Мцндяриъат


İnkar edənlərin cəhənnəmdə qarşılaşacaqları əzab



Yüklə 302,32 Kb.
səhifə8/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   ...   4   5   6   7   8   9   10   11   12

İnkar edənlərin cəhənnəmdə qarşılaşacaqları əzab

Inkarçıların cəhənnəmdə sonsuza qədər yaşayacaqları peşmançılıqdan danışmadan öncə orada üzləşəcəkləri əzablardan bəhs etmək daha faydalı olacaq. Çünki insan cəhənnəmdəki əzabın çeşidlərini öyrənmədən, orada çəkəcəyi peşmançılığın necə olacağını da dərk etməz. İnkarçıların yaşadıqları peşmançılıq yuxarıda da qeyd etdiyimiz kimi, cəhənnəmi gördükləri andan başlayır. Cəhənnəmə daxil olarkən və sonra cəhənnəmdəki əzabları yaşayarkən də bu sonu olmayan peşmançılıq davam edər. Allah bu insanların cəhənnəmə girmələrindən sonrakı danışıqlarını belə xəbər vermişdir:

“Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. Nə pis dönüş yeridir! Onları oraya atanda onlar onun qaynayaraq uğuldadığını eşidəcəklər. O, qeyzdən az qala parça-parça ola. Hər dəfə içərisinə bir dəstə adam atılanda cəhənnəm gözətçiləri onlardan soruşarlar: “Məgər sizin yanınıza bir xəbərdar edən gəlməyib?” Onlar deyəcəklər: “Bəli, bizə bir xəbərdarlıq edən gəlmişdi, lakin biz onu yalançı hesab etdik və dedik: “Allah heç bir şey nazil etməyib, siz isə ancaq böyük bir yoldan çıxmısınız”. Onlar deyəcəklər: “Əgər qulaq assaydıq və ya anlasaydıq, cəhənnəm odu əhli içərisində olmazdıq”. Onlar öz günahlarını etiraf etdilər. Məhv olsun cəhənnəm odu əhli! (“Mülk”, 67/6-11)”.

Ayələrdə də bildirildiyi kimi, inkar edənlər cəhənəmmə atılanda birinci dəhşətli səslə qarşılaşacaqlar. Allah “Mülk” surəsinin 7-ci ayəsində bu səsi “Onları oraya atanda onlar onun qaynayaraq uğuldadığını eşidəcəklər”, -deyə təsvir edib. Şübhəsiz ki, inkarçılar bu dəhşətli səsi eşidəndə onları sözlə ifadə olunmayacaq bir sıxıntı və qorxu bürüyəcək.

Allah başqa bir ayədə isə atəşi inkar edənlər üçün hirsindən partlayıb-parçalanacaq şəkildə yaratdığını bildirmişdir (“Mülk”, 67/8). Bu dəhşət verən hadisələrə şahid olan inkarçılar necə bir əzabla qarşılaşacaqlarını başa düşməyin verdiyi çarəsizliyi yaşayacaqlar. Və yuxarıdakı ayələrdə bildirildiyi kimi, dünyada bunları fikirləşə bilmədiklərinin peşmançılığını etiraf edən danışıqları olacaq. Belə bir sıxıntı yaşamaları isə son dərəcə adi haldır. Çünki qarşılaşacaqları hər əzab bir-birindən dəhşətverici və can yandıran olacaq. Allah ayələrində cəhənnəmin ən pis yer olduğunu bildirmişdir:

...Nə pis dönüş yeridir o! (“Ali-İmran”, 3/162)”,

...Nə pis yataqdır o! (“Nisa”, 4/115)”,

...Onların sığınacaq yerləri cəhənnəmdir. Zalımların sığınacağı necə də pisdir! (“Ali-İmran”, 3/151)”,

...Nə pis qərar tutulası yerdir! (“İbrahim”, 14/29)”.

Cəhənəm əhli bu pis yerə böyük bir qələbəlik şəklində atılacaq. Bir ayədə “Onları oraya üzüqoyulu atarlar, yolu azanları da” (“Şüara”, 26/94) şəklində bildirilmişdir.

Bu ifadələrdən dünyada mal-mülk sahibi, etibarlı insanlar olduqlarını düşünərək, qürurlananlar da daxil olmaqla, bütün inkarçıların cəhənnəm atəşinə dəyərsiz bir yığın halında töküləcəkləri anlaşılır. Dünyada özlərini böyük göstərmələrinin əvəzində onlar həmin gün alçaldılacaqlar. Orda heç vaxt onalara dəyər verilməyəcək. Onlar cəhənnəmin odunu olacaq və atəşin mənbəyi tək sonsuza qədər əzab içərisində qovrulacaqlar:

Siz də, Allahdan başqa ibadət etdikləriniz də cəhənnəm üçün odunsunuz və siz oraya girəcəksiniz. (“Ənbiya”, 21/98)”,

...Onlar cəhənnəm odunun yanacağıdırlar. (“Ali-Imran”, 3/10)”.

Quranda bəhs olunan cəhənnəm əzabları çox müxtəlifdir. İnsanlar orada bir ayənin ifadəsilə söyləsək, “bütün zamanlar boyunca” -yəni sonsuza qədər hər an əzabla göz-gözə olacaqlar. Bu əzab növlərindən bəzilərini sadalaya bilərik; məsələn, “Furqan” surəsinin 13-cü ayəsində inkarçıların atəşin sıx yerinə əlləri boyunlarına bağlı şəkildə atılacaqları xəbər verilmişdir. Məlum olduğu kimi, insanlar darısqal yerdə bir neçə dəqiqədən artıq qalanda çox narahat olur və tez oradan çıxmaq istəyirlər. Bu bir yana, hətta özlərini bağlı və dar yerdə təsəvvür etmək də istəməzlər. Cəhənnəmdə veriləcək əzab isə dünyadakı ilə müqayisə edilməyəcək qədər böyükdür. İnkarçılar orada həm dar yerə atılacaqlar, həm də olduqları yerdə atəşdə yanacaqlar. Üstəlik, əlləri boyunlarına bağlı olduğu üçün atəşdən qurtulmaq bir tərəfə dursun, heç tərpənməyə də imkan tapa bilməyəcəklər. Əlbəttə, insan bu cür vəziyyəti xəyalında canlandıranda belə çox şiddətli narahtçılıq hiss edər. Bunu yaşamağın necə əzablı olduğu isə artıq məlumdur.

Allah başqa bir ayəsində inkarçıların qapqara tüstüdən kölgə içində olacaqlarını bildirmişdir (“Vaqiə”, 56/43-44). Ancaq kölgə deyiləndə insanlar sərin bir yer başa düşürlər. Halbuki cəhənnəmdəki kölgə dünyadakından tamamilə fərqlidir. Allah bu kölgənin nə sərinlədici, nə də fərəhləndirici olduğunu xəbər vermişdir.

Cəhənnəmdə digər dəhşətli əzab növü insanların əbədiyyən ölməməsidir. Çünki ölüm onlar üçün qurtuluş -əzabdan qurtulmaq üçün bir yoldur. Buna görə də Allah onların ölmələrinə icazə verməyəcək. Ayələrdə xəbər verildiyi kimi, “onlara hər yandan ölüm gələcəkdir, amma heç vaxt ölməyəcəklər” (“İbrahim”, 14/17). Yəni dünyada ikən ölümə səbəb olan hər cür hadisəylə orada da üzləşəcəklər və bu hadisələr zamanı hiss edilən əzabları, sıxıntıları, qorxuları real olaraq yaşayacaqlar. Amma bütün bunlara baxmayaraq, ölməyəcək və yeni əzab növlərilə sonsuz həyatlarına davam edəcəklər. Dünyada bir insan ciddi şəkildə yanandan bir müddət sonra ölür. Oda az bir müddət davam gətirə bilir. Əgər aldığı xəsarətlər ölümcül deyilsə, onda yaraları müəyyən vaxtdan sonra sağalır. Ancaq cəhənnəmdəki atəş əzabı dünyadakı ilə müqayisə edilməyəcək qədər fərqlidir. Allahı inkar edən insan orada oda atılacaq və dərisi yanıb töküldükcə, daha çox əzab çəkməsi üçün yeni dəri ilə dəyişdiriləcək (“Nisa”, 4/56). Yəni qısa bir müddət ərzində yanıb, ağrısının yox olması kimi bir vəziyyət olmayacaq, əbədi alovlanan atəşin yandırmasının verdiyi bir ağrını yaşayaraq hiss edəcək.

Cəhənnəmdəki başqa bir əzab növü inkarçıların o gün atəşin üzərində tutulub əridilmələridir (“Zariyat”, 51/13). Bunun necə böyük işgəncə olduğunu dünyada ikən qavramaq bir insan üçün mümkün də deyil. Dünyada çox sadə bir yaranın nə qədər şiddətli ağrı verdiyini bilən insan üçün Allahın bu əzabı çox ibrətamizdir. Üstəlik, bütün bunlar varkən, bir yandan da bunlar olacaq:

Zəncirlərlə bağlanacaqdır. (“Haqqə”, 69/32)”,

Zəncirlərlə və dəmir qandallarla bağlanacaqdır. (“İnsan”, 76/4)”,

Dəmirdən hazırlanmış böyük dəyənəklərlə qamçılanacaqlar. (“Həcc”, 22/21)”,

Bədənləri, alınları, böyürləri və kürəkləri atəşlə dağlanacaqdır. (“Tövbə”, 9/35)”,

Başlarına qaynar su endirilib töküləcək. (“Həcc”, 22/19)”,

Geyimləri qətrandan və atəşdən olacaqdır. (“İbrahim”, 14/50)”,

Qoy onlar onu -qaynar suyu və irini dadsınlar! (“Səd”, 38/57)”,

Çirkabdan başqa onun bir yeməyi də yoxdur. (“Haqqə”, 69/36)”.

Yeyəcəkləri isə ancaq zəqqum və darı tikanı olacaq. Allah zəqqumun inkar edənlərin qarınlarında necə əzaba çevriləcəyini belə bildirmişdir:

Şübhəsiz ki, zəqqum ağacı günahkarların yeməyidir, ərinmiş mis kimi qarınlarında qaynar -suyun qaynaması kimi. “Onu götürün və cəhənnəmin ortasına sürüyün, sonra isə əzabı artırmaq üçün başına qaynar su endirin: “dad, axı sən qüdrətli, kəramətli idin” (“Duxan”, 44/43-50)”.

Allah onların orada yedikləri yeməyin “boğazlarında tıxanıb qalacağını” bildirmiş, içəcəkləri irinli suyu isə udqunmağa çalışacaqlarını, amma boğazlarından keçirə bilməyəcəklərini söyləmişdir. Dünyada ikən insanın ən iyrəndiyi və nə iyinə, nə də görüntüsünə dayana bilmədiyi irin sonsuza qədər cəhənnəm xalqının qidası olacaq. Cəhənnəm əhli bundan böyük əzab hiss edəcək, amma ac olduğu üçün yemək məcburiyyətində qalacaq. Amma yemələrinə baxmayaraq, yenə də doymayacaqlar. Sonsuza qədər ac qalmağın ağrısını da dadacaqlar. Allah yedikləri darı tikanının da onları doyurmayacağını belə bildirib:

Onlar üçün zariədən (dəvə tikanından) başqa bir yemək olmayacaqdır. O isə nə kökəldir, nə də aclıqdan qurtarır. (“Ğaşiyə”, 88/6-7)”.

Cəhənnəmdə inkarçıların görəcəkləri əzabla bağlı Quranda başqa misallar da var: “Onlar orada ah-nalə içərisində olacaqlar və başqa bir şey eşitməyəcəklər. (“Ənbiya”, 21/100)”,

Orada onlar əsrlərlə qalacaqlar. (“Nəbə”, 78/23)”,

Onlara veriləcək əzab yüngülləşdirilmə­yəcəkdir. (“Ali-Imran”, 3/88)”,
Onlar cəhənnəm odundan çıxmaq istəyəcəklər, lakin oradan əsla çıxa bilməyəcəklər. (“Maidə”, 5/37)”.

Bütün bunlar inkar edənlərə təsəvvürə gəlməyəcək qədər böyük əzab verəcək. Bu əzabdan qurtula bilmək üçün canlarının alınmasını istəyəcəklər və bunun üçün də dəfələrlə yalvaracaqlar. Cəhənnəmdəki insanların söhbətləri Quranda bizə belə çatdırılır:

(Onlar cəhənnəm gözətçisinə): “Ey Malik! Qoy sənin Rəbbin canımızı alıb qurtarsın!” deyəcəklər. O isə: “Siz burada əbədi qalacaqsınız” deyəcəkdir. (Allah deyər): “Biz sizə haqqı çatdırdıq, lakin sizin çoxunuz haqqı sevmədiniz.” (“Zuxruf”, 43/77-78)”.

Ancaq ayədə də bildirildiyi kimi, Allah dünyada ikən haqq dindən üz döndərdikləri, edilən xəbərdarlıqları dinləmədikləri üçün onların yalvarmalarına cavab verməyəcək və onları həmişəlik əzabın içində saxlayacaq. Burada göstərilənlər dünyada Allahı və axirət gününü inkar edənlərin, cənnət və cəhənnəm mövzusundakı tənbehləri dinləməyənlərin qəti olaraq yaşayacaqları əzablardan bir qismidir. İnkarçıların bu əzablardan başqa, əsla qurtula bilməyəcəkləri böyük bir əzab da var ki, bu, sonsuza qədər insanın ağlından bir an belə çıxmayacaq peşmançılıq hissidir. Bu hiss bir insanın görə biləcəyi ən qorxulu yer olan cəhənnəmdə əbədilik yaşamaq məcburiyyətində qalmağın verdiyi sıxıntıdır və getdikcə artar. Çünki başdan bəri bildirdiyimiz kimi, inkarçılar cəhənnəm əzabını daddıqları hər an xatırlayacaqlar ki, əgər dünyada doğru yolu seçsəydilər, bunların heç birini görməzdilər. Ancaq bunun gətirdiyi peşmançılıqdan qurtulmaları da mümkün deyil.




Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə