalq praktikada müəssisələrin müflisləşmə əlamətlərinin müəyyənləşdirilməsi üçün E.Altmanın "Z- hesab" formulundan istifadə olunur:

Z- hesab=1,2 К1+ 1,4 К2 + 3,3 К3 + 0,6 К4 + К5

Burada:


К1- dövriyyə kapitalının bütün aktivlərin miqdarına münasibəti;

К2 - bölüşdürülməmiş mənfəətin və xüsusi təyinatlı fondların bütün aktivlərin miqdarına nisbəti;

К3 - satışdan olan maliyyə nəticəsinin bütün aktivlərin miqdarına nisbəti;

K4 - xüsusi kapitalın borc kapitalına nisbəti;

К5 - satışdan olan gəlirin bütün aktivlərin miqdarına nisbəti.

Altmanın Z-hesab qiymətindən asılı olaraq nəzərdə tutulan müflisləşmə ehtimalı təşkil edir:

1,8 və daha az - çox yüksək;

1,81-dən 2,7- yə qədər - olduqca yüksək;

2,71-dən 2,9 – a qədər - imkan var;

3,0 və ondan yuxarı olduqda - çox aşağı.



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə