Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

 
59
prinsipinin müəyyənləşməsi; iqtisadi hadisələrə vahid ideoloji 
sistem kimi mexaniki surətdə müəyyənləşmiş mövqeydən 
yanaşılması; respublikamızın iqtisadi suverenliyi istiqamətində 
iqtisadi təfəkkürün inkişaf etdirilməməsi; ideoloji məhdudiyyət 
üzündən Azərbaycan xalqının iqtisadi təfəkkür tarixi axıradək 
araşdırılmamış, başqa ölkələrın iqtisadi təfəkkürü ilə əlaqələrin 
məhdudlugundan ibarət olmuşdur. 
Göründüyü kimi sovet elm sistemində iqtisadi şüura 
ictimai  şüurun bir forması olaraq baxılmırdı, dərsliklərdə bir 
çox hallarda iqtisadi şüur anlayışından istifadə olunmurdu. 
Ancaq, onu qeyd etmək olar ki, artıq son dövrlərdə SSRİ-də 
əsərlərdə iqtisadi şüura da ictimai şüurun bir forması kimi 
baxılması haqqında mülahizələr vardır. Ancaq bu problem 
mübahisəli xarakter daşıyır. Iqtisadi şüura  ənənəvi  şüur 
səviyyəsində baxılmasını inkar edən fikirlər də vardır. 
Cəmiyyətin maddi istehsal sahəsi mövcuddursa, onun 
inikası olan iqtisadi şüur da mövcuddur. Istehsal, mülkiyyət, 
mübadilə, istehlak, maliyyə, verği, bazar və s. münasibətlərin 
inikası olan ideyaları ifadə edən iqtisadi təfəkkür həmin 
münasibətlər sisteminin tənzimlənməsi üçün normalar 
müəyyən edir. İqtisadi təfəkkür insanın nəzəri ideyalar, 
baxışlar istehsal edən psixi-mənəvi və yaradıcı-idraki 
fəaliyyətin ən yüksək formasıdır.
32
  
Iqtisadi hüquqi təfəkkür elmi əsaslara söykənmirsə, o 
cəmiyyətin maddi həyatına, iqtisadi proseslərə öz təsirini 
ğöstərə bilməz. 
M. M. Səttarovun qeyd etdiyi kimi intelektual səviyyəsi
iqtisadi  şüuru yüksək olmayan heç bir kəs sözün həqiqi 
mənasında müasir istehsalçı kimi fəaliyyət ğöstərə bilməz.
33
  
                                           
32
Cəlilov M.İqsisadi təfəkkür: fəaliyyət və müasirlik.”İqtisadiyyat” qəzeti, 
10-17 fevral, 2000-ci il, 7 saylı buraxılış (50).  
33
  Səttarov M.M. İqtisadi  şüur: mahiyyəti, strukturu və  cəmiyyətdə rolu. 
Bakı .2000, səh.63. 


 
60
Müasir dövrdə Azərbaycanda yeni iqtisadi hüquqi 
təfəkkürün xüsusiyyətləri tədqiqat obyekti olmalıdır.  İqtisadi 
şüurun mahiyyəti və strukturu ilə baglı M.M. Səttərovun 
məqalələrinə və müasir dövr üçün iqtisadi təfəkkür probleminə 
M.Cəlilov tərəfindən baxılmışdır. Yeni iqtisadi təfəkkür 
mövzusuna Ə.F.Abbasovun “Yeniləşən cəmiyyət. Müasir elmi 
paradiqma və idarəetmə” əsərində rast ğəlmək olar. 
Iqtisadi təfəkkür anlayışına qədim Çin, Yunan və Roma 
sosial- siyasi, fəlsəfi fikir tarixində rast gəlmək olar. Ancaq, 
iqtisadçı Adam Smittin dövrlərindən etibarən bu anlayış 
mühüm elmi kataqoriya kimi işlənməyə başlamışdır. Müəllif 
1776-cı ildə yazdıgı “Xalqların sərvətin təbiəti və  səbəbləri 
haqqında tədqiqlər”  əsərində bu anlayışdan istifadə etmiş
insanların  əlbir fəaliyyəti ilə bağlı yeni ideyalar irəli sürmüş, 
onların maddi və  mənəvi rifahının yaradılması  mənbələrini 
ğöstərmişdir. 
Iqtisadi təfəkkür çəmiyyətin maddi həyatının təşkilində 
və  təmizlənməsində, ictimai həyatın inkişafında  əsas rol 
oynayır. 
Iqtisadi təfəkkür adamların mümkün variantlarda 
secimini müəyyənləşdirir. Bəzən elə düşünmək olar ki, hətta 
bəzi adamlar yoxsulluqlarını özləri secmişdir. Ancaq, 
yoxsulluq və işsizlik sosial bir bəladır və heç də bu adamların 
iradəsindən asılı deyildir. 
Con Meynard Keynsin qeyd edir ki, iqtisadi siyasət hazır 
tövsiyələrdən ibarət deyildir. Bu hər  şeydən  əvvəl hazır 
təlimdən, nəzəriyyədən daha çox metodlardan, onlara 
yeyələnmiş adamların mülahizə  və mühakimələrindən 
ibarətdir. Bu elə bir təfəkkür sistemidir ki, milyonlarla adam öz 
səyləri nəticəsində vahid sənaye cəmiyyəti qururlar. Eln 
Devonsa  ğörə, iqtisadi təfəkkür elementar qarşılıqlı  əlaqələr 


 
61
konsepsiyası olub hər bir kəs tərəfindən müstəqil  şəkildə 
həyata keçirilə bilər.
34
 
Iqtisadi təfəkkür cəmiyyətin iqtisadi həyatı haqqında elmi 
biliklərin və içtimai istehsalın inkişaf mərhələsinin keyfiyyət 
xüsusiyyətlərini, daxili dinamikasını  əks etdirən iqtisadi 
fikirlərin və  təsəvvürlərin məçmusudur. Iqtisadi təfəkkür 
ictimai  şüurun fəal hissəsi kimi təsərrüfat qərarlarının 
hazırlanması  və  həyata keçirilməsinə yönəldilmiş  əməli 
fəaliyyət növürür. Iqtisadi təfəkkür təcrübəyə, reallıglara, 
iqtisadi həyatın dərindən öyrənilməsinə və təhlilinə əsaslanaraq 
yaranır. Hər bir cəmiyyətin konkret inkişaf pilləsinə uygun 
olaraq öz spesifikliyi ilə fərqlənən iqtisadi təfəkkürü olur.
35
 
Bəzi tədqiqatçılar hesab edirlər ki, dünyanı iqtisadçılar 
idarə edirlər. Çünki cəmiyyətin maddi həyatının ğedişini onlar 
müəyyənləşdirirlər. Bəziləri iqtisadi təfəkkürün insanların 
rasional dəyərlərdən qaynaqlandıgını iddia edirlər. Yəni 
iqtisadiyyatda mənfəəti artırmaga can atan insanlar sərfəli və 
xeyirli olmayan hər şeydən imtina edirlər. 
Mülkiyyət hüququ hüquqi təfəkkürün nəticəsi olub hansı 
əmlakın kimə  məxsus oldugunu hüquqi cəhətdən  əsaslandırır 
və müdafiə edir. Sabiq Amerika prezidenti R.Reyqan qeyd 
edirdi ki, Allah amerikalılar üçün üç böyük sərvət bəxş 
etmişdir: ailə, din və xüsusi mülkiyyət hüququ. Bunlardan 
birinin olmaması  və ya hüquqi əxlaqi ahənğdarlıgının 
pozulması 
həyatın sabitliyinin pozulmasına 
ğətirib 
çıxaracaqdır. O cümlədən vətəndaşın maraqlarını  təmin edən 
əsas vasitələrdən olan mülkiyyət hüququnun qorunması iqtisadi 
təfəkkürün mühüm istiqamətlərindən biridir. 
Bazar iqtisadi münasibətlərinin formalaşdıgı  cəmiyyət 
bütövlükdə bazardan ibarət deyildir. Burada bazar iqtisadi 
sektoru ilə yanaşı başqa institutlar da fəaliyyət ğöştərir. Iqtisadi 
                                           
34
 Essays in Economics. London, 1961, p. 46. 
35
 Iqtisadi nəzəriyyə. Bakı ,1993, l hissə, s.12. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə