Мцндяриъат


Darvinizm və türk düşmənçiliyi



Yüklə 302,32 Kb.
səhifə11/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   ...   4   5   6   7   8   9   10   11   12

Darvinizm və türk düşmənçiliyi


Başqa bir önəmli mövzu isə darvinizmin yuxarıda qeyd etdiyimiz ikinci ideologiyasıdır: Türk düşmənçiliyi.

Təkamül nəzəriyyəsi kommunist ideologiyasının fikri dayağı olduğu kimi, Türk düşmənçiliyinin də fikri əsasıdır. Çünki nəzəriyyə insanları “aşağı irqlər” və “mədəni irqlər” kimi iki yerə ayırıb, uca Türk Millətini də “aşağı irqlər”ə aid edib. Nəzəriyyə türklərin tam insan olmadıqlarını, meymunla insan arasındakı canlılar olduqlarını və “gerçək insan irqi olan avropalılar” tərəfindən zaman-zaman yox ediləcəklərini iddia edir.

Nəzəriyyənin banisi Çarlz Darvin bu fikrini çox yerdə açıq şəkildə bəyan edib. Məsələn, V.Grazam adlı bir dostuna 1881-ci il iyul ayının 3-də yazdığı məktubunda (sonralar oğlu Francis Darvin tərəfindən yazılan “The Life and Letters of Charles Darwin” adlı kitabın 1-ci cildinin 286-cı səhifəsində göstərilən “Letter to W.Graham” hissəsində də bildirildiyi kimi) bu ifadələri işlətmişdir: “Avropa irqləri kimi tanınan mədəni irqlər həyat mübarizəsində TÜRK BARBARLIĞINA qalib gəlmişdir. Dünyanın heç də uzaq olmayan gələcəyinə nəzər salanda, BU CÜR AŞAĞI IRQLƏRIN əksəriyyətinin mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm”.

Darvinin Türk millətini hədəfə alan bu çirkin hərəkətləri bu gün neonasistlərin nəşrlərində istifadə edilir və Internet vasitəsilə on milyonlarla insana çatdırılır. Qərbin Sevrdən bu günə qədər dəyişməyən Əziz Türk Millətini kənarlaşdırmağa və əzməyə yönəlmiş axtarışlarının arxasında da bu irqçi və Türk düşməni olan fikirlər durur. Petr Dozilərdən irqçi “daz”lara qədər bütün türk düşmənləri fikri dayaqlarını darvinizmdən alırlar. Solingendə türklərin evlərinin dağıdılması, Bolqarıstanda Türklərə edilən zülmlər, keçmiş Sovet Sosialist Respublikaları Ittifaqının (SSRI) Türk xalqlarını illərlə əsarətdə saxlaması, Krım türklərini Sibirə sürgün etməsi, Özbək və Qırğız türklərinə təzyiq etməsi, ermənilərin Azərbaycandakı türklərə qarşı işğalçılıq siyasəti aparması, Kipr türklərinə olan haqsızlıqlar, Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi, Avropa dövlətlərinin türkləri öz aralarında görməmək üçün viza tətbiq etməsi, Avropa ölkələrinin və Italiyanın Türkiyəyə qarşı olan düşmən siyasəti eyni irqçi anlayışın təzahürləridir.

Bura qədər yazdıqlarımızdan da məlum olduğu kimi, darvinizm Türk Dövlətinin və Millətinin qalıcılığını təhdid edən üç əsas fikri cərəyanın da guya elmi dayağıdır; kommunizm, bölücülük və Türk düşmənçiliyi təkamül nəzəriyyəsindən ilham alır. Bu mövzu çox əhəmiyyətlidir.

Çünki yaradılışı rədd edərək, canlıların təsadüflər nəticəsində öz-özünə meydana gəldiklərini, dövr ötdükcə dialektik qaydalarla inkişaf etdiklərini iddia edən və Türk millətinə “aşağı irq” deyən bu düşüncə sisteminin yanlışlığı ortaya çıxarılmadığı təqdirdə, gənclərimizi yaxın gələcəkdə qaranlıq yönlərə aparacağı təhlükəsi olduğu məlumdur. Bu iddialara etibar edən və təkamül nəzəriyyəsinin elmi tərəfi olduğunu düşünən gəncdən ölkəsinə, millətinə, bayrağına, dövlətinə bağlı olması, gözəl əxlaq, ailə təsisatının müqəddəsliyi kimi dəyərləri uca tutması gözlənə bilməz. Bu gəncin türklük düşməni və kommunist olmaqdan başqa seçəcəyi heç nə yoxdur. Yaddan çıxarılmamalıdır ki, darvinist gənclər yetişdirmək dövlətimizin və millətimizin başına böyük bir bəla gətirmək, “oturduğumuz budağı kəsmək” deməkdir.

Bu, darvinizmin ideologiyasıdır. Digər tərəfdən, bu nəzəriyyə təkcə elmi nəzərlərlə incələnəndə də yenə ümumiliklə rədd edilməsi lazım gələn köhnə bir iddia olduğu aydınlaşır. Çünki XX əsrdə elmi inkişafı nəzəriyyənin iddialarını çox açıq şəkildə mənasız hala salmışdır. Sonrakı yazılarda təkamül nəzəriyyəsinin bəhs etdiyimiz elmi süqutunun qısa şəkildə xülasəsini verəcəyik.

Darvinizmin elmi süqutu

Təkamül nəzəriyyəsi tarixi qədim Yunanıstana qədər uzanan bir təlim olmasına baxmayaraq, ancaq 19-cu əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm məsələ Çarlz Darvinin 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda müxtəlif canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldıqları gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdilər və zaman ötdükcə kiçik dəyişikliklərlə bir-birilərindən fərqlənmişdilər.

Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi; özünün də qəbul etdiyi kimi, təkcə “məntiq ortaya atma” idi. Hətta Darvinin kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə daha çox mühüm sual qarşısında çat verirdi.

Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərin elmin inkişafı ilə birlikdə həll ediləcəyini, yəni elmi kəşflərin nəzəriyyəni gücləndirəcəyini zənn edirdi. Bunu kitabının çox yerində bildirmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə olaraq, nəzəriyyənin əsas iddialarını bir-bir sarsıdırdı.

Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:
1. Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2. Nəzəriyyənin ortaya atdığı “təkamül mexanizmləri”nin həqiqətdə təkamülləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.

3. Fosil qeydləri təkamül nəzəriyyəsinin tam əksini ortaya çıxarır.

Indi bu əsas başlıqları əsas yönləri ilə incələyək.



Aydın olmayan ilk pillə:

həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin təxminən 4 milyard il əvvəl dünyada ilk ortaya çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiklərini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirdiyi və əgər həqiqətən bu cür bir təkamül olubsa, niyə bunun izlərinin fosil qeydlərində tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində durmaq lazımdır: bəhs edilən o “ilk hüceyrə” necə ortaya çıxmışdır? Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün “ilk hüceyrə”nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları daxilində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, bilinən ən əsas biologiya qanunlarına zidd iddiadır.




Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə