Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   2   3   4   5   6   7   8   9   ...   41

 
6
 
Müqəddimə əvəzi 
 
Azərbaycan məmləkətinin tərkibində yerləşən Naxçııvan Muxtar Respublikası dağlıq  ərazidən 
ibarətdir. 
Nuh yurdu deyilən diyar Kiçik Qafqaz dağlarının cənub-qərbində yerləşmişdir. Ərazinin relyefi 
hər tərəfdən dağlarla  əhatə olunduğundan“çuxura” bənzər formadadır. Buranın  ən alçaq yeri okean 
səviyyəsindən 600 metr, ən hündür zirvəsi isə 3.917 metr yüksəkdədir. 
Diyarın iqlimi quru və kəskin kontinentaldır. Ərazidə boz səhra, yarımsəhra torpaqları yayılaraq 
bitki örtüyü sarıdan kasıbdır. 
Heyvanat aləmi  əsasən yarımsəhra və çöl qurşağı heyvanları yayılaraq fauna və florası tipik 
formalıdır. 
Nuh yurdu-Naxçıvan MR hər tərəfdən xarici dövlətlərlə əhatə olunmuş, sərhəd xəttinin uzunluğu 
isə 398 km-dir (Türkiyə ilə 11 km, İranla 163 km və Ermənistanla isə 224 km). Ərazinin forması romb 
həndəsi fiquruna oxşayaraq şimaldan-cənuba 75 km, qərbdən şərqə isə 158 km-dir.  
1990-cı il tarixdə Ermənistan silahlı dəstələri tərəfindən tutulmuş Sədərək rayonunun Kərki kəndi 
daxil olmaqla ərazinin ümumi sahəsi 5,5 min km
2
 -dir. Dəfələrlə Naxcıvan MR-in ərazi inzibati sahələri 
dəyişdirilmişdir.  
1961-ci ildən  Şahbuz rayonu ləğv olunaraq Naxçıvan rayonuna birləşsə  də, üç ildən sonra 
yenidən sərbəslik qazanmışdır. 
1979-cu ildən Naxçıvan rayonu Babək adı ilə əvəz olunmuşdur. 
1995-ci il 12 noyabr tarixli Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən, Naxçıvan MR 
Azərbaycanın tərkibində olaraq tabeliyində Sədərək, Şərur, Babək, Şahbuz, Culfa və Ordubad inzibati 
rayonları var idi. 
2004-cü ilin 19 mart tarixindən  Şərur rayonundakı  cənub və Babək rayonunun şimal-qərb 
əraziləri yeni yaradılmış Kəngərli rayonunun tərkibinə verilmişdir.  
Naxçıvan diyarı Azərbaycan Respublikası  tərkibində demokratik, hüquqi və dünyəvi Muxtar 
Respublikadır.  
Naxçıvan Muxtar Respublikasının höküməti Ali məclis, Nazirlər kabineti və Ali məhkəmədən 
ibarətdir.  
Naxçıvan MR dövlər rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və dövlət 
himnidir.  
Naxçıvan Muxtar Respublikasının 28 aprel 1998-ci il tarixdə  qəbul etdiyi (əsas Qanunu) 
Konstitutsiyasını təsdiq üçün ölkə prezidenti H. Əliyev cənablarına təqdim edilmiş və 8 yanvar 1999-cu 
il tarixindən qüvvəyə minmişdir.  
Həmin tarixi hüquqi sənəd, Nuh yurdu - Naxçıvanın dördüncü əsas qanunu olmuşdur.  
Naxçıvan MR əhalisi milli tərkibcə türkdilli Azərbaycanlılardır. 
Naxçıvan xalqı dini və əxlaqi ənənələrə maraq göstərərək kütləvi xalq tamaşalarını bu günə kimi 
qoruyaraq saxlamışlar. Naxçıvanlılar dözümlü, səbrli və nikbindirlər.  
1989-cu ilin əvvəllərində Naxçıvan vilayətinin əhalisinin sayı 294 min nəfər olmuşdur.  
1999-cu ilin yanvar ayında isə əhali 20 faiz artaraq 354 min 89 nəfərə çatmışdır.  
2006-cı ilin statistik məlumatına görə isə Naxçıvan Muxtar Respublikasında 376 min 360 nəfər 
əhali yaşamışdır.  
1989-1991-ci illər ərzində Nuh yurdu ərazilərinə Ermənistandan 5 minə yaxın məcburi köçkün 
gəlmişdir.  
Naxçıvan Muxtar Respublikasının paytaxtı  Şərqin Qapısı sayılan Naxçıvan  şəhəri, okean 
səviyyəsindən 750 metr yüksəklikdədir.  
Naxçıvandan Bakı şəhərinə olan məsafə istər dəmir yolu, istərsə də avtomobil yolu ilə 600 (616) 
km-dir (“Atlas doroq SSSR”  (rusca), Moskva, 1972, səh. 55). Hər iki yollar Ermənistan  ərazisindən 
keçdiyindən ermənilər tərəfindən bağlanmışdır. Müqaviləyə görə müxtəlif yüklər  İran  ərazisindən 
keçməklə daşınır.  
Əhali ilin bütün fəsillərində yalnız hava nəqliyyatından istifadə edirlər.  
Haliyyədə Naxçıvan şəhərində 70 min 183 nəfər əhali yaşayır.  


 
7
Sovetlər dövründə Naxçıvanda sosial tikinti sahələrinə əsasən yetmişinci illərdən başlanılmışdır. 
Şəhərdə I, II və III saylı yaşayış mikrorayonları, “Yeni Naxçıvan” və  “Əliabad” yaşayış sahələri 
tikilərək əhaliyə mənzillər verilmişdir.  
Naxçıvan şəhəri qədim və mədəni yaşayış məskəni olmaqla orta əsrlərdə tarixi “ipək yolu”nun 
üstündə salınmışdır.  
XX əsrin əvvəllərində Naxçıvanda maarif və mədəniyyət, kustar sənətkarlıq və  sənaye sahələri 
ihkişaf etmiş, Avropadan-Asiyaya gedən transkontinental poçt-teleqraf rabitə  xəttinin məntəqəsi 
(şəhərdəki “Təbriz meydanı” məhəlləsində) olmuşdur. 
Naxçıvan  şəhərində  əvvələr olduğu kimi indi də  məhəllə adları saxlanılmaqdadır. Onlardan 
Atabəylər, Anbar, Ağabəylər, Bəktaş (Bəydaş), Cıdıllı, Cığatay, Çaparxanlı, Çimən, Çuxur, Əlixan, 
Dabbaqxana, Xıncov, Xoylu, Xoşulu, Kəngərli, Gomayıl, Qala, Qaraağac, Qoçüstü, Qurdlar, Zaviyə, 
Şahab, Pirqəmiş, Sallaqxana, Sarvanlar, “Təbriz meydanı” və başqalarını göstərmək olar.  
XX  əsrin  əvvəllərində Naxçıvan  şəhərində 4 karvansara, 12 buzxana, 1 zorxana, 5 məktəb 
(mədrəsə), 2 xəstəxana (azarxana), kömrük, poçt-teleqraf və jandarma məntəqələri olmuşdur. Bundan 
başqa şəhərdə Cümə və məhəllə məscidləri, 17 su dəyirmanı, 5 hamam, müxtəlif klub və iyaşə sahələri 
də  fəaliyyət göstərirdi. Naxçıvan  şəhər  əhalisini içməli və  təsərrüfat suyu ilə  təchiz edən, çeşmələr 
(kəhrizlər) qazılmışdır ki, onlara vəsait qoyan xeyriyyəçilərin adları ilə bildirmişlər. Həmin su çeşmələri 
Cəfərqulu xan, Qizxanım, Mirzə  Bədəl, Kor kişi, Qələndər, Kərbəlayi Musa, Sarbanlar (Miriş  ağa), 
Çuxur, Məşhədi Tahir, Ağam Əli (Xan), Şahbaz ağa, Cığatay və başqaları olmuşdur.  
1972-84-cü illər  ərzində Naxçıvan  şəhərində quruculuq işləri genişləndirilmiş, zavod və 
fabriklər, birlik, elm və mədəniyyət, səhiyyə-sağlamlıq və idman sahələri inkişaf etdirilmişdir. Həmin 
illərdə Muxtar Respublikamızda kənd təsərrüfatı ilə yanaşı istehsal sahələri də vüsət etmişdir. Bütün 
bunlara diqqət və qayğı göstərən Azərbaycan Respublikasının rəhbəri olmuş cənab H. Ə. Əliyevin siyasi 
uzaq görənliyindən yaranmışdır.  
Planlı sosialist sistem dağıldıqdan sonra müəssisə  və  sənaye sahələrindəki enerji, yanacaq və 
xammal qıtlığı yarandı. Nəticədə isə işsizlik yaranaraq sosial sahələr ağırlaşmışdır.  
70-80-ci illərdə Naxçıvan  şəhərində Azərbaycan MEA-nın Elm Mərkəzinin  şöbəsi, üç teatr, 
yeddi muzey, ali və orta ixtisas məktəbləri, kitabxanalar, mədəniyyət sarayı, klublar, asudə vaxt 
mərkəzləri, mədəniyyət və istirahət parkları, idman-sağlamlıq məktəbləri, yaradıcı ziyalı birlikləri, 
rabitə və radio-televiziya mərkəzləri, nəşriyyat və poliqrafiya mərkəzləri, stadion, xəstəxana və doğum 
evi, mehmanxana, daimi kino qurğuları, ictimai-iaşə və universal mağazalar fəaliyyət göstərmişdir.  
Naxçıvan  şəhərində onlarca uşaq və körpələr evi, gündüz və növbəli axşam ümumtəhsil 
məktəbləri, məktəbdən kənar tərbiyə müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri və sairə əhalinin 
xidmətində olmuşlar.  
80-ci illərdə Naxçıvan xalqı Azərbaycanın memarı olmuş  Əcəmi  Əbubəkr oğlunun 850 illik 
yubleyi tədbirlərini keçirərək böyük sənətkara qoyulacaq abidənin yazılı daş lövhəsini qoymuşlar. 
(Həmin yerdə  Əcəmi  Əbubəkr oğlunun qranitdən heykəli ucaldılmışdır). Naxçıvanlı  rəssam və tişə 
ustaları  tərəfindən  şəhərdə görkəmli  şəxslərə H. Əliyev,  C. Məmmədquluzadə, M. S. Ordubadi, H. 
Cavid, N. Nərimanov və başqalarına xatirə heykəllərini yonmuşlar. Bundan başqa  şəhərdə xalq 
qəhramanlarından Koroğlu, Babəkə, Oğuz elinin ağsaqqalı  Dədə Qorquda da layiqli heykəllər 
qoyulmuş, müharibə veteranlarına xatirə abidələri ucaldılmışdır.  
Haliyyədə Naxçıvan diyarında mədəni quruculuq ənənələri davam edir. Zəhmətkeşlər iməcliklər 
keçirməklə Nuh yurdu olan qədim diyarı gülüzarlığa çevirmişlər.  
Bütün bu işlərin görülməsinə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Yusif oğlu 
Talıbovun qayğı və təşəbbüsü nəticəsindən irəli gəlir.  
Naxçıvan əhalisi prezident H. Ə. Əliyevlə fəxr edərək ona ümumilli lider adını vermişlər.  
Naxçıvan Muxtar Respublikasına  İrandan keçməklə elektrik enerjisi və qaz xətləri H. Ə. 
Əliyevin siyasi yolunun davamçısı, ölkə prezidenti cənab İlham Heydər oğlu Əliyevin səyi nəticəsində 
çəkdirilmişdir.  
Naxçıvan  əhalisinin güzəranı yaxşılaşmış, yeni iş yerləri açılaraq istehsal sahələri 
genişlənməkdədir. Kənd təsərrüfatını inkişaf etdirmək üçün sahibkarlara dövlət qayğısı artırılmışdır. 
Naxçıvanda sosial mədəni quruculuq işləri durmadan genişlənir, əhalinin güzəranı yaxşılaşmaqla təbii 
artım çoxalır.  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə