Мцндяриъат



Yüklə 302,32 Kb.
səhifə10/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   ...   4   5   6   7   8   9   10   11   12

BU PEŞMANÇILIĞI

YAŞAMAMAQ ÜÇÜN...



“Şükr edib iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Həqiqətən Allah şükr sahibidir, hər şeyi biləndir. (“Nisa”, 4/147)”.
Insan bəzi qüsurlara, nöqsanlara, acizliklərə malik bir varlıqdır. Ona verilən ömür boyu yaddan çıxarar, səhv edər və çoxlu xətaları olar. Amma eyni zamanda, Allah tərəfindən verilmiş olan tövbə kimi böyük bir nemətlə dünyada ikən bu səhvlərin düzəldilməsi həmişə mümkündür. Dünya insanın maarifləndirilməsi, səhvlərinin düzəldilməsi və ona verilən nemətlərlə imtahan edilməsi üçün yaradılmışdır. İnsan dünyada ikən etdiyi səhvlərdən, ya da yaşadığı həyatdan bəzən böyük peşmançılıq duya bilər. Amma bunu düzəltmək imkanı mövcuddur; insan yaşadığı bu peşmançılıqdan sonra tövbə etsə, Allahın onu bağışlayacağına və mərhəmət göstərəcəyinə ümid edə bilər.

Allah Quranda səmimi olaraq tövbə edənləri bağışlaycağını müjdələyir. Allah insanın daxilində gizlətdiyi, fikirləşdiyi, beynindən keçirdiyi hər kəlməni, hər fikri və daxilən səmimi olub-olmadığını bilir. “Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh adam olsanız, bilin ki, Sizin Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh adam olsanız (bilin ki), həqiqətən də O, tövbə edənləri bağışlayandır (“İsra”, 17/25)”, - deyərək, insana olan yaxınlığını xəbər verir.

Ancaq çox əhəmiyyətli bir gerçək var ki dünyada edilən səhvlərin, günahların öləndən sonra düzəldilməsi heç cür mümkün deyil. Demək, insanın itirəcəyi bircə anı da yoxdur. Yaşadığı dəqiqələr göz qırpımında keçir, insan hər ötən saniyə ölümə daha da yaxınlaşır. Üstəlik, ölümünün nə vaxt- hansı gündə və saatda olacağını da heç kim bilmir. Ancaq bir gün mütləq öləcək və etdiyi hərəkətlərə, yaşadığı ömrə görə Rəbbinin yanında sorğu-sual ediləcək.

Buna görə də, insan hər an öləcəyini həmişə yadında saxlamalı və axirətdə peşman olmaması üçün həyatına yenidən nəzər salmalıdır: Indi ölüm mələklərilə qarşılaşsa, yaşadığı illərin hesabını verə biləcəkmi? Bu günə qədər Allahı razı sala bilmək üçün nə etmişdir? Onun hökmlərini istədiyi kimi yerinə yetirirmi? Bəlkə də bu sualların heç birinə verməyə müsbət cavabı olmaz. Əgər elə indi tövbə edərsə, bundan sonrakı həyatını Allahı razı salmaq üçün keçirəcəyinə səmimi qərar verərsə, Allahın tövbəsini qəbul edəcəyinə, onu bağışlayacağına inana bilər.

İnsan “Ğaffar” (mərhəmətlilərin ən mərhəmətlisi), “Halim” (bəndələrinə qarşı çox yumşaq olan) və “Təvvab” (bağışlayan və əsirgəyən, tövbələri qəbul edib, günahları yaxşılıqlara çevirən) olan Rəbbinə sığınmalıdır. Allah səbr edənlərin və Ona yön tutub pis yoldan qayıdanların əvəzini mütləq verəcək. İman gətirən bəndələrinin günahlarını bağışlayaraq, yaxşılığa çevirəcək və etdikləri xeyirli işləri ən əla mükafatla mükafatlandıracaq. Allahın bəndələrinə verdiyi bu böyük müjdə belə bildirilmişdir:

Sizdə olanların hamısı tükənib gedər, Allahda olanlar isə daimi qalandır. Biz səbr edənlərə əməllərindən də yaxşı əvəz verəcəyik. İman gətirib əməlisaleh olan kişi və qadını Biz gözəl bir həyatla yaşadacaq və onlara etdikləri işlərdən də yaxşı əvəz verəcəyik. (“Nəhl”, 16/96-97)”.

Yaddan çıxarmayın ki, insan qəfildən ölümlə üzləşə bilər və peşman olsa da, bir də geri qayıdıb, etdiklərini düzəltməyə imkan tapmaz. Bu üzdən, əgər Rəbbin sevdiyi bir bəndə olmaq və ölümündən sonra Onun saleh bəndələri üçün hazırladığı cənnətə qovuşmaq istəyirsə, tez Rəbbindən bağışlanmasını istəməli və həyatını Onun əmr etdiyi şəkildə Qurana tabe olaraq yaşamalıdır.

DARVİNİZMİN ÇÖKÜŞÜ

Darvinizmin ideoloji çöküşü

Darvinizmi yalnız elm dünyasına aid bir iddia olmaqdan çıxarıb, bütün cəmiyyət üçün əhəmiyyətli hala gətirən cəhət nəzəriyyənin ideologiyasıdır. Bütün canlıların, o cümlədən insanın necə yaradıldığı sualına verməyə çalışdığı cavaba görə Darvinizm bəzi fəlsəfələrin, dünyagörüşlərinin və siyasi ideologiyaların əsasını təşkil edir.

Burada darvinizmin bu idologiyasının xüsusilə türk dövləti və milləti ilə əlaqədar olan iki yönünə toxunacağıq. Bunlardan biri darvinizmlə materialist fəlsəfə arasındakı əlaqədir. Digəri isə darvinizmlə irqçilik, ələlxüsus da türk düşmənçiliyi arasındakı çox az bilinən, lakin önəmli bağlantıdır.

Əvvəlcə söhbətimizə birinci əlaqədən başlayaq. Materialist fəlsəfə, yaxud başqa cür ifadə etsək, “maddəçilik” tarixi Qədim Yunanıstana qədər uzanan bir düşüncə sistemidir. Materializm maddənin yeganə varlıq olduğuna əsaslanır. Materialist fəlsəfəyə görə, maddə sonsuzdan bəri mövcuddur, sonsuza qədər də olacaqdır. Yenə bu fəlsəfəyə görə, maddədən başqa heç bir varlıq yoxdur.

Təbii ki, materializmin bəzi siyasi yönləri də var. Bunların başında heç şübhəsiz ki, kommunizm gəlir. Əsas kommunizm ideoloqları hesab edilən Karl Marks və Fridrix Engels həm də dialektik materializmin baniləridir. Kommunizm isə materialist fəlsəfənin Marks və Engels tərəfindən sosial elmlərə tətbiq edilməsindən başqa bir şey deyil.

Kommunizm bu gün tarixin dərinliklərində qalmış bir ideologiya kimi görsənir, halbuki həqiqətdə hələ də öz təsirini itirməyib.

Darvinizm isə bu nöqtədə böyük önəm qazanır. Çünki darvinizm, ya da təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüfən meydana gəldiklərini iddia etdiyi üçün materialist ideologiyalar tərəfindən qəbul edilmiş, xüsusilə kommunizmin “əsas dayağı” sayılmışdır. Kommunist ideologiyanın bütün öndə gedən fikir liderləri bu nəzəriyyəni olduğu kimi qəbul etmişlər və ideologiyalarını buna əsaslandırmışlar.

Məsələn, Karl Marks 1860-cı ildə Fridrix Engelsə yazdığı bir məktubunda Darvinin kitabı haqda “bizim fikirlərimizin təbii tarixi əsasını təşkil edən kitab budur” ifadəsini işlətmişdir (Convay Zirkle, Evolution, Marxian Biologu and the Social Scene. 1959, səh. 86). Yenə Marks 1861-ci ildə Ferdinand Lassalleyə yazdığı məktubda “Darvinin əsəri (“Növlərin mənşəyi”) böyük bir əsərdir və tarixdəki sinif mübarizəsinin təbiət elmi yönündən əsasını təşkil etdiyi üçün mənə çox uyğun görsənir” demişdir (K.Marx, F.Engels, Seçmə yazışmalar, 1884-1869). Buna oxşar şəkildə Çin kommunizminin qurucusu Mao Tze Dun da “Çin sosializminin bünövrəsini Darvinə və təkamül nəzəriyyəsinə əsaslandırdığını” açıq şəkildə bildirmişdir (K.Mehnert, Deutsche Verlags -Anstalt, Kampf um Maos Erbe., 1977).

Kommunizmə qarşı aparılacaq fikri mübarizənin dolayısı ilə mütləq materialist fəlsəfəni və təkamül nəzəriyyəsini hədəf seçməli olduğu aydındır. Digər tərəfdən, təkamül nəzəriyyəsinin bir cəmiyyətdə geniş qəbul edilməsinin materializmi və dolayısı ilə kommunizmi bəsləyəcəyi də bəllidir.


Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə