Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

 
71
Iqtisadi münasibətlərin obyektiv kateqoriyaları arasında 
elələri vardır ki, məhs onların vasitəsilə yeni dövrün 
mahiyyətini müəyyən etmək olar. Belə ki, əvvəllər postsovet 
məkanında  əmtəə- pul, bazar münasibətləri kimi anlayışlar 
qəbul edildiyi halda rəqabət kateqoriyası qəbul edilmirdi. Ona 
qarşı  çıxış edənlər belə hesab edirdilər ki, sosializmdə ançaq 
sosializm yarışı ola bilər, rəqabət isə ancaq kapitalizm istehsal 
münasibətlərinə xas olan spesifik kateqoriyadır. 
Bazar rəqabəti istehsal prosesində  işin təşkilinə, məh-
sulun keyfiyyətinə  təsir göstərir. Rəqabət nəticəsində isteh-
salçılar daha yaxşı xidmət nümunələri yaradır, istehlakçıların 
zövqünə və tələblərinə uyğun fəaliyyət formalaşır. 
Rəqabət prinsipinə  əsaslanan yeni istehsal sahələri 
yaradılır, muxtəlif tipli və keyfiyyətli məhsul istehsal edilir. 
Rəqabətə davam gətirə bilməyən istehsal sahələri isə 
müflisləşib bağlanır. 
Hazırki şəraitdə kapitalist istehsal müəssisələrində özünü 
doğrultmuş “bazar mexanizmi modelindən” istifadə 
edilməlidir. Praktiki olaraq iqtisadiyyat əsasən iki yolla idarə 
oluna bilər ki, bunlar inzibati amirlik və iqtisadi metodların 
tədbiqidir. Ölkəmizdə icarə, mülkiyyət, torpaq, fərdi  əmək 
fəaliyyəti, kooperativlər, fərdi fermer təsərrüfatı haqqında 
qəbul edilən qanunlar onu göstərir ki, bazar iqtisadiyyatı 
şəraitində  işləmək üçün şərait vardır. Bazar iqtisadi 
münasibətlərinə tədricən, ardıcıl qərarlar qəbul etməklə, şəraitə 
uyğun olaraq keçirilməlidir. Bütün bu prosesi həyata keçirmək 
üçün istehsal edən müəssisələr hazırlıq işi görməli,  əmtəə 
istehsalını genişləndirməli, muxtəlif çeşidli, keyfiyyətli məhsul 
istehsal etməlidirlər.  Əmtəə istehsal edən müəssisələrin 
müstəqilliyi təmin edilməli və  fəaliyyəti genişləndirilməlidir. 
Real bazar münasibətləri obyektiv olaraq hər bir müəssisənin 
öz-özünü idarəetmə sisteminə keçməsini tələb edir. Bazar 
münasibətlərinin formalaşdığı  şəraitdə kadr hazırlığı xüsusilə 
diqqət mərkəzində olmalıdır.  İqtisadi münasibətlər istehsal 


 
72
müəssisələri ilə ticarət təşkilatları arasında bağlanmış 
müqaviləyə  əsaslanmalıdır.  Əmtəə isə  dəyər, tələb və  təklif 
qanunları, ekvivalent mübadilə prinsipinə uyğun qiymətlən-
dirilməlıdır. Bank-kredit əməliyyatları  təşkil edilməli, ölkə 
daxilində  və xarici respublikalarla bağlanmış ticarət hüquqi 
müqavilə əsasında olmalıdır. 
Bazar münasibətlərinin uğurlu olması üçün istehsalçı 
müəssisə öz fəaliyyətini bazar qaydalarına uyğun hesabla 
həyata keçirməlidir. Bazar iqtisadi münasibətlərinin normal 
fəaliyyəti üçün muxtəlif təyinatlı istehsal sahələrinin olması, 
bol və geniş çeşidli  əmtəə xidmət sahələri, sağlam rəqabət, 
maliyyə-kredit sisteminin sağlamlığı, normal qiymət 
mexanizminin olması vacibdir. 
Bazar münasibətlərinə keçid öz forma prinsiplərinə görə 
mahiyyətcə eyni olsa da reğionların muxtəlif spesifik şəraiti 
həmin prinsiplərin reallaşmasında özünü göstərir. Bu mənada 
respublikamızda həmin o spesifik şərait nəzərə alınmalıdır. 
Qeyd etməliyik ki, respublıkamızda həmişə xammal istehsal 
olunmuş, başqa region dövlətlər ondan bir xammal mənbəyi 
kimi istifadə etmişlər. Ancaq, başqa dövlətlərin xammal 
mənbəyi rolunu oynamaqla bazar münasibətlərini genişlən-
dirmək mümkün deyildir. Iqtisadiyyatda daha müvəffəqiyyətli 
yol son məhsul istehsal edən müəssisələrin sayını və fəaliyyət 
tutumunu artırmaqdan ibarətdir. O cümlədən, taxıl və 
heyvandarlıq məhsullarının istehsalı genişləndirilməlidir. Bazar 
iqtisadi münasi-bətlərinin yaranması üçün respublika 
çərçivəsindən sərbəst bazara çıxmaq lazımdır. 
 


 
73
1.4. Hüquqi təfəkkürün siyasi münasibətlərdən irəli 
gələn sosial determinantları 
 
Siyasi təfəkkür- insanların, sosial qrupların, cəmiyyətin 
siyasi təşkili və prinsipləri haqqında və onun təkmilləşdirilməsi 
haqqında ideyaların məcmusudur. Cəmiyyətdə  əvvəlcə siyasi 
təfəkkür  əsasında siyasi model müəyyən edilir və bu siyasi 
ideologiyaya uyğun olaraq hüquqi təfəkkür formalaşır. 
Cəmiyyətin ictimai siyasi əsasını  təşkil edən siyasi təfəkkür 
hüquqi təfəkkürdən  əvvəl yaranmış olur. Eyni zamanda 
cəmiyyətdə yaranmış siyasi model hüquqi təfəkkürün çərçivəsi 
daxilində  dərk edilir və qiymətləndirilir. Məhs iradə aktına 
əsasən hüquqi təfəkkür əsasında cəmiyyətin hüquqi mühafizəsi 
tənzim edilir. Yəni, hər bir ölkənin siyasi, iqtisadi, hərbi, pul və 
kredit sistemi, milli və irqi hüquq bərabərliyi kimi 
münasibətlərin hüquqi mühafizəsi ilə bağlı ideyalar əvvəlcə 
hüquqi təfəkkürdə yaranır və sonra normativ aktlar əsasında 
sanksiyalaşdırılır. Yəni ona məcburi hüquqi qüvvə verilir. 
Yeni siyasi sistemlə bağlı ideyaların hüquqi təfəkkürün 
kateqoriyası kimi formalaşması uzun müddətli bir prosesdir. 
Belə ki, məsələn, cəmiyyətimizdə bazar iqtisadi 
münasibətlərinin formalaşması prosesi bir tərəfdən keçmiş 
sosializm sistemindən imtina edilməsi, digər tərəfdən yeni 
demokratik siyasi rejimə malik siyasi təsisatların yaradılması 
uzun müddətli proses olaraq tədricən baş verir. Göstərilən 
istiqamətdə bir tərəfdən Sovet siyasi sistemini qoruyan hüquqi 
normativ aktların ləğv edilməsi, o biri tərəfdən yaradılan yeni 
siyasi təsisatların hüquqi mühafizəsinin təşkili prosesində 
əvvəlcə hüququ təfəkkürün dəyişdirilməsi, nəhayət yeni ideya 
və prinsiplər əsasında onun təkmilləşdirilməsi tələb edilir. 
Щцгуги  тяфяккцрцн  сийаси  мцнасибятлярдян  иряли  ğələn 
sosial  детерминантлары ideya və prinsiplər  əsasında 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə