MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə158/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   154   155   156   157   158   159   160   161   ...   228

 

296


Hazırda respublikanın dağ  və düzən rayonlarında sınaqdan keçirilmiş  və becərilmiş 150-dən artıq qovaq 

növü məlumdur. Onların 120-si respublikanın müxtəlif torpaq və iqlim şəraitlərində Q.H.Cəlilov (1972) 

tərəfindən sınaqdan keçirilmişdir. Müəllif təklif etdiyi faydalı qovaq növlərini kök sisteminin yayılması, 

inkişafı, bioloji xüsusiyyətləri və eləcə də morfoloji quruluşlarına görə aşağıdakı 3 qrupa bölür: 



1. Geniş miqyasda meşə əkini salmaq üçün: 

a) qrunt suyu dərində olan sahələrdə yerli qovaq növlərindən: Əbrişim (qələmə), İtaliya, Sosnovski, qara və 

Balzam; hibrid qovaq sortlarından – Zəhra 59, Zəhra 79, PKZ 162, Baxelye, Kopessk 111, Petrovski, 

Morilandika 132 və Monilifera 335, 118, 115 qovaqları; 

b) qrunt suyu torpaq səthinə yaxın olan yerlərdə: yerli qovaq növlərindən – Əbrişim,  İtaliya, Balzam, 

Sosnovski, AM-94 və Qaraqovaq; hibrid qovaq sortlarından – Zəhra 79, Zəhra 59, PKZ 162, PKZ 236, RSu 

175, Baxelye, Kopeski 111, Petrovski, Pegenerata 446, Monilifera 83,70, 112, pioner və rus qovaqları; 

2. Magistral və köməkçi su kanallarının, su anbarlarının, göllərin, hovuzların yaşıllaşdırılması üçün: 

a) yerli qovaq növlərindən – Qara qovaq, Deltaşəkilli (Kanada) qovağı, AM-94, Sosnovski, Balzam, İtaliya, 

Əbrişim; 



b) hibrid qovaq sortlarından – Zəhra 59, Zəhra 79, Baxelye, PKZ 162, Petrovski, Kopeski 111, Özbəkistan, 

Monilifera 70; 



3-cü qrupa Q.H.Cəlilov yaşayış məntəqələri, mərkəzi və ara yolların kənarlarının yaşıllaşdırılması, park və 

xiyabanların salıınması üçün qovaq növləri təklif edir. Fikrimizcə, bu məqsədlərlə qovaq ağaclarının az ömür 

sürüb küləyin təsirindən tez-tez yıxılaraq bu obyektlərə təhlükə yaratmasını nəzərə alıb ondan imtina etmək və 

onu şərq çinarı ilə əvəz etmək daha düzgün olardı.  

 

Qovaq ağaclıqlarının artırılması üsulları 

Tədqiqat işlərinin nəticələrindən aydın olmuşdur ki, qovaqlar toxum və vegetativ yolla artırıla bilər. 

Toxumla artırılma nisbətən yeni üsul olub, iqtisadi cəhətcə  əhəmiyyətli hesab edilir. Lakin Azərbaycan 

şəraitində bu üsul tam öyrənilməmiş və təcrübədən keçirilməmişdir. 

Hazırda meşə və digər təsərrüfatlarda, başlıca olaraq vegetativ artırma üsulundan istifadə edilir. Vegetativ 

artırma işi aparmaq üçün ağaclarda əmələ gəlmiş birillik pöhrələr, çoxillik budaqlar (uzunluğu 2-3 m-ə qədər), 

kötük pöhrələri, kök pöhrələri, kök çilingləri və yaşıl çilinglərdən (yay çilinglərindən) istifadə etmək olar.  

Azərbaycanda və xüsusilə onun Kür-Araz düzənliyi şəraitində qovaq yetişdirmək üçün əlverişli üsul birillik 

pöhrələrdən hazırlanmış çilinglərlə artırmaq üsuludur.  

Sahənin seçilməsi və torpağın hazırlanması 

Təcrübələr göstərir ki, mədəni qovaq meşəliyi salmaq məqsədilə ayrılmış əkin sahələri asan suvarıla bilən 

və su ilə təmin olunan yerlərdə seçilməlidir. Sahənin torpağı orta zənginlikdə və ya zəngin, tərkibi yüngül və 

duzsuz olmalıdır. Sahədə duzluluq əlamətləri müşahidə edilərsə, onu yuduqdan sonra istifadə etmək lazımdır.  

Qovaq  əkmək üçün ayrılmış sahələr payız aylarında 25-30 sm dərinlikdə  şumlanmalı  və yaza qədər  şum 

halında saxlanmalıdır. Sahə daş  və kötüklərdən təmizlənməli,  əkinqabağı çarpaz istiqamətdə ikinci dəfə 

şumlanmalı, malalanmalı, markörlənməli və suvarma arxları  çəkilməlidir.  Əgər sahə  kəltənli və çala-çökək 

olarsa, onda sahənin malalanması iki istiqamətdə (çarpaz) aparılmalıdır.  



Çilinglərin hazırlanması və saxlanması 

Çiling hazırlığı  işini ilin üç fəslində – payızda (vegetasiya dövrü qurtardıqdan sonra), qışda və yazda 

(əkinqabağı) aparmaq olar. Təcrübələr göstərmişdir ki, bitkilərdə yarpaqlar tökülüb qurtarıncaya qədər az və ya 

çox miqdarda şirə axını davam edir. Ona görə, vegetasiya dövrü tam qurtarmadan kəsilmiş çilinglərin inkişafı da 

zəif olur.  

Azərbaycan şəraitində və xüsusilə Kür-Araz düzənliyində çiling hazırlığı işinə noyabr ayının axırlarından 

etibarən başlamaq və fevral ayının axırına qədər davam etdirmək olar.  

Çilinglərin yaxşı kök tutması, onlardan hündürgövdəli, sağlam ağaclar yetişdirmək üçün çilinglər kötükdən 

və köklərdən əmələ gəlmiş birillik pöhrələrdən hazırlanmalıdır. Hazırlanmış pöhrələri qom şəklində toplayaraq 

olduğu kimi və ya çilinglərə bölərək saxlamaq olar. Birinci halda – pöhrələr hər birində 100-150-200 ədəd 

olmaqla qom şəklində toplanır, möhkəm bağlanır və aşağı hissəsi yaş torpağa və ya quma basdırılır. İkinci halda 

– pöhrələr uzunluğu 30-35 sm olan çilinglərə bölünür, hər birində 100 ədəd olmaqla qom bağlanır və tamamilə 

torpağa və ya quma basdırılır. İqtisadi cəhətcə təsərrüfat üçün birinci hal daha əlverişli hesab olunur.  

Müvəqqəti saxlamaq üçün basdırılmış pöhrələr  əkinqabağı torpaqdan çıxarılır və yerli şərait üçün tələb 

olunan uzunluqda çilinglərə bölünür. Adətən çilinglər əkindən bir-iki gün əvvəl hazırlanır və əkinə qədər suda 

saxlanır.  Əgər çilinglərin uzun müddət saxlanması  tələb olunursa, onda onlardan hərəsində 100 ədəd olmaq 

şərtilə qom bağlanır və xəndəklərdə saxlanılır. Bunun üçün dərinliyi 45-50 sm olan xəndək qazılır, dibinə 5-6 

sm qalınlığında yaş çay qumu tökülür, sonra çiling qomlarının yoğun başları xəndəyin dibinə tökülmüş qumun 

üstünə qoyulur. Qazılmış xəndək çilinglə doldurulduqdan sonra, əvvəlcə onun üstü yaş çay qumu ilə örtülür və 

qumun üstünə yaş torpaq tökülür. Qışı  şaxtalı keçən rayonlarda çilingləri  şaxtadan qorumaq məqsədilə üst 

hissəyə tökülmüş qumla torpağın arasına bir lay küləş əlavə edilir.  



 

297


Pöhrələrdən çiling kəsmək üçün iti bıçaq, bağ qayçısı  və ya xüsusi çilingdoğrayan dəzgahlardan istifadə 

edilməlidir.  

Şimal rayonları və qrunt suyu torpaq səthinə yaxın olan sahələrdə (0,5-1m) çilinglərin uzunluğu 10-20sm, 

cənub rayonları və qrunt suyu nisbətən dərində (1,5-2,0 m) olan sahələrdə 20-30 sm, qrunt suyu çox dərində (2,5 

m və artıq) olan düzənlik rayonlarında isə 30-40 sm qədər götürmək məsləhət görülür.  

Kür-Araz düzənliyində illik yağmurun miqdarının az, qrunt suyunun dərində  və havanın isti olması ilə 

əlaqədar olaraq çilinglərin uzunluğunu 25-30 sm-ə qədər götürmək məsləhət görülür. Adətən 25 sm uzunluğa və 

aşağı kəsiyində 0,8-2,0 sm-ə qədər diametrə malik olan birillik pöhrələrdən hazırlanan çilinglər əkin materialı 

üçün faydalı  və yararlı hesab edilir; 0,8 sm-dən az və 2,0 sm-dən artıq diametri olan çilinglər isə  əkin üçün 

yararsız hesab olunur.  

Çilinglərin yuxarı ucu zədələnməmiş tumurcuğun üst tərəfindən, aşağı ucu isə aşağı tumurcuğun altından 

diametral olaraq kəsilməlidir. Belə olduqda, aşağı  kəskidə çoxlu kök gözcükləri (kalluslar) əmələ  gəlir. 

Çilinglərin üst (uc) kəsiyi üzərində atmosfer çöküntülərinin qalmaması  və onun canlı  təbəqə ilə tez bitişməsi 

üçün kəski azca maili olmalıdır.  



Çilinglərin basdırılması  

Qovaq çilinglərini 3 fəsildə – yayda, payızda və yazda əkmək olar. Yay əkini pöhrələr üzərində  əmələ 

gəlmiş tumurcuqlar tam formalaşdıqdan sonra (iyun-iyul aylarında) aparıla bilər. Yay əkinləri yalnız parniklərdə 

aparıldıqda yaxşı nəticə verir. Bu üsul çətindir, iqtisadi cəhətcə baha başa gəlir və ona görə də təsərrüfat üçün 

əlverişli hesab edilmir.  

Təcrübələr göstərmişdir ki, payız  əkini yaz əkininə nisbətən  əlverişlidir. Bunun əlverişli cəhəti ondan 

ibarətdir ki, çilingləri müvəqqəti saxlamaq üçün xəndəkdə basdırmaq tələb olunmur, vaxta, işçi qüvvəsinə  və 

vəsaitə  qənaət edilir. Hər  şeydən  əvvəl qeyd etmək lazımdır ki, çilingləri payızda daimi yerinə  əkdikdə 

torpaqdakı nəmlik və çilingdə olan ehtiyat su, habelə qida hesabına onların üzərində yaza qədər kök gözcükləri 

əmələ gəlir ki, bu da ağaclarda şirə axını başlayan dövrdən etibarən öz köklərini bilavasitə torpağa yeridir və 

torpaqdakı qida maddələrindən tez istifadə edə bilir.  

Başqa ağac cinsləri kimi, qovaq çilinglərini də şirə axını başladıqdan (tumurcuqlar açılmağa başladıqdan) 

sonra əkmək məsləhət görülmür. Nadir tapılan və hər hansı bir şəraitdə becərilməsi vacib olan qovaq növü və 

sortunu onda şirə axını başladıqdan sonra əkmək üçün Kolesov qılıncı, ya beldən istifadə etmək və çilingləri 

dərhal suvarmaq lazımdır.  

Meşə təsərrüfatlarında qovaq çilingləri iki məqsədlə – əkin materialı almaq üçün və ya mədəni meşə salmaq 

üçün əkilir. Əkin materialı almaq üçün çilinglər birinci növbədə tingliyə əkilməlidir. Bir hektar sahədə qovaq 

tingliyi salmaq üçün tələb olunan çilinglərin miqdarı, həmin tinglikdə  əkin materialının neçə il 

saxlanılacağından asılıdır.  Əgər  əkin materialı tinglikdə bir il saxlanacaqsa, onda cərgələrin arasını 60 sm, 

cərgədə çilinglərin arasını isə 20 sm götürmək məsləhətdir. Belə olduqda 1 hektar tinglik üçün 83 min ədəd 

çiling tələb olunur. Lakin bitkiləri tinglikdə iki il saxlamaq nəzərdə tutulursa, onda cərgələrin arası 70 sm, 

cərgədə bitkilərin arası isə 25 sm olmalıdır. Bu halda 1 hektar tinglik üçün 57,2 min ədəd çiling tələb olunur.  

Qovaq tingliyi salmaq tələb edildikdə, adətən, birinci haldan istifadə edilir. Belə olduqda vegetasiya 

dövrünün axırından etibarən əkin materiallarını çıxarmaq və istifadəyə vermək olur.  

 

Şəkil 14.1. Birillik pöhrələrdən 

əkin üçün hazırlanmış çiling 

nümunələri 

Şəkil 14.2. Hazırlanmış çiling 

nümunələrinin basdırılması 

 

Q.H.Cəlilovun (1972) təcrübələri göstərir ki, çilinglər suvarma axınının dibində deyil, onun yamacında, 



axırıncı uc tumurcuğa qədər, şaquli istiqamətdə yerə basdırıldıqda onun üzərində bir ədəd pöhrə əmələ gəlir və 

bu pöhrə yaxşı inkişaf edir. Çilinglərin tinglikdə  cərgə ilə basdırılması üçün arx boyunca ip çəkmək daha 

əlverişlidir. Cərgələrin uzunluğunu 100 m-dən artıq götürmək məsləhət görülmür. Əks halda, cərgənin yuxarı 

hissəsində nəmlik çox, aşağı hissəsində isə az olur və həm də su itkisinə yol verilir.  



Qulluq işlərinin təşkili  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə