MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə166/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   162   163   164   165   166   167   168   169   ...   228

 

310


ondan bişirilmiş  və qovrulmuş halda istifadə olunur. Şabalıdın meyvəsindən alınan undan kulinariyada da 

istifadə edilir, ondan 5-6% xəmirə qatdıqda çörək ləzzətli və dadlı olur.  

Bir sıra pirojna və konfet məhsullarının hazırlanmasında da şabalıddan istifadə olunur. Tort məhsullarını 

bəzəmək üçün şabalıdın meyvəsindən istifadə edirlər. Şabalıdın meyvəsindən kofe, kompot, şokolad, mürəbbə 

də hazırlanır.Qənnadılaşmış şabalıd dünya miqyasında böyük ad qazandığından Şərqi Avropa ölkələrinə ixrac 

edilir.  

Şabalıd ağacının meyvəsində, kökündə, qabığında və gövdəsində 10%-ə  qədər aşılayıcı maddələr vardır. 

Onlar dərinin aşılanması üçün işlədilir.  

Y.D.Xaryuzovaya görə 100 kq şabalıd ağacı oduncağından 18-20 kq ekstrakt alınır. Şabalıd meyvələrinin 

tərkibində çoxlu miqdarda «A», «B», «C» vitaminləri vardır, A.A.Qrossheymə görə (1952) şabalıdın yarpaqları 

«K» vitamininin mənbəyi sayılır. Onun «A», «B» və «C» vitaminləri olan təzə meyvələrində 44-45%-ə qədər su 

olur. Quru ləpəsinin tərkibində 16-34% nişasta, 4-4,5% şəkər, 8-14% azotlu maddələr, o cümlədən 8-10% zülal 

vardır: Bundan başqa  şabalıd meyvəsinin tərkibində dekstrin, alma, limon və süd üzvi turşuları da vardır. 

Nəhayət şabalıd ağacının çiçəkləri bal arıları üçün bol və keyfiyyətli nektar verir.  

Süni  şabalıd meşələri və bağları  əsasən tingliklərdə yetişdirilən  şitillərlə salınır. Toxumların quş  və 

gəmircilərdən qorxusu olmayan sahələrdə şabalıd səpin yolu ilə də artırıla bilər.  

Tinglik mümkün qədər meşə və bağ salınması nəzərdə tutulan sahələrə yaxın olmalıdır. Belə halda əlverişli 

hava şəraitindən istifadə edib, təzə çıxarılan şitilləri həmin sahələrə çatdırmağa və basdırmağa imkan yaranır. 

Tinglik üçün münbit torpaqlı yaxşı işıq düşən sahə seçilir. Orada alaq otları biçilir, yandırılır, torpaq şumlanır, 

yumşaldılır və səpin ləklər, şırımlar hazırlanır.  

Şabalıdın toxumları meşədən sağlam və yaxşı boy atan ağaclardan yığılmalıdır. Toplanmış toxumların 

içindən səpin üçün iri və girdələri seçilir. Bir sahədən yığılmış toxumları iqlim xüsusiyyətləri ilə  kəskin 

fərqlənən digər ərazidə istifadə etmək məqsədəuyğun deyildir.  

Toxumlar payızda yığılan kimi, tinglikdə səpilir və ya yaza saxlanılır. Ərazinin iqlim şəraitindən asılı ola-

raq, yazda səpin mart və ya aprel ayında aparılır.  

Şabalıd toxumları  qış dövründə (yaza qədər) xüsusi zirzəmilərdə, yaxşı havalı  xəndəklərdə, yeşiklərdə 

saxlanılır. Stratifikasiya üçün qum, saman və quru xəzəldən istifadə edilir. Şəki-Zaqatala zonası rayonlarında 

yerli əhali ağacdan çırpdıqdan sonra şabalıd toxumlarını qərzəkli halda qıjının (ayıdöşəyinin) arasında saxlayır. 

Bu üsulla şabalıd toxumları yaza qədər çox yaxşı qalır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, saxlanan dövrdə 

şabalıd toxumları normal rütubətlə təmin olunsun, həm də şaxtadan və ziyanvericilərdən ziyan çəkməsin.  

Şabalıd toxumlarının cücərmə faizi səpinqabağı 80-dən aşağı olmamalıdır. Torpağın mexaniki tərkibindən 

asılı olaraq toxumlar şırımlarla 5-10 sm dərinliyində basdırılır, toxumların arası 4-10 sm götürülür. Şırımlarda 

toxumlar adətən torpağa başı aşağı və ya böyrü üstə qoyulur. Ləklərdə şırımların arası 12-20 (25) sm qəbul edi-

lir. Bir kvadratmetr ləkə orta hesabla 1 kq toxum səpilir.  

Səpini gəmiricilərdən qorumaq məqsədilə toxumlar müxtəlif zəhərli maddələrlə isladılır. Toxumların 

mühafizəsi işini bir qədər də asanlaşdırmaq üçün onlar cücərməyə başladığı dövrdə  səpilir. Belə toxumları 

səpərkən kökcüklərin (tumurcuqların) uclarını  qırmaq vacibdir, bu zaman yerüstü yan köklər sürətlə inkişaf 

etməyə başlayır.  

Əgər tinglikdə əkin materialı bağ yetişdirmək üçün nəzərdə tutulmuşsa, 1-2 yaşlı şitillər payızda və ya qışın 

sonunda qələmlik sahəsinə köçürülür. Yerüstü saçaqlı köklərin inkişafına şərait yaratmaq məqsədilə çıxarılmış 

şitillərin əsas kökləri (təxminən üçdə bir hissəsi qədər) kəsilir. Bəzən gövdəciyin aşağı hissəsində əmələ gələn 

budaqcıqlar da kənar edilir. Qələmlik sahəsində 5-6 yaşında  əkin materialı hazırlanırsa, cərgəaraları 1 m, 

cərgələrdə  şitillərin arası 80 sm götürülür. Burada şitillərin aşağı hissəsində  əmələ  gələn budaqcıqlar hər il 

kəsilir və əsas budaq calaq aparmaq üçün hazırlanır.  

5-6 yaşlı şitillərin boyu 2-2,5 m-ə çatdıqda onları 1,5-2,0 m hündürlükdən calaq etmək olar. Calaq zamanı 

ağacın təpə hissəsi və bütün yan budaqları  kəsilir. Calaq ediləndən sonra şitillər qələmlik sahəsində 1-2 il də 

qalır.  

Yamacın dikliyi, torpaq qatının qalınlığı  və s. asılı olaraq şabalıd  əkinləri üçün sahə zolaqlarla və mey-

dançalar şəklində hazırlanır. Hazırlanmış sahələrdə əkin üçün çalalar payızın əvvəlində qazılır, onların ölçüləri 

əkin materialının böyüklüyündən asılı olur. 1-2 illik şitillər üçün ölçüləri 45x45 sm, dərinliyi isə 30 sm olan ça-

lalar qazılır. Geniş kök sisteminə  və 2-2,5 m hündürlüyə malik olan iri şitillərlə  şabalıd bağı saldıqda isə 

çalaların ölçüləri 100x100 sm, dərinliyi 60-70 sm olmalıdır.  

Şabalıd bağı salarkən ağaclar seyrək yerləşdirilir, onların arası 8-10 m-ə qədər götürülür. Münbit torpaqlar-

da şabalıd sürətlə qol-budaq ataraq yaratdığı geniş çətirlər tez birləşir. Odur ki, bol meyvə məhsulu əldə etmək 

üçün 40 yaşından sonra ağaclar seyrəldilməlidir. Seyrəltmə apardıqdan sonra ağacların arasında 16, 20, 24 m 

məsafə qalır.  

Dik yamaclarda və eroziyaya uğramış yuxa torpaqlı sahələrdə ağaclar sıx əkilməlidir.   

 

14.11. Fıstıq meşələrinin bərpası  




 

311


Dağ meşələri arasında  ən geniş yayılan fıstıq meşələridir. Bu meşələr respublika meşə fondunun 32%-ni 

təşkil edərək əsasən orta və yuxarı dağ-meşə qurşaqlarının dik yamaclarında yerləşib böyük sutənzimləyici, tor-

paqqoruyucu əhəmiyyətə malikdir.  

Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində dağlarımızın çox yerində  fıstıq ağacları öz ilkin 

quruluşunu itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş  və müxtəlif törəmə meşə tipləri  əmələ 

gəlmişdir.  

Pozulmuş  və seyrək fıstıq meşələrinin məhsuldarlığını yüksəltmək üçün ən  əlverişli üsul meşənin təbii 

bərpasına kömək göstərmək tədbiri sayılır.  Çox vaxt doluluğu aşağı salınmış fıstıq meşələrində və fıstığı əvəz 

edən törəmə tipli ağaclıqlarda meşənin təbii bərpası vələsin və digər azqiymətli ağac cinslərinin üstünlüyü ilə 

gedir. Odur ki, fıstıq seyrəkliyində, həmçinin meşə talalarında və meşənin yuxarı  sərhədi aşağı endirilmiş 

ərazilərdə  təbii bərpaya kömək etməklə yanaşı, həmçinin süni fıstıq meşələrinin yetişdirilməsi 

məqsədəuyğundur.  

Süni fıstıq meşələri səpin və əkin üsulu ilə salınır. Meşənin səpinlə salınması meşəçilik baxımından üstün 

olmasına baxmayaraq çox vaxt fıstıq toxumları gəmiricilər, böcəklər və s. tərəfindən məhv edilir. Odur ki, fıstıq 

meşəsi salmaq üçün əvvəlcə tinglikdə yetişdirilib sonra onun daimi yerinə köçürülməsi iqtisadi cəhətdən 

əlverişli sayılır. Respublikamızda fıstıq meşələrinin süni yolla artırılması işinə demək olar ki, fikir verilmir.  

Şəmkirçay hövzəsində (Gədəbəy rayonu) XIX əsrin sonunda (1895-98-ci illər) salınan fıstıq-şam meşəliyi 

kiçik sahədə olsa da, böyük elmi və praktiki əhəmiyyət daşıyır. Bu meşəlik bir-birinə yaxın iki sahədə salınıb 

dəniz səthindən 1500 m yüksəklikdə, dikliyi 10-15

0

 olan yamacın şimal cəhətində yerləşir. Burada fıstıq və adi 



şam cərgələrdə 4-5 ədəd yan-yana və ya hər cinsdən tək-tək  əkilmişdir. Hazırda burada yüksək məhsuldar 

meşəlik əmələ gəlmişdir.  

Tədqiqat işləri göstərir ki, fıstığın süni əkinləri yalnız münbit torpağı olan rütubətli şəraitdə yaxşı nəticə ve-

rir. Quru və çox rütubətli torpaq şəraitində isə fıstıq meşəsi salmaq məqsədəuyğun deyildir.  

Fıstıq meşəsi yox edilərək kənd təsərrüfatı bitkiləri altından çıxan, sonralar isə yenidən meşə və kol basmış 

sahələrdə  əksər halda fıstığa rast gəlinmir. Fıstıq kölgə  və rütubətsevər bitki olduğu üçün ilk dəfə  çılpaq 

yamacları tuta bilmir. Həmin sahələri qabaqca əsasən vələs, palıd, ağcaqayın və b. ağac cinsləri və kolluqlar 

tutur.  Şübhəsiz, müəyyən dövr keçdikdən sonra bu törəmə tipli ağaclıqlar altında torpaq bərpa olunduqca və 

meşə mühiti əmələ  gəldikcə  fıstığın inkişafı üçün şərait yaranacaqdır. Odur ki, fıstığın süni yolla artırılması 

seyrək ağaclıqlar olan sahələrdə aparılmalıdır.  

Şərq fıstığı meşəsi salmaq üçün aşağıdakı ardıcıl işlərin görülməsi lazımdır: 1) Toxumluq sahənin təşkili; 2) 

Toxum tədarükü və onun saxlanılması; 3) Toxumun səpinə hazırlanması; 4) Tingliyin təşkili və ona qulluq 

işləri; 5) Meşə əkinlərinin aparılması (Əsədov, Qəribov, Musayev, 1976).  

Toxumluq sahənin təşkili üçün yetişmiş  fıstıq meşələrində axtarış aparılaraq, «müsbət» ağaclıqlar ayrılır. 

Bu ağaclıqlar yüksək taksasiya göstəriciləri, keyfiyyətli toxum vermə  və irsi xüsusiyyətlərinə görə  ətraf 

ağaclıqlardan fərqlənməlidir. Seçilmiş müsbət ağaclıqdakı ən yaxşı ağaclar qeydə alınır. 

Yüksəklik qurşaqları üzrə seçiləcək toxumluq sahələrdən toplanan toxum həmin sahədən 200-300 m yuxarı 

və ya aşağıda səpilməlidir. Ağaclardan toxumların yığılması oktyabrın 2-ci yarısı, noyabr və dekabr aylarında 

həyata keçirilməlidir. Tədarük olunan toxum saxlandığı və səpildiyi dövrdə gəmiricilərə qarşı lazımi mübarizə 

tədbirləri görülməlidir. Əks halda gəmiricilər toxumu tamamilə məhv edə bilər.  

Fitopatoloji xəstəliklərə qarşı mübarizə  məqsədilə  fıstıq toxumları payız səpinindən və stratifikasiyadan 

əvvəl 0,5 faizli formalin məhlulunda yüngülcə yuyulmalı və dərhal süzülüb açıq havada qurudulmalıdır.  

Toxum səpilmək üçün saxlanan sınaq variantlarında aşağıdakı nəticələr alınmışdır: toxum şüşə qabda axar 

su altında hava borusu olmaqla saxlandıqda 75%, şüşə qabda ağzı qapalı soyuq binada həftədə 2-3 dəfə 

qarışdırmaqla saxladıqda 69%, xəzəl və qar altında xəndəklərdə  təbii  şəraitdə – 65%, qumla qarışıq halda 

saxladıqda 23%, adi kisələrdə saxlandıqda isə cəmi 2% cücərti alınmışdır. İkinci üsul əlverişli olub ucuz başa 

gəlir.  

Fıstıq toxumları yaxşı saxlandıqda cücərmə qabiliyyətini 150-180 gün saxlayır. Toxumun nəmliyi  10-12%-

dən aşağı olduqda cücərmə qabiliyyətini tamamilə itirir.  

Aqrotexniki tələbata uyğun olaraq saxlanmış toxumların yaxşı cücərməsi üçün onu azı 40-50 gün stratifi-



kasiya  etmək lazımdır. Toxumların stratifikasiyası üçün yuyulmuş çay və ya dəniz qumundan istifadə olunur. 

Toxumlara ziyan verə biləcək göbələk və bakteriyaları məhv etmək üçün hazırlanmış qum yuyulduqdan sonra 

yüksək temperaturda qovrulmalıdır.  

Toxumlar tinglik sahəsinə yaxın yerdə, meşə çətri altında və toxum saxlanılan soyuq anbarlarda stratifika-

siya edilə bilər. Ən yaxşı üsul toxumların meşə çətri altında qarla stratifikasiya olunmasıdır.  

Toxum stratifikasiya ediləcək sahə mümkün qədər yaşayış  məntəqələrinə və yola yaxın olmalıdır. Bunun 

üçün az qabarıq (təpəcik) formalı yer seçilir və 40-30 sm dərinliyində uzununa xəndəklər qazılır. Hazırlanmış 

xəndəklərin dibi ağac toxmaqla tapdanır və 4-6 sm qalınlığında qum, onun üstündən isə                  10 sm-ə 

qədər qar tökülür, sonra yenidən möhkəm tapdanır. Toxum hər yana bərabər olmaqla 3-4 sm qalınlığında tapda-

nan qarın üstünə yayılır. Sonra qum-qar qatları yenidən təkrar olunur. Beləliklə, xəndəyə 4-6 qat toxum tökülür




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə