Мцндяриъат


İNSANIN DÜNYADA YAŞADIĞI PEŞMANÇILIQ



Yüklə 302,32 Kb.
səhifə3/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   2   3   4   5   6   7   8   9   ...   12

İNSANIN DÜNYADA YAŞADIĞI PEŞMANÇILIQ

Öz Rəbbinizə üz tutub tövbə edin və sizə əzab gəlməmiş Ona itaət göstərin! Sonra sizə bir kömək edən olmaz. Siz heç bilmədiyiniz halda, qəflətən əzab sizə gəlməzdən əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən yaxşı kəlamın ardınca gedin. (“Zumər”, 39/54-55)”.


İnsan bir təhlükə ilə qarşılaşanda onun vicdanı heyrətamiz sürətlə hər şeyin hesabını aparmağa başlayır. Dünyada yaşadığı ömrə və bu müddət ərzində gördüyü işlərə bir-bir qiymət verir. Əgər dünyada yaxşı işlər görməyibsə, Allahın dininə tabe olmayıbsa, həmin an onu çox böyük peşmançılıq sarır. Çünki həyatı boyu heç düşünmədiyi gerçəklər bir anda bütün yönlərilə insanın gözü önündən keçir. Bəlkə də ömründə birinci dəfə ölümün, həqiqətən, çox yaxın olduğunu anlayır. Dünyadaykən cənnəti qazanacaq şəkildə ömür sürmədiyini və qapıldığı peşmançılıq hissinin də bu səbəbdən meydana gəldiyini düşünüb, məsələni dərk edir. Allaha qarşı etdiyi nankorluğu başa düşür və bu hərəkətlərinin əvəzsiz qalmayacağını da çox yaxşı hiss edir. Həmin ana qədər heç vaxt yaşamadığı qorxu hissi onu bürüməyə başlayır. Belə bir vəziyyətdən onu ancaq Allahın qurtara biləcəyini artıq qavrayır. Təhlükənin sovuşması üçün Allaha yalvarır, ona dualar edir. Əgər bəladan qurtulsa, çəkdiklərini heç vaxt unutmayacağına, Allaha şükr edəcəyinə və sonrakı həyatını bu həqiqətlərə görə nizamlayacağına söz verir. Yetər ki, qurtulsun və əlinə bir də yaşamını sürdürmək imkanı düşsün...

Amma insanların əksəriyyəti düşdüyü təhlükəli vəziyyətdən çıxandan sonra verdiyi sözə sadiq qalmır. Allahın onu bəladan qurtarmasına rəğmən, yenidən əvvəlki vəziyyətinə qayıdır. Ölümlə göz-gözə gələndə qəbul etdiyi həqiqətləri bir andaca yaddan çıxarır. Hiss etdiyi peşmançılıq və təslimçilik yerini əvvəlki nankorluğa verir. Təhlükə sovuşandan sonra sanki bir qədər əvvəl Allaha dua edən və peşmançılıq yaşayan özü deyilmiş kimi, Allahdan üz çevirir. Əvvəlki həyatını sürdürərək, bəlkə də dünyaya daha çox bağlanaraq, yaşamağa davam edir. Allah belələrinin ruhi vəziyyətini Quranda bu misallarla açıqlamışdır:

Quruda da, dənizdə də sizə hərəkət verən Odur. Siz gəmidə olarkən, gəmilər onları xoş bir küləklə apararkən və onlar buna sevinən zaman şiddətli tufan qoparaq, onların üstünə hər tərəfdən dalğalar gəldi və onlar elə zənn etdilər ki, artıq işləri bitmişdir. Onda onlar imanda Allaha sədaqət göstərərək Onu çağırdılar: “Əgər bizi bundan xilas etsən, şükr edənlərdən olarıq”. O, onları xilas etdikdə isə onlar dərhal haqsız olaraq, yer üzündə azğınlıq törədərlər. Ey insanlar! Sizin azğınlığınız bu dünya həyatının ləzzəti kimi əleyhinizədir. Sonra siz Bizə qayıdacaqsınız və Biz nə etdiklərinizdən sizə xəbər verəcəyik. (“Yunus”, 10/22-23)”.

Əgər dənizdə sizə bir bəla toxunarsa, Allah istisna olmaqla, bütün ibadət etdikləriniz yox olub gedərlər. Sonra isə O sizi xilas edib quruya çıxararsa, siz üz döndərərsiniz. Həqiqətən də insan naşükürdür. (“İsra”, 17/67-68)”.

Ayələrdə də bildirildiyi kimi, əcəba, insan bir təhlükədən canını qurtarandan sonra oxşar, yaxud başqa cür təhlükəylə qarşılaşmayacağından, qarşılaşsa da, yenidən qurtulacağından əmindirmi? Əlbəttə, bundan əmin olmaq mümkün deyil. Üstəlik, qurtulsa da, heç bir şey dəyişməz. Çünki onun yaşaması üçün verilən müddət başa çatdıqdan sonra mütləq öləcək. Onda da eyni peşmançılığı yaşayacaq, lakin bu pemançılığın ona faydası olmayacaq.

Burada bəhs olunanlar əslində, dindən uzaq yaşayan bütün insanların malik olduqları müştərək ruh halıdır. Allah Quranın başqa ayələrində bu insanların vəziyyətlərini bizə belə xəbər verir:

İnsana bir xətər toxunduqda, böyrü üstə uzanmış vəziyyətdə də, ayaq üstə də Bizi çağırar. Biz xətəri ondan sovuşdurduqda isə o çıxıb gedər, sanki Bizi ona toxunmuş xətərə görə heç çağırmamışdı. Tutduqları əməllər həddini aşanlar üçün belə bənzədilmişdir! (“Yunus”, 10/12)”.

İnsanlara bir ziyan toxunan zaman özlərinin Rəbbinə üz tutaraq, Onu köməyə çağırarlar. Sonra Özündən onlara bir mərhəmət daddıran kimi onların bir dəstəsi öz Rəbbinə şərik qoşar. (“Rum”, 30/33)”.

Göründüyü kimi, ayələrdə də bəhs olunan insanlar bir sıxıntıyla üzləşdikləri zaman Allaha üz tuturlar. Ancaq təhlükədən qurtulandan sonra bir anda Allaha verdikləri sözü unudaraq, nankorluq edirlər. Buradan aydın olur ki, insanların yaşadıqları peşmançılıq qarşılaşdıqları təhlükə anındakı çarəsizlik­lərindən doğur. Halbuki, yuxarıda da bildirdiyimiz kimi, Allaha inanan insanların yaşadıqları faydalı peşmançılıq belə deyil. Həqiqi peşmançılıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzi vaxtlar onda vacib dəyişikliklər edən bir hissdir. Ürəyində səmimi bir peşmançılıq hiss edən adam həyatının ona bağışlanan sonrakı dövrünü Allahın rizasına uyğun yaşayar. Şərtlər dəyişəndə və ona yeni fürsət veriləndə, qətiyyən əvvəlki vəziyyətinə dönməz. Çünki belə nankorluğun Allahın ayələrində də bildirildiyi kimi, özünün əleyhinə olacağını bilər.

Ayələrdə qeyd olunan gəmidəki insanların psixologiyasını Allah bütün insanlara ibrət olaraq göstərib. Çünki bu, hər bir insanın nəfsində olan meyldir. Elə isə, hər insan nəfsinin bu mənfi xüsusiyyətindən imtina etməli, ayələrdə göstərilən insanların halından ibrət götürərək, vicdanı qarşısında səmimi hesabat verməlidir. Yəni bunları fikirləşməlidir:

“Mən buna bənzər bir vəziyyətlə qarşılaşsam, hansı ruhi vəziyyətdə olardım? Nələrdən peşman olar və mənə gələn təhlükədən qurtulduğum təqdirdə, nəyi dəyişdirəcəyimə dair Allaha söz verərdim? Nələrdən uzaqlaşar, hansı qərarlarımı səmimiyyətlə yerinə yetirməyə başlayardım?”

İnsanın bunları fikirləşməsi və doğru qərar verməsi üçün mütləq təhlükəli vəziyyətə düşməsi lazım deyil. Hətta belə bir təhlükəylə qarşılaşmadığı üçün heç kim aldanmamalıdır. Bəlkə də bu gün belə vəziyyətə düşməyəcəyini düşünən insanın başına çox yaxın vaxtlarda buna oxşar bir iş gələcək. Yaxud, bəlkə də ömrünün axırına qədər heç bir təhlükəylə üzləşməyəcək. Amma qəti olan bir şey var ki, onun üçün təqdir edilən ölüm anı gəlib çatan kimi ölüm mələklərini yanında görəcək. Ölümün həqiqət olduğunu görəndə isə, əgər Allahın rizasına uyğun yaşamayıbsa, mütləq peşman olduğunu hiss edəcək.

Bu peşmançılıqla dünyada da, axirətdə də qarşılaşmamaq üçün dünyada yerinə yetiriləcək tək məsələ Allaha üz tutmaq, Onu sevmək, Ondan çəkinmək, Onun Quranda bildirdiyi əmrləri yaşamına tətbiq etməkdir. Ölüm çox yaxındır. Elə isə, insan edəcəklərini heç bir şəkildə gecikdirməməli, verdiyi qərarları da səbr və iradəylə həyata keçirməlidir. Allaha olan yaxınlığının, səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allaha üz tutub, iman gətirən adamın göstərdiyi yaxınlıq və səmimiyyət qədər olmalıdır. Həmçinin bu yaxınlıq və səmimiyyəti qalan bütün ömrü boyunca davam etdirməlidir.

İnsanların yaddan çıxarmaması vacib olan ən əsas həqiqət budur: insanın dünyada yaşamasının əsl məqsədi Allahın razı olduğu bəndə olmaqdır. Bunun xaricindəki hər şey -qazandığı müvəffəqiyyətlər, sahib olduğu mal-mülk, ailəsi, ətrafı, məqamı Allaha yaxınlaşmaq üçün ancaq bir vasitədir. Bunların ona Allaha şükr etməsi, Ona üz tutması üçün verildiyini yaddan çıxarıb və ya fərqində olmayıb, sadəcə bu vasitələri əldə etməyi qarşılarına məqsəd qoyanların isə etdikləri hər şey boşa çıxacaq. Dünyada əldə etdikləri müvəqqəti faydalar həmin insanlara axirət günündə heç nə qazandırmayacaq. Üstəlik, Allah daha çox belələrinin hüsrana düçar olacaqlarını bir Quran ayəsində belə açıqlayır:


De: “Əməllərinə görə ən çox ziyana düşənlər barəsində sizə xəbər verəkmi? O kəslər ki, özləri yaxşı işlər gördüklərini güman etdikləri halda, onların dünya həyatındakı cəhdləri boşa çıxmışdır”. Bunlar öz Rəbbinin ayələrinə və onunla görüşə inanmayan və buna görə əməlləri hədər getmiş kəslərdir. Qiyamət günü Biz onlar üçün heç mizan-tərəzi də qurmayacağıq. (“Kəhf”, 18/103-105)”.

Əgər insan dünyadakı halı, davranışları və əxlaqıyla Allahı razı salarsa, Allah onu dünyada da, axirətdə də qoruyacaq. Ancaq dünyada ikən bu fürsəti əlindən buraxarsa, ölüm mələkləri yanına gələndə artıq düzəldə bilməyəcəyi səhvləri anlayacaq və sonsuza qədər sürən bir peşmançılıq içində yaşayacaq. Quranda Rəbbinin hüzuruna çıxarılanda etdiklərinə görə peşman olan insanların etirafı belə bildirilir:

O, deyəcəkdir: “Kaş həyatım üçün əvvəldən tədarük edəydim!” (“Fəcr”, 89/24)”.

...Kaş öz Rəbbimə heç kimi şərik qoşmayaydım! (“Kəhf”, 18/42)”.

...Kaş mən peyğəmbərlə birgə yol tutaydım! (“Furqan”, 25/27)”.

Etdiklərinə görə peşman olub, çarəsizlik içində bu sözləri söyləmək istəməyən hər bir insan vaxt itirmədən, elə indi onu yaradan Rəbbinə üz tutmalı və Onun istədiyi şəkildə yaşamını davam etdirməlidir.




Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə