Məktəb həndəsə kursunun təkmilləşdirilməsi və ikilik prinsipi g I r I Ş


İKİLİK PRINSİPİNİN FƏLSƏFİ VƏ MƏNTİQİ ƏSASLARI



Yüklə 1,03 Mb.
səhifə2/31
tarix07.06.2022
ölçüsü1,03 Mb.
#89021
1   2   3   4   5   6   7   8   9   ...   31
kitab

İKİLİK PRINSİPİNİN FƏLSƏFİ VƏ MƏNTİQİ ƏSASLARI


§1. Dünya fəlsəfi fikir tarixində ikili anlayışlar

“Elmlər elmi” adlandırılan fəlsəfə dünyanın və həyatın ma-hiyyətini, var olmanın qanunauyğunluqlarını dərk etməyə xidmət edir. Bir elm kimi 2500 il bundan əvvəl Qədim Şərqdə - Misirdə, Babilistanda, Çində və Hindistanda təşəkkül tapmış, b.e.ə. VII-VI əsrlərdə Yunanıstanda klassik fəlsəfə elmi kimi formalaşdırılmışdır. Mənbələrə görə, ilk dəfə b.e.ə. VI əsrdə yaşamış böyük yunan mü-təfəkkiri Pifaqor tərəfindən işlədilmişdir. Belə ki, Pifaqor ilk dəfə olaraq özünü filosof – var-dövlət və şan-şöhrət dalınca qaçmayan, dünyanı dərk etməyi özünə şərəfli peşə seçən dərin düşüncəli adam adlandırmışdır. Pifaqor təliminin əsasında “Ədədlər dünyanı idarə edir” şüarı durur.


Pifaqor təliminə görə dünyada on cüt əsas vəziyyətin hər biri həyat və ölüm qarşıdurdurmasının bir üzünü ifadə edir. Pifaqorçular bu vəziyyətləri aşağıdakı kimi təsnif edir:


1) sonlu və sonsuzluq, 2) tək və cüt, 3) vahid və çox, 4) sağ və sol, 5) qadın və kişi, 6) sükunət və hərəkət, 7) düz və əyri xətt, 8) işıq və qaranlıq, 9) yaxşı və pis, 10) kvadrat və uzunsov.
Pifaqorçular tetraklida adlanan dördlük olaraq – nöqtə, parça, üçbucaq və tetraedri göstərmişlər. Müasir topologiya elmində bu terminlər xüsusi məna daşıyır – nöqtə - sıfır, parça – bir, üçbucaq – iki ölçülü müstəvi, tetraedr isə üç ölçülü fəzanı bildirir. Bu mənada pifaqorçuların tetraklida ideyası böyük əhəmiyyətə malikdir.
(1, 2, 3, 4) nöqtəli ədədlər bazis kimi götürülərək bütün ele­men­tlərin yaranmasının əsasında durur. 1+2+3+4=10 – cəmdə 10-un alınması isə Pifaqor məktəbində xüsusilə böyük əhəmiyyətə malik idi. Bu ədəd Pifaqor dördlüyü adlanırdı – 1 və 0-ın birləşməsindən yara-nan 10 ədədi asimmetrik xarakter daşıyır, çünki 0 əslində real aləmdə var olmayan, abstrakt ədəddir. 1 isə maddiliyi xarakterizə edir, yəni 1 ədədi vasitəsilə bütün maddi aləm yaranır. 1-dən 2 ədədi yaranır, 2 isə atomun simvoludur. 1-i özünə daxil etməklə 3 ədədi yaranır ki, bu da canlı aləmin simvolu sayılır. (Canlı aləm + 1) cəmindən isə tam, yəni ruh (cansız aləm) və canlı aləmin birliyi əmələ gəlir. Bu da 4 rəqəmi ilə xarakterizə olunur. 1+2+3+4=10 cəmi hər şey, bütün varlıq deməkdir. Bəs bu fəlsəfədə ikili olan nədir? sualına cavab axtarsaq, görərik ki, bu ədədlərin içərisində hərəkətli, canlı aləmi xarakterizə edən 1 və 3, hərəkətsiz, cansız aləmi xarakterizə edən 2 və 4 vardır. Prinsipial cəhətdən Pifaqor fəlsəfəsinin əsasında duran bu dualist prinsip pifaqorçular üçün böyük məna daşıyırdı. Onlar adi, daha sadə olan ikili struktur əvəzinə, daha mürəkkkəb quruluşa – dörd elementli quruluşa üstünlük verir­dilər ki, bu ideyalardan da müasir riyaziyyat elmində istifadə edilir.
İnsan xilqətinin ikili xarakteri bir çox nağıl və əfsanələrdə tərənnüm edilmiş, bu mövzuda nəinki psixoloqlar, yazıçı və şairlər, filosoflar da yazmışdılar. Qədim yunan filosofu Platona görə, insanın qəlbi iki at qoşulmuş yəhərə bənzəyir – atlardan biri qaradır – o, pisliyi tərənnüm edir, digəri isə ağdır – o isə yaxşılığın simvoludur. Qara at yerə doğru əyilir, bu o deməkdir ki, o, alçaq səviyyəli instinkt və ehtiraslara meyllidir, ağ at isə səmaya doğru yüksəlir, o, təmiz qəlblilik və harmoniyanı ifadə edir. İnsanın vəzifəsi – qəlbinin bu ikili başlangıcını düzgün yönəldə bilməsidir, onları idarə edə bilməsidir. Elə qədim yunan mifologiyasından olan “Kastor və Polluks” adlı əkiz qardaşlar haqqında olan mifdə də eyni məzmun xəttini görə bilərik. Qardaşlardan biri Zevsin oğlu olduğu üçün ölümsüzdür, digəri isə adi insandır. Onlar həyatda ikən ayrılmaz dost idilər, lakin onlardan biri döyüşdə həlak olduqda Zevs onlara yenə də birlikdə olmaq imkanını verir: bu şərtlə ki, onların hər ikisi bir gün ölülər, bir gün isə dirilər məkanında dost olaraq görüşsünlər.
Ikili xarakterə malik qəhrəmanlar Şərq ədəbiyyatında da tərənnüm edilmişdir. Dahi Nizaminin “Xeyir və Şər”i Xeyirin insan-pərvərliyi və Şərin qəddarlıq hekayəsi üzərində qurulmuş gözəl bir sənət nümunəsidir. Xeyir və şərin əbədi mübarizəsi bir qayda olaraq, xeyirin qələbəsi ilə başa çatır.
Etimoloji cəhətdən fəlsəfə yunanca phileo – sevirəm və sophia – hikmət sözlərinin birləşməsindən yaranıb hikməti sevirəm mənasını verir.
Fəlsəfə elmlər elmi funksiyasını yerinə yetirərək dünya və insan haqqında bütün bilik sahələrini əhatə etmişdir. Riyaziyyat, fizika, coğrafiya, tarix, astronomiya, məntiq kimi elm sahələri qədim dövrlərdə müstəqil şəkildə mövcud deyildilər. Cəmiyyət inkişaf et-dikcə bu elmlər tədricən fəlsəfədən ayrılaraq müstəqil bilik sahəsinə çevrilmişlər. Bunun nəticəsində tədricən fəlsəfənin problem dairəsi və predmeti müəyyənləşmiş və formalaşmışdır.
Sırf elmi məsələlərin, faktların arxasında elə ciddi fəlsəfi problemlər durur ki, onları aydınlaşdırmadan bu və ya digər elmi nailiyyətlərin, kəşflərin, konsepsiya və nəzəriyyələrin əhəmiyyətini müəyyən etmək qeyri-mümkündür. Məhz bu səbəbdən tədqiqatda diqqət mərkəzində duran dualizm (duallıq, ikilik) prinsipinin fəlsəfi əsaslarını aydınlaşdırmaq zərurəti yaranır.
Dualizm fəlsəfi təlim olaraq materiya və şüur, maddi və mənəvi substansiya, müstəqil, bir-birindən ayrı mövcud olan baş-langıclardır. Bu, daha çox Kantın və Dekartın fəlsəfi fikirlərində təzahür etmişdir. Əslində bu ideya öz kökləri ilə çox qədim tarixə bağlıdır. Çində İn və Yan, şumerlərdə Ki və An, Misirdə Hib və Nut və s. buna misal ola bilər. Həmçinin yer-göy, gecə-gündüz, su-od, yaxşı–pis, qadın və kişi kimi misallar da bu qəbildəndir. Deməli, duallıq və ya ikilik prinsipi fəlsəfi və mənəvi əsaslara malikdir.
Latın sözü olan duallıq bir-birindən asılı olmayan iki baş-langıcın varlığını qəbul edən fəlsəfi nəzəriyyədir. Daha geniş mənada duallıq – iki müxtəlif prinsipin, düşüncə tərzinin, həyati fəaliyyətin, dünyagörüşünün və s. eyni zamanda qəbul edilməsidir. Platona görə - ideyalar və maddi varlıqlar, R.Dekarta görə - Allah və şeytan, Allah və yaşadığımız dünya, ruh və materiya, təbiət və ruh, bədən və ruh, Q.Leybnisə görə real aləm və varlığı ehtimal edilən aləmlər, İ.Kanta görə noumenal və fenomenal amillər, orqanik və qeyri-orqanik təbiət, subyekt və obyekt, təsəvvür və məntiq, inam və bilik, real aləm və “o biri dünya”, zərurət və azadlıq və s. dualist münasibətdədir. Bu termini ilk dəfə T.Hayd 1700-cü ildə xeyir və şərin dini qarşıdurmasını izah etmək üçün işlətmişdir. Sonralar buna yaxın mənalarda bu termin P.Beyl və Q.Leybnis tərəfindən işlə-dilmişdi. Fəlsəfi anlamda isə dualizm terminindən ilk dəfə X.Volf iki substansiyanın – maddi və mənəvi substansiyaların mövcud­luğunu göstərmək üçün istifadə etmişdir.
İkili həqiqət və ya ikiqat həqiqət – fəlsəfi və teoloji həqiqət­lərin bir-birindən qeyri-asılılığı və onlar arasındakı obyektiv zid-diyyətlərin mövcudluğu haqqında təlimdir. Orta əsrlərdə Aristotel fəlsəfəsinin bəzi müddəalarının islam və xristianlıq ehkamları ilə ziddiyyət təşkil etdiyi aşkara çıxan zaman yaranmış və elmi dini buxovlardan azad etmək təşəbbüsü olmuşdur. Ən bariz ifadəsini ərəb fəlsəfəsində tapmışdır. İbn Rüşdə görə fəlsəfədə elə həqiqətlər var ki, ilahiyyat onları qəbul etmir və yaxud əksinə. Bu təlimi İbn Rüşdün, nominalizmin (Duns Skot, Uilyam Okkam və s.) tərəfdarları, Renes-sans dövründə P.Pomponatsi inkişaf etdirmişdir.
K.Bünyadzadə özünün ”İslam fəlsəfəsi: tarix və müasirlik” əsərində islam və xristian fəlsəfəsini ciddi şəkildə araşdıraraq yazır: «Hər bir fəlsəfənin kökü və eyni zamanda son məqsədi olan Həqi-qətin dərk edilməsinin üç mənbəyi vardır: səmavi (ilahi vəhy), təbiət və insan. Hər mənbə özünə xas idrak vasitəsi tələb etdiyi kimi, vasitəyə müvafiq də mənbənin tərəfləri açıqlanır. Və bu mənbələrə yanaşma prizması, metodları, onlardan birininmi, ikisininmi, yoxsa hər üçünün şərhi müəyyən fəlsəfi cərəyanların, məktəblərin yaran-masına səbəb olmuşdur. Müqayisə aparsaq, məlum olur ki, hər iki tərəfin – Şərqin və Qərbin öz oxuduqları “kitab”larında təqribən eyni ifratlara, sadəcə fərqli istiqamətlərdə vardıqları qənaətlərinə gəlmək mümkündür.”
Farabi məntiqi “təxəyyül” və “sübut” olmaqla iki kateqoriyaya ayırmışdır. O, türk-islam dünyasında və dünya elm tarixində riya-ziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misilsiz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır.
İbn Rüşd (İbn Röşd Əbü-l-Valid Məhəmməd ibn Əhməd, latınca adı Averroes) (1126, Kordova-1198, Mərakeş) ərəb filosofu və həkimi, Şərq fəlsəfəsində aristotelizmin son görkəmli nüma-yəndələrindən biri, Sivilya və Kordovada hakim vəzifəsini tutmuş, saray hakimi olmuşdur. Fəlsəfə sahəsində İbn Rüşd Aristotel və Platonun əsərlərinə dəyərli elmi şərhlər vermişdir. Öz əsərlərinə gəldikdə ən mühüm fəlsəfi əsəri olan "Təhafütü't Təhafüt"ü (Təkzibi təkzibetmə) Əl-Qəzəlinin Aristotel fəlsəfi məktəbinin tənqidinə cavab olaraq yazmışdır. Belə ki, Əl-Qəzəli özünün "Təhəfüt əl-Fəl-səfə" (Fəlsəfəni tənqid) əsərində Aristotel fəlsəfəsinin, xüsusilə İbn Sinanın Aristotelə verdiyi şərhlərin İslam fəlsəfəsinə zidd olduğunu iddia edirdi. İbn Rüşdün digər əsərləri "Fəsl əl-Məqəl" və "Kitab əl-kəşf"dir. Birincidə İbn Rüşd fəlsəfi araşdırmaların İslam qanunları çərçivəsində mümkün olduğunu sübut edir. Məntiq və metafizikaya dair əsərləri isə günümüzədək gəlib çıxmamışdır.
İbn Rüşd Aristotel fəlsəfi sistemini İslamla uzlaşdırmağa çalı-şırdı. İbn Rüşdə görə din və fəlsəfə (elm) arasında heç bir ziddiyət yoxdur, əksinə bunlar eyni və vahid olan həqiqətə müxtəlif yanaş-malardır. O, kainatın sonsuzluğuna inanırdı və ruh anlayışını "fərdi" və "ilahi" olmaqla iki qrupa ayırırdı. İbn Rüşd "Həqiqət təlimi" anlayışını da iki kateqoriyaya ayırırdı: dinə və imana əsas-lanan hə-qiqət təlimi və fəlsəfəyə, elmə əsaslanan həqqiqət təlimi.
İbn-Rüşd şərhlərində Aristotel fəlsəfəsinin materialist ünsür-lərini inkişaf etdirmiş, materiya və hərəkətin əbədiliyi fikrini söy-ləmiş, idrakda zəkanın rolunu müdafiə etmişdir. Onun fikirləri ikili həqiqət nəzəriyyəsinin mənbələrindən olmuşdur. İbn Rüşdün fikrincə, maddi və mənəvi aləm eyni zamanda yaranmışdır. Hərəkət də ilkin materiya kimi əbədi və məhvedilməzdir. Maddi aləm zamanda sonsuz, məkanda məhduddur.
R.Dekartın fəlsəfəsində ikilik prinsipi onun tədqiq etdiyi fizika və riyaziyyat məsələləri ilə sıx bağlı idi. Dekart insan ağlının qüdrətinə inanmış, zəkanın vəzifəsini insanın təbiət üzərində hökm-ranlığı, səbəb və hərəkətin dərkində, insanın təbiətini təkmilləş-dirməkdə görmüşdü. Dekart fəlsəfənin əsas məsələsinin həllində dualist olmuşdur. Dekartın fəlsəfəsi iki hissədən: fizika (təbiət haqqında təlim) və metafizikadan (zəka vasitəsilə varlıq və idrakın prinsiplərini dərk edən təlim) ibarətdir. Dekart biliyin mənbəyi və onun həqiqiliyinin meyarını xarici aləm deyil, insan zəkası hesab etmişdir. Dekarta görə, intuisiyanın başlangıc nöqtəsi intellektual intuisiyadır (zəkanın hər cür biliyin başlangıc prinsiplərini, bilavasitə, aydın şəkildə sezməsidir). Dekart deduk­siyanı yeganə idrak metodu saymışdır. Onun fikrincə, riyaziyyatla fəlsəfə bir-birindən ayrı nə-zərdən keçirilə bilməz. Analitik hən­dəsənin banisi sayılan Dekart ilk dəfə olaraq cəbrin və həndəsənin sintezini əsaslı şəkildə hazır-lamış və sistemə salmışdır. Dekart öz fəlsəfəsində həqiqətə çatmağın yol-larını göstərir:
1) Ən birinci, insanda heç bir şübhə doğurmayan, həqiqətə ən uyğun görünən bir fikirdən başlamaq lazımdır.
2) Hər bir problemi həll etmək üçün onu çox kiçik hissələrə ayırmaq lazımdır.
3) Ən sadədən başlayıb mürəkkəbə doğru hərəkət etmək la-zımdır.
4) Hər bir mərhələdə alınan əqli nəticələrin doğruluğunu yenidən yoxlamaq lazımdır.
Dekartın ”Mən düşünürəm, demək mövcudam” ideyası mötə-bər biliyin əsaslandırılmasında başlangıc prinsipdir. Dekarta görə, iki substansiya mövcuddur: mənəvi və maddi. Mənəvi substan-siyanın atributu təfəkkür, maddi substansiyanın atributu isə yer tutumluluğu olan cisimlərdir. İnsan maddi və mənəvi substan-siyaların mexaniki birləşməsindən ibarətdir.
Dualizm prinsipi alman filosofu İ.Kant tərəfindən inkişaf etdirilmişdi. Kant varlığı iki yerə bölür: "Özündə nəsnə" və "Bizdə nəsnə" (yaxud ümumiyyətlə "Başqasında nəsnə"). Buna "Noumen və fenomen" də deyilir. O deyirdi ki, əşyalar öz-özlüyündə və bir də bizim idrakımızda mövcuddur. Məsələn, gördüyümüz hər hansı bir heyvan: 1) obyektiv aləmdə və 2) bizim zehnimizdəmövcuddur. Həqiqətən də əşyalar və nəsnələr obyektiv olaraq varlar. Amma biz bu nəsnələrdən, məsələn, bir heyvanı gördükdə, onun obyektiv aləmdə olduğu kimi olan varlığını görmürük. Onun bizim zehni-mizdə forması, rəngi canlanaraq fikrimizdə heyvan anlayışı yaranır. Beləliklə, əşyalar ya "öz"ündədir, ya da "başqa"sında.
Kantın bu fikrini bir məsələyə tətbiq edək: Həndəsədə hər hansı bir fiquru təsvir ediriksə, bu təsvir onun real aləmdəki for-masının təsviridir. Başqa sözlə, həmin fiqur, məsələn, kibrit qutu-sunun üzləri olan düzbucaqlılar və ya kürə formasında olan şarın, topun təsviri və eyni zamanda onların real aləmdəki maddi varlıqları mövcud olar. Deməli, Kanta görə, ikili həndəsi anlayışlar o deməkdir ki, onlar həm real aləmdə, həm də bizim beynimizdə və beynimizin məhsulu olan təsvirlərdə, qrafiklərdə, şəkillərdə və s. mövcuddur. Məsələn, hər hansı bir fiqurun təsvirini yaradarkən, şagird adətən onu şaquli müstəvidə gördüyü vəziyyətdə çəkməyə çalışır. Çünki onun obrazı şagirdin təxəyyülündə həmin formadadır. Həmin şəkli şagirdə başqa vəziyyətdə təqdim etsək, ilk baxışdan şagird fiquru tanımaya bilər. Adi halda, kubun təsviri sol tərəfdəki şəkildəki kimidir. (şək.1) Lakin proyektiv həndəsədə kubun qrafik təsviri sağ tərəfdəki şəkildəki kimi ola bilər. (şək.2)


Şək.1 Şək.2


Deməli, eyni bir forma (kub formasında olan hər hansı obyekt) müxtəlif cür təsvir edilə bilər. Buradan onların özlərinin vəhdəti – eyni bir maddi əşyanı təsvir etməsi alınır. Həmçinin bu əşyaların bizim təxəyyülümüzdəki forması da elə həmin əşyaların özləri ilə bağlıdır. Buradan da onların maddi və təxəyyüldəki obrazlarının vəhdəti alınır. Bu nöqteyi-nəzərdən nə qədər müxtəlif həndəsələr mövcud olsa da, onların hamısı əslində eyni bir “həndəsə”dir. Fəlsəfi dualizm də məhz bunu öyrədir. B.e.ə. III əsrdə Evklidin yazmış olduğu “Əsaslar” kitabı da, onun öz fikrinə görə məhz fəlsəfə ilə ciddi məşğul olmaq istəyən orta yaşlı nəsil üçün nəzərdə tutulmuşdur. Bu amil orta məktəb həndəsə kursunda, tədris metodikasında nəzərə alınmalı və həmin yaş dövründə olan şagirdlərin səviyyəsinə uyğun şəkildə tərtib edilməlidir.


XIX əsrdən başlayaraq Şimali Azərbaycanda dünya və insan haqqında elmi təsəvvürlərin dərinləşməsi, varlığın mahiyyətinin fəl-səfi cəhətdən aydınlaşdırılması maarifçilər qarşısında yeni və mü-hüm bir problem kimi qarşıya çıxır. Bu problemlərin həlli ilə A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi kimi görkəmli Azərbaycan maarifçiləri məşğul olmuşlar. A.Bakıxanovun varlıq nəzəriyyəsi bü.-tövlükdə onun dünyagörüsü və yaradıcılıgı kimi bir tərəfdən orta əsrlər, digər tərəfdən isə yeni dövrlə baglı olub, bu dövrün xüsu-siyyətlərini özündə cəmləşdirib. O, varlıgın mahiyyətini həm dini, həm də elmi mövqedən izah etməyə çalışmışdır. Kainatın quruluşuna dair elmi əsərlərində materialist kimi çıxıs edərək, materiyanı varlıgın və idrakın əsası saymısdır. Metafizikada isə o, rasional ide-alist və ilahiyyatçıdır. A.Bakıxanov metafizikanın bütün məzmununu fövqəltəbii mahiyyətlərə, ilahi predmetlərə şamil edir, islamın prin-siplərini üstün tutur, mühakimələrini Qurani Kərimin ayələri ilə, müqəddəs yazılarla əsaslandırırdı.
A.Bakıxanovdan fərqli olaraq M.F.Axundov varlıq proble­min-də tənqidi mövqedən çıxıs edir, Qərbin təsiri ilə, müsəlman ila/-hiyyatçıları ilə razılaşmır, xüsusilə təbiətin varlıgını, onun möv­cudluq formalarını mexaniki metafizik materializm mövqe­yindən izah edir. Varlıgın insan, sosial və mənəvi növləri haqqında onun tədqiqata layiq olan qiymətli fikirləri çoxdur.
A.Bakıxanova görə, dünya öz ahəngində Allahın kamil qüd-rətindən asılıdır. “Dünya işlərinin Allahın qüdrəti ilə yoluna qoyul-ması hikmətsiz deyildir” Allahın əvvəlcə yaratdıgı agıl və nur dün-yanın yaranmasının ilkin zəruri şərtləridir. Özünün “Tərəzinin mahiyyəti” adlı əsərində o yazırdı ki, xaliq “zəruri varlıqdır”, onun yaratdıqları isə “mümkün varlıqdır”. Külli-aləm onun sayəsində mövcuddur. “Zəruri odur ki, onun varlıgı labüddür. Mümkün odur ki, varlıq və yoxluq ona nisbətdə eyni qüvvədədir. Birinci odur ki, varlıgı labüddür, çünki onun varlığı özü ilə şərtlənir.İkinci odur ki, varlıgı onun üçün zəruri olan (birinçi) ilə birgə mövçuddur.” A.Bakıxanovun bu fikirləri də dual xarakter daşıyır – yəni hər iki aləmin – mənəvi və maddi aləmin varlığı və vəhdəti qəbul edilir.
M.F.Axundov və H.Zərdabi dünyanın dərkedildiyini təsdiq etməmis, insanın idrakının əməli, praktiki əhəmiyyətini xüsusilə qeyd etmislər. Onlar çoxsaylı əsərlərində göstərirlər ki, idrakda məqsəd təlabatı ödəmək, təbiətin sirlərini açmaq, onu məqsədəuyqun dəyisdirmək, saglam və azad inkisafa, real həyata, cəmiyyətin mənafeyinə və tərəqqisinə xidmət etməkdir. İdrak insanın xarici aləmə fəal təsiredici münasibətidir. Dünyanın dərk edilməsi prosesində insanın özü də formalaşır, bilik dairəsi genişlənir, nəticədə yaşayış üçün yararlı şərait qurur. Deməli, insan hər seydə təvəkkül və taleyə deyil, idrakın gücünə arxalanmalıdır. Hətta vaxtılə Quran ayələrini “elmi” əsaslarla, fiziki hadisə, proses və qanuna-uygunluqları Allahın kəlamları ilə baqlamaga çalışan A.Ba-kıxanov belə, “Yaradan ruzini də verəcəkdir” fikrini qəbul etməmis, “əməksiz insan yaşaya bilməz” ideyasını irəli sürmüsdür.
Bütün bu fikirlər ümumilikdə maddi və mənəvi aləmin bir-liyini, dinin və elmin vəhdətini, şüur və reallığın ahəngini qəbul etməyin zəruriliyini göstərir. Fəlsəfi gerçəkliyi elmin ayrı-ayrı sahələrinə şamil etsək, həndəsi duallığı da qəbul etməli olarıq. Bunun üçün həndəsənin məntiqi quruluşunun nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə