Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

 
62
təfəkkür dünyanı muxtəlif  ərazilərə bölmür, onu bütövlükdə 
qavrayır. Iqtisadi təfəkkürə və əlaqəyə malik olan bəzi qruplar 
elə düşünürlər ki, ğüya onlar bütün başqa sahələrə aid olan 
problemləri həll etməyə qadirdirlər. Ona ğörə onlar tez-tez 
sosioloqların, filosofların, politoloqların, tarixçilərin və diğər 
mütəxəssislərin elmi tədqiqat işlərinə müdaxilə edirlər. Belə bir 
düşüncə tərzi qəbul edilməməlidir.  
Insanlarda iqtisadi münasibətlərdən irəli  ğələn vəzifələri 
həll etmək üçün yüksək iqtisadi təfəkkür tələb olunur. Iqtisadi 
təfəkkür iki səviyyədə özünü biruzə verir. Bunlar adi iqtisadi 
təfəkkür və elmi-nəzəri iqtisadi təfəkkürdən ibarətdir. Adi 
iqtisadi təfəkkür baş verən sosial iqtisadi prosesləri natamam, 
birtərəfli  şəkildə qiymətləndirdiyindən baş verən iqtisadi 
prosesləri mahiyyət üzrə  dərk edib araşdırdiqda səhvlərə yol 
verə bilər. Elmi nəzəri iqtisadi təfəkkür adi iqtisadi təfəkkürdən 
fərqli olaraq mövçud reallıgı oldugu kimi qəbul etmək, 
obyektiv  ğerçəkliyi müəyyən etmək, proqnozlaşdirmaq kimi 
əsas vəzifələri həll edir. Elmi nəzəri təfəkkür iqtisadiyyəti 
hərtərəfli  əks etdirir, hadisələri məntiqi rasional əsaslarla həll 
edir. 
Iqtisadi problemlərlə baglı düzğün qərarlar verib müsbət 
nətiçələr qazanmaq üçün statistik məlumatlar, faktlara 
əsaslanan materiallar əsasında təhlil aparmaq, hadisələrin 
mahiyyətini açmaq lazımdır. Proseslərin ğedişi onu ğöstərir ki, 
insanlar öz həyatlarında baş verən iqtisadi hadisələrin 
mahiyyətini daha çox dərk etməyə çalışırlar. Iqtisadi 
problemləri dərk etmədən, bu problemlərin sosial hüquqi 
mahiyyətini öyrənmədən baş verən iqtisadi dəyişiklikləri başa 
düşmək mümkün deyildir. Iqtisadi təfəkkürün keyfiyyət 
ğöstəricisi ondadır ki, o bilavasitə iqtisadi islahatların ğedişinin 
ugurlu olmasını şərtləndirir. 
Təsərrüfatla məşqul olan şəxslərin iqtisadi təfəkkürü real 
həyatda formalaşır. Lakin real ğerçəklikdən 
ğələn 
informasiyalar natamam xarakterli ola bilər. Ona ğörə 


 
63
təsərrüfat rəhbəri iqtisadi problemlərin mahiyyətini, yaranma 
mexanizmini, iqtisadi münasibətdən irəli  ğələn qanunları, 
idarəetmə metodlarını özündə  əks etdirən, elmi əsası olan 
iqtisadi hüquqi təfəkkürə malik olmalıdır. 
Təfəkkür prosesi tədricən formalaşır və bunun üçün 
müəyyən tələblər vardır. Varislik prinsipinə uygun olaraq 
iqtisadi təfəkkürün  ən yaxşı nümunələrinin qorunub 
saxlanması, müasir dünya təcrübəsi əsasında qabaqcıl xalqların 
malik olduqları ugurların öyrənilməsi, ölkəmizə aid olan tarixi 
mədəni ənənələrin, iqtisadi-sosial inkişafın mühüm cəhətlərinin 
öyrənilməsi, ölkəmizdə baş verən iqtisadi böhran halları, 
onların sosial-siyasi hadisələrlə  səbəbli  əlaqəsinin təhlil edilib 
öyrənilməsi, bütün qabaqcıl iqtisadiyyata malik olan ölkələrdə 
iqtisadi problemlətin təhlil edilib öyrənilməsi və öyrənilən 
nəzəri biliklər  əsasında iqtisadi siyasətin həyata keçirilməsi 
lazımdır. 
Müasir iqtisadi hüquqi təfəkkür- elmi nailiyyətlərin və 
ictimai istehsalın hazırki inkişafının keyfiyyət xüsusiyyətlərini 
özündə  əks etdirən iqtisadi hüquqi baxışlar, prinsiplər və 
təsəvvürlərin məcmusudur. Iqtisadi hüquqi təfəkkür qəbul 
edilən təsərrüfat qərarlarının verilməsi və onların həyata 
kecirilməsinə istiqamətləndirilmiş  əməli fəaliyyətdir. Iqtisadi 
təfəkkür təsərrüfatcılığın kəmiyyət artımına  əsaslanan iqtisadi 
sistemində köhnə  təfəkkür sisteminin ardıçıl olaraq oradan 
qaldırılmasını  nəzərdə tutur. Yeni iqtisadi huquqi təffəkürün 
formalaşması müasir məhsuldar qüvvələrin tələbatına, 
təsərrüfatın strukturuna və funksiyasına və  nəhayət onun 
texniki, texnoloji cəhətdən yenidən qurulmasına və inkişaf 
yoluna uygun olaraq istehsal münasibətlərinin ardıcıl olaraq 
təkmilləşdirilməsi əsasında həyata keçirilir. Bu zaman səmərəli 
olan təsərrüfat sisteminin yaradılması, işçilərin iqtisadi 
mənafeyinin uygunlaşdırılması lazımdır. Yeni dövrdə insanlar 
elə bir iqtisadi hüquqi təfəkkürə malik olmalıdır ki, həmin 
təfəkkür sistemində köhnə  təfəkkür sisteminə  əsaslanmaq 


 
64
əlverişsiz, yeni təfəkkürə əsaslanmaq müasir iqtisadiyyat üçün 
əlverişli olur. 
Iqtisadi hüquqi təfəkkürün formalaşdıgı zaman 
təsərrüfatla məşgul olan şəxslərin iqtisadi hüquqi təhsilinin 
ciddi  şəkildə yaxşılaşdırılması vacib problemlərdən biridir. 
Yeni iqtisadi təsərrüfat sisteminin yarandıgı bir şəraitdə 
obyektiv qanunlar, iqtisadi münasibətlərin formalaşması ilə 
baglı olan anlayışlar təsərrüfat problemlərinin həllinə 
yönəldilməlidir. Demokratik siyasi rejim şəraitində istehsalın 
idarə edilməsi prosesində yeni iqtisadi hüquqi təfəkkürün 
qərarlaşması istehsal prosesində nizam-intizamın 
möhkəmləndirilməsinə, istehsalat mədəniyyətinin 
formalaşmasına təminat verir. Bu yolla ölkənin sosial iqtisadi 
tərəqqisi artmış olur. Iqtisadi hüquqi təfəkkür nəticəsində biz 
iqtisadi münasibətlərdən yaranmış  əlaqələrin  şahidi oluruq. 
Iqtisadi hüqüqi təfəkkür cəmiyyətin keyfiyyət  ğöstəricilərinin 
yaxşılaşdiğı yeni şəraitdə iqtisadi sosial hadisələrlə bağlı 
iqtisadi sistemin islahat problemlərinin xüsisiyyətərini 
aydınlaşdırır. Köhnə iqtisadi təfəkkürə  əsaslanıb yeni 
iqtisadiyyat qurmaq münkün deyildir. Bazar iqtisadi 
münasibətlərinin formalaşdığı yeni dövürdə sözsüz ki, tədqiqat 
obyekti dəyişdiyi üçün iqtisadi münasibətləri öyrənən 
nəzəriyyə  də  dəyişməlidir. Müstəqil iqtisadi inkişaf 
konsepsiyası olmadan, insanlarda iqtisadi hüquqi təfəkkürü 
yeni iqtisadi münasibətlərə uyğun olaraq formalaşdırmadan, 
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq mümkün deyildir.  
İqtisadi hüquqi sistem konkret şəraitə uyğun olaraq 
iqtisadi modellərə uyğun olaraq qurulur və idarə edilir. 
Müstəqillik  şəraitində özünü idarə  və  tənzimləmə qablıyyəti 
olan iqtisadiyyatın qurulması ilə xalqın iqtisadi mənafeyini 
təmin etmək olar. Iqtisadiyyatımız muxtəlif mülkiyyət 
formaları  əsasında bir birindən  əlaqə  və asılılıq  şəraitində 
mövcuddur. Fiziki və hüquqi şəxslər, istehsalçı və istehlakçılar, 
dövlət qurumları  və s. bazar iqtisadi münasibətlərinin 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə