MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə150/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   146   147   148   149   150   151   152   153   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



221 

221 


221 

221 


221 

221 


221 

221 


221 

olaraq  ilk  yaĢ  “böhranı”,  “üç  yaĢın  böhranı”  özünü  büruzə 

verir.  UĢaq  “mən”  kəlməsini  iĢlətməklə  özünün  müstəqilliyə 

olan  meylini  büruzə  verir;  onda  mənlik  Ģüurunun  ibtidai 

forması müĢahidə olunur. Bununla da uĢaq böyüklərdən asılı 

olsa  da  müstəqil  hərəkət  etməyə,  “mən  özüm”  -  deyə  Ģəxsi 

fəallıq göstərməyə baĢlayır. 

UĢağın  psixi  inkiĢafında  ilk  “yaĢ  böhranı”  böyüklərlə 

qarĢılıqlı  münasibət  zamanı  tərslik,  inadkarlıq,  höcətlik  kimi 

neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. UĢağın müstəqil 

olaraq öz tələbatını ödəmək cəhdi, özünü baĢqa adamlarla mü-

qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması 

və  hərəkətlərindəki  sərbəstliyi  “üç  yaĢın  böhranı”  haqqında 

aydın təsəvvür yaradır. 

Əgər  yaĢlılar uĢağın müstəqilliyi və sərbəstliyini lazımi 

Ģəkildə  tənzim  və  təĢkil  edərsə  yaĢ  böhranı  tədricən  aradan 

qaldırıla bilər. 

 

VI.19.2. Bağça yaĢı dövrünün psixoloji xüsusiyyətləri 

 

Bağça  yaĢı  dövründə  uĢaqların  ümumi  inkiĢafı. 

Məktəbəqədər  yaĢ  dövrü  uĢağın  həm  fiziki,  həm 

psixofizioloji,  həm  də  Ģəxsiyyət  sahəsində  inkiĢafının 

keyfiyyətcə dönüĢ dövrüdür. Bu dövrdə uĢağın fiziki inkiĢafı 

birinci  növbədə  diqqəti  cəlb  edir.  3-6  yaĢlı  uĢağın  boyunun, 

çəkisinin  artmasında  nəzərə  çarpacaq  dəyiĢiklik  baĢ  verir. 

Buna  baxmayaraq  həmin  dövrdə  uĢağın  əzələ  və  sümük 

sistemi  xeyli  inkiĢaf  etmiĢ  olsa  da  onun  əl  və  ayaq 

əzələlərində  hələ  sümüklənməmiĢ  qığırdaqlar  qalır.  UĢağın 

skeleti əsasən qığırdaq toxumalardan ibarət olur. Ona görə də 

lazımi  tələblərə  əməl  olunmadıqda  uĢağın  qaməti  düzgün 

inkiĢaf etmir.  

 

Bununla  yanaĢı  olaraq  nitqin,  böyüklərlə  və  həmya-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

222 



222 

Ģıdları  ilə  ünsiyyətin  və  müxtəlif  fəaliyyət  növlərinə  cəlb 

olunmanın təsiri altında uĢaqda yeni keyfiyyət dəyiĢmələri baĢ 

verir. Bütün bunlar uĢağın sosial Ģəraitə və həyatın tələblərinə 

uyğunlaĢmasına imkan verir. 

Məktəbəqədər  dövr  uĢağın  fəaliyyətin  subyekti  kimi 

formalaĢmasının  ilkin  mərəhələsi  kimi  özünü  göstərir. 

MəqsədəyönəliĢliyin 

əsası 

qoyulur. 



Böyüklərin 

qiymətləndirməsi  və  nəzarətinin  təsiri  altında  bağça  yaĢının 

sonunda uĢaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss 

etməyə  baĢlayırlar.  Bununla  əlaqədar  təqlid  obyektləri 

dəqiqləĢməyə  baĢlayır.  Məktəbəqədər  yaĢ  dövründə  həm 

ümumi, həm də xüsusi qabiliyyətlərin formalaĢması imkanları 

yaranır və özünü göstərməyə baĢlayır. 

UĢağın  psixi  inkiĢafında  oyunun  rolu.  Bağça  yaĢı 

dövründə oyun uĢaqların əsas fəaliyyəti olur. Bu yaĢ dövründə 

uĢaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.  

Adətən,  məktəbəqədər  yaĢ  dövrünü  üç  yarımdövrə 

ayırırlar:  kiçik  bağça  yaĢı  dövrü  (3-4  yaĢ),  orta  bağça  yaĢı 

dövrü (4-5 yaĢ) və böyük bağça yaĢı dövrü (5-6 yaĢ). 

Kiçik  bağça  yaĢlı  uĢaqlar,  adətən,  hələ  təklikdə 

oynayırlar.  ƏĢyavi  və  quraĢdırma  oyunlarında  onlarda 

qavrayıĢ,  hafizə,  təxəyyül,  təfəkkür  və  hərəki  qabiliyyətlər 

inkiĢaf edir.  

Tədricən  orta bağça  yaĢı  dövründə uĢaqlar birgə  oyuna 

keçməyə baĢlayırlar, oyunlarda daha çox uĢaq iĢtirak edir.  

Üç-altı  yaĢ  ərzində  uĢaq  oyunları  əĢyavi-manipulyativ 

və  simvolik  xarakterdən  süjetli-rollu  qaydalı  oyunlara  qədər 

inkiĢaf yolu keçir. Bütün bunlar uĢağın həyatında mühüm rol 

oynamaqla, onun tələbatını ödəməklə yanaĢı, yaĢlılarla ünsiy-

yət saxlamaq, həyatı baĢa düĢmək, ətrafdakıları təqlid etmək, 

bu  yolla  bir  növ  gələcək  həyata  hazırlaĢmaq  iĢində  mühüm 

vasitəyə  çevrilir.  Oyun  fəaliyyəti  uĢağın  psixi  inkiĢafında 

əsaslı  dəyiĢikliklə  gətirib  çıxarır.  Oyun  Ģəraitində  və  onun 

köməyi ilə uĢaqlarda diqqət, qavrayıĢ, xüsusilə müĢahidəçilik, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



223 

223 


223 

223 


223 

223 


223 

223 


223 

hafizə,  təfəkkür  və  təxəyyülün  inkiĢafı  üçün  əlveriĢli  Ģərait 

yaranmıĢ  olur.  Bununla  yanaĢı  olaraq  didaktik  oyunlardan 

istifadə  edilməsi  uĢaqlarda  nitqin  inkiĢafı,  nitq  qüsurlarının 

aradan qaldırılması iĢində də əsaslı rol oynayır. 

Orta  və  böyük  bağça  yaĢı  dövründə  uĢaqlar  rollu-

qaydalı oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin 

oyunlar  özlərinin  mövzularına,  qaydalarının  müxtəlifliyinə 

görə  kiçik  bağça  yaĢı  dövründə  istifadə  olunan  oyunlardan 

fərqlənirlər.  Burada  kiçik  bağça  yaĢı  dövründən  fərqli  olaraq 

oyunda  təbii  Ģəkildə  istifadə  olunan  əĢyalar  Ģərti  olaraq 

dəyiĢdirilir, nəticədə simvolik oyun xarakteri alır.  

Rollu-qaydalı  oyunlardan  istifadə  edilməsi  uĢaqlarda 

iradənin inkiĢafına güclü təsir göstərir. Adi Ģəraitdə bir yerdə 

dura  bilməyən  uĢaq  bu  cür  oyunlar  zamanı  öz  rolunu  axıra 

qədər  yerinə  yetirməyə,  qaydaya  əməl  etməyə  məcbur  olur. 

Oyun prosesində uĢaqlar qarĢılıqlı münasibətlərin hə-  yata ke-

çirilməsinə  əməl  etməyə  alıĢırlar.  Rollu  oyun  prosesində  ilk 

dəfə olaraq uĢaqda liderlik özünü göstərir, təĢkilatçılıq bacarıq 

və  vərdiĢləri  inkiĢaf  etməyə  baĢlayır.  Oyun  eyni  zamanda 

uĢaqlarda  bir  sıra  qabiliyyətlərin  aĢkara  çıxmasına  imkan 

verir.  Bütün  bunlarla  yanaĢı  olaraq  uĢaqlar  sadə  əmək 

tapĢırıqlarını  icra  edərkən  də  çox  vaxt  onlara  oyun  xarakteri 

verir və bu yolla bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər. 



Ġdrak prosesləri  və nitqin inkiĢafı.  Məktəbəqədər  yaĢ 

dövründə  uĢaqlarda  idrak  prosesləri  və  nitqin  inkiĢafında 

əsaslı dəyiĢiklik baĢ verir. 

Məktəbəqədər  dövrdə  uĢaqların  qavrayışının  ixtiyari 

növünün  inkiĢafı  üçün  Ģərait  yaranır.  Burada  oyunun  rolu 

böyükdür. 

UĢaqlar  cismin  formasını,  ölçüsünü,  tutduğu  yeri 

qavramağa  alıĢırlar.  Bu  onlarda  məkan  qavrayıĢının  inkiĢafı 

kimi özünü göstərir. Məktəbəqədər yaĢlı uĢaqlar ilk vaxtlar ən 

çox  formanı  ayırmaqla  onları  qavramağa  cəhd  göstərirlər. 

Eyni  zamanda  obyektlərin  böyüklüyünü  qavrama  bacarığı  da 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə