Мцндяриъат


Dünyadakı peşmançılıqdan ibrət



Yüklə 302,32 Kb.
səhifə4/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   2   3   4   5   6   7   8   9   ...   12

Dünyadakı peşmançılıqdan ibrət

götürmək lazımdır


Dünya həyatı insanların cənnətdəki nöqsansız və sonsuz həyatı qazana bilmələri üçün verilmiş çox əhəmiyyətli bir fürsətdir. Bu fürsətdən istifadə edə bilməyərək dindən uzaq yaşayan insanlar isə yuxarıda da qeyd etdiyimiz kimi, axirətdəki əzabı görəndə, mütəmadi olaraq dünyada keçirdikləri hər dəqiqənin peşmançılığını yaşayacaqlar. Çünki bu insanlar dünyada kifayət qədər tənbeh edilmiş, cənnətin və cəhənnəmin mövcudluğu barədə xəbərdar olunmuşdular. Onlara hansı davranışlarının necə nəticə verəcəyi bildirilmişdi. Ancaq bu gedər-gəlməz sona varmamışdan əvvəl dünyada yaşadıqları müddətdə Allah insanlara peşmançılığın necə bir hiss olduğunu daddırır. Ölümdən əvvəl bəlkə düşünə və həqiqəti görələr deyə, peşmançılıq hissini onlara mütləq yaşadır.

Bununla yanaşı, peşmançılığı içlərində yaşayan insanlara səhvlərini və yanlış davranışlarını düzəldə bilmələri üçün vaxt da verir. Hər insan dünyada ikən həyatını Allahın ondan istədiyi kimi qurmaq və tövbə edərək, qalan həyatını Allahı razı salacaq şəkildə davam etdirmək imkanına malikdir.

Bu baxımdan, dünyada yaşanan peşmançılıq hissi əslində insanlara Allah tərəfindən verilmiş çox böyük fürsətdir. Çünki əgər peşmançılıqdan sonra Allaha üz tuturlarsa, Allah insanların bu səmimiyyətinin əvəzində onları əbədi olaraq xilas edir. Ancaq əksinə, Allahdan gələn bu tənbeh və fürsətlərə əhəmiyyət verməyərək, vaxtlarını necə gəldi keçirirlərsə, cəzaları sonsuza qədər qurtula bilməyəcəkləri əbədi bir peşmançılıq və əzab olur.

Səhv edib sonra peşman olan insanlar haqqında Quranda çoxlu misallar göstərilir. Yaşadıqları peşmançılıq bu insanlardan bir qismini Allaha yönəltmiş, digərlərinin isə həyatlarında bir də eyni səhvləri təkrar etmələrinə şərait yaratmışdır. Bir qisim də müəyyən vaxt keçəndən sonra yaşadığı sıxıntıları yaddan çıxarmış, əvvəlki üsyankar vəziyyətinə qayıtmışdır.

Insanların səhvlərinə görə çəkdikləri peşmançılığın onları tövbəyə məcbur etməsinə və doğru yola yönəltməsinə nümunə kimi Quranda Hz. Peyğəmbərimiz dövründə mübarizədən kənarda qalan üç nəfər göstərilir:

Allah peyğəmbərin, ürəkləri az qala başqa tərəfə meyl etdikdən sonra çətin anda onun ardınca getmiş bəzi mühacirlərin və ənsarların tövbələrini qəbul etdi. Sonra bir daha tövbələrini qəbul etdi. Axı Allah onlara qarşı şəfqətlidir, rəhmlidir!”. “Döyüşdən geri qalmış üç nəfərin də tövbəsini qəbul etdi. Yer öz genişliyi ilə onlar üçün daralanda, ürəkləri sıxılanda və Allahdan başqa bir sığınacaq olmadığını düşünəndə, Allah onların tövbələrini qəbul etdi ki, onlar əvvəlki vəziyyətə dönsünlər. Axı Allah tövbələri qəbul edəndir, mərhəmətlidir. (“Tövbə”, 9/117-118)”.

Yuxarıdakı ayələrdə də göründüyü kimi, o dövrdə peyğəmbərdən dala qalan üç nəfər daxilən çox peşman olmuşdular. Ancaq bu hissdən qurtulmaq üçün yeganə yolun yenə Allaha sığınaraq, tövbə etmək olduğunu da başa düşmüşdülər. Həqiqi peşmançılıq insanları tez bir zamanda hərəkətə gətirən, onları dəyişdirən, səhvlərini düzəltməyə istiqamətləndirən peşmançilıqdır. Belə səmimi peşmançılıqla insanlar həyatla­rinın qalan hissəsini Allahın razılığına uyğun yaşa­yacaq və Allahın bağışlayan və mərhəmətli olduğunu gör­mə­yə ümid edəcəklər. Çünki Allah tövbələri qəbul edər və səhvlərini düzəldən bəndələrini bağışlayar:

Tövbə edib iman gətirən və əməlisaleh olanlardan başqa; Allah bunların pis əməllərini yaxşıları ilə əvəz edər. Axı Allah bağışlayandır, rəhmlidir. Kim tövbə edib əməlisaleh olarsa, o, Allaha doğru üz tutmuş olar. (“Furqan”, 25/70-71)”.

Pis əməllər tutub, sonra tövbə edərək iman gətirənlər, həqiqətən sənin Rəbbin bundan (tövbədən) sonra bağışlayandır, rəhmlidir. (“Əraf”, 7/153)”.

Həqiqətən də Mən tövbə edəni, əməlisaleh olub sonra düz yolla gedəni bağışlayanam. (“Taha”, 20/82)”.

Eyni zamanda, Quranda peyğəmbər göndərilən qövmlərin etdikləri böyük səhvlərə görə peşman olduqları da bildirilir. Məsələn, Hz. Musanın Tur dağına getməsindən istifadə edən qövmü Allahı unudub, bir heykələ sitayiş etməyə başlamış, ancaq hərəkətlərinin böyük səhv olduğunu biləndə, çox peşman olmuşdular. Qövmün içinə dolan bu peşmançılıq Quran ayələrində belə bildirilir:

Musanın tayfası ondan sonra öz bəzək şeylərindən böyürtüsü olan bir buzov heykəli düzəldib, özlərinə tanrı götürdü. Bəs onlar görmürdülər ki, o, nə onlarla danışır, nə də onlara düz yol göstərir? Onu özlərinə tanrı götürdülər və zalım oldular. (“Əraf”, 7/148-149)”.

Quranda bu mövzuda göstərilən başqa bir misal isə bağ sahibləri ilə bağlıdır. Bağ sahibləri Allahın nemət olaraq verdiyi bağı özlərininki sayıb qürrərlənmiş və Allaha şükr etməyi unutmuşdular. Lakin bundan sonra gələn əzab onların bu davranış­larına görə peşman olmalarına və Allaha üz tutmala­rına səbəb olmuşdu:

Biz onları vaxtilə bağ sahiblərini sınadığımız kimi sınadıq. O zaman bağ sahibləri and içmişdilər ki, səhəri açan kimi gedib onun meyvələrini dərəcəklər. Onlar heç bir istisna yeri də qoymamışdılar. Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla üz verdi və bağ yanıb qapqara oldu. Səhər tezdən onlar bir-birilərini səslədilər: “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən çıxın”. Onlar aralarında xısın-xısın danışa-danışa yola düzəldilər: “Oraya -sizin yanınıza bu gün heç bir kasıb soxulmasın”. Və onlar buna qadir olduqlarını güman edərək, səhər yola çıxdılar. Bağı görəndə isə dedilər: “Biz həqiqətən də azmışıq! Yox, biz hətta bağımızdan məhrum olmuşuq!” Onlardan insaflısı dedi: “Məgər mən sizə demədimmi ki, Allaha təriflər deyəsiniz!”. Onlar dedilər: “Rəbbimizə təriflər olsun, biz həqiqətən də haqsızlar olmuşuq!”. Onlar bir-birilərinə tənə vurmağa başladılar. Dedilər: “Vay halımıza! Biz həddi aşanlardan olmuşuq. Bəlkə Rəbbimiz bağdan daha yaxşısını bizə əvəz verər. Axı Biz hər şeyi Rəbbimizdən istəyirik”. (“Qələm”, 68/17-32)”.

Təəssüf ki, insanların əksəriyyəti dünyada ikən peşman olmaları və tövbə edib saleh əməllər etmələri üçün gələn tənbehləri şərait və şərtlər dəyişəndə, yenə bir fürsət veriləndə tez yaddan çıxarırlar. Bu tənbehi görməməzlik üzündən əvvəlki vəziyyətlərinə qayıdan­ların tövbə etmədikləri müddət ərzində nankor­luqları əvəzsiz qalmayacaq.

Hz.Salehin peyğəmbər olaraq göndərildiyi Səmud xalqının başına gələnlər də bu qəbildəndir. Allahın elçisi onları açıq şəkildə tənbeh etdiyi, peşman olacaqlarını, əzabla qarşılaşacaqlarını bildirdiyi halda, onlar təkidlə üsyan etməyə davam etmişdilər. Əlbəttə, Allah vədindən dönməzdir və bu insanlara vəd etdiyi əzabı onlara göstərmişdir:

Saleh dedi: “Bu, dişi dəvədir. Onun da, sizin də hər gün çeşmədən su içmək üçün məlum vaxtlarınız vardır. Ona əziyyət verməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. Onlar isə onu kəsdilər, sonra peşman oldular. Onları əzab yaxaladı. Həqiqətən bunda bir ibrət vardır, onların çoxu isə inanmır. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir. (“Şüara”, 26/155-159)”.

Yadda saxlayın ki, Allah sonsuz ədalət sahibidir. Edilən heç bir xətanı əvəzsiz buraxmaz. Ancaq Onun razı qalmasından ötrü edilən gözəl əməllərin əvəzini bir neçə qat artıqlaması ilə verir. Səmimi peşmançılıq duyaraq Ona üz tutan hər bir kəsi qurtaracağını və onu rəhməti, cənnətilə mükafatlandıracağı haqda müjdə­ləyir. Bu vəziyyətdə insanın özü-özünə bu sualı verməsi lazımdır: “Dünyada yaşadığın müvəqqəti bir peşmançılığın nə qədər böyük sıxıntı verdiyini bildiyin halda, sonsuzadək davam edəcək peşmançılığı yaşamağın düzgündürmü? Üstəlik, əzabın bir an da olsa, yüngülləşdirilməyəcəyi cəhənnəm həyatındakı peşman­çiliğı yaşamaq..”.

Əlbəttə, heç kim belə peşmançılığı çəkə bilməz. Bu vəziyyətdə insanın görməli olduğu iş məlumdur. Düyada bu fürsəti dəyərləndirmək imkanı hələ hər insan üçün mövcuddur. Bu fürsətdən istifadə edən insan nəinki cəhənnəm əzabından qurtulacaq, həm dünyadakı, həm də cənnətdəki bütün nemətlərin sahibi olacaq. Bu nemətlərə qovuşmaq və cəhənnəm əzabı çəkmədən yaşamaq istəyən hər bir insan həyatını Allahın razılığını qazanmaq prinsipi üzərində qurmalıdır. Qeyd-şərtsiz Onun dəvət etdiyi, qaranlıqlardan nura çıxaran yolun yolçusu olmalıdır:

Sizi zülmətlərdən işığa çıxarmaq üçün xeyir-duasını üzərinizə salan Odur. Onun mələkləri də sizin üçün dua edirlər. O, möminlərə rəhm edəndir. Allahla görüşəcəkləri gün onların ilk eşidəcəkləri söz “Salam” olacaqdır. O, onlar üçün gözəl mükafat hazırlamışdır. (“Əhzab”, 33/43-44)”.




Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə