Мцндяриъат



Yüklə 302,32 Kb.
səhifə2/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   2   3   4   5   6   7   8   9   ...   12

OXUCUYA


Bu kitabda və digər çalışmalarımızda təkamül nəzəriyyəsinin çökməsinə aid fikirlərə yer ayırmağımıza səbəb adı çəkilən nəzəriyyənin əslində din əleyhinə düşüncə və təlimlərdən ibarət olmasıdır. Yaradılışı və bilavasitə Allahın varlığını inkar edən darvinizm 140 ildir ki, bir çox insanın imanını itirməsinə, ya da şübhəyə düşməsinə səbəb olur. Buna görə də, bu nəzəriyyənin aldadıcı olduğunu göz önünə çıxarmaq çox mühüm imani vəzifədir. Bunu insanlara çatdırmaq isə vacibdir.

Bəzi oxucularımızın bəlkə də təkcə bir kitabımızı oxumağa fürsətləri olacaq. Bu üzdən, hər kitabımızda bu mövzuya qısa da olsa, yer ayırmağı məqsədəuyğun bilirik.

Bildirilməsi lazım olan digər bir məsələ də bu kitabların içindəkilərlə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri işığında izah olunmaqda, insanlar Allahın ayələrini öyrənməyə və onlara uyğun yaşamağa dəvət edilməkdədirlər. Allahın ayələri ilə bağlı bütün məsələlər isə oxucunun şüurunda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmaqdadır.

Bu izahatda istifadə edilən səmimi, sadə və axıcı üslub kitabların yeddidən-yetmişə hər kəs tərəfindən rahat başa düşülməsini təmin etməkdədir. Belə təsirli və dəlilli izah sayəsində kitablar bir nəfəsə oxunur. Hətta dini rədd eləmək fikrində qəti olanlar da bu kitablarda göstərilən həqiqətlərdən təsirlənir və deyilənlərin doğruluğunu inkar edə bilmirlər. Bu kitabı və müəllifin digər əsərlərini həm təklikdə, həm də qarşılıqlı söhbət şəraitində rahat oxumaq mümkündür. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun onları birlikdə oxumaları mövzuyla bağlı təfəkkür və təcrü­bələrini də bir-biriləri ilə paylaşmaları səbə­bindən yararlı olacaq.

Bununla belə, sadəcə olaraq Allah rizası üçün yazılan bu kitabların tanınmasına və oxun­masına kömək etmək də böyük xidmətdir. Çünki müəllifin bütün kitablarında müsbət təsir bağışlayan məsələləri sübut etmək üsulu çox güclüdür. Həmçinin dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabları hamının oxumasına çalışmaqdır.

Bununla kitabı əlinə alan hər bir adam yuxarida qeyd etdiyimiz xüsusiyyətləri özündə topla­yan və oxumaqdan xoşlandığını ümid etdiyi­miz bu kitabla eyni xüsusiyyətlərə malik olan çox­lu əsərlər olduğunu görəcəkdir. Həm dini, həm də siyasi mövzularda istifadə edəcəyi mənbələrin mövcudluğuna şahid olacaqdır.

Bu əsərlərdə başqa kitablarda rast gəldiyimiz müəllifin şəxsi qənaətlərinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəd­dəslərə qarşı lazım olan ədəb və hörmətə diqqət edilməyən üslublara, ümidsizliyə aparan şübhəli yazılara rast gələ bilmərsiniz.

GİRİŞ

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss peşmançılıq hissidir.

Peşmançılığın iki fərqli şəkli var. Allaha iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.

Möminlər hər hadisədən Allahın xəbəri olduğunu və Onun icazəsi ilə baş verdiyini, başlarına nə gəlsə, Allahın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərindən biri olan təvəkkülü əsas götürürlər. İnanan insan çətinliklə də qarşılaşsa, heç etmək istəmədiyi səhv bir iş görsə, təvəkküllə hərəkət edər. Əgər səhv bir addım atıbsa, tez tövbə edər və Allahın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək belə bir davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruh düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, imani coşğusunu azaltmaz, tərəddüdə və vəsvəsəyə salmaz.

Allaha iman gətirməyən insanların yaşadıqları peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Həyatları boyu “kaş” nidası ilə yaşayırlar: “kaş etməsəydim”, “kaş deməsəydim”, “kaş getməsəydim”...

Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dünyada ikən yaşadıqları bu sıxıntılı peşmançılıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Dünyada dindən uzaq olan insanlar, axirətdə həmişə dünyada yaşadıqları hər dəqiqənin peşmançılığını hiss edəcəklər. Çünki dünyada onlara çoxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmiş­dilər. Fikirləşmək və həqiqəti tapmaq üçün çox zamanları olmuşdu. Ancaq bunları həmişə qulaqardına vurmuş, xəbərdarlıq ediləndə dinləməmiş və dünyadakı yaşamın heç bitməyəcəyi kimi aldadıcı bir hissə qapılaraq axirəti yaddan çıxarmışlar. Cəhənnəmlə qarşılaşanda isə artıq geri qayıdıb səhvlərini düzəltməyə imkan tapa bilməyəcəklər. Quranda bu adamların axirətdəki peşmançılıqla dolu sözləri belə ifadə edilmişdir:

Biz sizi yaxın bir əzab barəsində xəbərdar etmişdik. O gün insan öz əllərinin etdiyi əməlləri görəcəkdir və kafir deyəcəkdir: “Kaş torpaq olaydım!” (“Nəbə”, 78/40)”.

Sən onların cəhənnəm odu üzərinə qoyularkən, “Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq”- dediklərini görəydin! (“Ənam”, 6/27)”.

Onlar deyəcəklər: “Əgər qulaq assaydıq və ya anlasaydıq, cəhənnəm odu əhli içərisində olmazdıq”. (“Mülk”, 67/10)”.

Sizə təqdim etdiymiz bu kitabın məqsədi “kaş ağıllı hərəkət edəydik, kaş Rəbbimizin ayələrini yalan saymayaydıq, kaş bizə xəbərdarlıq edənlərin sözlərinə əməl edəydik, kaş...” deyəcəkləri və torpağa dönüb yox olmağı istəyəcək qədər böyük peşmançılıq çəkəcəkləri günlə bağlı insanları tənbeh etmək və hələ ki, düzəlmək imkanı olduğundan, onları Allah üçün yaşamağa çağırmaqdır.

Unutmayın ki, o gün bir kimsənin peşman­çılığının başqasına faydası olmayacaq və onun özünü cəhənnəmin əzabından qurtarmayacaq. Bu peşmançılığı yaşamamağın yeganə yolu vaxt varkən Allaha təslim olmaq, Onun əmr etdiyi şəkildə yaşamaqdır.

Bu kitab sığınacaq heç bir yerin və heç cür qurtuluş imkanının olmadığı axirət əzabına qarşı bir xatırlatma, Allahın yoluna dəvətdir.

Qarşısı alınmaz qiyamət günü Allah tərəfindən gəlməmiş Rəbbinizə cavab verin. O günü sizin üçün nə bir sığınacaq yeri, nə də inkar etməyə imkan olacaqdır (“Şura”, 42/47)”.


Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə