MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə156/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   152   153   154   155   156   157   158   159   ...   228

 

292


həmin meşə sahələri bölüşdürülmüş, onların birincisi Gürcüstanın, son ikisi isə Azərbaycanın tərkibinə daxil 

edilmişdir. Qarayazı meşələri  əsrimizin onuncu illərində  və iyirminci illərinin  əvvəllərində xeyli məhv 

edilmişdir. Sonradan təbiətin qorunmasına müəyyən qayğı göstərildi və 1922-ci ildə xüsusi dövlət yasaqlığı 

yaradıldı. Bu yasaqlığın məqsədi  ərazidəki heyvanları qorumaq idi. Lakin bu yasaqlıqda qoruma işləri lazımi 

səviyyədə  təşkil edilməmişdir. 1957-ci ildə Qarayazı sahəsinin mövcud təbii kompleksini mühafizə etmək və 

keçmiş zənginliyini bərpa etmək üçün bir sıra tədbirlər görüldü. 1964-cü ildə 12 min hektar sahədə Qarayazı-

Ağstafa yasaqlığı  təşkil edildi. Lakin yasaqlıq vasitəsilə  ərazinin heyvan və quşlarını tam qorumaq mümkün 

olmadı; eyni zamanda burada təbiətin kompleks mühafizəsi zəruriyyəti də yarandı. Ona görə  də Azərbaycan 

hökumətinin 1978-ci il qərarına əsasən Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6 min hektara yaxın 

ərazidə Qarayazı dövlət qoruğu yaradıldı. Lakin az sonra respublika hakimiyyət orqanlarının əsassız qərarı ilə 

(1979) qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu rayonun üzümçülük sovxozuna verildi. 

Hazırda qoruğun sahəsi 4855 hektardır. Burada məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. 

Qarayazı qoruğunun sahəsi kiçik olduğundan tuqay meşələrinin qorunması ilə  əlaqədar olan tələbatı ödəmir. 

Qarayazı qoruğu Kürətrafı dövlət meşə fondunun 7,3 faizini təşkil edir. Onun ərazisinin azı 2500 hektara qədər 

artırılması məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, Ağdaş rayonunda tuqay meşəsi şəklini az-çox saxlamış 

ağyarpaq qovaq meşəliyinin nisbətən geniş massivində ikinci qoruğun yaradılması olduqca vacib məsələdir.  

Meşə quruluşu layihələrində Kür çay boyu hər iki sahildə 270 metr enində qoruq zolağı ayrılmış və orada 

bütün qanun pozuntuları (meşənin qırılması, mal-qara otarılması və s.) ciddi qadağan edilmişdir. Lakin bu qo-

ruyucu zolaq yalnız meşə planları üzərində və digər meşə quruluşu materiallarında mövcuddur. Faktiki olaraq 

bütün Kürqırağı meşələrində insanın təsərrüfatsız fəaliyyəti müşahidə olunur, meşə təsərrüfatları tərəfindən ona 

ciddi nəzarət göstərilmir.  

 

Tuqay meşələrinin meşə əkini yolu ilə bərpası 

Mövcud  ədəbiyyat materiallarından istifadə edərək aşağıda Kürqırağı  ərazidə meşənin bərpası  işlərinin 

təcrübəsi qısa təhlil edilir.  

Kürboyu meşə təsərrüfatlarında indiyə kimi 15 min hektara qədər süni meşə salınmışdır. Meşə əkinlərində 

əsasən aşağıdakı ağac cinslərindən istifadə edilmişdir: ağ akasiya, yaşıl göyrüş, şabalıdyarpaq palıd, uzunsaplaq 

palıd, eldar şamı, qarağac, adi qoz, Qafqaz  xurması, Kanada qovağı, sosnovski qovağı, hibrid qovaqlar, çəkil, 

iydə və s.  

Hazırda Kür boyu yerləşən meşə təsərrüfatlarında 27 min hektar meşəsiz və meşə ilə örtülü olmayan sahələr 

və 5 min hektardan çox pozulmuş seyrək meşə əkinləri mövcuddur. Bu ərazinin yalnız 2 min hektarında ildə 

400 hektar hesabilə məhsuldar qovaq növləri yetişdirilərsə 5 ildən sonra başdan-başa qırma yolu ilə dövri olaraq 

hər il 150-200 min kubmetr oduncaq ehtiyatı  əldə etmək olar (400 hektardan). Bu isə respublikamızın meşə 

materialına olan tələbatını xeyli ödəyər. Bütün bunları nəzərə alaraq Respublika Ekologiya və Təbii Sərvətlər 

Nazirliyi Kürqırağı  ərazidə qiymətli qovaq növlərindən ibarət meşə plantasiyaları yaratmağı ön plana 

çəkməlidir.  

Qovaq ağaclarından salınan meşələr eyni yaşda olan akasiya, göyrüş, şam və palıd meşələrindən 5-10 dəfə 

yüksək məhsuldarlığa malikdir. Kürqırağı ərazinin çox hissəsində qrunt suyu səthə yaxın yerləşir. Belə sahələr 

qovaq üçün əlverişli hesab olunur. Odur ki, tuqay meşələrinin bərpası üçün qovaq əsas cins sayılmalıdır.  

Qovaq ağaclarının yetişdirilməsində  kənd təsərrüfatı elmləri namizədi Qafar Cəlilovun və türk 

qovaqşünaslarının təcrübəsindən istifadə edilməlidir.  

Tuqay meşələrinin bərpa edilməsində qovaqla yanaşı, uzunömürlüyü, tez böyüməsi, nəhəng gövdəsi, 

əzəmətli yaraşıqlı çətri, davamlılığı və qiymətli oduncağı ilə şöhrət qazanan çinara da xüsusi yer verilməlidir. 

Kürqırağı zonada bu ağacın tayı-bərabəri yoxdur. Ancaq nədənsə bu uzun ömürlü və qiymətli ağac cinsindən 

meşə  əkinlərində istifadə edilmir. Bərdə  və  Ağcabədi meşə  təsərrüfatlarında tək-tək və qrupla əkilmiş çinar 

ağaclarının 15 yaşında boyu 13-14 metrə, döş bərabərində diametri 28-34 santimetrə çatır. Bu onu göstərir ki, 

çinar böyümə sürətinə görə qovaqla yanaşı durur, uzunömürlülüyü və dekorativliyinə görə isə ondan da 

üstündür.  

Kürqırağı  ərazidə indiyə kimi aparılan süni meşəsalma işləri qənaətbəxş deyildir. Meşəsalma işlərində 

əsasən ikinci dərəcəli ağac cinslərinə üstünlük verilir. Qiymətli ağac cinsləri olan palıd növləri, qoz, qovaq 

növləri, saqqızağac, püstə, çinar əkinləri yox dərəcəsindədir. Ağac cinsləri yerli şəraitə uyğun seçilmir, qarışıq 

əkinlərdə onların bioloji xüsusiyyəti. növarası mübarizə məsələsi nəzərə alınmır. Çox vaxt bu ondan irəli gəlir 

ki, hazırda tingliklərdə  ağac və kol cinslərinin seçilməsi, onların təsərrüfatlar üzrə planlaşdırılması düzgün 

aparılmır, qiymətli və uzunömürlü ağac cinslərinin yetişdirilməsinə az diqqət yetirilir.            

 

Kürqırağı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli  

istifadə olunması 

Tədqiqatlar nəticəsində Kürqırağı zonada sahələrin xüsusiyyətindən, qrunt suyunun səviyyəsindən, torpağın 

şorlaşma dərəcəsindən və s.-dən asılı olaraq tuqay meşələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmək üçün 



 

293


meşə fondu torpaqları təsərrüfatı qruplara bölünmüşdür. Aşağıda ayrı-ayrı təsərrüfat qruplarının xarakteristikası 

və onlar üçün təklif olunan tədbirlər verilir. 



I. Qovaq meşələri 

Ağdaş meşə  təsərrüfatı  ərazisində tuqay meşəsi  şəklini az-çox saxlamış  ağyarpaq qovaq meşəliyinin 

nisbətən geniş massivində qoruğun yaradılması olduqca vacib məsələdir.  

Doluluğu 0,5 və yuxarı olan təbii bərpası zəif gedən qovaq meşələrində təbii bərpaya kömək məqsədilə tor-

paq zolaqlarla və ya hissə-hissə yumşaldılmalı və suvarılmalıdır.  

Süni suvarmaya imkan olmayan sahələrdə meşə altında əmələ gələn palıd və tutağacı yeniyetmələrinə şərait 

yaratmaqla onların tərkibində qarağac və kollar kənar edilməlidir.  

Qovaq meşələrinin çoxu insanın təsərrüfatsız fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə 

pozulmuşdur. Belə sahələrin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı tədbirlər irəli sürülür.  

1) Rütubətli sahələrdə sıx böyürtkan və yulğun kollu pozulmuş qovaq (qismən söyüd) meşəlikləri. 

Bu sahələr vaxtaşırı daşqın sularına məruz qalır, qrunt suları səthə yaxın yerləşir. Ağacların çoxunun təpə 

hissəsi və budaqları kəsilmişdir. Təbii bərpa zəif gedir və mal-qara tərəfindən məhv edilir.  

Qovaq yeniyetmələrinin inkişafına  şərait yaratmaq məqsədilə kolluqlar dar zolaqlarla və ya sahəciklərlə 

köklənərək sahədən çıxarılmalıdır.  

2) Rütubətli şəraitdə sıx tutağacı kolları olan pozulmuş qovaq meşəlikləri 

Bəzən tut kolları meşəliyin ikinci mərtəbəsini tutur, tərkibində  tək-tək qarağac, iydə  və qovaq 

yeniyetmələrinə təsadüf edilir, tutağacının budaqları hər il barama üçün doğranır.  

Qarışıq qovaq-tutağacı meşəliyi yaratmaq məqsədilə tutağacı yeniyetmələrini qrup şəklində mühafizə 

etməli, ağaclığın tərkibindən iydə və qarağac kənar edilməlidir.  

3) Rütubətli  şəraitdə qovaq seyrəklikləri. Tək-tək mal-qara tərəfindən zədələnmiş halda qovaq, tut və 

qarağac yeniyetmələrinə təsadüf olunur. Daşqın sularına bəzi illərdə məruz qalır.  

Qovaq meşəsini bərpa etmək üçün ərazi zolaqlarla yumşaldılmalı və qovaq yeniyetmələrinin əmələ gəlməsi 

üçün erkən yazda bir dəfə suvarılmalıdır.  



4)  İkimərtəbəli pozulmuş qovaq meşəlikləri.  İkinci mərtəbə  sıx qarağaclıqdan təşkil olunur. Qrunt suyu 

səthə yaxın yerləşir, daşqın suları müşahidə edilmir.  

Meşəliyin ikinci yarusunda xidməti (seyrəltmə) qırma aparılması məsləhət görülür.  

5) Nisbətən quru bitmə şəraitində qovaq seyrəklikləri 

Qrunt suları 3 m-dən aşağıda yerləşir. Daşqın sularına məruz qalmır. Təbii bərpa çox zəif gedir, tək-tək 

qarağac, tutağacı  və  cır nara təsadüf edilir. Belə sahələrdə qovaq meşələrinin bərpası üçün suvarma işi 

aparılmalıdır.  



Təklif:  Açıqlıqlarda tutağac  şitilləri  əkməli və ya şumlanmış sahədə toxumla palıd (uzunsaplaq və ya 

şabalıdyarpaq) ağaclığı yetişdirmək. 



II. Palıd-qarağac və palıd-saqqız ağaclıqları  

1) Qrunt suları dayazda yerləşən sahələrdə pozulmuş palıd və qarağaclar. Əsasən Ağstafa meşə təsərrüfatının 

Muğanlı  və qismən Soyuqbulaq və Poylu meşəçilikləri  ərazisində rast gəlinir.  İntensiv mal-qara otarıldığından 

təbii bərpa müşahidə olunmur.  

Açıqlıqlarda tutağacı  şitilləri  əkilməli və ya yumşaldılmış sahələrdə palıd toxumları  səpilməlidir. Belə 

sahələrdə qovaq meşəliyi yaradılarsa əkilmiş qovaq qələmləri ilk illərdə suvarılmalıdır. 

2) Qrunt suyu dərinlikdə yerləşən sahələrdə pozulmuş palıd və qarağac meşəlikləri. Meşə altında seyrək qa-

ratikan, yemişan, cır nar, zirinc və göyəm bitir. Təbii bərpa olduqca zəif gedir.  



Təklif:  Sahədə mal-qara otarılması qadağan edilməli, təbii meşə  bərpasına kömək etmək məqsədilə sahə 

yumşaldılmalı və palıd toxumu səpilməlidir. Birinci ildə suvarılma məsləhət görülür.  



3) Pozulmuş palıd-saqqız ağaclıqları. Ağstafa meşə təsərrüfatında təsadüf edilir. Təbii bərpa getmir.  

Təklif:  Sahədə mal-qara otarılması qadağan edilməli. Ağaclıqlarda sahə yumşaldılmalı  və suvarma işi 

aparılmalıdır.  



 

III. Kolluqlar   

Kürqırağı ərazidə yulğun kolları çox yayılmışdır. Onun sahəsi qərbdən şərqə doğru getdikcə artır. Belə kol-

luqlar əsasən sıradan çıxmış qovaq meşələrinin yerində və axmazlarda əmələ gəlmişdir. Bunlar heç bir təsərrüfat 

əhəmiyyəti daşımır. Bununla yanaşı, yulğun koları bitən sahələrdə qrunt suları səthə yaxın olduğundan qovaq və 

çinar ağaclıqlarının inkişafı üçün əhəmiyyətlidir. Odur ki, yulğun kollarını hissə-hissə  qırıb, yerində qovaq 

meşəlikləri salmaq daha məqsədəuyğundur.  

Palıd, qarağac və saqqız ağacları sıradan çıxmış sahələrdə qaratikan və nar kolları çox yayılmışdır.  

Qaratikan kolluqlarına Ağstafadan başlayaraq Ağdaşın Ketovan kəndinə kimi olan ərazidə, nar kollarına 

isə, əsasən Varvara gölündən aşağı sahələrdə təsadüf olunur. Bunların yerində meşə örtüyünü bərpa etmək üçün 

uzunömürlü və quraqlığa davamlı ağac cinslərindən püstə, badam, saqqız, dağdağan, palıd, azatağac, eldar şamı 

və hələb şamından istifadə etmək məqsədəuyğundur.  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə