Magistratura məRKƏZİ” Əlyazması hüququnda Rzayev Murad Əsgər oğlu


Maliyyə sabitliyini və ödəmə qabiliyyətini xarakterizə edən iqtisadi göstəricilər sistemi



Yüklə 2,51 Mb.
səhifə3/10
tarix17.09.2018
ölçüsü2,51 Mb.
#68815
1   2   3   4   5   6   7   8   9   10

1.2.Maliyyə sabitliyini və ödəmə qabiliyyətini xarakterizə edən iqtisadi göstəricilər sistemi


Müəssisənin maliyyə vəziyyəti, onun sabitliyi bir çox şeydə kapitalın (şəxsi və borc vəsaitlərinin nisbətləri) mənbələrinin strukturunun optimallığından və müəssisənin aktivlərinin strukturunun optimallığından və ilk növbədə əsas və dövriyyə vəsaitlərinin nisbətindən, həmçinin müəssisənin aktivlərinin və passivlərinin funksional əlaməti üzrə balanslı olmasından asılıdır.

Müəssisənin fəaliyyətinin və vəziyyətinin sabitliyi ilk növbədə onun maliyyə vəziyyətinin sabitliyi ilə səciyyələnir.

Maliyyə sabitliyi gəlirlərin xərclərdən stabil şəkildə yüksək olmasını əks etdirməklə, müəssısənin pul vəsaitllərinin sərbəst manevrliyini təmın edir və onlardan effektiv istifadə etməklə məhsulun istehsalı və satışı prosesinin fasiləsiz olmasına əlverisli imkan yaradır. Ona görə də müəssısənin maliyyə sabitliyi bütün istehsal - təsərüfat fəaliyyəti prosesındə formalaşır və müəssisənin umumi sabitliyinin əsas komponenti hesab olunur.

Demək olar ki, yüksək rentabellik daha böyük risklə bağlıdır. Bu onunla nəticələnir ki, müəssisə gəlir əldə etməklə bərabər ziyana da düşə bilər. Buradan o fikir yaranır ki, maliyyə sabitliyi kompleks yanaşmadır. [7, 56]

Müəssisənin maliyyə vəziyyətinin analizinin mühüm istiqamətlərindən biri maliyyə vəziyyətinin sabitliyini göstərən mütləq və nisbi göstəricilər sisteminin qurulmasıdır. Bu mühüm problemin həlli hər şeydən əvvəl təhlilin əsaslandığı balans modeli ilə müəyyənləşir. Bazar şəraitində həmin model aşağıdakı formada qeyd olunur:

 (1.1)

Bununla bərabər göstəricilərə aşağıdakı qiymətləri verib, hesablamalarımızı davam etdirə bilərik:

Burada, F — uzunmüddətli aktivləri (əsas vəsait və qoyuluşları) - 345970;

- qısamüddətli aktivləri;

 ehtiyatlar, qısamüddətli debitor borcları və s. qısamüddətli aktivləri - 76500;

 maliyyə vəsaitləri və onların ekvivalentlərini - 123450;

 xüsusi kapitalı- 390350;

 uzunmüddətli bank krediti və borc vəsaitini - 150000;

 qısamüddətli bank krediti və borc vəsaitini - 8700;

— hesablaşmalar (kreditor borcları) və digər passivləri göstərir - 7160.

Əgər uzunmüddətli kredit və borcların çox hissəsinin əsas vəsaitin əldə edilməsinə və kapital qoyuluşuna yönəldilyini nəzərə alsaq, ilkin balans düsturunu dəyişdiyinin şahidi olarıq:




Bu düsturdan da belə nəticə çıxır ki,  həddində





Bununla bağlı deyə biləri ki, pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları və hesablaşmalar təşkilatın qısamüddətli öhdəliklərini əhatə edir.

Beləliklə, belə nəticəyə gələ bilərik ki, dövriyyə vəsaitlərinin dəyərinin onların yaranmasına, xüsusi və borc mənbələrinə nisbəti müəssisənin maliyyə vəziyyətinin sabitliyini müəyyənləşdirir. Maliyyə ehtiyatı və xərclərinin onların yaranma mənbələri ilə qarşılanması maliyyə sabitliyinin mahiyyətini təyin edirsə, ödəmə qabiliyyəti onun xarici şəkli kimi çıxış edir. Maliyyə sabitliyinin ən ümumiləşdirilmiş göstəricisinə maliyyə ehtiyatı və xərclərinin yaradılması üçün vəsait mənbələrinin çoxluğu və ya çatışmazlığı göstəricisi aid edilir. Bu zaman müəyyən vəsait mənbəyi ilə (xüsusi, kredit və başqa borc vəsaiti) müəssisənin təminatı nəzərdə tutulur, çünki hər növdə olan mənbə məbləğinin (kredit borclarını və s. passivləri daxil etməklə) istənilən səviyyədə olması balansın aktivləri və passivləri üzrə yekunların mütənasibliyi ilə təmin edilir.

Müəssisənin dövriyyə aktivləri onun balansının aktivlərinin ikinci bölməsinin yekununa bərabərdir. Ehtiyat və xərclərin yaranma mənbələri haqqında məlumat əldə etmək üçün bir sıra göstəricilərdən istifadə edilir:



  1. Xüsusi dövriyyə vəsaitinin () mövcudluğu. Bu göstərici müəssisənin xüsusi vəsait mənbələri ilə (balans passivlərinin birinci bölməsinin yekunu) əsas vəsait və qoyuluşlarının (balans aktivlərinin birinci bölməsinin yekunu) fərqinə bərabərdir.



 = 390350 - 345970 = 44380

  1. Müəssisənin ehtiyat və xərclərinin yaranmasının xüsusi və uzunmüddətli borc mənbələrinin ( ) mövcudluğu. Bu göstərici müəssisənin xüsusi və uzunmüddətli borc vəsaiti məbləğinin cəminə bərabərdir.

 = 44380 +150000 =194380



  1. Müəssisənin ehtiyat və xərclərinin əsas mənbələrinin ümumi həcmi (. Bu göstərici keçmiş göstərici ilə qısamüddətli borc vəsaiti məbləğinin (bu zaman gecikmiş borc hesablamaya daxil edilmir) cəminə bərabərdir.

= 194380 + 8700 = 203080

Müəssisənin ehtiyat və xərclərinin yaradılmasının əsas mənbələrinin ümumi həcminin göstəricisi təqribidir, çünki qısamüddətli kreditlərin bir hissəsi yüklənmiş mallara uyğun verilir, ehtiyat və xərcləri ödəmək üçün isə müəssisə kreditləşdirmə zamanı bank tərəfindən qeydə alınan kreditor borclarından istifadə edir. Balansda həmin məbləğin həcmi göstərilmir, onlar üçün yalnız yüksək hədd qiymətləndirilə bilər.

Yüklənmiş mallara görə borcun məbləği həmin mallara görə debitor borcları məbləğindən çox olmamaqla məhdudlaşdırılır, kreditləşmə prosesi zamanı bank tərəfindən qeydə alınan kredit borcları mal və xidmətə görə borc məbləğindən və alınmış avans üzrə borcdan yüksək deyil. Bu çatışmazlıqları nəzərə almadan ehtiyat və xərclərin yaranması mənbələrinin ümumi həcm göstəricisi maliyyə sabitliyinin səviyyəsini təyin etmək üçün doğru istiqamət verir, belə ki, müasir dövrdə bank qanunvericiliyində zəmanətsiz kreditin verilməsi mümkün deyildir.

Müəssisənin ehtiyat və xərclərinin yaranma mənbəyinin həcm məbləğinin üç göstəricisi ilə ehtiyat və xərclərin təmin olunmasının üç göstəricisi bir-birinə müvafiqdir:


  1. Müəssisənin ehtiyat və xərclərinin yaradılması üçün əsas mənbələrin ümumi həcminin çoxluğu (+) və ya çatışmazlığı (‒):



 =203080 - 76500 = (44380+ 150000+ 8700)- 76500 = 126580

  1. Xüsusi dövriyyə vəsaiti məbləğinin çoxluğu (+) və ya çatışmazlığı (‒):



 = 44380 -76500= - 32120

  1. Müəssisə ehtiyatlarının yaradılması üçün xüsusi və uzunmüddətli borc mənbələrinin çoxluğu (+) və ya çatışmazlığı (—):



 = (44380 + 150000 + 8700) - 76500 = 126580

= 126580 - 76500= 50080

Yuxarıda apardığımız hesablamaları aşağıdakı cədvəldə göstərə bilərik:

Cədvəl 1


Sıra

Göstəricinin adı

Hesablanması

Qiyməti

1

Xüsusi dövriyyə vəsaiti məbləğinin () mövcudluğu



44380

2

Müəssisənin ehtiyat və xərclərinin yaranmasının xüsusi və uzunmüddətli borc mənbələrinin () mövcudluğu



194380


3

Müəssisənin ehtiyat və xərclərinin əsas mənbələrinin ümumi həcmi ()




203080

4

Müəssisənin ehtiyat və xərclərinin yaradılması üçün əsas mənbələrin ümumi həcminin çoxluğu (+) və ya çatışmazlığı (‒):





126580

5

Xüsusi dövriyyə vəsaiti məbləğinin çoxluğu (+) və ya çatışmazlığı (‒):



- 32120

6

Müəssisı ehtiyatlarının yaradılması üçün xüsusi və uzunmüddətli borc mənbələrinin çoxluğu (+) və ya çatışmazlığı (‒):





126580

Müəssisənin ehtiyat və xərclərinin onların yaranması mənbələri ilə təmin olunmasını göstərən üç göstəricinin hesablanması sabitlik dərəcəsinə görə maliyyə vəziyyətini təsnifləşdirməyə imkan verir.



  1. Mütləq sabitlik (). Bu vəziyyətlə nadir hallarda rastlaşmaq olur:

 ; 

  1. Müəssisənin ödəmə qabiliyyətini qarşılayan normal sabitlik () ;  

  2. Qeyri-sabit maliyyə vəziyyəti (). Bu halda ödəmə qabiliyyəti pozulsa da (aşağı düşsə də), xüsusi vəsait mənbələrinin tamamlanması və xüsusi dövriyyə vəsaitinin artımı, müvəqqəti sərbəst vəsait mənbələrinin () dövriyyəyə cəlb edilməsi hesabına tarazlığın yaradılması mümkünlüyü qalır:

 + ; 

  1. Böhranlı maliyyə vəziyyəti (). Bu vəziyyətdə müəssisə müflisləşmə səviyyəsinə çatır, çünki bu zaman pul vəsaitləri, qısamüddətli maliyyə depozitləri və müəssisənin debitor borcları hətta kredit borclarını və vaxtı ötmüş ssudalarını belə qarşılaya bilmir:

 +; 

Bütün qeyd olunan göstəricilərdən başqa müəssisənin maliyyə sabitliyini bilavasitə təyin edən göstərici­lər də hesablanır ki, onlar aşağıdakılardır: [7, 52]



1. Müstəqillik əmsalı (Əm). Müəssisənin maliyyə sabitliyi­ni, onun borc vəsaiti məbləğindən qeyri asılılığını təyin edən əsas göstəricilərdən biri kimi götürülən bu əmsal xüsusi vəsait mənbəyinin balansının ümumi yekununda payını göstərir. Müstəqillik əmsalının normal minimal həddi 0,5 təyin edilir. Əgər Əm0,5 olarsa, o zaman müəssisə bütün borclarını öz xüsusi vəsaiti hesabına ödəyə bilər. 0,5 həddinin gözlənilməsi yalnız müəssisənin özü üçün deyil, eləcə də onun kredit müştəriləri üçün də mühüm əhəmiyyət daşıyır. Müstəqillik əmsalı­nın getdikcə çoxalması müəssisənin maliyyə sərbəstliyinin artdığını, gələcəkdə maliyyə riskinin azaldığını göstə­rir. Kredit müştərilərinin mövqeyində belə meyl müəssisənin öhdəliklərini yerinə yetirməsinə qarantdır.

2. Xüsusi vəsaitlərin manevrlilik əmsalı (Əxvm). Bu əmsal müəssisənin xüsusi dövriyyə vəsaiti məbləğinin xüsusi vəsait mənbə­lərinin cəminə nisbəti ilə hesablanır və xüsusi vəsai­t məbləğinin mobil formada olan hissəsini (bu vəsait məbləğinin nisbətən sərbəst manevrliyinə imkan verir) göstərir. Manevrlik əmsalının səviyyəsinin yüksək olması müəssisənin maliyyə vəziyyətinin inkişafda olduğunu əks etdirsə də, təcrübədə onun orta həddi müəyyən edilməmişdir. Bəzi ədəbiyyatlarda manevrlik əmsalının ən yüksək həddi 0,5 kimi göstərilir.

3. Xüsusi vəsaitlə təmin olunma əmsalı (Əxvt). Bu əmsal xüsusi vəsait mənbəyi ilə (balansın passivlərinin birinci bölməsinin yekunu) immobil vəsaitlərin (balansın aktivlərinin ikinci bölməsinin yekunu) fərqinin dövriyyə aktivlərinə nisbəti kimi hesablanır. Əxvt >0,1 həddi qənaətbəxş hesab olunur.

4. Müəssisənin maliyyə sabitliyinin analizi üçün ehtiyat və xərclərin yaranması mənbələri ilə təmin olunma­sı­nı təyin edən mütləq göstəricilərin rolunu diqqətə almaqla əsas nisbi göstəricilərdən biri olan material ehtiyatlarının xüsusi vəsaitlə təmin olunması əmsalını da mxvt) hesablamaq olar. Bu əmsal xüsusi dövriyyə vəsaitinin müəssisənin ehtiyat və xərclərinin fərqinə nisbəti kimi hesablanır və normal həddi Əmxvt  0,6 - 0,8 təyin edilir.



5. Maliyyə riski əmsalı (Əmr). Bu əmsal borc kapitalının xüsusi kapitala nisbəti kimi hesablanır. Həmin əmsal müəssisənin öhdəliklərinin həcminin xüsusi vəsaitin həcminə nisbəti kimi müəyyən olunur. Bu əmsal hər manat xüsusi vəsaitə düşən borc vəsaiti məbləğini göstərməklə hər manat borcun xüsusi vəsaitlə təmin olunması səviyyəsini xarakterizə edir: Əmr<1.

Müəssisənin borc və xüsusi vəsaitlərinin nisbəti əmsalının artması müəssisənin xarici maliyyə mənbələrindən asılılığını göstərməklə, eyni zamanda onun maliyyə sabitliyini itirdiyini göstərir. Əgər bu əmsal vahiddən yüksəkdirsə, onda bu müəssisənin maliyyə sabitliyini itirdiyini və böhran vəziyyətinə düşdüyünü əks etdirir. Əlbəttə bu, bütün müəssi­sələrə aid edilə bilməz. Bu əmsalın mahiyyətinin təyin edilməsi təsərrüfat fəaliyyətinin xarakterin­dən və dövriyyə vəsaitlərinin dövrü sürətindən çox asılıdr. Məsələn, əksər yapon şirkətlərində kənardan cəlb edilmiş kapitalın xüsusi çəkisi 80% -ə qədərdir. Əgər müəssisə dövriyyə vəsaitlərinin yuxarı dövr sürətinə malikdirsə, nəzərdən keçirdiyimiz əmsalın vahiddən çox olması qorxulu deyil və müəssisə maliyyə sabitli­yini itirmiş hesab edilmir.

Müstəqillik əmsalı ilə müəssisənin borc və xüsusi kapitalının nisbəti əmsalı arasındakı qarşılıqlı əlaqəni təyin etmək üçün aşağıdakı düsturdan istifadə etmək olar:


6. Əmlakın real dəyəri əmsalı (Əərd). Bu əmsal mövcud əsas kapitalla (köhnəlmə çıxılmaqla) qiyməti az olan tez köhnələn əşyaların köhnənilməsi çıxılmaqla material dövriyyə vəsaitləri məbləğinin cəminin balansın yekununa nisbəti kimi götürülür. Bu göstərici müəssisənin istehsal potensia­lının dərəcəsinin, sahibkarlıq fəaliyyətində müəssisə­nin tabeliyində olan vəsaitdən istifadə edilməsinin səmərəliliyinin müəyyən edilməsi üçün istifadə edilir. Əmlakın real dəyəri əmsalı adətən, 0,6-nı keçməməlidir. Bəzən mövcud olan əsas kapitalın (qeyri-maddi aktivlərlə bir­likdə) məbləğinin xüsusi kapitala nisbəti də hesablanır.

7.Daimi aktivin indeksi (Əda). Bu əmsal qeyri-dövriyyə aktivlərinin (balansın aktivlərinin birinci bölməsinin yekunu) xüsusi vəsait mənbəyinə nisbəti kimi hesablanır.

8.Amortizasiya yığımı əmsalı (Əay). Bu əmsal yığılmış amortizasiya məbləğinin müəssisənin bütün tam kapita­lının (qeyri-maddi aktivlər də daxil olmaqla) ilkin dəyərinə nisbəti kimi təyin edilir. Amortizasiya yığı­mı əsas fondlara istiqamətlənmiş vəsaitin azad olunması vəziyyətini xarakterizə edir. Onun optimal həddi 0,3-0,5 səviyyəsində təyin edilir.

9.Müəssisənin vəsait mənbələrinin strukturu təyin etmək üçün müstəqillik əmsalı, borc və xüsusi kapitalın nisbəti əmsalı və manevrlik əmsalı ilə yanaşı fərdi göstəricilər də götürülür ki, onlara ilk öncə, uzunmüddətli kredit və borc vəsai­ti məbləğinin müəssisənin xüsusi vəsaiti məbləğinin və uzunmüddətli kredit və borcların məbləğinə nisbəti kimi təyin olunan borc vəsaitinin uzun müddətə cəlb edilməsi əmsalı (Əbvc) aid edilir. Bu əmsal kapital depozitinin maliyyələş­dirilməsində borc vəsaitinin payını təqribən qiymətlən­dirməyə imkan yaradır. Qısamüddətli öhdəliklər əmsalı müəssisənin ümumi məbləğində qısamüddətli bütün öhdəlik­lərin xüsusi çəkisini göstərir. Kredit borclarının və digər passivlərin əmsalı müəssisənin öhdəliklərinin ümumi məbləğində onların hansı hissəyə malik olduğunu göstərir.



10. Mobil vəsaitlər. Buraya aktivlərin daha likvid maddələri daxildir, daha doğrusu, mobil vəsaitlər nağd pulun, qiymətli kağızların, debitor borclarının və əmtəə-material dəyərlərinin cəminə bərabərdir. Bundan başqa, xalis mobil vəsaitinin məbləği də (mobil vəsaitin məbləği ilə qısamüddətli öhdəlik məbləğinin fərqi) müəyyən olunur.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə