Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

 
56
qanunvericiliyi öyrənilməli və onların müsbət tərəflərindən 
istifadə olunmalıdır. 
Elmi fəaliyyət sosial varlığın qanunauyğunluğu ilə bağlı 
olduqda müsbət nəticələr verə bilir. Əks halda onlardan istifadə 
cəmiyyətin mənafeyinə ziyan gətirə bilər. Bu hazırkı dövrdə 
daha böyük ictimai təhlükəli fəsadlara gətirib çıxarır. Qeyd 
edilməlidir ki, hazırda tibb elminin nailiyyətləri əsasında insan 
bədəninin müxtəlif orqanlarını başqa xəstənin bədəninə 
köçürmək imkanı vardır. Bilməliyik ki, bədən orqanlarının 
qanuni transplantasiyası ilə yanaşı dünyada onların ictimai 
təhlükəli yollarla əldə edilməsinin təzahürləri də vardır.  
Ölkəmizdə bu istiqamətdə insanların mərkəzləşdirilmiş 
qaydada uçotu aparılma-dığından sosial təhlükənin real 
miqyası  məlum deyildir. Ona görə  də bu hal hələlik insanları 
narahat etmir və hüquqi şüur bu sahədə demək olar ki, fəaliyyət 
göstərmir. Ancaq, onu qeyd etməliyik ki, son dövrdə xarici 
dövlətlərlə  əlaqələrimizin artdığı  şəraitdə insanların bədən 
orqanlarının yüksək qiymətlə alınıb-satılması, adamların 
ictimai təhlükəli üsullarla donor kimi istifadə edilməsi ehtimalı 
böyükdür. Ona görə profilaktik tədbirlər görülməlidir. Əvvəlcə 
təhlükəyə məruz qalmış insanların uçotu aparılmalı və onların 
axtarılıb tapılması üçün tədbirlər həyata keçirilməlidir. Eyni 
zamanda əsasən peşəsi cərrahiyyə əməliyyatı aparmaq olan tibb 
işçilərinin peşə  fəaliyyəti üzərində müəyyən sosial nəzarət 
yaradılmalıdır. Klinikalarda bədən orqanlarının köçürülməsi 
qanunla tənzim edilməlidir. Hazırda Rusiya Federasiyasında 
bədən orqanlarının və toxumalarının transplantasiyası, yəni 
köçürülməsi qanunla tənzim edilir.  
Mikrobiologiyanın və genetikanın inkişaf səviyyəsi 
genlərin və xromosomların sirli dünyasının dərinliklərinə nüfuz 
etməyə, varisliyin vahid modelinin aşkar edilməsinə imkan 
vermişdir. Hazırda ABŞ,  İngiltərə, Fransa, İtaliya və 
Almaniyanın genetika sahəsində çalışan alimlərinin birgə səyi 


 
57
ilə insan geninin yaradılması üzərində intensiv tədqiqatlar 
aparılır.
29
 
İnsanların genlərə müdaxilə imkanları artdıqca, elmdə bu 
sahədə  kəşflər bəşəriyyətin tərəqqisinə xidmət edir. Eyni 
zamanda genetika elminin inkişafı genlərin və xromosomların 
tibbi müalicə olmadan süni sürətdə  dəyişdirilməsi, onların 
üzərində eksperimentlərin aparılması, süni mayalanma üçün 
sperma istehsal edən sahələrin yaradılması, cinslərin 
dəyişdirilməsi ilə bağlı problem məsələlər meydana 
gəlmişdir.
30
  
Yuxarıda qeyd edilənlər  əsasında prosesin hüquqi 
tərəfini, ictimai təhlükəsizlik ilə bağlı problemi həll etmək 
üçün mütləq mikrobiologiya və genetika elminin nailiyyətləri 
ilə bağlı informasiya xidməti yaradılmalıdır. Cəmiyyətdə baş 
verən hadisələri dəyərləndirmə prosesi normativ xarakter 
daşıyır. Subyektiv hüquq və  vəzifələr baxımından insanların 
davranışına normativ hüquqi münasibət və qiymətləndirmə 
hüquqi  şüurun mühüm xüsusiyyətini  əhatə edir. Ona görə 
problemin tədqiqi ilə məşğul olan müəlliflərin bir çoxu hüquqi 
şüurun normativ xarakterə malik olmasını qeyd edirlər. 
Cəmiyyətimizdə baş verən proseslərin ən təsirlisi ictimai 
şüurda baş verən proseslərdi. Bu proseslərin yaratdığı 
yeniliklər öz mahiyyətinə  ğörə sosial mühitdə baş verən 
qercəkliyin müxtəlif sahələrinə xas olan inkişafı əks etdirir.  
Varliğin ictimai şüurla qarşılıqlı  təsir dinamikasında 
iqtisada huquqi təfəkkür mühim yer tutur. Kecid dövründə isə 
onun rolu xüsusilə qeyd edilməlidir. Müasir şəraitdə ölkəmizdə 
azad rəqabətə  əsaslanan bazar iqtisadi münasibətlərinin 
qərarlaşdığı bir dövürdə iqtisadi hüquqi təfəkkür siyasi 
təfəkkürlə birlikdə aparıcı rol oynayır. Yəni, cəmiyyətin koklü 
sürətdə yenidən qurulması onun maddi əsaslardan asılı olması 
                                           
29
  Коволев  М.И.  Юридические  проблемы  современной  генетики. 
«Государство и право» №6. М., 1995. С.15-19. 
30
 “Speed” qəzeti, 1996.- №4.- C.7. 


 
58
keçid dövründəki proseslərdə iqtisadi hüquqi təfəkkürün 
üzərinə çox şey qoyur. Iqtisadi hüquqi təfəkkür cəmiyyətdə baş 
verən dəyişikliklərə uygun olaraq yeni bir səviyyəyə yüksəlir. 
Iqtisadi təfəkkürün nəticəsi olaraq insanlar iqtisadiyyatın 
imkanlarını cəmiyyətin istifadəsinə yönəldir, diğər tərəfdən isə 
öz potensial imkanlarını inkişaf etdirir. Beləliklə, iqtisadi 
hüquqi təfəkkürün formalaşması bir əsas ideya olaraq 
cəmiyyətin qarşısında yeni bir vəzifə qoyur. Yeni iqtisadi 
təfəkkürün meydana ğəlməsi və  fəaliyyəti üçün aşagıdakılar 
həyata keçirilməlidir: tarixi inkişafın mahiyyətinə uygun 
şəkildə, yeni iqtisadi huquqi təfəkkürün yaradılması; iqtisadi 
hüquqi praktikadan istifadə edilməsi yolu ilə sosial iqtisadi 
mənafelərin müəyyən edilməsi və bu əsasda yeni iqtisadi 
münasibətlərin formalaşdırılması prosesinin təşkili. 
Iqtisadi münasibətlərin düzğün qurulması, 
demokratiyanın muxtəlif sahələrdə ugurlu həlli iqtisadi aspektli 
funksiyaların həyata keçirilməsindən asılıdır. Belə bir inkişaf 
modelinin həyata keçirilməsi ziddiyyətli xarakter daşıyır və bu 
səbəbdən də indi daha çox iqtisadi hüquqi təfəkkürün tədbiqinə 
ehtiyac vardır. Yeni iqtisadi təfəkkürün yaranmasının 
səbəblərindən biri də yeni iqtisadi münasibətlərin formalaşdıgi 
dövrdə iqtisadi hüquqi təfəkkürə ehtiyac və eyni zamanda 
cəmiyyətimizin  əvvəlki dövrlərdəki iqtisadi təfəkkürü ilə 
baglıdır.  Əvvəlki dövrlərdə formalaşmış iqtisadi təfəkkür 
içtimai və fərdi şüurun təkamülünə ziyan vurmuşdur:
31
 Bunlar 
iqtisadiyyat elminin siyasətlə və ideoloğiya ilə əvəz olunması; 
iqtisadi nəzəriyyənin reallıqları  əks etdirməməsi; iqtisadi 
problemlərlə baglı ictimai şüurda ideyaların əsasını iqtisad elmi 
yox, partiyanın qurultay, plenum, və  qərarlarınin rolu; 
istehsalda və iqtisadi münasibətlərdə formasiyalılıq, sinfilik və 
s. kimi prinsiplərin mütləqləşdirilməsi; cəmiyyətin maddi 
həyatına sistem kimi baxılması iqtisadi pandeterminizm 
                                           
31
Azərbaycan iqtisadiyyatı. Bakı ,”Ağrıdağ”, 1999, S.43.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə