MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   2   3   4   5   6   7   8   9   ...   113

 
~ 13 ~ 
çıxmağa  icazə  versinlər.  Söz  verdik  ki,  Ģəhərin  kənarında  o  biri 
günədək  gözləyərik  ki,  keĢikçilər  hazır  olsunlar.  Bundan  sonra 
darvazalar  açıldı,  biz  Ģəhərdən  çıxıb  milin  dörddə  biri  qədər 
getdik  və  üzümlüyün  yanında  düĢərgə  qurduq.  Farslar  və 
Dağıstan  tatarlarından  bizi  kiçik  çay  yatağı  ayırırdı.  Burada  biz 
daha  iki  müsəlman  müqəddəsinin  (övliyasının)  məzarına  rast 
gəldik. Onlardan biri Pir Muxtar çöldə (düzənlikdə), digəri Ġmam 
Kurxud isə dağda dəfn olunmuĢdu. Rəvayətə görə, Məhəmmədin 
dostu olan Kurxud həmiĢə onun yanında olmuĢ və ondan çox Ģey 
öyrənmiĢdi.  Kurxud  Məhəmməddən  sonra  300  il  də  yaĢamıĢdır. 
Kassan xanın hüzuruna gələn Kurxud ud (qopuzu nəzərdə tutur - 
M.Q.) çalır və oxuduğu  nəğmələrdə hökmdarı  ləzgilərlə mühari-
bəyə  çağırırdı.  O,  bütpərəst  ləzgilər,  yaxud  Dağıstan  tatarları 
arasında dini təbliğat apardığı, onları doğru yola dəvət edərək dua 
etdiyi vaxt qətlə yetirilmiĢdir. Onun məzarı qayalı dağdakı mağa-
rada  yerləĢir.  Dörd  taxta  lövhədən  hazırlanmıĢ  tabut  mağaranın 
dərinliyində (giriĢdən uzaq tərəfdə) yerdən iki arĢın hündürdə elə 
qoyulmuĢdur  ki,  onu  hamı  görə  bilsin.  Keçən  gün  mən  orada 
idim,  hər  Ģeyi  öz  gözümlə  gördüm.  Tabut  çox  sadə  görünüĢə 
malik  idi.  Mən  heç  bir  bəzək  tapa  bilmədim.  Tabutun  yanında 
qoruyucu  kimi  yaĢlı  bir  qadın  oturmuĢdu.  Bu  ziyarət  Qurban 
bayramı  ilə  bağlı  olduğundan  tabutun  qarĢısındakı  arakəsməyə 
qızıl parça (qızıl suyuna salınmıĢ parça) asılmıĢdı. ġəhərdən çoxlu 
qadın  və  qız  ayaqyalın  mağaraya  gəlir,  məzarın  yanında  oturub 
dua  edir  və  arzularının  yerinə  yetməsini  diləyirlər.  Bu  duadan 
sonra onlar müqəddəs qocanın məzarının yanında bir gecə oturur 
və  əllərində  yanan  lampa  tuturlar.  Mağarada  qurbanın  yanına 
pendir, yağ, süd, çörək, pul, mum və s. qoyurlar. Həmin gecə biz 
düĢərgəmizdə bu məzardan və 40 müqəddəsin məzarı olan yerdən 
ətrafa yayılan qıĢqırıqları və uğultunu eĢitdik. Ora gələn adamlar 
nəyi isə bayram edir, oynayır, oxuyurdular...» 
*** 
P.S.Adam  Olearinin niĢan verdiyi ünvan üzrə dəfələrlə Tə-
brizdə-Acı  çay  sahilində  Qazan  xanın  qəbrini  çox  axtarsaq  da, 
hələlik bir nəticə hasil edə bilməmiĢik… 
Burla  Xatunun  Urmiya  qalası  yaxınlığındakı  məzarının 
yerini öyrənmək məqsədi ilə 2004-cü ildə professor Asif Rüstəmli 
ilə bir birlikdə səfərə yollandıq. Durmadan qar yağmasına və çox 
soyuq,  küləkli  hava  olmasına  baxmayaraq,  israrla  axtarıĢa 
baĢladıq.  Yolun  xeyli  hissəsini  Asif  müəllim,  sürücümüz  ġükür 
qardaĢ  və  mən  piyada  yoxuĢa  dırmanmalı  olduq.  Yarım  saatdan 


 
~ 14 ~ 
sonra  həyəcan  və  qan-tər  içində  qalanın  ətəyinə  yetiĢdik.  Bu  da 
çiy  kərpicdən  hörülmüĢ  qala  divarları.  Bu  da  qalanın  içinə  və 
çölünə səpələnmiĢ xeyli  sayda məzar  yeri. Və  ən nəhayət,  Burla 
Xatunun uyuduğu məzar… Urmiyanın iyirmi beĢ kilometrliyində 
hündür  təpə  üzərində  uçub  dağılmaqda  olan  qədim  qala  divar-
larının  içərisində  təqribən  səkkiz-on  metr  uzunluğu  olan  Burla 
Xatın türbəsinin bu günə, demək olar ki, qalıntıları gəlib çatıb. Bu 
böyük  məzarın  yanında  nisbətən  kiçik  ölçülü  xeyli  sayda  baĢqa 
oğuz  qəbir  yerləri  də  var  idi.  Həmin  günü,  demək  olar  ki, 
müqəddəs və mübarək Oğuz ruhlarının əhatəsində keçirdik… 
Qorquda  doğru,  Oğuza  doğru  gedən  yollarımız  yorulmasın 
və qırılmasın! 
 
МАГЕРРАМ КАСУМЛУ 
 
МОГИЛА ДЕДЕ ГОРГУДА НАХОДИТСЯ ЗА ЖЕ-
ЛЕЗНЫМИ ВОРОТАМИ ДЕРБЕНДА 
 
РЕЗЮМЕ 
 
  Ключевые  слова:  Деде  Горгуд,  Кавказ,  Ворота  баят, 
Путешествия, Анатолии 
 
В статье даются сведения о могиле Деде Горгуда и от-
мечается,  многочисленные  могилы,  находящиеся  на  тюрк-
ских землях, Кавказе и Анатолии, являются выражением ис-
торической действительности. Автор отмечает, что тот  факт, 
что одно из железных ворот и ныне именуется «Ворота баят», 
является неоспоримым свидетельством тесной связи племени 
Баят, родом из которого был Деде Горгуд, с этими местами. 
В  конце  приводится  отрывок  из  «Путешествия»  Адама  Оле-
ария.  
 


 
~ 15 ~ 
MAHARRAM KASIMLI 
 
THE DEDE GORGUD’S TOMB IS BEHIND IRON 
GATES OF DERBENT 
 
SUMMARY 
 
Key  words: Dede Korkut, the Caucasus, Gates Bayat,  
traveling, Anatoly 
 
In the article are given data on the Dede Gorgud’s tomb and 
it is marked, the numerous tombs which are on the Turkic earths, 
Caucasus  and  Anatoly,  are  expression  of  the  historical  reality. 
The author notices as the fact, that one of Iron Gate in nowadays 
is called ―Gate of Bayat‖, is the conclusive certificate  of a close 
connection with  these places  of  Bayat  tribe, it came which  Dede 
Gorgud. In the end, the fragment from Adam Olearius’ Travel is 
resulted.  


 
~ 16 ~ 
SƏHƏR ORUCOVA  
BDU, fil.ü.elm.dok.  
 
MÜASĠR FOLKLORġÜNASLIĞIN QAYĞILARI, PROB-
LEMLƏRĠ  VƏ QARġIDA DURAN VƏZĠFƏLƏR... 
 
Açar sözlər:  folklor, mərhələ, toplanması, siyasi-sosial,  
mənəvi, özəllik 
 
FolklorĢünaslıqda  ağız  ədəbiyyatının  tədqiqini,  öyrənilmə-
sini asanlaĢdırmaq üçün onun mövcudluq və inkiĢafını qədim dö-
vrdən baĢlayaraq təxmini olaraq müxtəlif  mərhələlərə bölmüĢlər. 
Yeni  dövrü  isə  XIX  -  XX  əsrləri  əhatə  edən  bir  mərhələ  kimi 
qəbul etmiĢlər. 
Məlumdur ki,  Azərbaycan Ģifahi  xalq  ədəbiyyatının  hər bir 
dövrü  özünəməxsus  yaradıcılıq  ənənələri,  poetik  üslubları,  janr 
törəmələri, onu əhatə edən dövrün ictimai-siyasi və sosial 
görüĢləri
 
ilə  əlamətdardır.  Lakin  hər  dövrün,  hər  mərhələnin  bir-birindən 
fərqli  özəllikləri  mövcuddur  və  hər  bir  mərhələ  əvvəlkinə  görə 
keçilmiĢ  mərhələdir.  Və  bizə  elə  gəlir  ki,  folklorumuzun  XIX  - 
XX  əsr  mərhələsi  artıq  "yeni  dövr"  mərhələsi  təsnifatına, 
bölgüsünə uyğun gəlmir. 
XXI  əsr  xalqımızın  həyatında,  təfəkkür  tərzində  tamamilə 
yeni  üfüqlər  açmıĢ,  yeni,  milli,  müstəqil  ictimai-siyasi,  sosial 
görüĢləri əhatə edən  yeni bir mərhələ baĢlamıĢdır  - müstəqil, su-
veren  Azərbaycan  Respublikası  mərhələsi!  Bu  mərhələni  folk-
lorĢünaslığımızda ən "yeni dövr" və ya "ən yeni dövr" kimi qəbul 
etməyi  təklif  edərdim.  "Ən  yeni  dövr"  adlandırılan  XXI  əsr 
Azərbaycan folkloru onu əhatə edən yeni dövrün ictimai-siyasi və 
sosial görüĢləri ilə sıx əlaqəsi ilə əlamətdardır və folklorumuz ən 
yeni dövrün mahiyyətinə uyğun bir tərzdə yaranır, zənginləĢir... 
Ġndi artıq Azərbaycan Ģifahi xalq ədəbiyyatını tamamilə ye-
ni,  heç  bir  siyasi-sosial  təzyiqlərdən  asılı  olmayan  elmi  prin-
siplərlə öyrənmək, tədqiq və təhlil etmək imkanı qazanmıĢıq. 
Folklor  xalq  bədii  təfəkkürünün  elə  bir  sahəsidir  ki,  tama-
milə  millidir!  Folklorumuz  Azərbaycan  xalqının  millilik  və 
müstəqillik  pasportudur.  Xalqın  poetik  təfəkkürünü,  bədii  tə-
xəyyülünü  əks  etdirən  və  "xalq  biliyi",  "xalq  hikməti",  "xalq 
yaradıcılığı"  mənalarını  özündə  əks  etdirən  folklor  millətimizin, 
xalqımızın ən qiymətli, ən dəyərli mənəvi sərvətidir və bu sərvət 
arasıkəsilməz bir proseslə artmaqda, yaranmaqda və inkiĢafdadır. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə