www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
120
120
Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni
zamanda bəzi obyektlərə qarĢı yaranmıĢ davamlı hisslərdə
müĢahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi
hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baĢ
verir.
IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti
təĢkil edir. BaĢqa psixi proseslər kimi, emosional halların və
hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə
bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə
olunması vegetativ sinir sisteminin funksiyasına daxildir.
Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı
sahələrdə baĢ verən sinir prosesləri çox mühüm rol oynayır.
Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz
vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini,
hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini
tənzimləyir. Ona görə də hər hansı hissin baĢ verməsi müvafiq
üzvlərdə müəyyən dəyiĢikliyin əmələ gəlməsi ilə nəticələnir.
Məsələn: tənəffüs ahəngi dəyiĢir, ürək döyüntüsü ya artır, ya
da azalır, nəbz vurma dəyiĢir, göz bəbəyi geniĢlənir, tüklər
biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi
deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz
vurma kəĢf etmiĢdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın
ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz
emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.
Hisslərin əmələ gəlməsində dinamik stereotipin
yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat
tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən
rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin
rabitələrdə hər hansı dəyiĢikliyin baĢ verməsi mövcud
rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq,
narazılıq, sevinc, heyrət, Ģübhə, maraq, qəzəb və s. kimi
hisslərin əmələ gəlməsi ilə nəticələnir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
121
121
121
121
121
121
121
121
121
Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və
ya pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin
fizioloji əsasını təĢkil edir. Hiss və emosiyaların əmələ
gəlməsində və cərəyan etməsində ikinci siqnal sistemi xüsusi
rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi
ilə də yaratmaq olar.
Beləliklə beyin qabığında və qabıqaltı sahədə baĢ verən
sinir prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab
olunur.
Psixologiya tarixində hiss və emosiyaların əmələ
gəlməsi haqqında müxtəlif nəzəriyyələr mövcud olmuĢdur.
Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və
S.ġixterin konsepsiyasını qeyd etmək olar.
Ġnsanın emosional və hiss halına simpatik və
parasimpatik sinir sistemi nəzarət edir.
DalaĢarkən və ya qorxuya düĢüb qaçarkən simpatik
sistem insan orqanizmində müəyyən dəyiĢikliklər etməklə
(məsələn: qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yüksəlir,
tərləmə artır və s.) onu düĢdüyü vəziyyətə hazırlayır və enerji
dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli
vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz
funksiyasına baĢlayır və insanın fizioloji durumunu
normalaĢdırır.
Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların,
təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının
müĢayəti ilə yaĢayırıq. Ġnsan oğlunun ətrafıyla etdiyi çoxəsrlik
davadan, vuruĢmadan salamat çıxmasına bu iki sistem yardım
etmiĢdir. Deməli, emosiyalar orqanizmin düĢdüyü vəziyyətə
uyğunlaĢmasını təmin etməklə, insan həyatının davam
etməsində önəmli rol oynayır.
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir:
siqnal, tənzimetmə və kommunikativ funksiya. Bu funksiyalar
ümumilikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona
uyğunlaĢmasına xidmət göstərir. Biz emosiyaların köməyi ilə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
122
122
nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional
durumunu baĢa düĢür və ona uyğun Ģəkildə ünsiyyət qururuq.
Hiss və emosiyaların xarici təzahürlərinə əsasən müx-
təlif mədəniyyətə malik olan, dilini bilmədiyimiz hər hansı
xalqın nümayəndəsinin emosional halını, Ģad, kədərli, qəzəbli
olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla
müəyyən edə bilərik.
Hisslər insanın idrak obyektinə bəslənən subyektiv
münasibətlə bağlıdır.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baĢ
verən hadisələrin hansının həyatımız üçün faydalı və ya
təhlükəli olduğunu dərk edirik. Bundan sonra davranıĢ və
rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə
müəyyən dəyiĢikliklər edirik.
Ġkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi
kimi çıxıĢ edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu
hisslərin tənzim etmə funksiyası ilə bağlıdır. Məsələn: hər
hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali
məktəbdə oxumağa təhrik edir. Dilə olan həvəs insanı həmin
xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar
oxumağa, filmlərə tamaĢa etməyə və musiqisinə qulaq asmağa
vadar edir.
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur
ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində,
tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür
ekspressiyası, qarĢı tərəf üçün informasiya mənbəyinə çevrilir.
Beləliklə, həmin kommunikativ funksiya Ģəxsiyyətlərarası
qarĢılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir.
Məsələn: kədəri ekspressiya etməklə insan qarĢı tərəfə özünün
pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə
ehtiyacı olduğu haqqında baĢqasına məlumat verir. Bundan
sonra biz həmin adama kömək etmək istəyir, onun dərdinə
Ģərik olur və təsəlli veririk.
Amerikan psixoloqu K.Ġzard qeyd olunan funksiyalarla
Dostları ilə paylaş: |