MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə155/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   151   152   153   154   155   156   157   158   ...   228

 

291


(meşəlik faizi) olduqca aşağıdır.  Əgər respublikamızın meşəlik faizi 11%-dirsə, Kür-Araz düzənliyində bu 

rəqəm cəmi 0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafizəsi və bərpası böyük təsərrüfat əhəmiyyəti 

kəsb edir.  

Məlum olduğu kimi, Kür Azərbaycanda və  hətta bütün Qafqazda ən böyük çay hesab olunur. Uzunluğu 

1515 kilometrdir. Bu çay öz mənbəyini Türkiyədən Çaldır suayrıcından, dəniz səthindən 2741 metr 

yüksəklikdən götürür. Kür çayının yalnız 200 kilometr olan hissəsi Türkiyədən axır. Sonra 400 kilometr 

Gürcüstan torpağından keçərək respublikamıza daxil olur. Onun Azərbaycan respublikası daxilində uzunluğu 

900 kilometrə çataraq həmişə step (çöl) və yarımsəhra  ərazilərini kəsib keçir. Orta Asiyada və  həmçinin 

Mərkəzi Asiyada səhra və yarımsəhraları  kəsib keçən belə çaylar çoxdur. Bütün bu çayların sahilləri boyu 

meşələrə rast gəlinir. Əgər bu çaylar olmasaydı söz yox ki, səhra və yarımsəhra şəraitində meşə də bitməzdi. 

Çaylar öz sahillərində meşənin inkişafı üçün xüsusi əlverişli  şərait yaradır. Burada qrunt suyunun səviyyəsi 

səthə yaxın yerləşir, torpağın nəmliyi yüksək olur, vaxtaşırı  ətraf sahələri daşqın suları basır. Bütün bunlarla 

yanaşı, səhra və yarımsəhra zonasında hərarətin də yüksək olması bitki örtüyünün, o cümlədən meşənin güclü 

inkişafına səbəb olur. Çay sahili boyu bitən belə meşələrə Cənubi Qafqaz və Orta Asiya xalqları tuqay meşələri 

adı vermişlər. Başqa meşələrdən fərqli olaraq tuqay meşələri özünəməxsus qalın, sıx kollu, sarmaşıqlı, çox vaxt 

keçilməz olur.  

Amu-Dərya və Sır-Dərya çaybasar sahələrin tuqay meşələrində əsas ağac cinsi turanqa (qovaq növü) hesab 

olunur. Ona söyüd, çaytikanı qarışır. Münbit allüvial torpaqlarda sıx, sarmaşıqlı meşəlik əmələ gəlir. Ot örtüyü 

müxtəlif qamış növləri, kəndir, iri murquz (taxıl fəsiləsindəndir) və s.-dən ibarətdir. Duzlu torpağı olan sahələri 

yulğun kolluqları tutur.  

Respublikamızda tuqay meşələrinə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş tuqay 

meşəsi Kür çayının payına düşür.  

Əgər tarixi məlumatlara müraciət etsək, görərik ki, vaxtilə Kür çayı Azərbaycanda bütün uzunluğu boyu, 

Xəzər dənizinə kimi tuqay meşələri ilə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadigarlarına kiçik ləkələr 

şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sırada çıxması təhlükəsi gözlənilir.  

Tuqay meşələrinin  əsas sahəsi hələ 1920-ci ilə  qədər  əkin sahələri  əldə etmək məqsədilə  qırılıb məhv 

edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux meşəsi adı ilə məşhur olan tuqay meşəsi Mingəçevir dənizinin 

altında qalmışdır. 10 min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması məqsədilə 

qırılıb məhv edilmişdir.  

Belə  vəziyyət Kürqırağında az da olsa qalmış tuqay meşələri qalıqlarının lazımi səviyyədə qorunması  və 

orada yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. Təəssüf ki, tuqay meşələrinin orda-burda qalan 

kiçik sahələri də insanların təsərrüfatsız fəaliyyəti nəticəsində gözümüzün qabağında yoxa çıxır. Son illər 

Kürboyu tuqay meşələrinə insanların mərhəmətsiz münasibəti daha da artımşdır. Ağdaş, Bərdə, Ağcabədi və 

Saatlı rayonlarında meşələrin vəziyyəti daha acınacaqlıdır. Burada tuqay meşələri başdan-başa qışlaqlara 

çevrilmişdir. Hər il Kürboyu meşə  təsərrüfatları  ərazilərində fermerlərin və qaçqınların qoyun və qaramal 

sürüləri otarılır. bunun nəticəsində  təbii və süni salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, qoruyucu 

funksiyası zəifləyir və gələcək nəsli kəsilir.  

 

Kürqırağı tuqay meşələrinin ümumi səciyyəsi  

Kür çay boyu meşə bitkisi müasir vəziyyətinə və yayılma xarakterinə görə 4 rayona ayrılır: 

1) Ağstafa-Şəmkir. Bu ərazi Gürcüstan respublikasından başlayaraq Mingəçevir su anbarına qədər uzanır. 

Burada tuqay meşələrinin qalıqlarına rast gəlinir. Qrunt suyu səthə yaxın yerləşir, ərazini dövrü olaraq Kürün 

daşqın suları basaraq meşənin bitməsi üçün əlverişli şərait yaradır. Meşənin təbii bərpası ən çox əsas ağac cinsi 

olan ağyarpaq qovağın hesabına gedir, lakin mal-qara tərəfindən zədələnir və məhv edilir.  



2) Yevlax-Ağdaş. Bu ərazi Varvara gölündən başlayaraq Ağdaşın Körpükəndinə qədər uzanır. Burada Kür 

çayının hidroloji rejiminin dəyişilməsi ilə  əlaqədar olaraq, ayrı-ayrı sahələrdə qovaq meşələrinin quruması 

müşahidə olunur. Bununla yanaşı, burada bir neçə sahədə yüksək məhsuldar qovaq meşəsi massivi mövcuddur. 

Meşənin bərpası əsasən qarağacın üstünlüyü ilə gedir.  

Qovaq yeniyetmələri ancaq çayın sahillərində müşahidə olunur.  

3) Ağcabədi-Sabirabad. Bu ərazi olduqca az meşəliyi ilə  səciyyələnir. Kürün hidroloji rejiminin 

dəyişilməsilə  əlaqədar olaraq, qovaq meşələrinin quruması  əlaməti nəzərə çarpmır. Təbii meşə  bərpası  həm 

qarağacın, həm də  ağyarpaq qovaq və söyüdün hesabına gedir. Burada tuqay meşəsinin inkişafı üçün çox 

əlverişli şərait vardır. Lakin buna insanın təsərrüfat fəaliyyəti maneçilik törədir.  



4) Salyan. Bu  ərazi Salyandan Xəzərə kimi uzanıb, təbii meşə örtüyündən tamamilə məhrumdur. Yulğun 

kolluqları üstünlük təşkil edir. Tək-tək söyüd və qovaq ağaclarına  və onların yeniyetmələrinə  təsadüf edilir. 

Ərazini qorumaq və meşə əkmək yolu ilə tuqay meşələrini bərpa etməyə şərait vardır.  

Qarayazı tuqay meşələri vaxtilə Rusiya imperatorunun ov həvəskarları  cəmiyyətinin Tiflis şöbəsinin 

sərəncamında olmuş, çar ailəsi üçün ov məqsədilə yalnız bu yerlərin meşələri və heyvanlar aləmi qorunmuşdur. 

Qarayazı meşələri üç hissədən – Qarayazı, Soyuqbulaq və Böyükkəsik sahələrindən ibarət idi. 1922-ci ildə 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə