MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə200/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   196   197   198   199   200   201   202   203   ...   228

 

368


Turizm asudə vaxtda zövq almaq və istirahət etmək, sağlamlıq və müalicə, qonaq getmə, dərketmə, dini və 

ya professional – işgüzar məqsədlə (amma getdiyi yerdə ödəniş mənbəyi olan məşğuliyyətin olmaması şərti ilə) 

insanların daimi yaşayış yerini tərk etmək, başqa ölkəyə və ya öz ölkəsi daxilində başqa yerə müvəqqəti olaraq 

səfər etməsidir. 

Səyahətdən fərqli olaraq, turizm insanların kifayət qədər qısa zaman çərçivəsində (24 saatdan çox, 6 aydan 

az olmamaq şərti ilə) bir yerdən başqa yerə getməsidir. 

1937-ci ildə Millətlər Cəmiyyətinin Ekspertlər Komitəsi ilk dəfə olaraq beynəlxalq turizmin izahı barədə 

tövsiyyələr vermişdir. Həmin tövsiyyələrdə göstərilirdi ki, «yaşamadığı yad ölkədə 24 saatdan az olmamaq şərti 

ilə qalan hər bir şəxs turist hesab olunur». 

1985-ci ildə Ümumdünya Turist Təşkilatının Baş Assambleyasının birinci sessiyası Turizm xartiyası – tu-

ristin siyasi və sosial tələblərini əks etdirən, turistin kodeksini də özündə birləşdirən proqram sənəddir. Turistin 

kodeksi – turist səfərəi zamanı, turistin davranış qaydaları və etnik normalarının məcmusudur. 



Turistin hüquqları.  Səyahətə hazırlaşan zaman və səyahət müddətində, tranzit də daxil olmaqla turist aşağıdakı 

hüquqlara malikdir: 

- müvəqqəti olaraq gəldiyi ölkəyə daxilolma, orada yaşamaq (qalmaq) qaydaları haqqında lazımi və dürüst 

məlumat almaq; yerli əhalinin adət-ənənələri; dini mərasimləri; müqəddəs yerləri haqqında, xüsusi mühafizə 

altında olan təbii, tarixi mədəni və turistlərə göstərilən digər tarixi-memarlıq abidələri və ətraf mühitin vəziyyəti 

barədə məlumat almaq; 

- sərbəst hərəkət etmək, müvəqqəti gedilən ölkədə  məhdudlaşdırıcı ölçülər nəzərə alınmaqla, turizm 

obyektlərinə  sərbəst daxil olmaq;şəxsi təhlükəsizliyi, alıcılıq hüququ, əşya və avadanlığının qorunması, 

maneəsiz ilk tibbi yardım almaq; 

- turoperativ və ya turagent tərəfindən turist məhsulunun alqı-satqısı zamanı müqavilə  şərtini yerinə 

yetirilmədiyi təqdirdə, nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsi və mənəvi zərərin konpensasiyası; 

-

 



müvəqqəti gəldiyi ölkədə hüquqi və digər kömək növlərinin göstərilməsi lazım gəldikdə, hökumət 

orqanlarından (yerli idarəetmə orqanlarından) yardım almaq; 

-

 

rabitə vasitələrindən maneəsiz istifadə etmək. 



Turistin vəzifələri. Turist tranzit də daxil olmaqla səyahət zamanı aşağıdakıları yerinə yetirməlidir: 

-

 



müvəqqəti gəldiyi ölkənin qanunvericiliyinə, ictimai quruluşa, adət-ənənələrinə, dini etiqadına hörmət 

etmək; 


-

 

müvəqqəti gəldiyi ölkədə  ətraf mühiti qorumaq, təbiət, tarix və  mədəniyyət adbidələrinə qayğı ilə 



yanaşmaq; 

-

 



müvəqqəti gəldiyi ölkənin giriş və çıxış, orada yaşamaq, o cümlədən ölkələrdən tranzit keçid qaydalarına 

riayət etmək

- səyahət zamanı özünün təhlükəsizliyi qaydalarına riayət etmək; 

b) Məqsədinə, müddətinə və tələbatına görə turizm növləri

Turizmin hər bir forması, turistlərin özünə məxsus tələbatı təmin edən müvafiq xidmət kompleksini  nəzərdə 

tutur. Turizmin istehsalat xidməti prosesində aşağıdakılar ayrılır: 

-

 

turizmin formaları; 



-

 

turizmin növləri; 



turizmin növ müxtəlifliyi. 

Turizmin forması. Turistin öz ölkəsi sərhədlərindən çıxıb-çıxmaması ilə bağlıdır, daha doğrusu, turizmin 

formalara bölünməsinin  əsasını «ölkə» prinsipi təşkil edir. Bu bölgüyə görə turizm daxili və beynəlxalq 

formalara ayrılır. 

Daxili turizm – bu milli turizm, daha doğrusu ölkədaxili turizmdir. 

Beynəlxalq turizm – başqa ölkəyə turizm səyahəti etmək deməkdir, daha doğrusu xarici turizmdir. 

Beynəlxalq turizm – turizm məqsədilə daimi yaşadığı ölkənin hüdudlarından kənara çıxan səfərdir, daha dəqiq, 

beynəlxalq turizm – dövlətlər arası müqavilələrə  əsasən həyata keçirilən səyahətlər sistemidir. Beynəlxalq 

turizm getmə və gəlmə kimi iki hissəyə bölünür. 

Gəlmə turizmi – başqa ölkədə yaşayan vətəndaşların Azərbaycan Respublikasına (nümunə kimi göstə-

rilir) gəlməsi və ölkə daxilində səyahətidir. 

Turizmin növləri. Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır. 

Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları olan turistlərin həmin regiona gəlişi aktiv turizmdir. 

Aktiv turizm – ölkəyə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. 




 

369


Şə

kil 19.1

. B

eyn

əlxalq turizmin inki

şaf dinamikas

ı 

Bir ölkə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri pas-

siv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir. 

Rekreasiya turizmi – istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada 

geniş yayılmışdır. 

 

Məqsədinə görə turizm növlərinin təsnifatı 

Ekskursiya – dərketmə məqsədi ilə həyata keçirilən səyahətdir. 

Müalicə məqsədli səfərlər – turizmin digər növlərindən xüsusilə fərqlənir. İlk növbədə bu olduqca fərdi səya-

hət növüdür. 

İstirahət etmək, əylənmək, idmanla məşğul olmaq məqsədi ilə istirahət günlərində hər hansı yerə hərəkət et-

mək «həftə sonu turizmi» adlanır.  

Elm və ya konqress turizmi. Müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi 

daşıyan səyahətləri özündə birləşdirən turizmin bu növü müasir beynəlxalq turizmdə böyük yer tutur. 

İşgüzar turizm. İşgüzar məqsədlə edilən səfərlərə, müasir turiszm mübadiləsinin mühüm tərkib hissəsi kimi 

baxılır. Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir. Çünki o, beynəlxalq əmək bölgü-

sünün obyektiv qanunauyğunluqlarına əsaslanır.   

Etnik və ya nostalji turizm – beynəlxalq turizmdə əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya vali-

deynlərin anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan turizm növüdür. Turistlərin bu kateqori-

yası ekskursiyaçı adlanır. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə