Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   2   3   4   5   6   7   8   9   ...   41

 
8
   Naxçıvanlılar, ziyalı  gənclər bilik və bacarıqlarını inkişaf etdirərək internet vasitəsi ilə 
Azərbaycan mədəniyyətini, elm və tarixini, mədəni zənginliklərimizi dünya ictimaiyyətinə çatdırmağı 
bacarırlar.  
Bir vaxtlar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru professor Mirəli Qaşqay (1907-
1977) Naxçıvanın yeraltı və yerüstü təbii zənginliklərini görərək “Azərbaycanın Uralı” adlandırmışdır. 
Bu sözlərə  fəxrlə  əlavə etmək olar ki, Nuh Yurdu Naxçıvan mənəvi-tarixi ziyarətgahlarla zəngin bir 
diyardır.  
Haliyədə Naxçıvan Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmış 
Arxeoloji və Tarixi-Memarlıq Abidələrinin sayı 500-ə yaxındır. Onlardan 17-si Naxçıvan  şəhəri, 48-i 
Babək, 51-i Şahbuz, 74-ü Culfa, 41-i Kəngərli, 81-i Ordubad, 89-u Şərur və 9-u Sədərək rayonları 
ərazisindədirlər. 
Bu kitabda Muxtar Respublikadakı bir sıra tanınmış ziyarətgahlardan məlumat verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
9
Naxçıvan şəhərindəki ziyarətgahlar 
 
İndiki Naxçıvan  şəhərinin cənub qurtaracağında nekropol ərazilərində Eramızdan  əvvəl II və I 
minilliklərdə  mədəni insanlar yaşamışlar. Arxeoloqlar ərazidə qazıntı  işləri apararaq nadir maddi-
mədəniyyət nümunələri aşkar etmişlər. Qədim Naxçıvan nekropolu e.ə. 1600-1400-cü illərdə olmuşdur. 
Bundan başqa Naxçıvan çayın sahillərindəki kurqanlarda da qazıntı işləri aparılaraq sübut olunmuşdur 
ki, e.ə. I minillikdə və ondanda əvvəllər burada mədəni insanlar məskunlaşmışlar.  
Şəhərin şərq hissəsi “Yeni Naxçıvan” deyilən yaşayış yerlərində, qədim insanların yaşadıqları bir 
daha məlum olmuş  və alimlərin fikrincə  həmin  ərazi e.ə. III - e. XVII əsrlərdə  şəhər yeri olmuşdur. 
Maraqlıdır ki, indiki şəhər qəbrstanlığının  şimal hissəsində (indiki xanım qızlar litseyi yerində) yer 
qazıntıları zamanı müxtəlif qədim mədəni əşyalar tapılaraq, üzərində “Nəx”sözü yazılmış mis və gümüş 
sikkələr çıxmışdır.  
Naxçıvan  şəhərinin adının toponiminə  gəldikdə “Nəx(çi)-Nuhun adıdır, “van” isə yurd sözü 
deməkdir. Bir sıra tarixçilər buranın adını “Nəqşi-cahan”da deyirlər. 
Ərazidə insanlar məskunlaşdıqca bir çox inanc yerlərini də yaratmışlar. 
Şübhəsiz ki, bu qədim diyarda tarix boyu ziyarətgahlar olmuş və bəziləri də hətta dövrümüzədək 
qalmışlar. Naxçıvan  şəhərinin cənubundakı “Köhnə qala” (Yezdabad qalası – XI-XVII əsrlər) 
yaxınlığında qədim tikili-ziyarətgah vardır ki, həmin yerə Nuh türbəsi (imamzadəsi) də deyərlər.  
Həmin  ərazidə Nuh peyqəmbərin qəbir yeri olmuşdur ki, 1950-ci ildə buldozerlə sökülərək 
düzənlənmişdir. 
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmış Arxeoloji və Tarixi-Memarlıq 
Abidələri aşağıdakı kimidir; 

 
Qədim Naxçıvan şəhər yeri (E.ə. II minnillikdə) 

 
Qədim Naxçıvan nekropolu (E.ə. 1600-1400-cü illər) 

 
I Antik Naxçıvan nekropolu (E.ə. IV-II əsrlər) 

 
II Antik Naxçıvan nekropolu (E.ə. II-I əsrlər) 

 
III Antik Naxçıvan nekropolu (III-VII əsrlər) 

 
Orta əsr Naxçıvan nekropolu (XI-XVIII əsrlər) 


 
10
Nuh türbəsi 
 
Xalq arasında bura müqəddəs yer kimi imamzadə də deyirlər. Həmin tikili-türbə soğana bənzər 
formalı künbəz hissədən və iki yaruslu əsas binadan ibarətdir.  
Tikilinin hörgü-inşaat materialları ərazidəki digər qədim hörgülərindən çox-çox fərqlidir.  
Nuh türbəsinin dəqiq tikilmə tarixi öyrənilməmişdir. Lakin türbə ilə yanaşı tikilmiş imamzadə 
binası XVIII əsrin 20-ci illərinə aid olunur.  
Bunu  əsaslandıran 1920-ci illərdə Naxçıvanda olmuş epiqraf alim İ.  Əzimbəyovun yazdığı  və 
haliyyədə yerində olmayan ərəbcə yazılmış daş kitabənin mətnidir.  (İ. Azimbekov “Musulmanskie 
nadpisi Naxıçevana” (rusca) Bakı-1929, səh. 310.) 
Kitabənin  ərəbcədən tərcüməsi belə olmuşdur; “1722-1732-ci illərdə bu imamzadə  ərəb və 
əcəmin ixtiyar sahibi, səxavətli xaqan, möhtərəm  əmir,  ən böyük sultan, şah oğlu-şah  Əbu Müzəffər 
Təhmasib Bahadur xanın hökümdarlığı dövründə günahları bağışlanmağa layiq mərhum Hacı Polad 
bəyin oğlu sahibkar, zəmanənin xeyirxahı olan Rufan bəyin əmri ilə tikilmişdir”.  
1975-77-ci illərdə görkəmli alim, mərhum akademik Ə. R. Salamzadə (1916-1983) ilə memarlıq 
doktoru K. M. Məmmədzadə burada maraqlı tədqiqat işləri aparmışlar. Alimlər buradakı Nuh türbəsinin 
tikilmə tarixini dəqiqləşdirə bilməsələr də ingilis, rus və azərbaycan dillərində qiymətli kitab yazmışlar 
(Ə. Salamzadə “Arazboyu abidələr”.Bakı-1979). 
  
XIX  əsrin ortalarında Naxçıvanda olmuş rus şərqşunası N. V. Xanıkov imamzadə türbəsini 
səfəvilər dövrünün şahı II Təhmasibin zamanında tikilməsini güman etmişdir. O, burada olarkən 
yuxarıda adı çəkilən daş kitabəni oxuyaraq yazıya görə əsaslandırmışdır (Azərb. respub. tarix. inst. elmi 
arxivi. inv. №1076. səh. 15). 
Rus alimi V. M. Sisoyevin yazdığına görə 1818-ci ildə Abbasqulu xanın vəfat etmiş  oğlu 
Mustafaqulu xan Naxçıvanskinin də  məzarı orada olmuşdur.  Əllinci illərdə binada bərpa işləri 
aparılarkən məzar yeri sökülərək kitabə də itirilmişdir.  
Yazı  hərfləri pozulan yeni gətirilmiş daş kitabənin  ərəbcədən tərcüməsi belədir; “Onun sahibi 
mərhum Kulkuta şahın qızı mərhumə günahları bağışlanmış xoşbəxt şəhid, yüksək Allahın (rəhmətinə) 
getmiş Ba (nu) Şahbikə, fani dünyadan əbədi dünyaya köçdü. Doqquz yüz altıncı ildə”. (miladi tarixi ilə 
isə 1500-cü il) (H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. B-1998. səh. 9). 
Nuh türbəsinin yaxınlığındakı təpədə (şərq hissədə) “Nuhun qəbri” adlı köhnə tikili olmuşdur. Bu 
yeri realist rəssam B. Kəngərli  şəklini çəkmişdir. Lakin həmin tarixi “Qəbir” yeri 1950-ci ildə  şəhər 
qəbirstanlığı sahəsinin genişləndirilməsi bəhanəsi ilə sökülmüşdür. Yaşlı adamların dediyinə görə həmin 
qəbir yeri VIII əsrdə ərəblər tərəfindən bərpa edilmişdi. 
Nuh peyğəmbərin adı ilə bağlı toponimlər yalnız Naxçıvandadır. Onlardan Nuhəcr, Nuhdabanı, 
Nuhcuvan, Nəxci, Nəşəvi və başqalarını göstərmək olar.  
1960-cı ildə  İ. Səfərli küçəsində  məktəb binası tikilərkən təpədəki torpaq altından içərisində 
qadın uzanmış daş məzar aşkar olunmuşdur. Qiymətli tapıntı Leninqrada (Ermitaj muzeyinə) aparılmış 
və bu barədə  mətbuatda “Yatmış gözəlin sirri” sərlövhəli elmi məqalə yazılmışdır. Mütəxəssislər daş 
məzardakı qadını Nuh peyğəmbərin arvadınınkı olduğunu ehtimal etmişlər.  
Nuh türbəsi Naxçıvan MR Mədəniyyət və Turizm nazirliyinin 518nömrəli tarixi tikilisi kimi 
qeydə alınaraq dövlət tərəfindən qorunmaqdadır. Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif 
Talıbovun imzaladığı 2006-cı il 28 iyun tarixli sərəncamı ilə Nuh peyğəmbərin Naxçıvandakı məzarüstü 
türbəsi bərpa edilməkdədir.  
“Bütün aləmlər içərisində Nuha salam olsun! (Quran, “Səffat” (37) s. a. 79) 
 


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə