MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə163/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   159   160   161   162   163   164   165   166   ...   228

 

305


emək daha yaxşıdır. Qum əvəzinə təmiz torfdan da istifadə etmək olar. Stratifikasiya üçün bir hissə toxuma 2-3 

hissə qum qatılır, yeşiklərə doldurularaq bərabər surətdə paylanır. Qumla qarışıq toxum layı 25 sm-dən qalın 

olmamalıdır. Qum dövri olaraq isladılır və toxumla yaxşı qarışdırılır. Lakin qum çox nəmli və çox quru 

olmamalıdır. Gəmiricilərdən qorumaq üçün yeşiklərin üstü metal tor ilə örtülür.  

Cənub rayonlarında (Qafqaz, Krım, Moldaviya, Ukraynanın qərb vilayətləri) qozun səpinini payızda apar-

maq məqsədə uyğundur, səpin yazda da aparıla bilər. Səpin zamanı qozun toxumları torpaqda bir qədər 

köndələn durmalıdır. 

Qeyd edildiyi kimi, adi qoz ən çox meyvəsinə görə becərilir. Bu məqsədlə qoz bağları salınır, çətirlərin 

yaxşı inkişaf etməsi üçün bağda ağaclar bir-birindən xeyli aralı əkilir. Salınmış qoz bağlarında hər il torpağa, 

ağaclara qulluq edilir, gübrə verilir.  

Qoz ağaclıqları qiymətli oduncaq əldə etmək məqsədilə  də  əkilir. Ölkəmizdə  və xaricdə qoz ağacının 

oduncağına böyük tələbat vardır. Bu məqsədlə meşə əkinləri aparılır. Burada ağaclar bir qədər sıx yerləşdirilir

torpağa az qulluq edilir və tez dayandırılır. Ağacın gövdəsinə isə dövri olaraq xidmət göstərilir. Qeyd etmək 

lazımdır ki, meyvə almaq məqsədilə salınmış bağlardakı  ağacların oduncağı da qiymətlidir, burada yoğun və 

çox hündür olmayan ağacların oduncağı mebel hazırlamaq üçün daha keyfiyyətli sayılır.  

Adi qozun yüksək dekorativliyi – iri, gözəl, günbəzşəkilli çətri onun şəhər və digər yaşayış məntəqələrinin 

yaşıllaşdırılması üçün çox əhəmiyyətlidir. Qoz ağacından yamacların bərkidilməsində  və eroziyaya qarşı 

mübarizədə istifadə olunur.  

Toxumla adi qozu 2 üsulla – tingliklərdə yetişdirilən hazır şitillərlə və toxumu daimi yerinə səpmək 

yolu ilə becərmək olar.  

Qoz ağaclıqları və bağları kifayət qədər münbit torpağı olan, qrunt suyu səthə yaxın yerləşməyən sahələrdə 

salınır. Müxtəlif tədqiqatçılar qoz bağları salarkən ağacların arasını 8 m-dən 20 m-ə  qədər götürməyi təklif 

edirlər.  

Sahə şırımlanıb səpin yeri müəyyənləşdirildikdən sonra eni və dərinliyi 40-50 sm olan çalalar qazılır. Sonra 

həmin çalalar yaxın sahədə olan münbit torpaqla doldurulur. Çalaların ortasında toxum səpmək üçün 7-8 sm 

dərinliyində yuvacıq düzəldilir. Təcrübələr göstərmişdir ki, hər yuvacığa 3 toxum səpmək məqsədəuyğundur. 

Bu zaman yüksək cücərti və bitiş alınır. Yuvacıqda toxumlar biri digərindən 10-15 sm aralı  səpilir. Yuxarıda 

qeyd edildiyi kimi, toxumlar yuvaya yanı üstə qoyulur.  

İlk illər  əsas qulluq işi torpağın yumşaldılmasından və alaq otlarından təmizlənməsindən ibarətdir. Cərgə 

aralarında bostan və yem bitkiləri (yonca və s.) yetişdirmək olar. Qozla birlikdə  fındıq da becərmək 

mümkündür. Bütün digər  əkinlər qoz ağaclarından 1 m aralı yerləşdirilməlidir. Torpağa qulluqla bərabər, 

bitkilərə  də xidmət edilməlidir. Bu xidmət ağacları  ştamplama və  çətrini formaya salmaqdan ibarətdir. Qoz 

ağaclarında ştampın formaya salınması ilk ildən başlanır. Birinci il şitilin gövdəsinin əsasında əmələ gələn yan 

tumurcuqlar və zoğlar kənar edilir. Birinci ilin avqust ayında və ya ikinci ilin erkən yazında yarpaqlar 

açılmamışdan, ikinci il isə keçən ildən qalan və yeni əmələ  gələn yan tumurcuqlar kənar edilir. Tumurcuqlar 

barmaqla qopardılır, zoğlar isə iti bıçaqla dibindən kəsilir.  İkinci il ştampa qulluq işi bütün vegetasiya dövrü 

davam etdirilir.  

Üç yaşında ağaclarda artıq  ştamplama başa çatdırılır.  Ştampın hündürlüyü və  çətrin başlanğıcı  ağacın 

böyümə sürətindən asılı olaraq 70-100sm və ya 1,5 m-ə qədər ola bilər. Dördüncü il bütün ağacların gövdəsinin 

ştampı formaya salınır və  çətir yaradılır. Lakin sonrakı illərdə  də  ağacın  ştampında  əmələ  gələn zoğların və 

tumurcuqların kənar edilməsi işi davam etdirilir. Bu iş erkən yazda (yarpaqlar açılmamış) və payızda (oktyabr-

da) aparılır.  

Qoz ağacının çətri ştamp hündürlüyündən başlanır. Ağacın gövdəsi 2 və ya 3 budağa ayrılır. Gövdə hər il 

böyüyərək yeni budaqlar yaradır, budaqlar isə yeni zoğlar əmələ gətirir. Beləliklə, çətir formalaşır.  

Əkin materialı, yəni şitil yetişdirmək üçün münbit torpağı olan sahədə tinglik salınır. Tinglik üçün ayrılan 

ərazidə torpaq payızda 30-40 sm dərinliyində  şumlanır, kultivasiya olunur və malalanır, sonra toxum səpilir. 

Səpin bir-birindən 50-60 sm aralı olan cərgələrdə aparılır. Cərgələrdə toxumların arası 10-15 sm götürülüb 7-9 

sm dərinliyinə basdırılır. 1 hektara 3000 kq toxum səpilir. Qoz toxumları torpağa başı aşağı, köndələninə səpilir.  

Tinglikdə torpaq müntəzəm olaraq yumşaldılır, alaqdan təmizlənir. Gələcəkdə şitillərin asan çıxarılmasını 

təmin etmək üçün yan köklərin yaxşı inkişaf etməsinə  şərait yaradılmalıdır. Bu məqsədlə  əsas (mil) köklər 

kəsilir. 

Tinglikdə şitillər 1 və ya 2 il qalır. Sonra isə daimi əkin yerinə və ya qələmlik sahəsinə köçürülür və orada 

şitillərin gövdəsinə və çətrinə düzgün forma verilir.  

Şitillər tinglikdən erkən yazda çıxarılır. Bu dövrdə çıxarılıb əkilən şitillərin inkişafı bir qədər ləngidiyindən 

erkən yaz şaxtalarına məruz qalmır.  Şitillər çıxarıldıqdan sonra gövdələri zədələnməməlidir, onların kökləri 

mümkün qədər aşağı hissədən kəsilməlidir ki, saxlanılan kökün uzunluğu 35 sm-dən kiçik olmasın.  

Qələmlik sahəsində  cərgələrin arası 1 m götürülür, cərgələrdə  şitillər 40-50 sm-dən bir əkilir. Burada 

şitillərə 2-3 il müddətində qulluq edilərək çətirlərinə forma verilir.  



 

306


Şitillər daimi yerinə köçürülərkən torpaq bağ salmaq qaydası ilə hazırlanır, yəni payızda 60-70 sm dərinliyində 

şumlanır, yazda isə kultivasiya olunub malalanır. Şitillər əkiləcək yerlər qabaqcadan qeyd olunur və çalalar hazırlanır. 

Bağ salarkən  şitillər tumurcuqlanmamışdan  əkilir. Cərgə  və  şitillərin arasında məsafə 8-10 m götürülür. Şitillər 

əkildikdən sonra hərəsinə 2-3 vedrə su verilir.  

Məlum olduğu kimi, qoz meşə ağacıdır və ondan istifadə edərək süni meşəliklər salmaq vacibdir. Qoz ağacı 

ilə qarışıq əkmək üçün elə ağac və kol cinsləri seçilməlidir ki, onlar boyca qozu ötüb keçməsin, torpağın səthinə 

yaxşı kölgə salsın. Bu cəhətdən cökə, alma, armud və fındıqdan istifadə etmək daha məqsədəuyğundur.  

Qozun meşə əkinləri kol və boyqovucu ağac cinsləri ilə qarışıq aparılır. Azərbaycan şəraitində birinci üsul 

daha yaxşı nəticə verir. Meşə əkinlərində cərgəarası məsafə 2 m, cərgədə ağacların arası 0,5-1,0 m götürülür.  

Qoz ağacları kol cinsləri ilə  də qarışıq  əkilir. Kol cinsi kimi fındıqdan istifadə etmək daha faydalıdır. 

Əkindən sonra 3-5 il müddətində ağacların gövdəsinin aşağı hissəsində əmələ gələn tumurcuq və zoğlar kənar 

edilir. Bu xidmət işi may və iyunda, ayda iki dəfə aparılmalıdır. Tumurcuq və zoğların kənar edilməsi ağacların 

tez böyüməsinə şərait yaradır. Qoz ağacının tez böyüməsi, geniş sıx çətri, uzunömürlülüyü, qiymətli oduncağı 

və dadlı meyvəsini nəzərə alaraq ondan tarlaqoruyucu meşə zolaqlarında istifadə edilməsi böyük əhəmiyyətə 

malikdir. Respublikamızda Kür-Araz ovalığında, Samur-Dəvəçi və  Lənkəran düzənlkilərində meşə zolaqları 

saldıqda qozu əsas ağac cinsi kimi götürmək məqsədəuyğundur.  

Yol kənarlarının yaşıllaşdırılmasında da adi qozdan geniş istifadə edilməlidir. Bu cəhətdən Qəbələ,  Şəki, 

Zaqatala-Laqodexi yolları boyu əkilən qoz xiyabanları  təqdirəlayiqdir. Bu təcrübədən respublikamızın başqa 

yollarının yaşıllaşdırılmasında da istifadə edilməlidir. Yol kənarlarında qoz ağacları yalnız gözəl dekorativ ağac 

olduğu üçün deyil, həm də qoruyucu xüsusiyyətlərinə görə əkilir. Onun güclü kök sistemi torpağı və yolu yuyu-

lub dağılmaqdan mühafizə edir, nəhəng çətirləri ilə küləyin sürətini zəiflədərək yayın qızmarında yolu 

kölgələndirir. Yolun iki tərəfi boyu bir cərgə əkilən qoz ağacları açıqlıqda olduğu üçün daha tez bar verməyə 

başlayır. Yol kənarı yaşıl zolaqlar bir neçə cərgədə  salına bilər. Belə halda cərgələrin arası 8-10 m götürülür.  

Adi qoz ilin bütün fəsillərində gözəldir. O, həm də uzunömürlü olub, bir neçə əsr yaşayır. Odur ki, ondan 

yaşıllaşdırma işlərində meşə parkların, parkların, xiyabanların yaradılmasında, küçələrdə və həyətyanı sahələrdə 

istifadə edilməsi məsləhətdir. Yüksək fitonsidli bu bitki havanın təmizlənməsində böyük rol oynayır.  

 

Adi qozun artırılması üçün ehtiyat mənbələri 

Respublikamızda adi qozdan ibarət bağların artırılması üçün ən əlverişli ərazi Qanıx-Həftəran vadisi sayılır. 

Hazırda vadinin Şəki-Zaqatala zonasına düşən hissəsində  kənd təsərrüfatına heç bir ziyan vurmadan geniş 

sahələri tutan çayların gətirmə konuslarında qoz plantasiyaları yaratmaq olar. İndi belə istifadəsiz sahələr 50 

min hektara çatır. Bundan başqa meşə təsərrüfatlarının vadidə rekonstruksiyaya ehtiyacı olan azqiymətli meşə 

sahələri mövcuddur. Meşə quruluşu materiallarına  əsasən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ  və 

İsmayıllı meşə  təsərrüfatlarının  ərazisində (vadidə) seyrəkliklərin sahəsi 1870 hektar, aşağı doluluqlu meşələr 

20480 hektar təşkil edir. Ümumittifaq Aqromeşəlayihə İnstitutu həmin ərazinin 3724 hektarında qoz bağlarının 

salınmasını layihələşdirmişdir.  

Sənaye  əhəmiyyətli qozçuluğun inkişaf etdirilməsində qrup və meşə halında mövcud olan qoz ağacları 

mühüm rol oynamalıdır. Tərkibində 10%-dən artıq qoz ağacı olan meşə sahələri meşə təsərrüfatlarında 25 min 

hektara çatır. Bəzən sırf qozluqlara da təsadüf edilir. Bununla yanaşı, meşələrdə, dərələrdə  tək-tək və topa 

halında qoz ağaclarına da tez-tez rast gəlirik. Lakin bu meşələr və ağacların vəziyyəti baxımsızlıq üzündən qey-

ri-qənaətbəxşdir. Bu sahələri yaxşı mühafizə etmək və lazımi meşə təsərrüfatı tədbirlərini həyata keçirmək yolu 

ilə məhsuldar qoz meşəlikləri yaratmaq lazımdır. Bu yolla yüz tonlarla əlavə qoz meyvəsi əldə etmək olar.  

Araz, Oxçu, Şəmkir, Həkəri, Tərtər və digər çayların, eləcə də onların bir sıra qollarının dərələrində qrup 

halında rast gəldiyimiz qoz ağaclarına lazımi qayğı göstərməklə, bu dərələrin açıq yerlərində minlərlə yüksək 

keyfiyyətli qoz ağacı sortları əkib becərməklə də bol qoz meyvəsi almaq mümkündür.  

Qoz ağaclarının artılırması üçün digər ehtiyat mənbələrindən biri də yolkənarı yaşıllıqlarda bu qiymətli 

cinsdən istifadə edilməsidir. bu baxımdan,  Şəki-Laqodexi, Qəbələ-Ağdaş, Sarağan-Nic-Oğuz və s. şosse 

yollarının kənarı boyu hələ keçən əsrin sonunda salınmış məşhur qoz xiyabanları böyük əhəmiyyətə malikdir və 

bu təcrübə geniş  tətbiq edilməlidir. Bu xiyabanın uzunluğu 200 km-ə çatır. Lakin ağaclara qayğı 

göstərilmədiyindən vəziyyət o qədər də yaxşı deyildir, mövcud ağaclar qanunsuz kəsilir, qocalıb yıxılan ağaclar 

bərpa edilmir. Əgər haqqında danışdığımız xiyabanlarda seyrəkliklər doldurulub, mövcud ağaclara lazımi qulluq 

edilərsə, onlardan hər il 1000 tona qədər qoz meyvəsi toplamaq olar.  

Azərbaycan Dövlət Torpaq Layihə  İnstitutu respublika daxilində 3 min km yolun hər iki tərəfi boyu 

yaşıllıqların salınmasını layihələşdirmişdir. Bu məsafənin yalnız min km-də (yolun hər iki kənarında) bir cərgə 

hesabilə 10 m-dən bir 200 min qoz ağacı əkmək olar. 30-50 ildən sonra hər ağacdan 50 kq qoz yığılırsa, cəmi 10 

min ton meyvə toplamaq mümkündür.  

Zaqatala-Bakı, Quba-Nabran yolları boyu salınan cavan qoz ağacları artıq bol məhsul verir. 

Yol kənarlarında başlı-başına buraxılmış azqiymətli yaşıllıqların rekonstruksiyası hesabına da qoz 

ağaclarının sayını xeyli artırmaq imkanı vardır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə